Yəzid ibn Məzyəd buradakı inzibati-idari və iqtisadi işləri yoluna qoymuşdu
55
. Bu
tarixdən sonra Arran onun nəslindən olan Məzyədilər sülaləsi tərəfindən idarə
olunmuş, Bərdə isə bu sülalənin paytaxt şəhərinə çevrilmişdi. VIII-X əsrlər Bərdənin
çiçəklənmə dövrü olmuşdur
56
. Xilafətin zəifləyib mərkəzdənqaçma meyllərinin ardığı
dövrdə Bərdə Azərbaycan Sacilər dövlətinin (889-942) mərkəzi şəhərlərindən birinə
çevrilmişdi. Muhəmməd ibn Əbu’s-Sacın (889-901) dövründə Bərdə şəhəri ölkənin
inzibati mərkəzi olaraq inkişaf etmişdi
57
. Salarilərin (942-981) hakimiyyətinin ilk
illərində isə Bərdə özünün ən fəlakətli günlərini yaşamış, 944-cü il Bərdə tarixinə ağır və
müsibətli illərdən biri kimi daxil olmuşdu
58
. X əsrin birinci yarısında bir neçə dəfə
Azərbaycan torpaqlarına basqın edən ruslar 944-cü ildə Xəzər xaqanının izni ilə Volqa
çayından Xəzər dənizinə keçirdikləri gəmiləri ilə Azərbaycan sahillərinə yanaşmış, Kür
çayı ilə üzərək Bərdə şəhərinə yaxınlaşmışdılar. Salarilərin Bərdə valisinin əmri
altındakı 5000-dən çox əsgər gəmilərindən enən ruslara hücum etmişdilər. İbn
Miskəveyh yazır ki, ‚onlar (şəhər müdafiəçiləri-E.N) ruslar barədə yanılmışdılar, onları
yunan və ermənilər kimi zənn etmişidlər‛
59
. İbn Miskəveyhin yazdığından anlaşıldığına
görə bir-iki qılınc zərbəsindən sonra onların da yunan və ermənilər kimi arxalarını
dönüb
qaçacağını
zənn
etmiş
şəhər
müdafiəçiləri
düşməni
lazımınca
qiymətləndirmədikləri üçün özlərinə arxayın olmuş, döyüşdən əvvəl zəruri hazırlıq və
planlaşdırmanı aparmamışdılar. Bu səbəbdəndir ki, hücumu cəmi bir saat davam etdirə
bilmiş, rusların güclü əks hücumu qarşısında Bərdəyə tərəf qaçmağa məcbur
olmuşdular. Sadəcə ordudakı deyləmli əsgərlər geri çəkilməyərək hamısı şəhid olana
qədər vuruşmuşdular
60
. Ruslar müdafiəsiz qalan Bərdəyə daxil olandan sonra şəhərin
istehkamlarında möhkəmlənmişdilər. İbnü’l-Əsir rusların dinc əhaliyə aman verərək
55
İBNü’l-Ə’SƏM, Fəthlər Kitabı, s. 65.
56
VIII-X əsrlər Bərdə şəhərinin tarixi barədə ətraflı məlumat üçün bax: HACIYEV, Bərdə Şəhəri, s. 85-109.
57
VƏLİXANLI, Ərəb Xilafəti və Azərbaycan, s. 85; HACIYEV, Bərdə Şəhəri, s. 111.
58
VƏLİXANLI, həmin əsər, s. 85.
59
Əbu Əli Muhəmməd ibn Muhəmməd İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, (Trc. H. Amedroz), C. V, s. 68, London
1921. İbn Miskəveyhin belə bir müqayisə etməsini rusların fiziki cəhətdən yunan və ermənilərdən fərqlənməsindən
irəli gəlirdiyini təxmin etmək olar. Ərəb səyyah İbn Fəzlan da Volqa çayı sahillərində ilk dəfə rusları görəndə
heyrətlənmişdi. O, ‚onlardan daha iri insan görməmişdim. Hər biri xurma ağacı kimi ucaboy, sarışın və sağlam
insanlar idi‛ deyə yazır. Bax: Səyahətnamə, (Nşr. R. Şeşen), s. 68-69, İstanbul 1995.
60
Yenə orada.
onlara toxunmayacaqlarına dair söz verdiyini yazır
61
. Müəllif qeyd edir ki, buna
baxmayaraq bərdəlilər şəhərin rusların əlində qalması ilə heç cür razılaşa bilmir, tez-tez
təkbir nərələri ilə onlara hücum edirdilər. Hətta silahsız olanlar da işğalçılara daş ataraq
mübarizə aparırdılar. İşğalçılar xalqı müqavimət göstərmək əzmindən daşındırmağa
çalışmanın faydasız olduğunu görüb bərdəlilərdən üç gün ərzində şəhəri tərk
etmələrini tələb etdilər. Lakin onların əksəriyyətinin Bərdəni tərk etmədiyini görüb dinc
əhaliyə hücum etdilər. Onlar əhalinin tamamına yaxınını qırıb mallarını talan etmiş,
qadın və uşaqları isə əsir götürmüşdülər. Bu vaxt ətraf əyalətlərdən toplanan könüllülər
də Bərdəyə gəlib dörd bir tərəfdən ruslara hücum edirdilər
62
. Salari hömdarı Mərzuban
ibn Muhəmməd 30 minlik ordusu ilə aylarla Bərdəni işğaldan azad etmək üçün
vuruşmuş, ruslara ağır itgi verdirmişdi. Lakin Bərdə qalasında möhkəmlənmiş rusları
heç cür oradan sıxışdırıb çıxarmaq mümkün olmamışdı
63
. Bu vaxt Salari Mərzuban
Mosul hakiminin Səlmasa hücum etdiyi xəbərini alaraq rusların Bərdədə mühasirəsini
davam etdirmək üçün burada 4000 əsgər qoyaraq özü orudunun əsas hissəsi ilə ölkənin
cənubuna üz tutmuşdu. 945-ci ilin isti yay günlərində rusların arasında yayılan
yoluxucu xəstəlik onların bir çoxunun qırılmasına səbəb olmuşdu. Nəhayət ruslardan
sağ qalanlar aldıqları əsir və qənimətlərlə avqustun 12-də Bərdəni tərk edib gəldikləri
yolla geri qayıtmışdılar
64
. Mosul hakimi ölkənin cənubuna basqın etməsəydi bəlkə də
işğalçıları tamamən məhv etmək mümkün olardı. Bu hadisədən sonra Bərdə şəhəri bir
daha dirçəlib əvvəlki ehtişamına qayıda bilmədi. X əsrin ikinci yarısından etibarən
Gəncə əhəmiyyət qazanaraq Azərbaycanın şimalındakı ən böyük siyasi, iqtisadi və
mədəniyyət mərkəzinə çevrilməyə başlamışdı.
Orda əsrlərdə Azərbaycanın şimalındakı mühüm şəhərlərdən biri də Bərdic idi.
Mənbələrin verdiyi məlumatdan məlum olur ki, Bərdic Bərdədən 14 fərsəx aralıda, Kür
çayı sahilində mövcud olmuşdu
65
. Yaqut əl-Həməvi Kür çayının bu şəhəri əhatə etdiyini
yazır
66
. 14 fərsəxin 79,59 km-ə bərabər olduğunu
67
nəzərə alaraq Bərdicin Kür çayının
61
İBNü'l-ƏSİR, Kamil fi't-Tarix, C. VIII, s. 350-351.
62
Yenə orada.
63
İBN MİSKƏVEYH, Təcaribü’l-Üməm, C. V, s. 72.
64
MÜŞTƏRƏK, Azərbaycan Tarixi, s. 281, Bakı 1994.
65
İBNü’l-ƏSİR, Lübab, C. I, s. 136; YAQUT əl-HƏMƏVİ, Mu’cəmü’l-Büldan, C. I, s. 269.
66
Yenə orada.
[
هٜٗ ٢ك اٜت ػ٤ؽ٣ ءأُاٝ
...
هٌُا
]