“Biz - jurnalistlər ictimaiyyətə
pişiyin hara tullanması barədə
məlumat veririk, sonradan isə
ictimaiyyət özü pişiyin taleyi ilə
maraqlanır”. Dünyaca məşhur media
nəhəngi “The New York Times”ın
s a h i b i A r t u r S u l t s b e r q i n b u
fikirlərində böyük reallıq görürəm.
Tələbəlik illərindən yazılı jurnalisti-
ka, daha sonra isə televiziya
jurnalistkası sahəsində çalışarkən bir
daha əmin oldum ki, uğur ən çox
informasiyaya malik olanlarındır.
Müəllifdən ön söz...
Mən bilirdim ki, daim təkmilləşmə əsl jurnalistlərin həyat
amalına çevrilməlidir və bu yolda inamla addımlayırdım. Məşhur
Sloveniya yazıçısı Jarko Petana görə işıqlı gələcəyin qayğısına
siyasətçilər, işıqlı keçmişin qayğısına tarixçilər, bu günümüzün
qayğısına isə jurnalistlər qalır. Bəli-bəli məhz jurnalistlər.
Məsələnin mahiyyətini hələ XIX əsrdə anlayan məşhur ingilis
şairi Corc Bayron öz əsərlərində dəfələrlə qeyd edirdi ki, bir
damla mürəkkəb milyonların fikrini dəyişə bilər. Zənnimcə bu
fikirdə ictimaiyyətlə əlaqələrin qurulmasında jurnalistikanın rolu
özünü daha qabarıq büruzə verir. Jurnalistikadan ictimaiyyətlə
əlaqələrin qurulması sahəsinə keçərkən peşəkar kollektivə malik,
müasir dövlət təsisatı kimi fəaliyyət göstərən bir qurumda ça-
lışmaqla yanaşı, mən bu istiqamətdə də araşdırmalar aparmağa,
informasiyalar toplamağa, ictimaiyyətlə əlaqələrə dair mütaliə ilə
məşğul olmağa, beynəlxalq təcrübəni öyrənməyə başladım.
Araşdırmalar göstərdi ki, indiki dövrdə bir çox uğurlu
siyasətçilər, iş adamları, özəl təşkilatlar və dövlət qurumları PR-a
böyük önəm verir. PR-la məşğul olmamaq qaranlıqda kiməsə göz
vurmağa bənzəyir.
8
Siz göz vurursunuz, bunu özünüzdən başqa heç kəs nə görür, nə
də hiss edir. Dünyaca məşhur iş adamları öz bizneslərinin və
uğurlu biznesmen kimi özlərinin PR-na xüsusi önəm verirlər. PR-
sız fəaliyyət hamıdan xəbərsiz gizlənqaç oyununa bənzəyir. Tu-
taq ki, siz pəncərədən həyətə baxırsınız: mənzərə sizə cəlbedici
görünür. Uşaqlar sevinclə qaçışır, gizlənqaç oynayır, oyundan
zövq alırlar. Siz də oyuna qoşulmaq qərarına gəlirsiniz. Heç kimə
heç nə söyləmədən, varlığınızı hiss etdirmədən yaxşı gizlin bir
yer tapıb gizlənirsiniz. Öz-özlüyünüzdə isə düşünürsünüz ki:
“Əla, bura gizlənmək üçün ən uğurlu yerdir və heç kəs məni tapa
bilməyəcək”. Sonuncu ifadəyə dərindən düşünərək fikir verin...
Oyun bitir, uşaqlar gizlənqaç oyunundan bezib, evlərinə gedirlər,
həyətdə heç kəs yoxdur. Siz isə gizləndiyiniz yerdəcə qalmısınız.
Bax, PR-ın əsl mahiyyəti də varlığınızı büruzə vermək, ictimaiy-
yətlə uğurlarınızı bölüşmək, ünsiyyətcil olmaq, böhran kommu-
nikasiyasını idarə etmək, təmsil etdiyiniz şirkətin nüfuzunun
keşiyində durmaqdır. İctimaiyyətlə əlaqələrin qurulmasına həsr
edilən “Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə
edilməsi” kitabımda
mən bu sahədəki təcrübəmi, peşəkarlardan
öyrəndiklərimi PR sahəsində yenicə addımlamağa başlayan
mütəxəssislərlə bölüşmək istədim.
Unutmayaq: PR üzrə mütəxəssislər nöqtəbənöqtə daim təmsil
etdikləri qurumun imicinin keşiyində dayanmalıdırlar. Çünki
imic kiçik nöqtələrdən əmələ gələn böyük bir portretdir.
Portretinizin təbii, şəffaf olması və ictimaiyyət tərəfindən
sevilməsi arzusu ilə
Namiq Əliyev
9
Əgər cəmiyyətə sevgi ilə yanaşsanız, onda əlbəttə ki, cəmiyyət
də sizi sevəcək. Müasir dövrümüzdə uğur əldə etmək istəyən hər
bir təşkilatın PR meneceri insanların qəlbinə yol tapmağa çalışır,
onların daxili dünyalarını öy rə nir, maraq dairələrini
müəyyənləşdirir, ictimaiyyəti informasiya ilə təmin edir, bununla
da məqsədyönlü şəkildə ictimai fikrin dəyişməsinə nail olur. Əgər
PR-a əsaslanaraq, uğur qazanmaq istəyiriksə, bu zaman PR-ı ilə
məşğul olduğumuz qurum haqqında tam, dəqiq faktlara əsaslanan
informasiyaların ictimaiyyətə ötürülməsinə diqqət yetirməliyik.
Çünki, PR – informasiya vasitəsi ilə insanların idarə edilməsidir.
Siz hər hansısa bir məqsədə çatmağa çalışırsınız və bu məqsədə
çatmaq üçün sizin ən azı ona yaxın seçim imkanınız var. Lakin siz
məqəsədinizə informasiya yolu ilə çatmağı seçirsinizsə, deməli
“PR” edirsiniz. Başqa sözlə desək PR – məqsədyönlü şəkildə
xəbərlərin yaradılması və yayılmasıdır.
Bəzən PR-ı satış, marketinq, təbliğat, daha çox isə reklamla
səhv salırlar. Lakin PR şüurlu şəkildə təşkil edilmiş müstəqil
kommunikasiya vasitəsidir və yuxarıda sadalananların heç birinə
aid deyil. Sadə misallara nəzər salaq. Tutaq ki, siz istənilən bir
şirkətə yaxınlaşıb, özünüzü tərifləyərək deyirsiniz: “ Ən yaxşı
mütəxəssissiniz və siz işlə təmin edilməlisiniz”. Bu artıq PR deyil,
satışdır. Əgər siz bir nəfərə deyil, hədəf auditoriyasına uca səslə
özünüzü tərifləyirsinizsə, bu da məqsədi satış olan reklamdır.
Əgər siz hər hansısa bir şirkətə yaxınlaşıb onlara təcili olaraq sizin
kimi mütəxəssis lazım olduğunu deyirsinizsə, bu, marketinqdir.
Əgər sizi işlə təmin etmək üçün bu şirkətin ən münasib olduğunu
bildirsəniz və öz üstünlüklərinizdən danışsanız bu, təbliğatdır. La-
kin siz heç bir şirkətə müraciət etmirsiniz, əksinə, sizə təkliflə
müraciət edirlər. Bax bu, artıq PR-ın uğurlarıdır. PR
mütəxəssislərin fəaliyyəti təngə gətirən, qabarıq şəkildə diqqəti
cəlb edən olmamalıdır. Başqa sözlə desək, PR diplomatcasına
aparılmalıdır. Odur ki, PR mütəxəssislər ilk olaraq nəyi, necə və
nə vaxt demək lazım olduğunu müəyyənləşdirməlidirlər.
PR Nədir?
10