N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə18/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   14   15   16   17   18   19   20   21   ...   31

 

73

 



Daxili  nömrələrin  diapazonu  (MFN)  formasında 

göstərilən  sənədlərin  surətinin  alınması  üçün  Surətalma  

düyməsi  nəzərdə  tutulub.  Çap  rejimində  olduğu  kimi 

surətalma  rejimində  də  tələbata  uyğun  ‐  bütün  sənədlərin, 

yalnız  qeyd  olunan  sənədlərin,  qeyd  olunandan  başqa 

bütün  sənədlərin,  daxili  nömrə  diapazonunda  göstərilən 

sənədlərin surətini almaq mümkündür  

Eksport  düyməsi    baxış  prosesində  qeyd  olunan  və 

ya  axtarışın  nəticəsində  alınan    sənədlərin  daxili 

nömrələrinə  diapazonuna  (MFN)  uyğun  olaraq  ISO

4

 



kommunikativ formatında (xüsusilə, UNİMARC, USMARC  

və  ya    RUSMARC)  fayl  və  ya  mətn  formasinda  yaddaşda 

saxlanmasi üçün nəzərdə tutulub  

Statistika  duyməsi    verilənlər  bazasında  sənədlərin 

müxtəlif  təsvir  elementlərinə    görə  statistik  paylanması 

haqqında  fayl  şəklində  və  ya  kağızda  məlumat 

hazırlanmasi  ücündür.  Hansı  təsvir  elementinə  görə  statis‐

tik analizin aparılacağı və işlənmə zamanı hansı sənədlərin 

iştirak  edəcəyi  haqqında  informasiya  Statistika  düyməsini 

sıxdıqdan sonra açılan formadan(şək.13)  seçilir. 

Qlobal düyməsi  verilənlər bazasında yazı 

qruplarının eyni vaxtda redaktəsi üçündür. Yazı qrupları 



BAXIŞ/NƏTİCƏ bölməsində təyin olunur. 

                                                          

4

 

ISO ‐ 



Beynəlxalq standarlaşdırma təşkilatıdır

.

 



 

74

Şək.13. 



 

 

1.3 ʺKİTAB VERİLİŞİʺ AVTOMATLAŞMIŞ İŞÇİ YERİ 

 

«KİTAB  VERİLİŞİ»  Avtomatlaşmış  İşçi  Yeri 

ədəbiyyatın 

verilməsi 

və 


qaytarılmasına 

nəzarət 


funksiyalarını  yerinə  yetirən  kitabxana  əməkdaşının  işçi 

yeridir. «KİTAB VERİLİŞİ» Avtomatlaşmış İşçi Yeri: 

 

Ədəbiyyatın  verilməsi  üçün  sifarişlərin  növbələş‐



məsini və sifarişlərin yerinə yetirilməsinin qeydiyyatını; 

 



Sifariş  olunmuş  ədəbiyyatın  sərbəst  nüsxələri  haq‐

qında daim yeniləşən operativ informasiyanın verilməsini; 




 

75



 

Oxucularda  olan  ədəbiyyat,  əlində  ədəbiyyat  olan 

oxucular haqqında daim yeniləşən operativ informasiyanın 

verilməsini; 

 

Ədəbiyyatın  qaytarılması  faktının  və  müvafiq  nüs‐



xənin azad olunmasının  qeydə alınmasını; 

 



Oxucunun 

fərdi 


kartoçkasında 

ədəbiyyatın 

verilməsi/  qaytarılması  haqqında  bütün  informasiyanın 

uçotu; 


 

Kitab 



verilişi 

haqqında 

statistik 

məlumatın 

alınmasını  (xüsusilə,  borclular,  borc  verilən  ədəbiyyat  və 

verilişin sayı statistik sorğu haqqında) təmin edir. 



«KİTAB  VERİLİŞİ»  Avtomatlaşmış  İşçi  Yerinin 

interfeysi üç işçi bölmədən:  

1.

 

SİFARİŞLƏR (Заказы) 



2.

 

OXUCULAR (Читатели) 

3.

 

NƏZARƏT/STATİSTİKA(Контроль\Статисти



ка) 

ibarətdir: 



SİFARİŞLƏR 

(Заказы) 

bölməsi 

«OXUCU» 

Avtomatlaşmış  İşçi  Yerində  formalaşan  sifarişlərin  növbə 

ilə  yerinə  yetirilməsini  reallaşdıran  komponentlərdən 

ibarətdir (şək.14). 

 

76



Şək.14. 

SİFARİŞLƏR bölməsi 2 işçi sahəyə bölünür:   

1.

 



YERİNƏ 

YETİRİLMƏMİŞ 

SİFARİŞLƏR 

(Невыполненые заказы) ; 

2.

 

YERİNƏ  YETİRİLMİŞ  SİFARİŞLƏR  (Выполненые 



заказы). 

YERİNƏ  YETİRİLMƏMİŞ  SİFARİŞLƏR  sahəsi 

cədvəl formasında olub, yerinə yetirilməmiş cari sifarişlərin 

siyahısını  əks  etdirir.  Cədvəl  aşağıdakı  sütunlardan 

ibarətdir: 



Sərbəst  nüsxə  (Своб.экз)  –  sifariş  olunan  ədəbiyy‐

atın  azad  nüsxələrinin  (verilişə  hazır  olan)  mövcudluğu 

haqqında  məlumatı  əks  etdirir.    (Дa)  qiyməti  sərbəst 

nüsxənin  mövcudluğunu,  Yox  (Нет)  qiyməti  sərbəst 

nüsxənin yoxluğu haqqında, ??? qiyməti isə nüsxə haqqında 

məlumat olmadığını göstərir. 



Oxucu  (Читатель)  –  sifariş  verən  oxucunun  ad‐

identifikatorunu göstərir. 



Sifariş  olunan  nəşr  (Заказанное  издание)  –  sifariş 

olunan nəşrin qısa təsvirini göstərir. 




 

77

Cədvəldən  aşağıda  yerləşmiş  Açar  (Ключь)  və  



Nizamlama  açarı  (  Ключь  сортировки)  komponentləri 

yerinə  yetirilməmiş  sifarişlərin  düzülüşünü  tənzimləyir. 

Belə  ki,  Nizamlama  açarı  açılan  siyahısından  nizamlanma 

ünsürü  (məs:  sifarişin  tarixi,  oxucu  və  s.)    seçilir,  Açar 

sətrinə  isə  nizamlanma  ünsürünə  uyğun  element  daxil 

edilir.  Bu  elementlə  təyin  olunan  sifarişlər  düzülüş 

ardıcıllığında ilk  sırada olurlar.  

Yerinə  yetirilməmiş  sifarişlər  sahəsinin  sağ  his‐

səsindəki pəncərə cari sifarişin tam təsvirini göstərir. Onun 

aşağısında yerləşən düymələr:  

Çap  (Печать)  düyməsi  yerinə  yetirilməmiş  sifariş‐

lərin siyahısının çapını  təmin edir. 



Tənzimləmə 

(Настройка) 

düyməsi 

yerinə 


yetirilməmiş  sifarişlərin  yerinə  yetirilməsi  üçün  əlavə  pa‐

rametrlərin müəyyən edilməsinə imkan verir . 



Yeniləşmə 

(Обновить) 

düyməsindən 

yerinə 


yetirilməmiş  sifarişlər  siyahısının  tez  bir  zamanda  yeniləş‐

məsi üçün istifadə olunur. 



Ləğv  etmək  (Удалить)  düyməsi  isə  növbədən  qeyd 

olunmuş  sifarişlərin  (hələ  yerinə  yetirilməmiş)  ləğv  edil‐

məsi üçündür. 

Yerinə  yetirmək  (Выполнить)  düyməsi  –  cari  sifa‐

rişin  yerinə  yetirilməsinə  xidmət  edir.  Yerinə  yetirmək 

düyməsini  sıxdıqdan  sonra  açılan  pəncərədə  (şək.15)  cari 

sifarişə  görə  veriləcək  kitabın  identifikasiya  nişanlarından 

birini  (ştrix‐kod,  inventar  nömrə),  nəzərdə  tutulan 

qaytarılma  tarixini  və  s.  seçmək  və  Yerinə  yetirmək 

(Выполнить) düyməsini sıxmaq lazımdır. 

 

 



 

78

 



Şək.15. 

 YERİNƏ  YETİRİLMİŞ  SİFARİŞLƏR    sahəsi  – 

yerinə  yetirilmiş  sifarişlərlə  işi  təmin  edən  komponentləri 

özündə  saxlayır.  Sahə  cədvəl  formasında  olub,  yerinə  yeti‐

rilmiş sifarişlərin siyahısını: cari sifarişi verən oxucunun ad‐

identifikatorunu,  verilən  nəşrin  qısa  təsviri  və  sənədin 

şifrəsini,  verilən  nüsxənin  identifikasiya  nişanını  (inventar 

nömrəsi  və  ya  ştrix‐kod),  sifarişin  verilmə  və  yerinə 

yetirilmə tarixini və vaxtını, nəşrin təsvir olunduğu elektron 

kataloqun verilənlər bazasının adını göstərir. 

Cədvəlin  sağ  hissəsində  yerləşən  Çap(Печать)  və 

Ləğv  etmək(Удалить)  düymələri  vasitəsilə  müvafiq  olaraq 

qeyd olunmuş sifariş siyahısının çapını və ləğv olunmasını 

təmin etmək olar. 

OXUCULAR  bölməsi  (şək.16)    Oxucu  (Читатели) 

verilənlər bazasında axtarışı və oxucunun sənədləri ilə işi, o 

cümlədən,  ədəbiyyatın  qaytarılması,  sifarişsiz  kitab  ve‐

rilişinin  qeydiyyatı,  lazımsız  informasiyanın  ləğv  edilməsi 

və s. təmin edir. 

 

 



   


Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə