37
Məni Azərbaycandan uzaqlaşdırdıqdan sonra, bu qrup məsləkdaşlarıma amansız
divan tutmağa başladı.
Bir qismini siyasi cəhətdən öldürdü, başqalarını partiyadan xaric etmək qorxusu
altında tamamilə simasızlaşdırdı, digərlərini isə gizli iş şəraitinə keçməyə məcbur etdi.
İndi sağ qrup yoxdur və Azərbaycanın bütün taleyi Mirzoyan başda olmaqla “sol”
qrupun əlindədir.
Azərbaycanda vəziyyətin ağası olan “sol” qrup, əvvəllər edə bilmədiklərini indi
inadla həyata keçirir. Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində yaxın gələcəkdə
ikinci Türküstan yaradılacaqdır.
Partiya parçalanır, xəbərçilik sistemi genişlənir.
Müsəlman fəhlə və kəndlilər ən yaxşı halda partiyadan çıxmağa cəhd edir, bəd
ayaqda müsavatçılar və ittihadçıların təsiri altına düşürlər.
Mən bildirirəm ki, bu qrupun fəaliyyəti nəticəsində təhlükəli millətlərarası
antoqonizm inkişaf edir.
Əgər RKP MK bütün bunları normal hal hesab edir və Şərq siyasətindən əl
çəkirsə, mənim buna qarşı heç bir etirazım yoxdur, lakin bildirirəm ki, bu andan
Azərbaycanda vəziyyətə cavab vermirəm və bütün məsuliyyət bu qrupun və onun
əməllərini müdafiə edənlərin üzərinə düşür”.
Bu teleqramın göndərildiyi gündən 8 ay keçib və mən bildirirəm ki, Azərbaycanda
vəziyyət bu vaxt ərzində daha da pisləşmişdir.
Mən bildirirəm ki, bir il bundan əvvəl Azərbaycanda hakimiyyət azərbaycanlı
kütlələrin Sovet hakimiyyətinə ümumi rəğbəti ilə müdafiə edilirdisə, lakin hal-hazırda
hakimiyyət yalnız süngü gücünə müdafiə edilir.
Əlbəttə, əgər bizim xarici aləmlə silahlı toqquşmamız olmasa hələ bir müddət
hakimiyyəti süngü gücünə saxlamaq olar, lakin əgər bu toqquşma baş verərsə, onda neft
sənayesi təhlükə qarşısında qalacaqdır. Bir dəqiqə belə, vaxt itirmədən, son zamanlarda
Azərbaycanda yaranmış nöqsanlara diqqət yetirmək zəruridir.
İki ay bundan əvvəl Azərbaycanda üsyan baş vermişdi. Asanlıqla yatırdılar, lakin
neçə gün qırmızı əsgərlərdən bataqlıqda gizlənməyə məcbur olan qadın və uşaqları oradan
zorla çıxardıqda əhaliyə bu yatırma necə təsir göstərmişdi.
Orconikidzenin nəzəriyyəsinə görə, əlbəttə, kiçik Azərbaycanın əhalisini
müntəzəm olaraq məhv etmək olar, lakin onda respublika kimdən ibarət olacaqdır?
Mən 1919-cu ildə Mərkəzi Komitəyə özümün birinci məruzəmdə dediyim sözləri
təkrar etməliyəm. Biz Bakını bütöv Azərbaycansız saxlamaq iqtidarında deyilik, eləcə də
biz hazırki beynəlxalq vəziyyətimizlə əlaqədar Zaqafqaziyanı süngü gücünə saxlamaq
iqtidarında deyilik. 19-cu ilədək Musavat, daşnak, menşevik və eser partiyalarının üzvləri
olan gənc kommunistlərə etibar yoxdur.
Aşağıda mən bəzi statistik məlumatlar göstərirəm ki, bunlar Mərkəzin etimadını
qazanmış məsul yoldaşların müstəmləkəçilik siyasətini daha yaxşı əks etdirir.
38
Azərbaycanın paytaxtında türklər Bakı Sovetinin qulluqçularına istər-istəməz
şifahi və yazılı şəkildə müraciət etdikdə, bu müraciət rus dilində olmalıdır, belə ki, ruslar,
yəhudilər və ermənilər türk dilində danışmırlar.
Mən bildirirəm ki, Dövlət Duması olanda, türk əhalisi belə sıxıntıya məruz
qalmırdı.
Bəs Bakı qəzasında yerləşən 76 türk kəndinin əhalisi öz işləri üçün şəhərə gəlib və
Bakı Sovetinə müraciət etdikdə necə təəssürat yaranır.
Bəs türklər üçün məktəblərin və uşaq evlərinin sayı.
Lakin hər şeydən dəhşətlisi təqaüdçü tələbələrin sayıdır: 30 rus və 5 türk.
Daha dəhşətlisi isə bu məsul yoldaşların fəhlə uşaqlarına münasibətidir.
Fabrik-zavod-şagirdlik məktəbləri adlanan təhsil ocaqlarının sayı 17, burada rus
uşaqlarının sayı 1192, müsəlman fəhlələr üçün isə - 26.
Məgər bütün bunlar yol. Kirova, Mirzoyana bəlli deyil.
Məgər Mirzoyan və başqalarının bu cür cinayətkar siyasətini müdafiə edən
Ruhulla Axundov və ona bənzər türklər bunu hiss etmirlər.
Ürəkdə bu ədalətsizliyi dərk edən türk işçiləri nə üçün bunu edirlər.
Lakin onlar nəinki, bu barədə qışqırır, hətta ya mənsəblərinə görə, ya da yuxarıda
deyildiyi kimi, Azərbaycanda türklər arasında Sovet hakimiyyətini nüfuzdan salmaq
məqsədilə bu siyasətin davamına kömək edirlər.
Partiya qurultaylarının milli məsələyə dair bir sıra qərarlarından sonra belə
şəxslərə Azərbaycan zəhmətkeşlərinin səadətini etibar etmək olarmı.
S
ıra
№
-ləri
Ş
öbələr üzrə
familiyalar
Part
iya
mənsubiyyəti
Milliyyəti
V
əzifəsi
Şöbən
in
bütün
qulluqçularının
sayı
O
nlardan
türklər
1
2
3
4
5
6
7
I.
Rəyasət heyəti 10 - 2
1 Krılov - part. - sədr - rus
2 Vareskiy - sədr müavini - naməlum
3 Yadrov - məsul katib - yəhudi
4 Mirzoyan - rəyasət heyəti üzvü - erməni
5 Konuşkin - rus
6 Todorski
7 Karuşin - şöbə müdiri
8 Blyaxin
9 R.Hüseynov - türk
10 Qasımov - rəyasət heyət qulluqçusu - naməlum
II.
İşlər idarəsi 26 4
39
1 Şahbazov - bitərəf - işlər müdiri - türk
2 Yanovskaya - part. - ümumi şöbə müdiri - rus
III.
Kommunal təsərrüfat 450 - 20
1 Paruşin - part. - şöbə müdiri - rus
2 Roxlin - bitərəf - yəhudi (yarım bölmələrlə)
3 Livşits - işlər müdiri
4 Abezqauz - katib
IV. Tikinti yarımşöbəsi
1 Nikitin - bitərəf - müdir - rus
V. Əmlak şöbəsi
1 Belikov - part. - müdir - naməlum
2 Kriştun - bitərəf - müdir müavini - yəhudi
3 Palaşkov - katib - rus
VI. Abadlaşdırma şöbəsi
1 Mirzəbegyants - bitərəf - müdir - erməni
VII. İstismar bölməsi
1 Mişuxin - bitərəf - müdir - rus
VIII. Nəzarət-hesablama yarımşöbəsi
1 Mahmudbəyov - bitərəf - müdir - türk
2 Savitski - müdir müavini - rus
IX. İnventar-statistika yarımşöbəsi
1 Çevanov - bitərəf - müdir - naməlum
X. Neft sənayesi
1 Jdanov - part. - müdir - rus
XI. Elektrotexnika yarımşöbəsi
1 Çernomordikov - bitərəf - müdir - yəhudi
XII. Torpaq bölməsi
1 Peskovski - bitərəf - müdir - rus
XIII. Təchizat şöbəsi
1 Bema - bitərəf - müdir - yəhudi
XIV. Yol şöbəsi
1 Bunov - bitərəf - müdir - rus
XV. Maliyyə şöbəsi
1 Andreyev - part. - müdir - rus
2 Kantsnelson - bitərəf - müdir müavini - yəhudi
3 Sklyarevski - II müavin - rus
4 Semenenko - bitərəf - vergi yarımşöbəsinin müdiri - rus
XVI. İdarəetmə şöbəsi
1 Hüseynov R. - part. - müdir - türk 20 - 3