“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

“Biz  -  jurnalistlər  ictimaiyyətə 

pişiyin  hara  tullanması  barədə 

məlumat  veririk,  sonradan  isə 

ictimaiyyət  özü  pişiyin  taleyi  ilə 

maraqlanır”. Dünyaca məşhur media 

nəhəngi  “The  New  York  Times”ın 

s a h i b i   A r t u r   S u l t s b e r q i n   b u  

fikirlərində  böyük  reallıq  görürəm. 

Tələbəlik  illərindən  yazılı  jurnalisti-

ka,  daha  sonra  isə  televiziya 

jurnalistkası sahəsində çalışarkən bir 

daha  əmin  oldum  ki,  uğur  ən  çox 

informasiyaya malik olanlarındır. 

Müəllifdən ön söz...

Mən  bilirdim  ki,  daim  təkmilləşmə  əsl  jurnalistlərin  həyat 

amalına çevrilməlidir və bu yolda inamla addımlayırdım. Məşhur 

Sloveniya   yazıçısı Jarko Petana görə işıqlı gələcəyin qayğısına 

siyasətçilər, işıqlı keçmişin qayğısına tarixçilər, bu günümüzün 

qayğısına  isə  jurnalistlər  qalır.  Bəli-bəli  məhz  jurnalistlər. 

Məsələnin  mahiyyətini  hələ  XIX  əsrdə  anlayan  məşhur  ingilis 

şairi  Corc  Bayron  öz  əsərlərində  dəfələrlə  qeyd  edirdi  ki,  bir 

damla  mürəkkəb  milyonların  fikrini  dəyişə  bilər.  Zənnimcə  bu 

fikirdə ictimaiyyətlə əlaqələrin qurulmasında jurnalistikanın rolu 

özünü  daha  qabarıq  büruzə  verir.  Jurnalistikadan  ictimaiyyətlə 

əlaqələrin qurulması sahəsinə keçərkən peşəkar kollektivə malik, 

müasir  dövlət  təsisatı  kimi  fəaliyyət  göstərən  bir  qurumda  ça-

lışmaqla yanaşı, mən bu istiqamətdə də araşdırmalar aparmağa, 

informasiyalar toplamağa, ictimaiyyətlə əlaqələrə dair mütaliə ilə 

məşğul  olmağa,  beynəlxalq  təcrübəni  öyrənməyə  başladım. 

Araşdırmalar  göstərdi  ki,  indiki  dövrdə  bir  çox  uğurlu 

siyasətçilər, iş adamları, özəl təşkilatlar və dövlət qurumları PR-a 

böyük önəm verir. PR-la məşğul olmamaq qaranlıqda kiməsə göz 

vurmağa bənzəyir. 

8



Siz göz vurursunuz, bunu özünüzdən başqa heç kəs nə görür, nə 

də  hiss  edir.    Dünyaca  məşhur  iş  adamları  öz  bizneslərinin  və 

uğurlu biznesmen kimi özlərinin PR-na xüsusi önəm verirlər. PR-

sız fəaliyyət hamıdan xəbərsiz gizlənqaç oyununa bənzəyir. Tu-

taq ki, siz pəncərədən həyətə baxırsınız: mənzərə sizə cəlbedici 

görünür.  Uşaqlar  sevinclə  qaçışır,  gizlənqaç  oynayır,  oyundan 

zövq alırlar. Siz də oyuna qoşulmaq qərarına gəlirsiniz. Heç kimə 

heç nə söyləmədən, varlığınızı hiss etdirmədən yaxşı gizlin bir 

yer  tapıb  gizlənirsiniz.  Öz-özlüyünüzdə  isə  düşünürsünüz  ki: 

“Əla, bura gizlənmək üçün ən uğurlu yerdir və heç kəs məni tapa 

bilməyəcək”. Sonuncu ifadəyə dərindən düşünərək fikir verin... 

Oyun bitir, uşaqlar gizlənqaç oyunundan bezib, evlərinə gedirlər, 

həyətdə heç kəs yoxdur. Siz isə gizləndiyiniz yerdəcə qalmısınız. 

Bax, PR-ın əsl mahiyyəti də varlığınızı büruzə vermək, ictimaiy-

yətlə uğurlarınızı bölüşmək, ünsiyyətcil olmaq, böhran kommu-

nikasiyasını  idarə  etmək,  təmsil  etdiyiniz  şirkətin  nüfuzunun 

keşiyində durmaqdır. İctimaiyyətlə əlaqələrin qurulmasına həsr 

edilən “Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə 



edilməsi” kitabımda mən bu sahədəki təcrübəmi, peşəkarlardan 

öyrəndiklərimi  PR  sahəsində  yenicə  addımlamağa  başlayan 

mütəxəssislərlə bölüşmək istədim. 

Unutmayaq: PR  üzrə mütəxəssislər nöqtəbənöqtə daim təmsil 

etdikləri  qurumun  imicinin  keşiyində  dayanmalıdırlar.  Çünki 

imic  kiçik  nöqtələrdən  əmələ  gələn  böyük  bir  portretdir. 

Portretinizin  təbii,  şəffaf  olması  və  ictimaiyyət  tərəfindən 

sevilməsi arzusu ilə

Namiq Əliyev

9



Əgər cəmiyyətə sevgi ilə yanaşsanız, onda əlbəttə ki, cəmiyyət 

də sizi sevəcək. Müasir dövrümüzdə uğur əldə etmək istəyən hər 

bir təşkilatın PR meneceri insanların qəlbinə yol tapmağa çalışır, 

onların  daxili  dünyalarını  öy rə nir,  maraq  dairələrini 

müəyyənləşdirir, ictimaiyyəti informasiya ilə təmin edir, bununla 

da məqsədyönlü şəkildə ictimai fikrin dəyişməsinə nail olur. Əgər 

PR-a əsaslanaraq, uğur qazanmaq istəyiriksə, bu zaman PR-ı ilə 

məşğul olduğumuz qurum haqqında tam, dəqiq faktlara əsaslanan 

informasiyaların ictimaiyyətə ötürülməsinə diqqət yetirməliyik. 

Çünki, PR – informasiya vasitəsi ilə insanların idarə edilməsidir. 

Siz hər hansısa bir məqsədə çatmağa çalışırsınız və bu məqsədə 

çatmaq üçün sizin ən azı ona yaxın seçim imkanınız var. Lakin siz 

məqəsədinizə informasiya yolu ilə çatmağı seçirsinizsə, deməli 

“PR”  edirsiniz.  Başqa  sözlə  desək  PR  –  məqsədyönlü  şəkildə 

xəbərlərin yaradılması və yayılmasıdır. 

Bəzən PR-ı satış, marketinq, təbliğat, daha çox isə reklamla 

səhv  salırlar.  Lakin  PR  şüurlu  şəkildə  təşkil  edilmiş  müstəqil 

kommunikasiya vasitəsidir və yuxarıda sadalananların heç birinə 

aid deyil. Sadə misallara nəzər salaq. Tutaq ki, siz istənilən bir 

şirkətə  yaxınlaşıb,  özünüzü  tərifləyərək  deyirsiniz:  “  Ən  yaxşı 

mütəxəssissiniz və siz işlə təmin edilməlisiniz”. Bu artıq PR deyil, 

satışdır. Əgər siz bir nəfərə deyil, hədəf auditoriyasına uca səslə 

özünüzü  tərifləyirsinizsə,  bu  da  məqsədi  satış  olan  reklamdır. 

Əgər siz hər hansısa bir şirkətə yaxınlaşıb onlara təcili olaraq sizin 

kimi mütəxəssis lazım olduğunu deyirsinizsə, bu, marketinqdir. 

Əgər sizi işlə təmin etmək üçün bu şirkətin ən münasib olduğunu 

bildirsəniz və öz üstünlüklərinizdən danışsanız bu, təbliğatdır. La-

kin  siz  heç  bir  şirkətə  müraciət  etmirsiniz,  əksinə,  sizə  təkliflə 

müraciət  edirlər.  Bax  bu,  artıq  PR-ın  uğurlarıdır.  PR 

mütəxəssislərin fəaliyyəti təngə gətirən, qabarıq şəkildə diqqəti 

cəlb  edən  olmamalıdır.  Başqa  sözlə  desək,  PR  diplomatcasına 

aparılmalıdır. Odur ki, PR mütəxəssislər ilk olaraq nəyi, necə və 



nə vaxt demək lazım olduğunu müəyyənləşdirməlidirlər.

PR Nədir?

10



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə