N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə21/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   17   18   19   20   21   22   23   24   ...   31

 

90

Bağlamaq  (Закрыть)  əmri  cari  baza  ilə  işin  sona 

çatdırılmasını təmin edir. 

İmport/Eksport  (Импорт/Экспорт)  əmri    müvafiq 

olaraq  cari  bazaya  mətn  formatında  və  ya  ISO  2709 

formatında  (xüsusilə  beynəlxalq  UNIMARC  formatında) 

ayrıca  fayl  şəklində  yaradılmış  yazılar  qrupunu  daxil  edir 

və  müəyyən  diapazonlu  yazılar  qrupunu  mətn  və  ya  ISO 

formatında ayrıca fayl şəklində yaddaşda saxlayır. 



Blokirovkanın ləğvi (Снять блокировки) əmri 2 alt 

əmrdən:  Bütünlükdə  verilənlər  bazası  və  Yazılardan 

ibarətdir.  

 

Bütünlükdə  verilənlər  bazası  (БД  в  целом)  əmri 

sistemdə  baş  verən  qəza  nəticəsində  meydana  çıxan 

daxiletmə  və  monopol  blokirovkanın  ləğv  olunmasına 

xidmət edir. 

 

Yazılar  (Записи)  əmri  «KATALOQLAŞDIRICI»  və 



«KİTAB  VERİLİŞİ»  Avtomatlaşdırılmış  İşçi  Yeridə 

qəza  nəticəsində  yazılarda  baş  vermiş  blokirovkaları 

ləğv  edir.  Bu  zaman  açılmış  pəncərədə  həmin  yazıların 

diapazonunu 

göstərmək 

və 


Yerinə 

yetirmək 

(Выполнить) düyməsini sıxmaq lazımdır. 



Vəziyyət 

sorğusu 

(Опрос 


состояния) 

əmri 


informasiya  pəncərəsinin  yeni  sistem  parametrlərinin 

müəyyənləşməsini təmin edir. 



  

AKTUALLAŞDIRMA 

MENYUSU. 

Menyu 


aşağıdakı əmrlərdən ibarətdir: 

Lüğətin 

aktuallaşdırılması 

(Актуализировать 

словарь)  əmri  daxil  edilmiş  biblioqrafik  yazılar  əsasında 

lüğət  siyahısının    yeniləşməsini  təmin  edir

5

.  Lüğətin 



                                                           

5

  Müəyyən  səbəbə  görə  sənəd  daxil/redaktə  olduqda  avtomatik 



lüğət siyahısı yeniləşmirsə. 

 

91



aktuallaşmağa 

ehtiyacını 

informasiya 

pəncərəsinin 



Aktuallaşmamış  yazılar  (Записи  неактуализирован  ные) 

parametri  müəyyən  edir.  Əgər  o,  sıfırdan  böyük  qiymət 

alırsa, 

baza 


aktuallaşmalıdır. 

Aktuallaşma 

prosesi 

qurtardıqda  müvafiq  məlumat  pəncərəsi  ekranda  əks 

olunur.  

Lüğətin  yenidən  yaradılması  (Создать  словарь) 

əmri  cari  bazanın  bütün  yazıları  əsasında  lüğəti  yenidən 

formalaşdırır. 

Əmr 


informasiya 

pəncərəsinin 



Aktuallaşmamış yazılar  parametrinin qiyməti sıfırdan çox 

böyük olduqda yerinə yetirilməlidir. 



Lüğətin  yenidən  təşkili  (Реорганизовать  словарь) 

əmri  lüğətlə  işi  sürətləndirmək  məqsədilə  lüğətin 

strukturunu  yenidən  təşkil  edir.  Bu  zaman  Lüğətin  bərk 

diskdə yerləşdiyi hissəsinin sıxılması və «boşluqların» ləğvi 

prosesi

6

 baş verir.  



Faylın  yenidən  təşkili  (Реорганизовать  файл 

документов) əmri verilənlər bazasının saxlandığı fayl ilə işi 

sürətləndirmək məqsədilə faylın strukturunu yenidən təşkil 

edir.  Bu  zaman  faylın  bərk  diskdə  yerləşdiyi  hissəsinin 

sıxılması və «boşluqların» ləğvi prosesi baş verir. 

  

SERVİS  MENYUSU.  Menyu  aşağıdakı  əmrlərdən 

təşkil olunmuşdur: 



Sənədlər  faylının  surətinin  alınması  (Копировать 

файл  документов)  əmri  biblioqrafik  yazıların  ehtiyat 

nüsxəsinin 

yaradılmasını 

təmin 

edir. 


Əmr 

yalnız 


Aktuallaşmamış yazılar olmadıqda yerinə yetirilə bilər.  

Sənədlər  faylının  bərpası  (Восстановить  файл 

документов) 

əmri 

fayl 


korlandıqda 

onun 


ehtiyat 

nüsxəsindən bərpasını təmin edir.  

                                                           

6

 Windows‐un defraqmentasiya proqramında olduğu kimi. 




 

92

Ləğv  edilmişlərin  siyahısı  (Список  удаленных), 



Aktuallaşmamışların 

siyahısı 

(Список 


неактуализирован‐ных),  «Xəstə»lərin  siyahısı  (Список 

«Болных») 

əmrləri 

müvafiq 


olaraq 

ləğv 


edilmiş, 

aktuallaşmamış  və  keyfiyyətsiz  yazıların  siyahısını  əks 

etdirir. 

Sənədlər  faylının  diaqnostikası  (Диагностика 

файла 


документов) 

əmri 


faylın 

strukturunun 

düzgünlüyünü  yoxlayır.  Böyük  bazalar  üçün  bu  proses 

uzun  müddətli  olduğuna  görə  müəyyən  diapazonlu 

yazıları  yoxlamaqla  prosesi  bir  neçə  mərhələdə  yerinə 

yetirmək olar . 



MAKS.MFN‐nin  bərpası  (Восстановление  MAKS. 

MFN) əmri

 

verilənlər bazasında sənədlərin maksimal daxili 



nömrəsi  onların  real  saylarına  uyğun  gəlmədiyi  halda 

müəyyən tip qəzaların ləğvi üçün nəzərdə tutulub . 



XRF  «müalicəsi»  (Лечение  XRF)  əmri

 

keyfiyyətsiz 



sənədlərin  ləğvi  üçün  nəzərdə  tutulub.  ʺMüalicəʺ 

nəticəsində  keyfiyyətsiz  sənədlər  fiziki  silinmə  statusunu 

alır.  Bazada  belə  sənədlər  olduqda  sistem  bu  haqda  xüsusi 

məlumat verir. 



PARAMETRLƏR  (Опции)  MENYUSU.        Menyu 

yeganə  Avtomatik  sorğu  (Автоматический  опрос) 

əmrindən  ibarətdir.  Bu  əmr  informasiya  pəncərəsinin 

sistem  parametrlərinin  avtomatik  yeniləşməsini  təyin  edən 

vaxt  intervalının  müəyyən  edilməsinə  xidmət  edir(şək.27). 

İnterval  0‐60  saniyə  arasında  müəyyən  olunur.  İntervalın 

«0»  qiymətində  parametrin  avtomatik  yeniləşməsi  yerinə 

yetirilir  

 

93

Şək.27. 



KÖMƏK  (Помощь)  MENYUSU  AİY  ilə  işləmək 

haqqında operativ məlumatları əldə etməyə imkan verir.  

 

INTERNET VASİTƏSİLƏ ƏDƏBİYYAT AXTARIŞI 

 

 



ʺİRBİSʺ  Avtomatlaşmış  İnformasiya  İdarəetmə 

Sistemi 


kitabxananın 

Elektron 

kataloqunu 

Internet 

beynəlxalq kompüter şəbəkəsi  vasitəsilə ədəbiyyat axtarışı 

üçün  uzaq  məsafədə  yerləşən  oxucuların  istifadəsinə 

verilməsini  təmin  edir.  Bunun  üçün  ilk  növbədə  kompüter 

İnternet  beynəlxalq  kompüter  informasiya  şəbəkəsinə 

qoşulmuş  olmalıdır.  İstifadəçi  İnternet  xidməti  göstərən 

firma  ‐  provayder  vasitəsilə  əlaqə  saxladıqdan  sonra 

kompüterdə  olan  İnternet  brouzerini

7

  (məsələn,  İnternet 



Explorer)  yükləmək  lazımdır.  Brouzer  yükləndikdən  sonra 

ünvan sətrində oxucu URL[4‐5] 

ünvanını  daxil  edir.  Bu  zaman  daxil  etdiyimiz  ünvanlı 

informasiya  mənbəyi  ilə  kompüter  arasında  əlaqə  yaranır 

və  Web–səhifə

8

  açılır.  Açılmış  Web  ‐  səhifənin    axtarış 



                                                           

7

 Brouzer sözü ingilis sözü olub, ʺbaxışʺ deməkdir. İnternetdə olan 



informasiyalara baxışı təmin edən proqramları belə adlandırırlar. 

8

 İnternetdə saxlanılan sənəd Web ‐ səhifə adlanır.  




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə