13
aradan qaldırmaq üçün bir qrup adamı məcbur etdi ki, müntəzəm surətdə
Şərhbillə təmasda olub Osmanın Əli (ə) tərəfindən öldürülməsini onun
fikrində qəti və danılmaz bir məsələ kimi qələmə versinlər, bu barədə
yalandan şəhadət versinlər, ona saxta məktublar yazsınlar. Onlar çox
çalışdıqdan sonra ikinci dəfə olaraq onu aldada bildilər və o öz əzmində
möhkəm dayandı.
1
Yəmənin digər qəbilə başçıları Şərhbilin fikrindən və onun
aldanmasından xəbərdar olduqda çıxış yolunu yalnız bunda gördülər ki,
onun bacıoğlusunu göndərsinlər, o da dayısı ilə söhbət edib onu ayıltsın. (O,
Şam əhalisi içərisində Əli (ə)-la beyət edən bir neçə nəfərdən biri idi və
Şamın zahid və abid şəxsiyyətlərindən sayılırdı.) O bir qəsidə deyərək
Müaviyənin hiyləgər məqsədlərini ifşa etdi və ona bildirdi ki, bu şahidlər və
məktublar oyunbazlıqdan başqa bir şey deyildir və heç birinin etibarı
yoxdur. Şərhbil bu şerin məzmunundan agah olduqda dedi:–Bunu şeytan
göndərmişdir.
Allaha and olsun ki, onu tutsam Şamdan çıxaracağam!"
2
Müaviyə öz məmurlarının vasitəsi ilə Şərhbilin fikirlərini dəqiq şəkildə
izləyirdi. Onun öz fikrində ciddi olduğunu gördükdə belə bir xəbər göndərdi:
"Haqqa müsbət cavab verdiyinə görə Allah sənə əcr versin! Bilirsən ki,
cəmiyyətin saleh və təqvalı şəxsləri sənin fikrini qəbul etmişlər, lakin
bunların razılığı və xəbərdarlığı Əli ilə mübarizə üçün kafi deyildir. Əli ilə
cihad etmək üçün xalq kütlələrinin razılığını cəlb etmək lazımdır. Çıxış
yolunu yalnız bunda görürəm: sən Şamın şəhərlərinə səfər edərək elan et ki,
Osmanı
Əli öldürmüşdür, müsəlmanlar gərək onun intiqamını alsınlar."
O, səfərə çıxdı, əvvəlcə Həmsə getdi, orada bir xütbə söyləyib dedi:–Ey
camaat! Bilin ki, Osmanı Əli öldürmüş, bütün islam məmləkətlərinə hakim
olmuşdur. Yalnız Şam qalmışdır. O, qılıncını belinə asmışdır və əgər Allah
tərəfindən bir hadisə qarşıya çıxmasa, sizin də növbəniz gəlib çatacaqdır.
Onun qarşısını almaq üçün Müaviyədən qüdrətli bir şəxs yoxdur. Ayağa
qalxın və hərəkət edin!
Aldanmış abidin sözləri ona qarşı xüsusi hörmət bəsləyən Həms
əhalisinə çox təsir etdi. Onun səhv etdiyini söyləyən abid və zahidlərdən
başqa, hamı bir nəfər kimi onun çağırışına müsbət cavab verdi. Sonra Şamın
digər şəhərlərinə getdi və camaatı Əliyə qarşı cihadda iştirak etməyə çağırdı,
hamı da razı olub müsbət cavab verdi.
Daha sonra Dəməşqə qayıtdı və öz qələbələrindən xoşhal halda
Müaviyənin yanına gəldi, özünün keçmiş sözünü yenidən təkrar edib dedi:–
Əgər sən Osmanın qatilləri və Əli ilə cihad etsən, biz ya intiqam alacağıq, ya
da öz məqsədimiz yolunda canımızdan keçəcəyik! Bu halda sən öz
vəzifəndə qalacaqsan. Əks halda isə səni işdən götürüb başqasını sənin
yerinə seçərik, onun əmri ilə cihad edib, ya Əlidən Osmanın intiqamını
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.81 "Vəqətu Siffeyn",
səh.49
2
"Vəqətu Siffeyn", səh.49-50
14
alarıq, ya da ki, öldürülərik!
1
Müaviyə onun alovlu sözlərini eşitdikdən sonra sevincdən yerə-göyə
sığmırdı.
CƏRIR HÖCCƏTI TAMAM EDIR
Cərir heç vaxt gözləmədiyi bu hadisədən bərk narahat oldu və köhnə
dostu və öz qəbiləsinin zahidi ilə bir daha əlaqə yaradaraq onu bu qərarın
dəhşətli nəticələrindən xəbərdar edərək dedi:–Allah islam ümmətini qan
axıdılmasından saxlamış, ikitirəliliyi aradan qaldırmışdır. Islam
məmləkətlərinin rahat həyata və asayişə qədəm qoymasına az qalıb. Məbada
cəmiyyətin daxilində fitnə-fəsad yaradasan! Öz fikrini heç kimə açıqlama,
çünki elə bir
vəziyyət yarana bilər ki, artıq onun qarşısını ala bilməzsən.
Şərhbil dedi:–Əsla! Mən heç vaxt öz fikrimi gizlətmərəm.
Sonra ümumi bir yığıncaqda söhbət etdi. Camaat da onun keçmişdəki
ibadətlərini nəzərə alaraq fikrini təsdiq etdilər. Həmin vaxt orada olan Imam
(ə)-ın nümayəndəsi tam ümidsiz oldu və nə edəcəyini bilmədi.
2
IMAM
(Ə)-IN
NÜMAYƏNDƏSININ
ŞAMDAKI
MÜVƏFFƏQIYYƏTSIZLIYININ SƏBƏBLƏRI
Şübhəsiz, Cərir Əmirəl-möminin Əli (ə)-ın nümayəndəsi kimi, beyət
almaq üçün Şama göndərilmişdi və ona tapşırılmış vəzifəni yerinə yetirib
müvəffəqiyyət əldə edə bilmədi. Üstəlik o, Imam (ə)-ı Müaviyənin son
qərarından agah edəndə artıq iş işdən keçmişdi. Çünki Müaviyə Şam
əhalisini Imam (ə)-la vuruşmaq üçün səfərbər etmişdi. Cərir Şama gələndə
Müaviyənin "bu gün-sabah" edərək verdiyi vədlərinə aldandı. Müaviyə
özünün əməvi məkrləri ilə hər hansı bir fikir söyləməkdən çəkinmiş, Imam
(ə)-ın nümayəndəsini qorxu ilə ümid arasında saxlamışdı. Cərir də
Müaviyəni beyətə vadar etmək və ixtilafı aradan qaldırmaq ümidi ilə orada
qalmağı məsləhət görür və daim Müaviyənin qəti fikrini bilmək istəyirdi. Ilk
günlərdə Müaviyənin öz fikrini qəti şəkildə söyləməsi onun məsləhətinə
deyildi. Əlbəttə, Cəririn gəldiyi ilk günlərdən etibarən Müaviyənin fikri
mərkəzi xilafətlə müxalifət etmək, fərmanlardan boyun qaçırmaq idi. Amma
əgər elə ilk günlərdə bu fikrini aşkar etsəydi Imam (ə)-ın nümayəndəsi
Kufəyə qayıdar və o həzrəti Müaviyənin müxalif cəbhədə dayanaraq əks-
mövqe tutmasından xəbərdar edərdi. Təbiidir ki, belə olan təqdirdə Imam (ə)
da haqqın əleyhinə qiyam edənləri məhv etmək üçün bir an belə,
yubanmayacaq, böyük bir ordu ilə onun başının üstünü alıb qarışıqlığın
kökünü kəsəcəkdi.
Buna görə də Müaviyə Imam (ə)-ın nümayəndəsini müxtəlif bəhanələrlə
yubatdı ki, mərkəzi hökumətə qarşı döyüşdə Əmr Asın həmkarlıq üçün
1
"Vəqətu Siffeyn", səh.50-52; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü
cild, səh.82-83
2
"Vəqətu Siffeyn", səh.52; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild,
səh.84