15
dövlətlərin yaranmasından qabaq insan cəmiyyətində mövcud olmuşdur.
Bu zaman informasiya qarşıdurması silahlı qarşıdurmanın ayrılmaz ele-
menti kimi özünü göstərmişdir. Silahlı qarşıdurmadan əvvəl tərəflərin bi-
rinin öz tərəfdarlarının əhval-ruhiyyəsini qaldırması, qarşı tərəfin psixo-
loji durumuna təsir göstərmək üçün müvafiq informasiyaların yayılma-
sından istifadə olunurdu. İnformasiyanın təsir qüvvəsi aydın olunca in-
formasiya qarşıdurmasının tətbiq sahələri də genişləndi. Xüsusilə, dövlə-
tin meydana gəlməsindən sonra informasiya qarşıdurmasına diqqət daha
da artırıldı. Hazırda informasiya qarşıdurması aşağıdakı sahələri əhatə
edir: siyasi, diplomatik, maliyyə,
iqtisadi, hərbi, kosmik və s. (4).
İndi ictimai münasibətlərin elə bir sahəsi yoxdur ki, orada informasi-
ya qarşıdurmasından istifadə olunmasın. Son zamanlar informasiya tex-
nologiyalarının və vasitələrinin inkişafı informasiya qarşıdurmasının özü-
nün də təkmilləşdirilməsinə ciddi təkan vermişdir və hazırda informasiya
dünyaya tanınmağın, dünyaya nüfuz etməyin səmərəli vasitələrindən
birinə çevrilmişdir.
İnformasiya qarşıdurmasının mahiyyətinə münasibətdə elmi ədəbiyyat-
da bir-birindən fərqli anlayışlar mövcud olsa da, onlar məzmunca oxşar-
dır. Elmi ədəbiyyatda olan
qənaətlərin biri belədir ki, bir tərəfin qarşı tərə-
fin informasiya mühitinə təsir etmək və qarşıya qoyulan məqsədə çatmaq
məqsədi ilə öz informasiya mühitini qorumaq üçün xüsusi (siyasi, iqtisa-
di, diplomatik, hərbi və s.) metod, vasitə və üsullardan istifadə etməklə
apardığı mübarizə formasıdır (5). Başqa bir elmi qənaət isə bundan iba-
rətdir ki, informasiya qarşıdurması–ictimai münasibətlərin bu və ya digər
sferalarına təsir etmək və strateji ehtiyat mənbələri üzərində nəzarət əldə
etmək üçün ictimai sistemlərin informasiya-psixoloji sferada rəqabətidir.
Bu rəqabətin nəticəsində rəqabət tərəflərindən biri sonrakı inkişaf üçün
üstünlük əldə edir, digəri isə bu üstünlüyü əldən verir (6). Sonra da əlavə
edilir ki, informasiya qarşıdurması deyiləndə, informasiya sferasındakı
mübarizə başa düşülməlidir. Bu zaman qarşı tərəfin informasiyalarına,
informasiya sistemlərinə və informasiya infrastrukturuna kompleks dağı-
dıcı təsir göstərilir. Eyni zamanda həmin tərəfin öz informasiya sistemi
də qarşı tərəfin üzərində informasiya üstünlüyünün əldə edilməsi və qo-
runmasıdır.
Elmi ədəbiyyatda informasiya qarşıdurmasının iki əsas növü təsbit
olunmuşdur: informasiya-texniki qarşıdurma və informasiya-psixoloji qar-
şıdurma. İnformasiya-texniki qarşıdurmanın başlıca hədəfi informasiya tex-
niki sistemlərinə, məlumatların ötürülməsi sistemlərinə, informasiyanın
17
Hədəf seçilmiş obyektlərə göstərilən təsirin səviyyəsi istifadə edilən
vasitələrdən, forma və metodlardan, informasiyanın inandırıcılığından və
s. asılıdır. Amma bu sahədə aparıcı rol heç şübhəsiz ki, informasiya qar-
şıdurmasını həyata keçirən qüvvələrdən asılıdır. Elmi ədəbiyyatda bu
qüvvələr informasiya qarşıdurmasının subyektləri adlanırlar. İnformasiya
qarşıdurması bu subyektlər tərəfindən həyata keçirilir və qarşıya qoyulan
məqsədə çatmağın əsas məsuliyyəti də bu subyektlərin üzərindədir. İn-
formasiya-psixoloji qarşıdurmanın subyektlərinə aşağıdakılar daxildir:
dövlət; dövlət ittifaqları və koalisiyaları; beynəlxalq təşkilatlar; qeyri-qa-
nuni silahlı birləşmələr; terror, ekstremist, radikal-siyasi və radikal-dini
təşkilatlar; transmilli
korporasiyalar, media korporasiyaları və s. (9). Yu-
xarıda qeyd edildi ki, informasiya qarşıdurmasının obyekti – mənəvi-psi-
xoloji təsir göstərilməsi mümkün olan hər bir obyekt, o cümlədən fərd də
ola bilər. Bu baxımdan informasiya qarşıdurmasının subyekti də mənəvi-
psixoloji təsir göstərmək imkanı olan hər bir subyekt, o cümlədən fərd
ola bilər. Xüsusilə bugünkü texnoloji imkanlar buna şərait yaradır. Lazı-
mi qabiliyyəti olan hər bir fərd elektron-informasiya
vasitələrinin köməyi
ilə böyük bir auditoriyanı təsir altında saxlaya bilər. Dağlıq Qarabağ mü-
naqişəsinin nümunəsində qeyd etmək olar ki, diasporalar, ictimai təşki-
latlar, könüllü toplular, kütləvi tədbirlər, mədəniyyət və incəsənət kollek-
tivləri informasiya qarşıdurmasının subyektləri rolunda çıxış edə bilərlər.
İnformasiya qarşıdurmasının başqa subyektlərinə nisbətən, etnik mü-
naqişələrin informasiya qarşıdurmasında obyekt və subyektlərin qarşılıqlı
əlaqəsi daha genişdir. Çünki bu münaqişənin informasiya qarşıdurması-
nın subyektləri, subyekt olmaqdan əvvəl informasiya qarşıdurmasının
obyektləri rolunda çıxış edirlər, lazımi informasiya təsirlərinə məruz qa-
lırlar və onların şüurunda və baxışlarında etnik münaqişənin məqsədlə-
rindən irəli gələn dəyişikliklər baş verir. Dağlıq Qarabağ münaqişəsi nü-
munəsində qeyd etmək olar ki, bu münaqişənin başlanğıcında ilk növbə-
də erməni əhalisi, erməni ictimai-siyasi qurumları, erməni diasporu güclü
informasiya hücumuna məruz qoyuldu, onlarda millətçilik hissləri qızış-
dırıldı, Azərbaycan ərazilərinin işğal edilməsi niyyətləri onların beyninə
yeridildi. Sonra isə bu qüvvələr erməni millətçilik təbliğatının
subyektinə
çevrildilər. Başqa sözlə, informasiya qarşıdurmasında obyekt-subyekt trans-
formasiyası məqsədyönlü şəkildə aparılır və bununla geniş informasiya
qarşıdurması üçün zəmin hazırlanır.
Mütəxəssislərin fikrincə, informasiya qarşıdurmasının subyektləri
aşağıdakı əlamətləri ilə xarakterizə olunurlar: