N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   11   12   13   14   15   16   17   18   ...   31

 

58

Axtarış  növü  kimi  tematik  rubrikator  qəbul  edil‐



dikdə,  LÜĞƏT  sahəsində  tematik  rubrikalar  ağacvari 

formada əks olunacaq

5

 (şək 3). Burada hər bir element ‐ sətir 



bir  mövzu  rubrikasını  göstərir.  Onun  kodu  və  məzmunu 

mətn şəklində verilir. 

Şək.3. 

LÜĞƏT  sahəsində  digər  axtarış  növlərinin  təs‐

virindən  fərqli  olaraq,  Tematik  rubrikator  növünün  təs‐

virində  Tematik  naviqasiya  (Тематическая  навигация

qrupunda  birləşən  üç  düymədən  istifadə  olunur.  Əgər 

tematik rubrika ağacvari formada təsvir olunubsa, müvafiq 

düymələrin  vasitəsilə  ağacvari  rubrikanın  altrubrikalarına 

baxışı  təmin  etmək  və  əvvəlki  vəziyyətinə  qayıtmaq, 

tematik  rubrikatorda  cari  rubrika  ilə  əlaqəli  istinad  oluna 

                                                           

5

 Fraqment və isnadların göstərişi rejimindən başqa, çünki bu 



hallarda tematik rubrika cədvəl şəklində olur 

 

59



biləcək  rubrikalara  cədvəl  formasında  baxmaq  və  sorğu 

vermək  mümkündür.  Məsələn,  ʹʹArxiv  işi,  Arxivşünaslıqʹʹ 

rubrikasını qeyd edib, İstinadlı rubrikaya keçid düyməsini 

sıxdıqda bu rubrika ilə əlaqəli istinad oluna biləcək ʹʹArxiv, 

Tərcümə 

xidmətləri 

və 

s. 


informasiya 

orqanlarıʹʹ, 

ʹʹİnformasiya  təşkilatlarıʹʹ  rubrikalarından  ibarət  cədvəl 

təqdim  olunacaq.  Əgər  cari  rubrika  istinada  malik  deyilsə 

bu düymədən istifadənin əhəmiyyəti yoxdur.  

 

Axtarışın  relevantlığını    artırmaq  məqsədilə 



ʺOXUCUʺ Avtomatlaşmış İşçi Yeri  Məntiqi keçid (Логика) 

və  Qısaltma  (Усечение)  düymələr  qrupu  ilə  təchiz 

olunmuşdur.  Məntiqi  keçid  düymələr  qrupu  kompleks 

axtarışı


6

  təmin  edən  məntiqi  operatorların  müəyyən 

edilməsi  üçün  nəzərdə  tutulmuşdur  və  CARİ  SORĞU 

sahəsinin  axtarış  terminləri  cədvəlində  göstərilən  axtarış 

terminlərinin  axtarılan  sənəddə

7

  iştirak  formasını  təʹyin 



edir.  Aşağıdakı  üç  məntiqi  operatorlardan  istifadə  olunur 

ki, bunlar: 

 

Və ya (или) tapılmalı olan sənəddə axtarış terminlərinin 



heç olmasa birinin iştirak tələbini; 

 



Və  (или)  tapılmalı  olan  sənəddə  bütün  axtarış 

elementlərinin iştirakı tələbini; 

 

Yox  (нет)  birincinin  iştirakı  və  bütün  qalan  axtarış 



elementlərinin yoxluğu tələbini təʹyin edir. 

 

Qısaltma  düymələr  qrupunun  Yox  (нет)  düyməsi 

seçilərsə, axtarış sənədin uyğun elementi ilə axtarış termini 

tam  üst‐üstə  düşdüyü  zaman  müsbət  nəticə  verir.    (Da) 

düyməsi  seçilərsə,  axtarış  sənədin  uyğun  elementinin 

                                                           

6

 Təsvirin müxtəlif elementləri üzrə eyni vaxtda axtarışın 



aparılması. 

