58
Axtarış növü kimi tematik rubrikator qəbul edil‐
dikdə,
LÜĞƏT sahəsində tematik rubrikalar ağacvari
formada əks olunacaq
5
(şək 3). Burada hər bir element ‐ sətir
bir mövzu rubrikasını göstərir. Onun kodu və məzmunu
mətn şəklində verilir.
Şək.3.
LÜĞƏT sahəsində digər axtarış növlərinin təs‐
virindən fərqli olaraq, Tematik rubrikator növünün təs‐
virində Tematik naviqasiya (Тематическая навигация)
qrupunda birləşən üç düymədən istifadə olunur. Əgər
tematik rubrika ağacvari formada təsvir olunubsa, müvafiq
düymələrin vasitəsilə ağacvari rubrikanın altrubrikalarına
baxışı təmin etmək və əvvəlki vəziyyətinə qayıtmaq,
tematik rubrikatorda cari rubrika ilə əlaqəli istinad oluna
5
Fraqment və isnadların göstərişi rejimindən başqa, çünki bu
hallarda tematik rubrika cədvəl şəklində olur
59
biləcək rubrikalara cədvəl formasında baxmaq və sorğu
vermək mümkündür. Məsələn, ʹʹArxiv işi, Arxivşünaslıqʹʹ
rubrikasını qeyd edib, İstinadlı rubrikaya keçid düyməsini
sıxdıqda bu rubrika ilə əlaqəli istinad oluna biləcək ʹʹArxiv,
Tərcümə
xidmətləri
və
s.
informasiya
orqanlarıʹʹ,
ʹʹİnformasiya təşkilatlarıʹʹ rubrikalarından ibarət cədvəl
təqdim olunacaq. Əgər cari rubrika istinada malik deyilsə
bu düymədən istifadənin əhəmiyyəti yoxdur.
Axtarışın relevantlığını artırmaq məqsədilə
ʺOXUCUʺ Avtomatlaşmış İşçi Yeri
Məntiqi keçid (Логика)
və Qısaltma (Усечение) düymələr qrupu ilə təchiz
olunmuşdur. Məntiqi keçid düymələr qrupu kompleks
axtarışı
6
təmin edən məntiqi operatorların müəyyən
edilməsi üçün nəzərdə tutulmuşdur və CARİ SORĞU
sahəsinin axtarış terminləri cədvəlində göstərilən axtarış
terminlərinin axtarılan sənəddə
7
iştirak formasını təʹyin
edir. Aşağıdakı üç məntiqi operatorlardan istifadə olunur
ki, bunlar:
♦
Və ya (или) tapılmalı olan sənəddə axtarış terminlərinin
heç olmasa birinin iştirak tələbini;
♦
Və (или) tapılmalı olan sənəddə bütün axtarış
elementlərinin iştirakı tələbini;
♦
Yox (нет) birincinin iştirakı və bütün qalan axtarış
elementlərinin yoxluğu tələbini təʹyin edir.
Qısaltma düymələr qrupunun Yox (нет) düyməsi
seçilərsə, axtarış sənədin uyğun elementi ilə axtarış termini
tam üst‐üstə düşdüyü zaman müsbət nəticə verir. Hə (Da)
düyməsi seçilərsə, axtarış sənədin uyğun elementinin
6
Təsvirin müxtəlif elementləri üzrə eyni vaxtda axtarışın
aparılması.
7
Sənəd dedidikdə ədəbiyyatın biblioqrafik təsviri nəzərdə
tutulur.
60
başlanğıcı ilə axtarış termini üst‐üstə düşdüyü halda
müsbət nəticə verir. Məs: axtarış termini olan məktəb
sənəddə ola biləcək məktəbli, məktəbdən, məktəbin və s.
terminləri ilə üst‐üstə düşəcək.
Açar sözlərə görə axtarış
zamanı açılan siyahısından istifadə olunur. Bu da axtarış
termini cədvəlindəki açar sözün sənədin hansı təsvir
elementində (sərlövhədə, istənilən sahədə və s.) iştirak
etməsini göstərir.
Qeyd edək ki, ʺOXUCUʺ Avtomatlaşmış İşçi
Yerində kompleks axtarış aparmaq üçün alternativ olaraq
Kompleks axtarış növü nəzərdə tutulub. Kompleks axtarışa
uyğun açılan pəncərə iki işçi sahədən ibarətdir:
AXTARIŞIN SSENARİSİ (Сценари поиска)
və
LÜĞƏT.
AXTARIŞIN SENARİSİ sahəsi ‐ kompleks sorğunun tərtib
olunmasına xidmət edir və Axtarışın növü (Вид поиска),
Termin (Термин),
Qısaltma (Усечение),
Kontekst
(Контекст), Məntiq (Логика) sütunlarından ibarətdir.
Məsələn: bizə Lebedevanın ekologiya haqqında
rus dilində kitabı lazımdır. Bunun üçün biz axtarışın
kompleks növünü seçirik. Açılmış pəncərədə axtarışın
növlərini ‐ müəllif, açar söz, dil, axtarış növünə uyğun
lüğətdən axtarış terminlərini ‐ Lebedeva, ekologiya, rus dili,
Qısaltma parametri olaraq Yox, məntiqi operator olaraq isə
Hə seçirik və Yerinə yetir (Выполнить) düyməsini sıxırıq
(şək.4). Əgər sorğuya uyğun sənəd tapılarsa, Baxış
(Просмотр) düyməsini sıxıb, sənədin biblioqrafik təsvirinə
baxa bilərik.
61
Şək.4.
ARDICIL AXTARIŞ (Последовательный поиск),
axtarışın xüsusi bir növü olub kitabxana işçisi və hazırlıqlı
oxucuların istifadəsi üçün nəzərdə tutulub. Bu rejim
sənədin spesifik tələbə cavab verən axtarışını təmin edir. Bu
axtarış növünü seçdikdə açılan dialoq pəncərəsi (şək.5) üç
işçi sahədən ibarətdir:
1.
İLKİN SƏNƏDLƏR (Исходные документы) ‐
axtarışda iştirak edən sənədlərin təyin edilməsinə xidmət
edir və Dəqiqləşən sorğu (Уточняемый запрос) və
Diapazon MFN
8
(Диапазон MFN) komponentlərindən
ibarətdir. Dəqiqləşən sorğu komponenti növbəti axtarış
aparmaq üçün yerinə yetirilmiş sorğunun seçilməsini təmin
edir. Diapazon MFN komponenti isə konkret nömrəli
sənədlərin axtarışda iştirak etməyini təyin edir.
8
Sənədlərin daxili unikal nömrələri