Nяsiman Yaqublu
18
Янвяр Паша
ral) rütbəsi verildi. Bu təyinatdan sonra Nuru Paşa 1918-ci ilin martın
25-də Mosula, oradan isə Gəncəyə gəlib Qafqaz İslam Ordusunu ya-
ratmağa başladı.
Qeyd edək ki, Nuru Paşa Gəncəyə mayın 25-də gəlib
çıxmışdı.
Azərbaycanın görkəmli dövlət xadi-
mi Məhəmməd Əmin Rəsulzadə Nuru
Paşanın Gəncəyə gəlişini belə qeyd
edirdi: “Cənubi Qafqaz nümayəndələri
ilə türk nümayəndələri Batumda müza-
kirələr apararkən Nuru Paşa ilə bərabər
tabeliyində olan bir çox zabitlər – İran
və Qarabağ istiqamətindən
Gəncəyə da-
xil oldular. O zaman müdhiş bir anarxi-
yaya məruz qalan, digər tərəfdən də
bolşevik təcavüzü ilə təhdid olunan
Gəncə Nuru Paşanı göydən enmiş xi-
laskar bir mələk kimi qəbul etmişdi.
Xalqın ona göstərdiyi istiqlal Gəncə ta-
rixində görünməmişdi” (53, s. 39).
Nuru Paşa Gəncəyə gəldikdən sonra
burada və ətraf bölgələrdə olan müqa-
vimət dəstələrini təşkilatlandırmağa başladı.
Maraqlıdır ki, Nuru Paşa Gəncədəki vəziyyəti öyrəndikdən sonra
Üçüncü ordu komandanlığına çox dəyərli və tarixi əhəmiyyəti olan bir
məlumat göndərilmişdi. Nuru Paşa Üçüncü ordu komandanı Vəhib
Paşaya yazdığı məlumatda bildirirdi: “Gəncədə Milli Kolordu (hərbi
birlik) adında təşəkkül edən 600 nəfərlik bir qüvvət vardır. Bakıya
qarşı da Kürdəmir stansiyasında knyaz Mağalov adında bir gürcü za-
bitinin komandası altında 400-ə qədər əsgər vardır. Bakı qətliamında
gürcülərin müsəlmanlarla təşrixi-məsai etmələrinə bir əlamət və mü-
səlmanlarla bir cəmilə olaraq Tiflisdən göndərilmiş olan bu əsgərlərin
300-dən ibarət olan gürcüləri də Tiflisə dönüblər.
Azərbaycanın milli bir ordu yaratmaq imkanı mövcuddur. Əsgərli-
yə layiq çox insan vardır. Muğan kimi bölgələrdə 10 000 000 kiloya
qədər də buğda və ərzaq mövcuddur. Fəqət ordu təşkili üçün paltar,
silah və cəbbəxana yoxdur. Paşa həzrətləri bu xüsusda yardım edilmə-
sini rica edir və əlavə edir ki, əsgərin təlim və tərbiyəsi üçün buraya