7

 Sənəd dedidikdə ədəbiyyatın biblioqrafik təsviri nəzərdə 



tutulur. 


 

60

başlanğıcı  ilə  axtarış  termini  üst‐üstə  düşdüyü  halda 



müsbət  nəticə  verir.  Məs:  axtarış  termini  olan  məktəb 

sənəddə  ola  biləcək  məktəbli,  məktəbdən,  məktəbin  və  s. 

terminləri ilə üst‐üstə düşəcək. 

Açar  sözlərə  görə  axtarış 

zamanı  açılan  siyahısından  istifadə  olunur.  Bu  da  axtarış 

termini  cədvəlindəki  açar  sözün  sənədin  hansı  təsvir 

elementində  (sərlövhədə,  istənilən  sahədə  və  s.)  iştirak 

etməsini göstərir.  

Qeyd  edək  ki,  ʺOXUCUʺ  Avtomatlaşmış  İşçi 

Yerində  kompleks  axtarış  aparmaq  üçün  alternativ  olaraq 

Kompleks axtarış növü nəzərdə tutulub. Kompleks axtarışa 

uyğun  açılan  pəncərə  iki  işçi  sahədən  ibarətdir: 



AXTARIŞIN  SSENARİSİ  (Сценари  поиска)  və  LÜĞƏT. 

AXTARIŞIN SENARİSİ sahəsi ‐ kompleks sorğunun tərtib 

olunmasına  xidmət  edir  və  Axtarışın  növü  (Вид  поиска), 



Termin  (Термин),    Qısaltma  (Усечение),  Kontekst 

(Контекст), Məntiq (Логика) sütunlarından ibarətdir.  

 

   Məsələn:  bizə  Lebedevanın  ekologiya  haqqında 



rus  dilində  kitabı  lazımdır.  Bunun  üçün  biz  axtarışın 

kompleks  növünü  seçirik.  Açılmış  pəncərədə  axtarışın 

növlərini  ‐  müəllif,  açar  söz,  dil,  axtarış  növünə  uyğun 

lüğətdən axtarış terminlərini ‐ Lebedeva, ekologiya, rus dili, 



Qısaltma parametri olaraq Yox, məntiqi operator olaraq isə 

Hə  seçirik  və  Yerinə  yetir  (Выполнить)  düyməsini  sıxırıq 

(şək.4).  Əgər  sorğuya  uyğun  sənəd  tapılarsa,    Baxış 

(Просмотр) düyməsini sıxıb, sənədin biblioqrafik təsvirinə 

baxa bilərik.  

 

61



 Şək.4. 

 

 ARDICIL  AXTARIŞ  (Последовательный  поиск), 



axtarışın  xüsusi  bir  növü  olub  kitabxana  işçisi  və  hazırlıqlı 

oxucuların  istifadəsi  üçün  nəzərdə  tutulub.  Bu  rejim 

sənədin spesifik tələbə cavab verən axtarışını təmin edir. Bu 

axtarış növünü seçdikdə açılan dialoq pəncərəsi (şək.5)  üç 

işçi sahədən ibarətdir: 

1.

 



İLKİN  SƏNƏDLƏR  (Исходные  документы)  ‐ 

axtarışda  iştirak  edən  sənədlərin  təyin  edilməsinə  xidmət 

edir  və  Dəqiqləşən  sorğu  (Уточняемый  запрос)  və 

Diapazon  MFN

8

  (Диапазон  MFN)  komponentlərindən 

ibarətdir.  Dəqiqləşən  sorğu  komponenti  növbəti  axtarış 

aparmaq üçün yerinə yetirilmiş sorğunun seçilməsini təmin 

edir.  Diapazon  MFN  komponenti  isə  konkret  nömrəli 

sənədlərin axtarışda iştirak etməyini təyin edir. 

                                                           

8

 Sənədlərin daxili unikal nömrələri 




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə