N. N. Musayeva Kİtabxana informatikasi azərbaycan Respublikasının Təhsil Nazirinin 21. 08. 01 tarixli 917 saylı əmri ilə Ali məktəb tələbələri üçün dərs



Yüklə 2,93 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix08.07.2018
ölçüsü2,93 Mb.
#54004
1   ...   16   17   18   19   20   21   22   23   ...   31

 

84

Lüğət  (Словарь)  və  Əlaqəli  yazılar  (Связные  записи) 

vasitəsilə  tələb  olunan  yazı  axtarılır

2

  və  qeyd  olunduqdan



3

 

sonra    müvafiq  olaraq  Redaktə  (Корректировка),  Çıxış 



formaları  (Выходные  формы)  düyməsini  sıxmaq  lazımdır 

(şək.20). Redaktə  düyməsini sıxdıqda yazıların redaktəsini 

təmin  edən  Daxiletmə/redaktə  pəncərəsi  açılır  (şək.21).  

Çıxış  formaları  düyməsini  sıxdıqda  açılan  dialoq 

pəncərəsində  müvafiq  sifariş,  mühasibat  və  hesabat 

formasının  növünü  seçmək  lazımdır.  Sifariş  mühasibat  və 

hesabat  formaları  istifadəçinin  arzusuna  görə  birbaşa 

kağızda çap oluna bilər və ya  RTF faylı şəklində yaddaşda 

saxlanıla  bilər.  Statistik  hesabatların  hazırlanmasını  isə 



Statistika (Статистика) düyməsi təmin edir.  

DAXİLOLMASİLİNMƏ bölmələri  müvafiq olaraq    

kitabxanaya  daxil  olan  ədəbiyyat  dəstləri    haqqında 

müvafiq informasiyanın Yekun uçot kitabına (YUK)

4

  daxil 



edilməsi və ədəbiyyatın digər kitabxanalara, təşkilatlara və 

s.)  verilməsinin  uçotunun  təşkili  və  fonddan  kitabların 

silinməsinin  qeydiyatını,  mühasibat,  hesabat  və  statistik 

sənədlərin  hazırlanmasını  təmin  edir  və  oxşar  interfeysə 

malikdirlər.  (şək.22‐23)  Daxil  olunan  və  silinən  kitablar 

haqqında  tam  məlumatlar  hər  iki  bölmədə  eyni  olan  Yeni 

yazılar  düyməsini  sıxdıqda  açılan  Daxiletmə/redaktə 

pəncərəsində işçi vərəqin elementləri vasitəsilə daxil edilir.  

Əgər  ədəbiyyat  sifariş  edilmədən  kitabxanaya  daxil 

olunubsa,  ilk  növbədə  Sifariş  etmədən  təsvirin    daxil 

                                                           

2

  Yazıya  baxmaq  üçün 



Bütünlüklə  (Полностью)  düyməsini 

sıxmaq lazımdır.

 

3

 Qeyd olunmanın ləğvi (Снять отметки) düyməsini sıxdıqda 



lüğət və əlaqəli yazılar sahələrində  edilən bütün qeydlər silinir 

4

Rus  dilli  ədəbiyyatlarda  Книга  суммарного  учота  (КСУ) 



adlandırılır. 

 

85



edilməsi (Ввод описания без заказа) düyməsini sıxmaq və  

açılan  növbəti  pəncərədə  ədəbiyyatın  biblioqrafik  təsvirini 

daxil etmək lazımdır. Sifariş olunan  ədəbiyyat kitabxanaya 

hissə‐hissə daxil oluna bilər. Belə olduqda, YUK yazılarının 

artılırması (Пополнение записи КСУ) düyməsini sıxmaqla  

daxil  olan  ədəbiyyatın  sayını  artırmaq  olar.  SİLİNMƏ 

bölməsinin Silinmənin qeydiyyatı (Регистрация выбития)  

sahəsinin düymələri ədəbiyyat silinməsinin adlarına uyğun 

rejimlərini  və  silinmiş  ədəbiyyatın  biblioqrafik  təsvirinin 

verilənlər bazasından silinməsini təmin edir.  



ABUNƏLƏR    bölməsi  (şək.24)  abunə  dövrü 

nəşrlərin 

qısa 

biblioqrafik 



yazılarının 

və 


abunə 

təşkilatlarının  ünvanları  haqqında  məlumatların  daxil 

edilməsini,  kitabxananın  dövrü  nəşrlərə  abunəsinin 

rəsmiləşdirilməsini,    mühasibat,  hesabat  və  statistik 

sənədlərin hazırlanmasını təmin edir. 

 

Şək.22 




 

86

 



Şək.23 

   


 

Şər.24 


 

87

  Yeni   biblioqrafik yazıların, nəşr edən və abunə təşkilatlar  



haqqında məlumatların daxil edilməsi üçün müvafiq olaraq 

Biblioqrafik  təsvir  (БО)  və  ya    Ünvanlar  (Адресат) 

variantlarından  birini  seçib  Yeni  yazı  (Новая  запись) 

düyməsini  sıxmaq  lazımdır.  Yeni  yazı  açılan  növbəti 



Daxiletmə/redaktə  pəncərəsində  işçi  vərəqin  elementləri 

vasitəsilə  formalaşdırılır  və  verilənlər  bazasına  daxil  edilir. 



ABUNƏLƏR 

bölməsinin 



Abünənin 

 

qeydiyyatı 

(Оформление  подписки)    sahəsinin  düymələri  dövrü 

mətbuata abunənin adlarına uyğun rejimlərini təmin edir.  

DAXİLOLMA

SİLİNMƏ 

və 


ABUNƏLƏR  

bölmələrində,  uyğun  verilənlər  bazasının  yazılarının 

redaktəsi, 

mühasibat, 

hesabat 

sənədlərinin 

statistik 

məlumatlarının  hazırlanması  Sifariş  bölməsində  olduğu 

kimi həyata keçrilir.   

 

 ʺADMİNSTRATORʺ AVTOMATLAŞDIRILMIŞ İŞÇİ 



YERİ 

 

 



«ADMİNSTRATOR»  Avtomatlaşdırılmış  İşçi  Yeri 

informasiyanın  qorunması  məqsədilə  bütünlükdə  sistemin 

verilənlər  bazası  üzərində  əməliyyatları  yerinə  yetirən 

mütəxəssisin  işçi  yeridir.  «ADMİNSTRATOR»  AİY 

verilənlər 

bazasında 

 

dəyişikliklərin 



aparılması, 

informasiyanın  silinməsi  funksiyalarına  malikdir.  Buna 

görə  də  bu  Avtomatlaşdırılmış  İşçi  Yeri  ilə  sistemi  yaxşı 

bilən  və  bu  işə  məsul  olan  şəxs  işləyə  bilər. 



«ADMİNSTRATOR»  Avtomatlaşdırılmış  İşçi  Yerinin 

istifadəçi  interfeysi,  bu  və  ya  digər  iş  rejimini  müəyyən 

edən  menyu  sətrindən  və  cari  verilənlər  bazasının 

parametrlərini  əks  etdirən  informasiya  pəncərəsindən 

ibarətdir (şək.25). 



 

88

 



 

Şək.25. 


Menyu sətri  5 ədəd menyudan ibarətdir: 

 



VERİLƏNLƏR BAZASI (База данных) 

 



AKTUALLAŞDIRMA (Актуализация) 

 



SERVİS (Сервис) 

 



PARAMETR (Параметр) 

 



KÖMƏK (Помощь) 

 

VERİLƏNLƏR 



BAZASI 

MENYUSU.Menyu 

aşağıdakı əmrlərdən təşkil olunmuşdur: 

 

Açmaq  (Открыть)  əmri  bazanın  seçilməsini  təmin 

edir.  Bu  zaman  bazaların  siyahısından  ibarət  pəncərə  açılır 

ki, müvafiq bazanı seçib Seçim (Выбор) düyməsini sıxmaq 

və ya seçilmiş sətrin üzərində siçanın sol düyməsini 2 dəfə 

sıxmaq lazımdır . 

 

Yeni  (Новая)  əmri  –  Elektron  kataloqda  yeni 

verilənlər  bazasının  yaradılmasını  təmin  edir.  Əmri  yerinə 

yetirdikdən  sonra  açılan  pəncərədə  (şək.26).  aşağıdakı  3 

element yerləşmişdir. 

 

 



89

 

 



Şək.26 

:Verilənlər  bazasının  adı  (Имя  БД).  Burada  5  simvoldan 

artıq  olmamaqla  (latın  hərfləri)  verilənlər  bazasının  adı 

daxil edilir. 

 

Verilənlər  bazasının  tam  adı  (Полное  Название  БД). 

Burada  istifadəçi  üçün  nəzərdə  tutulan  və  bazanın 

təyinatı  və  məzmununu  bildirən  verilənlər  bazasının 

tam adını daxil etmək lazımdır. 

 

Oxucunun 

verilənlər 

bazasından 

istifadə 

(БД 


доступно  читателю).  Bu  element  yaradılmış  verilənlər 

bazasına  «OXUCU»  Avtomatlaşdırılmış  İşçi  Yeri 

vasitəsilə müraciətin mümkün olması rejimini müəyyən 

edir.  


Tələb  olunan  informasiyaları  bu  elementlər  vasitəsilə  daxil 

etdikdən  sonra    Yaratmaq  (Создать)  düyməsini  sıxmaq 

lazımdır. Yeni yaradılmış verilənlər bazasının ilk (1‐dən 20‐

yə kimi) 20 yazısı avtomatik olaraq yaradılır. 



Təmizləmək 

(Опустошить) 

əmri 

verilənlər 



bazasının bütün yazılarının ləğvinə, təmizlənməsinə xidmət 

edir.  Bu  zaman  ilk  20  yazı  (1‐dən  20‐yə  qədər)  ləğv 

olunmur. 



Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə