Yayımlanan press-reliz və məlumatın KİV orqanları
vasitəsi ilə ictimaiyyətə effektiv çatdırılmasına dair nümunə:
Məqalənin sərlövhəsi böyük şriftlə yazılmalıdır
Xəbər hansı səhifədə yerləşdirilib?
Xəbərin uslubu və həcmi
Foto-şəkil yerləşdirilibmi?
Fotoşəkil rənglidirmi?
15
Hədəf qruplarının müəyyənləşdirilməsi
Planlamada hədəf qruplarının müəyyənləşdirilməsi önəmli
amillərdəndir. Biz mesajımızı kimə çatdırmalıyıq? Əgər hədəf
qrupumuzu seçməmişiksə o zaman heç bir məqsədə nail ola
bilməyəcəyik. Etibarlı araşdırma aparılmadan, yanlış sorğulara
yanlış cavablar tapılır. Nəticə etibarı ilə isə mesajlar üçün əbəs
yerə vaxt, vəsait və əmək sərf edilir. Dəqiq araşdırma aparmaq
üçün qurum olaraq hədəfləyəcəyiniz kütlənin kimliyi (hədəf
qruplarının siyahısı), mesaj çatdırmaq istədiyiniz mövzuda sizin
güclü və zəif tərəfləriniz də müəyyənləşdirilməlidir.
Çoxları ictimaiyyətə ötürülmək üçün yazıların yazılmasına
qurumdaxili araşdırma materiallarının təhlili və əvvəlki
materiallardan faydalanaraq başlayır. İctimaiyyətlə əlaqələrdə
məlumat ötürülərkən məlumatla mesajın fərqini bilmək lazımdır.
Mətbuat katibi öncə topladığı məlumatların ictimaiyyətə
veriləcək mesajın hansı məqsədə yönəlmiş olduğunu
müəyyənləşdirməlidir. Şübhəsiz ki, ictimaiyyətlə əlaqələr mesajı
aşağıdakı məqsədlərdən birinə və ya bir neçəsinə istiqamətlənə
bilər:
ь
Hədəf qrupunda qurumun fəaliyyəti haqqında dolğun
məlumat yaratmaq
ь
Hədəf qruplarını maarifləndirmək
ь
Hədəf qruplarının qurum haqqında və ya quruma aid hər
hansı bir məsələyə dair mövcud qənaətini dəyişdirmək
Hədəf qruplarının təhlili
İctimaiyyətlə əlaqələrdə planlamanın ən önəmli şərtlərindən
biri də hədəf qrupunun seçilməsidir.
Hədəf qruplarının özəlliklərini bilmədən uğurlu ictimaiyyətlə
əlaqələr qurmaq mümkün deyil. Daha dəqiq desək, ictimaiyyətlə
əlaqələrə dair mütəxəssislər hədəf kütlələrinin təhlilini edərkən
onların oxuduğu qəzet və jurnalları, izlədiyi TV proqramları,
hobbilərini, gəlir və təhsil səviyyələrini, zövqlərini
müəyyənləşdirməli, təxmin etməlidirlər. Hədəf qrupuna yönələn
mesajlarla yalnız bu şəkildə məqsədə çatmaq olar. Hədəfə çatmaq
üçün verdiyiniz mesajın məqsədi real və qiymətləndirilə biləcək
16
olmalıdır. Hər hansı bir qurumun ictimaiyyətlə əlaqələrə dair
məsul əməkdaşı ilk olaraq özünə aşağıdakı sualları verməlidir:
ь
Yazdığım mətnin məqsədi və hədəfi nədir?
ь
Bu mətnlə nəyə nail olacağam?
Uyğun medianın seçilməsi:
Mesajını hədəf qruplarına çatdırarkən qurum əlaqə ka-
nallarından istifadə edir. Məlumat ötürülərkən əvvəlcə bu mə-
lumatın hansı əlaqə kanalı vasitəsi ilə ötürülməsi müəyyən
edilməlidir. Çünki hər bir əlaqə kanalının özünəməxsusluğu var.
Verəcəyiniz mesajı ictimaiyyətə çatdırmaq üçün media orqanı
seçərkən mütləq aşağıda qeyd olunan amillərə diqqət
yetirilməlisiniz:
·
Mesajınızın hədəf qrupuna çatma vaxtı
·
Hansı media orqanının nüfuzu və reytinqi daha yük-
səkdir?
·
Məqsədə çatmaq üçün hansı media mesajınızı ən yaxşı
şəkildə çatdıra bilər?
·
Sadəcə bir və ya bir neçə media orqanından istifadə
etməklə mesajın çatdırılması
Müasir dövrümüzdə bir çox qurumlar ənənəvi media ilə yanaşı
yeni mediaya da üstünlük verirlər. Bu xüsusda artıq özəl
təşkilatlarla yanaşı bir sıra dövlət təşkilatları da “Facebook”,
“Twitter”, “Youtube” kimi sosial şəbəkələrdə fəaliyyət göstərir.
Çünkü indi izləyici sayına və rəy bildirməyə görə sosial şəbəkələr
ənənəvi medianı üstələyir. Lakin ictimaiyyətlə əlaqələr sahəsinin
mütəxəssisləri istənilən halda bir məsələni yadda saxlamalıdırlar:
“Sosial şəbəkələrdə olmaq pislənməyi və barəsində söz
söyləmə haqqını başqalarına icazə verməyi göz önünə almaq
deməkdir”.
17
Press-reliz və məqalələrin dəyərləndirilməsi
İctimaiyyətlə əlaqələrdə önəmli məsələlərdən biri də qurum
tərəfindən yayılan açıqlama və press-relizlərin kütləvi
informasiya vasitələrində necə yerləşdirilməsini ölçməkdir. Bu
araşdırmada qurumun yayımladığı açıqlama, məqalə, bəyanat,
press-reliz və şəkillərin monitorinq əsasında yayımlılıq
dərəcəsinin ölçülməsi xüsusi önəm daşıyır. Bu zaman media
qurumlarının hansı xarakterli açıqlamaya üstünlük verdiyi və ya
mesajlarınızı sizin məqsədinizə uyğun çatdırıb-çatdırmaması,
eləcə də hansı media orqanının sizin məlumatlarınızı
ictimaiyyətə yanlış olaraq çatdırdığını müəyyən etmək olar.
Misal üçün: siz qurumun məlumatını 20 KİV orqanına
göndərmisiniz, bu məlumatı 15 KİV orqanı yayımlayır, 5 KİV
orqanı isə tamamilə yayımlamır. Deməli, səbəbləri araşdırmağa
əsas var. Səbəblərin sırasına isə sizin yayımladığınız məlumatın
həmin KİV orqanının prioritetləri sırasında olub-olmaması, bəzi
KİV orqanlarında qurumun fəaliyyətinə dair məlumatların
yerləşdirilməsinin (xüsusi ilə də özəl təşkilatların) ödənişli
əsaslarla həyata keçirilməsi, sizin mətbuata ötürdüyünüz
məlumatın verilmə vaxtı aid edilir. Sonuncuya əlavə olaraq qeyd
edək ki, elektron KİV- lərdən fərqli olaraq yazılı mətbuata
məlumat ötürərkən nəşr vaxtını da nəzərə almaq lazımdır.
Kommunikatorların əsas PR sənədi – Press -reliz
Kommunikatorların əsas PR sənədi press-relizlər hesab
olunur. Press-relizlər baş vermiş əhəmiyyətli hadisələrin KİV
vasitəsi ilə geniş KİV-i və ya məqsədyönlü şəkildə konkret audi-
toriyanı məlumatlandırmaq üçün bir vasitədir. Press-relizlərin
lazımı KİV orqanında çap edilməsi üçün onlar aşağıdakı tələblərə
cavab verməlidir:
·
Press-relizlərin mövzusu onu göndərəcəyiniz KİV
orqanının auditoriyasına maraqlı olmalıdır;
18
Dostları ilə paylaş: |