“Nəyi? Necə? Nə vaxt? – İctimaiyyətlə əlaqələrin idarə edilməsi” Bu kitab Azərbaycan Respublikası Prezidenti yanında



Yüklə 10,01 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix15.11.2018
ölçüsü10,01 Mb.
#79842
1   2   3   4   5   6   7   8   9   10   11

·

Promo-aksiya  –  Biznes-məhsulun  bazarda  irəliləməsi 

üçün stimullaşdırıcı tədbir. Promo-aksiya təşkilata, əmtəəyə və 

ya  hər  hansı  bir  fəaliyyət  sahəsinə  marağın  oyadılması  üçün 

nəzərdə tutulur.



Pablisiti

Pablisiti  anlayışında  şəxs,  əmtəə,  xidmət,  təşkilat  haqqında 

KİV orqanında dərc edilən kompleks informasiya nəzərdə tutulur. 

Pablisiti ödənişsiz PR elementi hesab edilir. Yəni pablisitini hər 

bir  təşkilat,  şəxs,  xidməti  təklif  edən  şirkət  özü-öz  fəaliyyəti 

sayəsində  yaradır.  Odur  ki,  ictimaiyyətlə  əlaqələr  üzrə  çalışan 

mütəxəssis  mütləq  pablisitidə  təmsil  etdiyi  qurum  haqqında 

mümkün  qədər  müsbət  yazıların  dərc  edilməsinə  çalışmalıdır. 

Bunun üçün ilk növbədə:

Qurum haqqında dolğun məlumatlar toplusu hazırlanaraq təş-

kilatın  rəsmi  internet  səhifəsinə  yerləşdirilməlidir.  (internet 

səhifəsi beynəlxalq standartlara cavab verməlidir).

Ш

İctimai tədbirlərdə iştirak

Ш

İctimaiyyət  nümayəndələri  ilə  işgüzar  və  qeyri-formal 



görüşlərin təşkili

Ш

Rəhbərliyin pablisitisi (Rəhbərliyin kommunikasiyası)



Maliyyə pablisitisi isə adından göründüyü kimi ödənişli PR 

elementidir. Burada məhz reklam vasitəsi ilə auditoriyaya, hədəf 

qruplarına təsir nəzərdə tutulur. 

22



Hər  bir  təşkilat,  qurum,  şirkət  sanki  bioloji  orqanizm  kimi 

doğulur, inkişaf edir, qocalır və öz fəaliyyəti dövründə müxtəlif 

çətinliklərlə üzləşir. Müasir dövrdə “böhran” dedikdə çətin, ağır 

vəziyyət,  kəskin  çatışmazlıq,  keçid  dövründə  yaranan 

problemlər, qəfil meydana çıxmış problem başa düşülür. Təcrübə 

göstərir ki, kritik böhranlı dövrlərlə gec və ya tez hər bir təşkilat 

qarşılaşır.  Bir  sözlə,  böhran  bizim  fəaliyyətimizin  mütləq 

komponentlərindən biridir və heç bir təşkilat, qurum və ya şirkət 

ondan  sığortalanmayıb.  Təkamül  nəzəriyyəsinin  banisi  Çarlz 

Darvinə  görə  müasir  dövrümüzədək  çatan  canlı  orqanizmlərin 

həyatda olmasının başlıca səbəbi təkmilləşməyi və mühitə uyğun 

dəyişikliklərə, yeniliklərə cavab verməyi bacarmalarıdır. Başqa 

sözlə,  həyat  qabiliyyətini  qorumaq  məqsədilə  istənilən  çətin 

vəziyyətdən  çıxmaq  üçün  təbii  mexanizm  lazımdır.  Məsələn, 

Qərb təcrübəsində son zamanlar böhran vəziyyətinin məntiqinə 

yanaşma tamamilə dəyişmişdir. Bu yanaşma faciə, qəza, kom-

munikasiya  problemi,  məxfi  informasiyanın  sızması  problemi, 

ictimaiyyətdə  çaşqınlıq  yarada  biləcək  hadisələri  və  s.  özündə 

ehtiva edir. Bütün sadalanan hadisələr isə dərin təhlil əsasında, 

hazırlıqlı,  planlı  şəkildə  çıxış  yolunun  tapılması  üçün  böhran 

kommunikasiyasının  hazırlanması  və  lazım  olan  zaman 

reallaşdırılmasını zəruri edir. Sonuncu sözə fikir verin: “Lazım 

olanda  reallaşdırılması”.  Təbii  ki,  böhran  kommunikasiyası 

strategiyası  böhran  yaranarkən  reallaşdırılır,  lakin  bu  o  demək 

deyil ki, biz yalnız böhran baş verərkən böhran kommunikasiyası 

strategiyası  haqqında  düşünməliyik,  əsla  yox.  Yuxarıda  qeyd 

edildiyi  kimi  böhrandan  heç  kəs  sığortalanmayıb.  Odur  ki, 

strategiya, plan daim əlimizin altında hazır olmalıdır.



Böhran zamanı PR

23



Böhran  zamanı  ən  vacib  nüans  –  böhranın  hər  bir  mər-

hələsində nə edəcəyimizi bilməyimizdir. Planlaşdırma prosesinə 

təşkilatın fəaliyyətinin dərin təhlilindən başlamaq lazımdır. Bu 

cür təhlilli planlaşdırmanın məqsədi risk faktorlarının, eləcə də 

qarşıya çıxan mümkün çətinliklərin müəyyən edilməsidir. Təbii 

ki, PR menecer öncəgörücü deyil və gələcəyi əvvəlcədən xəbər 

verə  bilməz.  Lakin  böhrandan  çıxış  yolu  tapmaq  üçün  qəbul 

edilmiş qərarların reallaşdırılması üçün işgüzar informasiyadan 

düzgün  nəticə  çıxarmaq,  böhranı  pik  həddinə  çatdıra  biləcək 

hadisələri  təhlil  etmək,  sizin  qəbul  edəcəyiniz  qərarların 

nəticələrini  düşünmək  lazımdır.  Təhlil  nəticəsində  siz  təşkilat 

üçün  “problemli  zonalar”ın  siyahısını  əldə  etmiş  olacaqsınız. 

Bundan  sonra  isə  problemlər  həllinin  vacibliyinə  görə 

sıralanacaq.  Bu  işi  də  bitirdikdən  sonra  hər  bir  problem  üçün 

detallı  həll  ssenarisi,  strategiya  hazırlanır.  Bu  yolla  artıq  sizin 

fövqəladə böhran planınız hazırlanmış olur. Böhran planı hər bir 

təşkilatı  böhran  zamanı  düzgün  və  tez  qərar  qəbul  etməyə 

istiqamətləndirir.  Qarşıya  qoyulmuş  məqsədlər  və  onların 

reallaşdırılması  üçün  nəzərdə  tutduğunuz  resurslar  hər  zaman 

göz  önündə  olur.  Plan  sizin  lazım  olan  anda  “hə”,  ehtiyac 

olmadıqda  isə  qəti  şəkildə  “yox”  deyərək  seçdiyiniz  yolla 

addımlamağınıza da yardım edir. Bir nüansı da qeyd edim ki, plan 

həddən artıq çətin olmamalıdır. Belə olarsa, onun əksər bəndləri 

həyata  keçirilmədən  qala  bilər.  Periodik  olaraq,  plan  nəzərdən 

keçirilməli,  mövcud  vəziyyət  və  hadisələrin  inkişafına  görə 

korrektələr edilməlidir.

Planın  effektli  şəkildə  reallaşdırılması  üçün  ən  mühüm 

şərtlərdən biri də resuslarla yanaşı onun hər bir bəndinin həyata 

keçirilməsinə məsul olan şəxslərin təyin edilməsidir. Planın ayrı-

ayrı  bəndlərinə  məsul  olan  əməkdaşların  hər  biri  böhran 

vəziyyətində öhdəsinə düşən işin məsuliyyətini aydın dərk etməli 

və  komanda  şəklində  fəaliyyətə  başlamalıdır.  Komandanın 

rəhbəri  isə  komanda  üzvlərinə  detallı  tapşırıqları  verməyi 

bacaran lider  olmalıdır. 



Böhran Kommunikasiya Planı

24



Yüklə 10,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə