BOS XƏBƏR BÜLLETENİ
QIŞ 2018
6
Baku-Oxford
School
WWW.BAKUOXFORDSCHOOL.COM E-MAIL: INFO@BOS.EDU.AZ
TEL: +99412 4041330 FAX: +99412 4041329
BOS heyətinin Yeni İlini təbrik edir, 2018-ci
ildə uğurlar arzulayırıq!
Bir çoxunuz yəgin artıq bilirsiniz ki,
məktəbimiz Beynəlxalq Məktəblər Şurasının
(COIS) tam akkreditasiyasını almışdır və tez
bir zamanda Məktəb və Kolleclər üzrə Yeni
İlgiltərə Assosiasiyasının (NEASC) tam
akkreditasiyasını
almağı
barədə
rəsmi
açıqlama gözləyir. Bu iki nüfuzlu təşkilatların
tam akkreditasiyasını alan məktəblər davamlı
olaraq inkişaf edən, beynəlxalq standartlara
uyğun təhsil verən və məktəbin bütün sahələri,
həm akademik həm də idarəçilik sahələri üzrə
ən yüksək nailiyyətlər nümayiş etdirən
məktəblər olurlar. Biz Azərbaycanda bu ikili
akkreditasiyanı almış yeganə məktəb olacayıq.
Məktəbimizin qazandığı nailiyyət nəticəsində,
davamlı olaraq özümüzü doğrultmalı və inkişaf
edərək hər 5 ildən bir bu prosesdən keçib,
akkreditasiyanı yeniləməliyik. Dünyada ən
keyfiyyətli məktəblər akkreditasiya şərəfinə
layiq görülüblər və artıq bizim məktəb də,
həmin nüfuzlu məktəblər sırasına daxil
olubdur. Bütün məktəb kollektivini, eyni
zamanda cəmiyyətimizi qazandığımız uğur
münasibəti ilə ürəkdən təbrik edirik!
Akkreditasiya haqqındakı rəsmi məktubdan bir
hissəni nəzərinizə çatdırırıq:
‘Bir
məktəbə
akkreditasiya
qərarı
verməmişdən öncə CIS, məktəbə səfər edən
komissiya
nümayəndələrinin,
məktəbin
akkreditasiyası standartlarına cavab verdiyinin
canlı şahidi olaraq, yerində sübuta yetirdikləri
və hesabatda göstədikləri əsas təriflərə
(məktəbin üstün cəhətlərinə) nəzər yetirir və
onları əsas götürür. Bu məktəbə akkreditasiya
verərək, komissiya üzvlərinin qeyd etdikləri
təriflər və məktəbin güclü tərəfləri, zəif
tərəflərdən çox olduğu üçün CIS bunu xüsusi
olaraq vurğulamaq istəyir. Məktəbin özünü
doğrultma prosesinin vaxtında tamamlanması
və davamlı inkişaf edərək akkreditasiya
tələblərinin
yüksək
səviyyədə
yerinə
yetirilməsi
CIS
tərəfindən
yüksək
qiymətləndirilir. Məktəbin bütün sahələri üzrə
olan
inkişaf
səfər
zamanı
sübuta
yetirilmişdir. Məktəbin güclü tərəflərini qeyd
edərək, bütün şagirdlər üçün yaradılmış dil
imkanları,
mültikulturalizm
və
qlobal
vətəndaşlıq
hissi,
uşaqların
qorunması
qaydaları,
bilavəsitə
sağlamlıq
və
təhlükəsizliyə göstərilən diqqəti xüsusi ilə
vurğulamaq istəyirik. Azərbaycanın hazırki
iqtisadi durumuna baxmayaraq, bu qədər qısa
müddətdə, akkreditasiya üçün başlayan
prosesdə əldə etdikləri nailiyyət və inkişafa
görə
məktəbin direktoru və Müşahidə
Şurasının birgə çalışması və dəstəyi
giymətləndirilən ən üstün cəhətlərdən biri
olmuşdur. Məktəbin belə bir üstünlüyü təqdirə
layiqdir.’
Komissiya üzvlərinin yazdıqları son hesabatın
yekunundan bir hissəni nəzərinizə çatdırırıq:
Şagirdlərin təhsilinə göstərilən diqqət bütün
tədris bölmələri üzrə dərs materialları və
pedaqoji
üslublarla
sübuta
yetirilmişdir. Komissiya üzvləri inanırlar ki,
özünü doğrultma prosesində bütün baş verən
dəyişikliklər məktəbin təşəbbüsü və əməyi
nəticəsində baş vermişdir. Tələb olunan
məlumatlar toplanmış, analiz edilmiş və bütün
siniflər üzrə aparılan təlim və tədris prosesinin
müşahidəsi üçün istifadə edilmişdir. Məktəbdə
şagirdlərin rifahına ciddi yanaşılır. Pedaqoji və
inzibati
heyətin
təkmilləşməsi
üçün
peşəkarlığın inkişafı proqramları təşkil olunur.
Müxtəlif tədbirlər vasitəsi ilə düzgün vərdişlər
aşılanır. Şagirdlərin sağlam və təhlükəsiz
olmaları üçün lazımi işçi və şərait yaradılıbdır.
Komissiya üzvlərinin qeyd etdikləri tərif və
məsləhətlər məktəbin təəccüblənməsinə səbəb
olmamışdır. Vurğulanan əsas təriflər qısa
müddət ərzində məktəbin nail olduğu
dəyişikliklər olmuşdur. Verilən məsləhətlər
isə, bütün məktəb heyətinin; rəhbərlik,
akademik və inzibati heyət, valideyn və
şagirdlərin iştirak etdiyi müzakirələr və yazılı
hesabatlardan götürülmüşdür.
Baku-Oxford School Qış Xəbərləri
2017 – 2018 Tədris İli
BOS XƏBƏR BÜLLETENİ
QIŞ 2018
BOS-da bütün heyət, harda olduqlarını, nəyə
cəhd etdiklərini və birgə çalışaraq nəyi
hədəflədiklərini çox yaxşı bilirlər. Komissiya
üzvlərinin yazdığı hesabat məktəbin özü
haqqında məlumatlı olduğunu doğrulayır.
Komissiya üzvləri əminliklə bildirmək
istəyirlər ki, səfər zamanı məktəb tərəfindən
göstərilən həvəs və fədakarlıq məktəbin
davamlı inkişafına zəmin verəcəkdir.
Komissiya üzvlərinin yazdığı hesabatdan
sadəcə bir hissəni sizinlə bölüşə bildik, əlavə
məlumatları zamanla sizinlə paylaşacayıq.
Sadəcə bildirmək isitəyirik ki, komissiyanın
yazdığı hesabat təriflərlə dolu məktəbimiz
haqqında müsbət rəylərdən ibarət bir sənəddir
və biz buna son bir neçə il ərzində nail
olmuşuq.
TWITTER VƏ FACEBOOK
Məktəb
fəaliyyətini,
tədris
prosesini
yaddaşlara salmaq üçün mütəmadi olaraq
şagirdlərdən ibarət maraqlı fraqmetlərin şəklini
və ya videosunu çəkirik. Bütün şəkil və
videolar
şagirdlərin nailiyyəti, proqresi,
öyrənməyə həvəsinin artırılması və məktəb
həyatının şagirdlər üçün maraqlı olması üçün
istifadə olunur. Biz bu şəkil və videolardan
məktəb daxilində istifadə edirik, lakin onlar
başqa məqsədlər üçün də istifadə oluna bilər,
məsələn:
∙ məktəbin jurnal və nəşr materiallarında
∙ məktəbin internet səhifəsində
∙ məktəbin rəsmi Twitter və ya Facebook
səhifələrində
Bir çox valideyn çox istəyər ki, uşaqlarının
şəkilləri bu kimi vasitələrdə istifadə olunsun.
Lakin, övladının şəklini məktəbin internet
səhifəsi, jurnalı, Twitter səhifəsi və ya bu kimi
səhifələrdə istifadə olunmasını istəməyən
valideyn tədris bölməsi ilə əlaqə saxlayaraq öz
etirazını bildirə bilər.
Məktəbin sosial şəbəkələrinə olan linki qısa
müddətdə aktivləşdirib sizə göndərəcəyik.
Gözlənilən bu tarixləri özünüz üçün qeyd edin:
2 fevral: 1-ci yarım ilin nailiyyət hesabatları
sizə göndəriləcəkdir
5 fevral: 2-ci yarım ilin ilk günü və valideyn-
müəllim görüşləri
Bir daha hamınızın yeni ilini təbrik edirik!
Alexander Simester
Məktəbin Direktoru
Erkən-İlkin Hazırlıq Mərhələsi
Yeni iliniz mübarək! Qış tətili sona çatdı və
hamızı yenidən salamlayırıq.
Tətildən əvvəl hazırlıq bölməsi şagirdləri
müxtəlif tədbirlərdə iştirak etmiş və bir çox
biliklərə
yiyələnmişdirlər.
Nursery
və
Foundation 1 sinifləri təbiətimizdə mövcud
olan müxtəlif heyvan növləri haqqında
öyrənmiş, eyni zamanda Foundation 2 sinifləri
bizi əhatə edən materiallar və planetimizdəki
təkrar-istifadənin
vacibliyi
haqqında
öyrənmişdirlər.
Hal-hazırda yeni dərs planımızı tətbiq edirik və
aşağıda qeyd etdiyimiz mövzuları müxtəlif
fənlər vasitəsi ilə şagirdlərimizə öyrədirik:
Nursery: ‘Dinozavr detektivləri’
Foundation 1: ‘Havanın möcüzələri’
Foundation 2: ‘Biri vardı, biri yoxdu’
2017-ci ilimizi şagirdlərimizin möhtəşəm
çıxışları ilə başa vurmuşuq. Uşaqlarımız yeni il
şənliklərində mahnı və rəqslə səhnə
almışdırlar. Onları rəngarəng kostyumlarda
səhnədə
görmək
çox
maraqlı
idi.
Şagirdlərimizin
möhtəşəm
ifalarını
hazırlamaqda kömək edən müəllim və
asisstentlərimizə,
bilavasitə
onları
dəstəkləməyə gələn valideyn və qonaqlarımıza
təşəkkür edirik. Çıxışlardan sonra Şaxta baba
və
qarqızın
gəlişi
uşaqlarımızı
çox
sevindirmişdi, lakin səhnədən sizin onları
izləməyiniz daha çox sevincə səbəb olmuşdur!
Müəllim heyətimizlə birinci yarım ilin
nailiyyət hesabatlarını yazırıq və çox sayda
şagirdimizin mütəmadi olaraq dərsdən qalması
və ya gecikməsini görürük. Belə hallar
uşaqların öyrənməsi və nailiyyətinə çox təsir
edir. Əgər övladınız sağlıq probleminə görə iki
gündən artıq dərs buraxır sa, həkimdən arayış
gətirməyinizi xahiş edirik. Hər bir şagirdin
dəvamiyyətini qeyd etdiyimiz üçün, dərs
buraxmaların səbəbini əsaslandırmalıyıq və
şagirdin şəxsi işinin içində saxlamalıyıq.
Xatırlatmaq istəyirik ki, dərs günümüz hər gün
səhər saat 8:45 də başlayır ki, şagirdlər
rahatlaşıb sinifdə yerlərini ala bilsinlər. Dərs
gününə gecikən uşaqlar dərsi bolür və bütün
sinfin fikrinin yayınmasına səbəb olurlar.
Fürsətdən istifadə edərək, kollektivimizin yeni
asisstentlərini: Mis Nigar (Elephants), Mis
Sabina (Starfish) və Mis Sabina (Giraffes)
salamlayırıq. Belə həvəsli və uşaqların
dilindən yaxşı anlayan insanlarla işləmək
bizim üçün çox xoşdur.
2018-ci ildə hamınıza xöşbəxtlik və sağlıq
arzulayırıq.
Clare Ranns
Erkən-İlkin Haırlıq Mərhələsinin Rəhbəri
BOS XƏBƏR BÜLLETENİ
QIŞ 2018
İbtidai Məktəb Xəbərləri
Hörmətli valideynlər,
Qış fəsli akademik cəhəddən şagirdlərimiz
üçün önəmli bir mərhələnin gəlişini xəbər verir
və şagirdlərimiz nailiyyətlərinə daha çox
diqqət yetirməlidirlər. Sinif rutini artıq təşkil
olunub, uşaqlar yeni müəllimlər və sinif
yoldaşlarına uyğunlaşıblar və enerjiləri
boldur. Hava şəraitinin soyuması ilə əlaqədar,
hal-hazırda Bakının küçələri əlverişli deyildir
və şagirdlərimiz çox vaxtlarını evdə keçirirlər.
Valideynlərə tövsiyyə etmək istəyirəm ki, bu
ideal zamanlamadan istifadə etsinlər və
uşaqların məktəbdə öyrəndikləri bilikləri evdə
təkmilləşdirsinlər. Uşaqlarınıza akademik
cəhətdən dəstək olmaq istəyirsiniz sə,
edəcəyiniz ən doğru şey hər axşam övladınızla
birgə kitab oxuyun və mütəmadi olaraq
məktəbdə nə öyrəndikləri haqqında soruşun və
müzakirələr aparın. Bəzən elə olur ki, uşaqlar
evdə məktəb haqqında danışmaq istəmirlər,
xüsusi ilə dərsdən evə gələn zaman, lakin sizi
əmin edirik ki, onların hamısı tərifi sevir və
həvəslənirlər. Arada vaxt tapıb uşaqlardan ev
tapşırıqlarını soruşun, məsələn Humanities
fənni üzrə onlara müxtəlif tapşırıqlar üzrə
birini seçmək imkanı verilir və seçim etmək
üçün onlara evdə kömək edə bilərsiniz. Siz
övladınızla dərs haqqında danışanda, onlara
məsləhət verəndə təhsilin nə qədər vacib
olduğunu anlayırlar və eyni zamanda siz
uşaqların məktəbdə nə öyrəndikləri haqqında
məlumatlı olursunuz.
Baku-Okford Skulda həyat boyu öyrənən
şəxsiyyətlər yetişdirməyə çalışırıq və buna
görə şagirdlərdə öyrənmə vərdişləri və lazımi
bilikləri aşılayırıq. Övladlarınıza nümunə
olaraq
onlara
əvvəlcədən
işlərini
planlaşdırmağı, vaxtında yerinə yetirməyi,
tələb olunandan artıq işləməməyi, ətraf-mühiti
qorumağı və təmiz saxlamaq kimi vərdişləri
ibtidai sinifdən başlayaraq öyrədə bilərsiniz.
Adətən, ibtidai sinif şagirdləri böyüklərdən
asılı olur, buna görə erkən yaşlardan siz onları
sərbəstliyə
öyrətməlisiniz, öz əşyalarını
yerləşdirməyi, çantalarını yığmağı, məktəb
gündəliyindən istifadə etməyi, sərbəst geyinib-
soyunmağı öyrənməli və beləliklə orta məktəb
çağına hazırlaşmalıdırlar. Bununla yanaşı,
şagirdlər punktual olmağı, sağlıqlı qidalanmağı
və
vaxtında
yatmaq
kimi
vərdişlərə
öyrəşməlidirlər. Burda sadaladığımız vərdişlər
uşaqlara sadəcə məktəbdə deyil həyatları boyu
faydalanacaqları
keyfiyyətləri qazandıracaqdır.
Davamlı dəstəyiniz üçün təşəkkür edirik və
hamınızın yeni ilini təbrik edirik.
Graham Tait
İbtidai Məktəbin Rəhbəri
Xalça Müzeyinə səfər – 2-ci siniflər
Heydər Əliyev Mərkəzinə səfər–1-ci sinif
Yeni il şənlikləri
BOS XƏBƏR BÜLLETENİ
QIŞ 2018
Tam-Orta Məktəb
Xəbərləri
2018-ci ildə hamınızı xoş gördük!
Müasir dillər həftəsi
BOS-da beynəlmiləlçilik və mültikulturalizmi
təbliğ etmək üçün Müasir Dillərə həsr edilmiş
həftəni qeyd etmək vərdişə çevrilmişdir. Həftə
ərzində bir sıra maraqlı tədbirlər keçirilmişdir,
onlardan poeziya gecəsi, nəşr müsabiqəsi və
olimpiadalar vasitəsi ilə şagirdlərimiz müxtəlif
ölkə və millətlərin mədəniyyət və dəyərləri
haqqında öyrənmişdirlər. Müasir dillər həftəsi
şagirdlərimizin ifasında konsert proqramı ilə
sonlandırılmışdır.
Konsert
zamanı
şagirdlərimiz İspan, Fransız, və Alman
dillərində mahnı və çıxışlarla iştirak
etmişdirlər və tamaşaçıların müsbət alqışlarını
qazanmışdırlar. Gürcüstanda Goethe İnstitutu
tərəfindən təşkil edilmiş qış düşərgəsində
iştirak edən bir qrup şagirdimiz prezentasiya
etmişdir və bu da digər şagirdlərimizi növbəti
layihədə iştirak etmək üçün sövq etmişdir.
Banana Prodakşn
Bir qrup 7-ci sinif şagirdi könüllü olaraq ibtidai
siniflər üçün yeni il ərəfəsi tamaşa qoymağı
təklif etmişdirlər. Banana Prodakşn Arina
Xayeva, Ayla Əliyeva, Nübar Cəbrayıllı və
Nəzrin Məmmədova tərəfindən yaradılmışdır.
Bu layihədə şagirdlərimiz ibtidai siniflər üçün
çox həyəcanlı səyahət turu hazırlamışdır və
nəticədə uşaqlar gediləcək maraqlı ölkələr
haqqında məlumat toplamış və təcrübəli
səyahətçi olmanın incəliklərini öyrənmişdirlər.
Təqdimat turunun sonunda lotereya və
müsabiqənin qalibləri hədiyyə olaraq bir
büküm banan qazanmışdırlar.
Film Gecəsi
Keçən ilin son ayı məktəbimizə şənlik və
bayram əhval ruhiyyəsi gətirmişdir. Yeni ili
qeyd etmək üçün Şagird Şurası məktəbimizdə
20-21 dekabr tarixlərində “Evdə Tək” filminin
səhnəyə qoyulmasını təşkil etmişdir və tədbir
uğurla
başa
çatmışdır.
O Səs
22 dekabr tarixi xüsusi bir gün idi. Həmin gün
məktəbin son günü, eyni zamanda BOS-da ilk
dəfə olaraq “O Səs” mahnı yarışması
keçirilmişdi. Mahnı yarışmasının hər bir
iştirakçısı çox həyəcanlı idi, çünki ilk dəfə
olaraq məktəbimizin səhnəsindən öz səs
bacarıqlarını
nümayiş
etdirmə
imkanı
qazanmışdırlar. Səhnədə solo, duet və
qrupların çıxışları nümayiş etdirilmişdir və
şagirdlərimizin
çıxışları
məktəb
yoldaşlarından ibarət tamaşaçılar tərəfindən
möhkəm
alqışlarla
dəstəklənmişdir.
İştirakçıların ifasını dəyərləndirən münsiflər
heyətinin işi çox çətin idi, çünki bütün ifalar
möhtəşəm idi. 7-ci sinif şagirdləri Kamilla
Məmmədova və Mədinə Quliyevanın ifasında
səslənən duet daha çox səs toplayaraq
müsabiqənin qalibi olmuşdur.
Enriçment (İngilis dilinin
zənginləşdirilməsi proqramı)
Məktəbimizin Enriçment komandası birinci
yarım ilin sonunda qadın hüquqlarına aid bir
çox mühüm mövzuları əhatə etmişdirlər və
onlardan; qadınların dünyada az bilinən
əhəmiyyətləri, birinci və ikinci dünya
müharibəsi zamanı qadınların rolu, Suragit və
Sufragetlər,
Cins
bərabərliyi,
dünyada
qadınların hüquqları, Qızların Beynəlxalq
günü ilə Qadınların Beynəlxalq günü arasında
olan fərq, Feminizm və sairə kimi mövzular
əhatə olunmuşdur.
Layihənin təcrübi sübütlarını əldə etmək üçün
enriçment
komandası
Bakı
Olimpik
Stadionuna Azərbaycan Milli Komandasındadı
qadın futbolçuları ilə görüşməyə getmişdirlər.
Bu səfər nəticəsində Enriçment şagirdləri sübut
etmişdirlər ki, istənilən arzu çin ola bilər,
sadəcə güclü iradə və özünə güvən lazımdır.
“Qadın Hüquqları” mövzusundakı layihələrini
başa vurmaq üçün, enriçment şagirdləri əldə
etdikləri məlumat və təcrübələri prezentasiya
vasitəsi ilə öz sinif yoldaşları və müəllimləri ilə
bölüşmək üçün məktəbin akt zalında nümayiş
etdirmişdirlər. Bundan başqa, şagirdlərimizə
canlı nümunə olduqlarına görə, onlara təşəkkür
etmək üçün milli komandamızdakı qadın
futbolçuları həmin gün məktəbimizə dəvət
olunmuşdurlar.
Dünyada baş verən belə bir qlobal məsələni
enriçment proqramında müzakirə etməyimizin
məqsədi, gənc nəslimizin bu kimi haqsızlıqlar
qarşısında aciz qalmamaları və bilikli olmaları
üçündür. Bu kimi məsələlərə münasibət
bildirmələri və tərəflərini seçmə hüquqlarını
anlamaları üçün uşaqlar yeniyetmə çağından
məlumatlı olmalıdırlar.
Şirvanşahlar Sarayına səfər
Tədris proqramının bir hissəsi olaraq 7-ci sinif
şagirdləri
Şirvanşahlar
Sarayına
səfər
etmişdirlər. Azərbaycan tarixi dərslərində
Şirvanşahlar Sarayı haqqında öyrəndiklərindən
sonra, şagirdlərimiz İçəri Şəhərdə yerləşən
həmin tarixi abidəni çanlı görmək və Şirvanşah
hanədanlığı haqqında daha detalları bilgilər
əldə etmək imkanı qazanmışdırlar.
BOS XƏBƏR BÜLLETENİ
QIŞ 2018
İçtimaiyyətə Xidmət Klubunun Xəbərləri
Şagirdlərimizi
təkmilləşdirmək
və
döş
xərcəngi haqqında məlumatlandırmaq üçün
milli ankoloji mərkəzdən məktəbimizə iki
qonaq spiker dəvət etmişdik. Qonaqlardan
biri, mamoloq Nigar Mehtiyeva döş
xərcənginin əmələ gəlməsi və qadınlar
arasında yayılması haqqında şagirdlərimizə
məlumat
vermişdir.
İkinci
qonağımız,
mamoloq Vəfa Əliyeva bu xəstəliyin
mərhələləri və müalicəsi haqqında söhbət
açmışdır. Sonra isə, Azərbaycanda bu xəstəliyə
tutulmuş qadınların statistik məlumatları 11-ci
sinif şagirdlərinə izah edilmişdir. Şagirdlərimiz
müzakirələrdə iştirak etmiş və bütün suallarına
ətraflı
cavab
tapmışdırlar.
Hal-hazırda
şagirdlərdən ibarət incimaiyyətə xidmət
komandamız valideynlər üçün bu mövzuda
təqdimat hazırlayır və bu xəstəlik haqqında
məlumatı yaymaq üçün onları yaxın zamanda
məktəbə dəvət edəcəklər. Bundan başqa,
xidmət komandamız yayda rayonlara səfər
edəcək və bu xəstəlik haqqında ictimaiyyəti
məlumatlandıracaqdır.
15 dekabr tarixdə içtimaiyyətə xidmət
komandamız
Məştağa
və
Ramanı
qəsəbələrindəki
yoxsul
ailələrə
baş
çəkmişdirlər. Bu ailələr çox acınacaqlı şəraitdə
yaşayırlar, qida və istiliyə ehtiyacları var.
Həmin ailələrin uşaqları orta təhsil almaq üçün
məktəbə
belə
gedə
bilmirlər.
Xidmət
komandamız bu uşaqlar üçün paltar və
oyuncaqlar, eyni zamanda evdə bişmiş
yeməklər aparmışdırlar. Yoxsul ailələrə olan
səfər
şagirdlərimizə
çox
keyfiyyətlər
qazandırmış və yaşadığımız həyatın nə gədər
əhəmiyyətli və dəyərli olduğunu bir daha
anlatmışdır.
Milli MUN
Qürur hissi ilə ikinci dəfə məktəbimizin Milli
MUN-də iştirakını və növbəti uğurunu elan
etmək istəyirik. BOS MUN Klubu Milli MUN-
dəki
iştirakını
yenə
uğurla
başa
vurmuşdur. Milli MUN Gənclər və İdman
Nazirliyi tərəfindən (18-21 dekabr 2017) təsis
edilmiş Milli MUN Konfransıdır. Məktəb
şagirdləri ilə yanaşı bu konfransda həmçinin
universitet tələbələri iştirak edirlər. Bütün
konfrans
iştirakçıları
arasında
bizim
şagirdlərimizin qələbəsini qeyd etmək böyük
bir şərəfdir. Alina Fərmanova - “BEST
DELEGATION”, Emil Revin – “Honorable
mention”, Leyla Maqsud - “Honorable
mention”.
Şagirdlərimiz
BOS
MUN
ənənələrini davam etdirərək məktəbimizi yerli
və beynəlxalq konfranslarda yüksək səviyyədə
təmsil edirlər!
Təbiət Elmləri Olimpiadası
13 yanvar 2018-ci il tarixdə şagirdlərimiz 21-
ci Əsr Məktəbində Təbiət Elmlərinə həsr
edilmiş olimpiadada iştirak etmişdirlər.
Olimpiada nəticəsində məktəbimiz 14 medalla
təltif edilmişdir. Qaliblərin adlarını nəzərinizə
çatdırırıq:
5-ci sinif – Ayan Nağızadə və Carlos de
Guzman - 3-cü yer
6-cı sinif – Nəzrin Əliyeva – 3-cü yer,
Sevil Naqaşi - 2-ci yer,
Ayla Rüstəmzadə - 1-ci yer,
Məryam Şirəliyeva – 1-ci yer,
Nurgül Cahangirli - 1-ci yer.
7-ci sinif - Arina Xayeva - 3-cü yer,
Ayla Əliyeva - 2-ci yer,
Məryam Həsənova - 1-ci yer.
8-ci sinif - Melis Çıraqzadə – 3-cü yer,
Nikita Tkaçev - 2-ci yer,
9-cu sinif – Ayla Fərzəli - 1-ci yer,
Kəmalə Kərimli - 1-ci yer.
Təbiət Elmləri Departamentini bu nailiyyət
münasibəti ilə təbrik edirik! Şagirdlərimizin
uğur qazanmalarında sərf etdikləri əməyə və
göstərdikləri
dəstəyə
görə
bütün
əməkdaşlarımıza təşəkkür edirik!
Cəmilə Çıraqzadə
Tam-Orta Təhsil Bölməsinin Rəhbəri
Tibb Universitetinə hazırlaşan Biologiya üzrə
A-Level
şagirdlərimiz
üçün
praktiki
təcrübə proqramı (İnternşip) təşkil edilmişdir.
Bu proqram vasitəsi ilə şagirdlərimiz canlı
təcrübə qazanmaq və biliklərini real tibb
sahəsində
istifadə
etmək
imkanı
qazanmışdırlar.
Layihənin
təşəbbüskarı
məktəbimizin Təbiət Elmləri Departamentinin
rəhbəri Günay Hacıyevadır. İnternşip
proqramı vasitəsi ilə şagirdlərimiz təcili tibbi
yardım, pediatriya, ortopediya, daxili tibb,
ictimai sağlamlıq, hemşirelik və / və ya həkim
köməkçisi
kimi
sahələrdə
təcrübə
qazanmışdırlar. Bu layihə həkimlik peşəsi
üçün hazırlaşan şagirdlərimizə real təcrübə
qazandırmış və çox faydalı olmuşdur.
Dostları ilə paylaş: |