“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

Yayımlanan  press-reliz  və  məlumatın  KİV  orqanları 

vasitəsi ilə ictimaiyyətə effektiv çatdırılmasına dair nümunə:

Məqalənin sərlövhəsi böyük şriftlə yazılmalıdır     

Xəbər hansı səhifədə yerləşdirilib?

 

Xəbərin uslubu və həcmi

 

 

 



Foto-şəkil yerləşdirilibmi?

                                            Fotoşəkil rənglidirmi?

 

15



Hədəf qruplarının müəyyənləşdirilməsi

Planlamada  hədəf  qruplarının  müəyyənləşdirilməsi  önəmli 

amillərdəndir.  Biz  mesajımızı  kimə  çatdırmalıyıq?  Əgər  hədəf 

qrupumuzu  seçməmişiksə  o  zaman  heç  bir  məqsədə  nail  ola 

bilməyəcəyik. Etibarlı araşdırma aparılmadan, yanlış sorğulara 

yanlış cavablar tapılır. Nəticə etibarı ilə isə mesajlar üçün əbəs 

yerə vaxt, vəsait və əmək sərf edilir. Dəqiq araşdırma aparmaq 

üçün  qurum  olaraq  hədəfləyəcəyiniz  kütlənin  kimliyi  (hədəf 

qruplarının siyahısı), mesaj çatdırmaq istədiyiniz mövzuda sizin 

güclü və zəif tərəfləriniz də müəyyənləşdirilməlidir.

Çoxları  ictimaiyyətə  ötürülmək  üçün  yazıların  yazılmasına 

qurumdaxili  araşdırma  materiallarının  təhlili  və  əvvəlki 

materiallardan  faydalanaraq  başlayır.  İctimaiyyətlə  əlaqələrdə 

məlumat ötürülərkən məlumatla mesajın fərqini bilmək lazımdır. 

Mətbuat  katibi  öncə  topladığı  məlumatların  ictimaiyyətə 

veriləcək  mesajın  hansı  məqsədə  yönəlmiş  olduğunu 

müəyyənləşdirməlidir. Şübhəsiz ki, ictimaiyyətlə əlaqələr mesajı 

aşağıdakı məqsədlərdən birinə və ya bir neçəsinə istiqamətlənə 

bilər:

ь

Hədəf  qrupunda  qurumun  fəaliyyəti  haqqında  dolğun 



məlumat yaratmaq

ь

Hədəf qruplarını maarifləndirmək



ь

Hədəf qruplarının qurum haqqında və ya quruma aid hər 

hansı bir məsələyə dair mövcud qənaətini dəyişdirmək

Hədəf qruplarının təhlili 

İctimaiyyətlə əlaqələrdə planlamanın ən önəmli şərtlərindən 

biri də hədəf qrupunun seçilməsidir.

Hədəf qruplarının özəlliklərini bilmədən uğurlu ictimaiyyətlə 

əlaqələr qurmaq mümkün deyil. Daha dəqiq desək, ictimaiyyətlə 

əlaqələrə dair mütəxəssislər hədəf kütlələrinin təhlilini edərkən 

onların  oxuduğu  qəzet  və  jurnalları,  izlədiyi  TV  proqramları, 

hobbilərini,  gəlir  və  təhsil  səviyyələrini,  zövqlərini 

müəyyənləşdirməli, təxmin etməlidirlər. Hədəf qrupuna yönələn 

mesajlarla yalnız bu şəkildə məqsədə çatmaq olar. Hədəfə çatmaq 

üçün verdiyiniz mesajın məqsədi real və qiymətləndirilə biləcək 

16



olmalıdır.  Hər  hansı  bir  qurumun  ictimaiyyətlə  əlaqələrə  dair 

məsul əməkdaşı ilk olaraq özünə aşağıdakı sualları verməlidir:

ь

Yazdığım mətnin məqsədi və hədəfi nədir?



ь

Bu mətnlə nəyə nail olacağam?



Uyğun medianın seçilməsi:

Mesajını  hədəf  qruplarına  çatdırarkən  qurum  əlaqə  ka-

nallarından  istifadə  edir.  Məlumat  ötürülərkən  əvvəlcə  bu  mə-

lumatın  hansı  əlaqə  kanalı  vasitəsi  ilə  ötürülməsi  müəyyən 

edilməlidir. Çünki hər bir əlaqə kanalının özünəməxsusluğu var. 

