16
www.aliyevheritage.org
burada, NATO-nun iqamətgahında olmağımdan
istifadə edərək, Azərbaycanın
mövqeyini bir daha bəyan edirəm. Biz bu məsələnin sülh yolu ilə həllinə, atəşin
və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına, işğalçı qoşunların
Azərbaycan ərazisindən dərhal çıxarılmasının və bu zaman onun ərazi bütöv-
lüyünü, sərhədlərinin toxunulmazlığını təmin edəcək danışıqlara tərəfdarıq.
Biz bu şərtlərlə Dağlıq Qarabağın muxtariyyət statusu haqqında məsələni
nəzərdən keçirməyə hazırıq.
Aprelin 12-də Azərbaycan televiziyası və radiosu ilə çıxış edərkən mən
erməni xalqına, Ermənistanın rəhbərliyinə, Dağlıq Qarabağın
Azərbaycan
vətəndaşı olan erməni sakinlərinə müraciət edərək qan tökülməsini
dayandırmağa çağırdım. Taleyin hökmü ilə Azərbaycan və erməni xalqları
yanaşı yaşamalıdırlar və əsrlərlə yanaşı yaşamışlar. Biz belə hesab edirik ki,
problemin hərbi yolla həllinin perspektivi yoxdur. Bu müharibə perspektivsiz
müharibədir və qan tökülməsinə mümkün qədər tezliklə son qoymaq, region-
umuzda sülhü bərqərar etmək lazımdır.
Bu gün bir daha əmin
olduğumuzu bildiririk ki, bizim sülh məramlı
təşəbbüslərimizin həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar, ilk növbədə
ATƏM və onun Minsk qrupu əlavə tədbirlər görəcəklər. Bu gün NATO-nun
iqamətgahında olarkən yarandığı dövrdən bəri Avropada və bütün dünya-
da sabitlik yaradılmasına, sülh və əməkdaşlığın möhkəmləndirilməsinə çox
böyük töhfə vermiş Şimali Atlantika İtt ifaqına
dərin hörmətimi bildirmək
istəyirəm. Biz NATO-ya yüksək ehtiramla yanaşır və onun müasir mərhələdəki
fəaliyyətinə böyük əhəmiyyət veririk. Şimali Atlantika Əməkdaşlığı Şurasının
yaradılması NATO-nun fəaliyyətində mühüm mərhələ olmuşdur və başqa
dövlətləri NATO-nun orbitinə cəlb etməyə imkan verəcəkdir.
Biz NATO-nun bu il yanvarın 10-da "Sülh naminə tərəfdaşlıq" sənədini qəbul
etməsi barədə qərarını razılıqla qarşılayır və bunu həm də ölkələr arasında
əməkdaşlığı daha da inkişaf etdirmək üçün NATO-nun fəaliyyətində müh-
üm addım sayırıq. NATO-nun 10 yanvar tarixli qərarında Cənubi Qafqazda
yaranmış vəziyyətdən xüsusi narahatlıq ifadə olunmasına, regionumuzda, o
cümlədən
Azərbaycanda, Ermənistanda və Gürcüstanda münaqişənin ara-
dan qaldırılmasının zəruriliyinə əminliyin əksini tapmasına böyük əhəmiyyət
veririk.
Bütün bunlar bizi cəlb edir və böyük maraq doğurur. Bunları əsas tutaraq,
biz NATO-nun Şərqi Avropa ölkələrini və keçmiş Sovet İtt ifaqına daxil olan
yeni müstəqil dövlətləri "Sülh naminə tərəfdaşlıq" sənədinə qoşulmağa çağıran
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
17
www.aliyevheritage.org
dəvətini böyük razılıqla qarşılamışıq. Biz həmin sənədi imzalamağı qərara
almışıq və NATO ilə əməkdaşlığa böyük ümid bəsləyirik. Bu əməkdaşlıq həm
Azərbaycanın Qərb demokratiyasına qovuşması, həm də NATO ilə əməkdaşlıq
edərək, regionda vəziyyəti sabitləşdirməyə, müharibəni dayandırmağa,
Azərbaycan ilə Ermənistan arasında sülh və mehriban
qonşuluq yaratmağa
yönəldilmiş əlavə yollar axtarmaq baxımından bizdən ötrü çox mühümdür.
Biz buraya bu fi kirlər və ümidlərlə gəlmişik və bu gün "Sülh naminə
tərəfdaşlıq" proqramını imzalamağa hazırıq. Bir daha ümid etdiyimi bildirmək
istəyirəm ki, Azərbaycan Respublikasının bu addımı NATO tərəfi ndən
layiqincə qiymətləndiriləcək, qarşılıqlı surətdə faydalı olacaq və başlıcası isə,
regionumuzda vəziyyətin sabitləşməsinə kömək edəcəkdir. Sizin təşkilatınıza
gələcək uğurlar arzulayıram. Diqqətinizə görə minnətdaram və "Sülh naminə
tərəfdaşlıq" çərçivə sənədini imzalamağa hazıram.
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL
18
www.aliyevheritage.org
Zəngin və çoxəsrlik tarixi olan, böyük inkişaf
yolu keçən Azərbaycan
Respublikası üç il bundan əvvəl sovet totalitarizminin süqutu nəticəsində öz
milli istiqlaliyyətini bərpa etmiş və BMT-də, ATƏM-də və digər beynəlxalq
təşkilatlarda təmsil olunduğuna görə bu gün NATO üçün dünya birliyinin
tamhüquqlu üzvüdür.
Dünya inkişafının bugünkü qanunauyğunluqlarını nəzərə alaraq, indi-
ki mərhələdə Azərbaycan dünya birliyində öz layiqli yerini tutmağa çalışır
və demokratik cəmiyyət yaratmaq əzmindədir. Elə bir cəmiyyət ki, bəşər
sivilizasiyasının öz inkişafının bütün mərhələlərində yaratdığı fundamental
prinsiplərə və dəyərlərə sadiqdir.
Azərbaycanın dövlət siyasətinin əsasını sülhsevərlik,
siyasi plüralizm,
şəxsiyyətin azadlığının və insan hüquqlarının tanınması və təmin olunması
prinsipləri təşkil edir. Bizdə siyasi partiyalar, dini etiqad azadlığı, milli
azlıqların hüquqlarının müdafi əsi və s. haqqında normativ sənədlər qəbul
edilmişdir və işləyir.
Azərbaycan öz xarici siyasətini bizim hamımızın qarşısında duran ümumi
qlobal məqsədləri rəhbər tutaraq, dünyanın qarşılıqlı surətdə asılı və qarşılıqlı
surətdə bağlı olmasını dərindən dərk etmək əsasında qurur. Biz möhkəm
əminik ki,
dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin
toxunulmazlığına qarşılıqlı hörmət indiki həyəcanlı və hədə-qorxulu dövrdə
təhlükəsizliyin əsasıdır.
Azərbaycan xarici dünya üçün açıq olan və ölkənin çox zəngin potensialından
istifadə etməyə imkan verən bazar iqtisadiyyatı yaratmaq məqsədilə iqtisadi islahatlar
həyata keçirməyə başlamışdır. Bu məqsədlə biz xarici investisiyaları iqtisadiyyatımıza
cəlb etmək və dünyanın ən iri şirkətləri ilə əməkdaşlıq yaratmaq üçün tədbirlər
görürük. İslahatların qanunvericilik yolu ilə təmin edilməsi prosesi gedir.
İndi Azərbaycan dərin böhran keçirir. Sovet quruluşunun ifl asa uğramasının
nəticəsi olan bu böhran keçmiş SSRİ-nin bütün ərazisini əhatə etmişdir. Buna bax-
mayaraq, biz yaşadığımız dövrün çətinliklərini dəf etmək və islahatların planlı
surətdə həyata keçirilməsi yolu ilə çiçəklənən suveren dövlət yaradılmasına
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin "Sülh naminə tərəfdaşlıq" çərçivə
sənədinin imzalanma mərasimində bəyanatı -
Brüssel, NATO-nun iqamətgahı
4 may 1994-cü il
AZƏRBAYCAN – NATO : TƏRƏFDAŞLIQDAN BAŞLANAN YOL