Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
99
ləq başa salacaqdı. Bircə Culi məsələsini həll etsin, sonrakı
işlər asandır deyə düşünərək, Culi ilə bir daha söhbət et-
mək üçün bu gün onunla görüşə getməyə qərar verdi.
Bu aralarda Meyqerin görünməməsi Culini təəccüb-
ləndirirdi. Az bir vaxtda onu yetərincə yaxşı tanımağa
müvəffəq olmuşdu. Bilirdi ki, tərsin biridir. Tutduğunu
buraxan deyil. Belə asanlıqla çətin ondan əl çəkə. Ancaq
artıq qorxmurdu. O, açıq etiraf edə bilməsə də, hərəkət-
ləri ilə Mətinə ona qarşı laqeyd olmadığını hər dəfəsində
hiss etdirirdi. Ona elə gəlirdi ki, bu iki həftə onları bir-bi-
rinə əməlli başlı yaxınlaşdırıb. Artıq Mətin ona yad deyil-
di. Xəyallarında axtarıb, həyatında tapdığı bu oğlanın onu
həqiqətən xoşbəxt edə biləcək həmin şahzadə olduğuna
şübhəsi yox idi. Çünki, bütün günü özündən asılı olmaya-
raq onun haqqında düşünürdü.
Birdən–birə həyatına girmiş bu qızın ona qarşı laqeyd
olmamasını Mətin də hiss edirdi. Ancaq bu hisslərdən
sui-istifadə etməyin düzgün olmadığını düşündüyündən
özündə qıza qarşı yaranmış hisslərin simpatiyadan nə
qədər irəli getdiyini dəqiqləşdirənə qədər heç bir artıq
hərəkət etməməyə özünə söz vermişdi. Bir neçə dəfə Culi
ona sevmiş olduğu qız haqqında danışmağı özü xahiş elə-
miş olsa da, hər dəfəsində nədənsə hirslənərək özü söh-
bəti yarıda kəsmiş, artıq bu haqda danışmamağı xahiş
etmişdi. Əvvəl başa düşməsə də sonra anlamışdı ki, Culi
onu Aygünə qısqanır. Qəribə də olsa o, qıza hirslənməmiş-
di. Əksinə bu xoşuna gəlmişdi. Ancaq yadına düşür ki, o
zaman dostu Aslandan Aygünün etdiyi hərəkətdən sonra
onun haqqında dediyi bir-neçə sözə görə necə incimişdi.
Hiss edirdi ki, hər gün görüşmələri onları daha da yaxın-
laşdırırdı. Yaxından tanıdıqca, qızdan xoşu gəlməyə başla-
mışdı. Əvvəllər hər zaman acıdil kimi tanıdığı bu qız heç
də göründüyü kimi kobud deyildi. Culi yetərincə dünya
görüşlü, sadəcə ciddiliyi sevən qız idi. Gözəlliyinə isə söz
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
100
ola bilməzdi. Hətta onları bir yerdə görən tələbə yoldaş-
ları, ona həsəd apardıqlarını da gizlətmirdilər. Təəccüblə
onunla necə tanış olmasına, hətta ondan belə fərasəti göz-
ləmədiklərini üzünə də deyirdilər.
Danışdıqları kimi, institutun həyətində görüşüb çıx-
malı idilər. Ancaq Culi nədənsə görünmürdü. Əslində o, bir
dərs əvvəl çıxmışdı. Hardasa buralarda olmalıydı. Yəqin
indi gələr deyə, gözləməyə qərar verdi. Heç 10-15 dəqiqə
keçməmişdi ki, hər şey bir-birinə dəydi. Tələbələr “bıçaq-
ladı-bıcaqladı” – deyə qışqıraraq çölə axışdılar. Sanki içinə
qor doldu. Bir anda özünü çölə atdı. Ancaq artıq gec idi.
Yerdə hərəkətsiz uzanan Culi idi. Gözü ilə ətrafı gəzdi:
– Hardadı o? Hardadı o əclaf? (Odur, hə-hə odur deyə
özü də təsdiqləyərək toplaşmış adamların əhatəsindən
çıxaraq uzaqlaşan Meyqeri tanıdı. Qartal öz ovunun üs-
tünə şığıyantək bir anın içində başının üstünü aldı).
Onu yanında görən Meyqerin üzü güldü:
– Hə bu sənsən, mənə də elə sən lazım idin, gəl bura, gəl.
(əlindəki qanlı bıçağı hazır tutdu). Səni də indi göndərərəm
onun yanına, orda bir-birinizi sevərsiz. Deməli o sənin
haqqında danışırmış, əcnəbi küçüyü. Sənsən sevdiyi hə? Gör-
dün ki, sən onu mənim əlimdən ala bilmədin. Elə səni də mə-
nim
əlimdən ancaq ölüm ala bilir, başqa heç kim.
– Kəs səsini, murdar. Əlindəki ilə qorxaqlar da qəhra-
man ola bilir. Cürətin çatırsa, bıçağı at.
Keçən dəfə düşdüyü vəziyyətdən qarşısında duran
gövdəcə ondan cılız görsənən, ancaq cəldliyi ilə ona göz
açmağa imkan verməmiş bu oğlanın nəyə qadir olduğunu
bildiyindən Meyqer təklifi qəbul etmədi. Elə ilk fürsətdə
bıçaqla onu zərərsizləşdirməyi, sonra isə qulaqlarını itin
qulağı kimi kəsməyi düşünürdü. Fikirləşdiyi kimi alacağı
intiqam hissi kefini qaldırdı. Bıcaqla sağa-sola havanı ya-
raraq, düşməninin üstünə cumdu.
Mətin belə vəziyyətlərdə hər zaman soyuqqanlı ol-