Verəcəyiniz  mesajı  ictimaiyyətə  çatdırmaq  üçün  media  orqanı 

seçərkən  mütləq  aşağıda  qeyd  olunan  amillərə  diqqət 

yetirilməlisiniz:

·

Mesajınızın hədəf qrupuna çatma vaxtı



·

Hansı  media  orqanının  nüfuzu  və  reytinqi  daha  yük-

səkdir?

·

Məqsədə çatmaq üçün hansı media mesajınızı ən yaxşı 



şəkildə çatdıra bilər?

·

Sadəcə  bir  və  ya  bir  neçə  media  orqanından  istifadə 



etməklə mesajın çatdırılması

Müasir dövrümüzdə bir çox qurumlar ənənəvi media ilə yanaşı 

yeni  mediaya  da  üstünlük  verirlər.  Bu  xüsusda  artıq  özəl 

təşkilatlarla  yanaşı  bir  sıra  dövlət  təşkilatları  da  “Facebook”, 

“Twitter”, “Youtube” kimi sosial şəbəkələrdə fəaliyyət göstərir. 

Çünkü indi izləyici sayına və rəy bildirməyə görə sosial şəbəkələr 

ənənəvi medianı üstələyir. Lakin ictimaiyyətlə əlaqələr sahəsinin 

mütəxəssisləri istənilən halda bir məsələni yadda saxlamalıdırlar: 



“Sosial  şəbəkələrdə  olmaq  pislənməyi  və  barəsində  söz 

söyləmə haqqını başqalarına icazə verməyi göz önünə almaq 

deməkdir”. 

17



Press-reliz və məqalələrin dəyərləndirilməsi

İctimaiyyətlə əlaqələrdə önəmli məsələlərdən biri də qurum 

tərəfindən  yayılan  açıqlama  və  press-relizlərin  kütləvi 

informasiya vasitələrində necə yerləşdirilməsini ölçməkdir. Bu 

araşdırmada  qurumun  yayımladığı  açıqlama,  məqalə,  bəyanat, 

press-reliz  və  şəkillərin  monitorinq  əsasında  yayımlılıq 

dərəcəsinin  ölçülməsi  xüsusi  önəm  daşıyır.  Bu  zaman  media 

qurumlarının hansı xarakterli açıqlamaya üstünlük verdiyi və ya 

mesajlarınızı  sizin  məqsədinizə  uyğun  çatdırıb-çatdırmaması, 

eləcə  də  hansı  media  orqanının  sizin  məlumatlarınızı 

ictimaiyyətə  yanlış  olaraq  çatdırdığını  müəyyən  etmək  olar. 

Misal  üçün:  siz  qurumun  məlumatını  20  KİV  orqanına 

göndərmisiniz, bu məlumatı 15 KİV orqanı yayımlayır, 5 KİV 

orqanı isə tamamilə yayımlamır. Deməli, səbəbləri araşdırmağa 

əsas var. Səbəblərin sırasına isə sizin yayımladığınız məlumatın 

həmin KİV orqanının prioritetləri sırasında olub-olmaması, bəzi 

KİV  orqanlarında  qurumun  fəaliyyətinə  dair  məlumatların 

yerləşdirilməsinin  (xüsusi  ilə  də  özəl  təşkilatların)  ödənişli 

əsaslarla  həyata  keçirilməsi,  sizin  mətbuata  ötürdüyünüz 

məlumatın verilmə vaxtı aid edilir. Sonuncuya əlavə olaraq qeyd 

edək  ki,  elektron  KİV-  lərdən  fərqli  olaraq  yazılı  mətbuata 

məlumat ötürərkən nəşr vaxtını da nəzərə almaq lazımdır.



Kommunikatorların əsas PR sənədi – Press -reliz

Kommunikatorların  əsas  PR  sənədi  press-relizlər  hesab 

olunur.  Press-relizlər  baş  vermiş  əhəmiyyətli  hadisələrin  KİV 

vasitəsi ilə geniş KİV-i və ya məqsədyönlü şəkildə konkret audi-

toriyanı  məlumatlandırmaq  üçün  bir  vasitədir.  Press-relizlərin 

lazımı KİV orqanında çap edilməsi üçün onlar aşağıdakı tələblərə 

cavab verməlidir:

·

Press-relizlərin  mövzusu  onu  göndərəcəyiniz  KİV 



orqanının auditoriyasına maraqlı olmalıdır;

18



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə