Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
108
doğru irəliləyəndə insan əli ilə mübarizədə vəhşi təbiətin
qalib gəldiyi daha aydın hiss olunurdu.
Onlar xırda addımlarla birgə yeriyir, ancaq heç nə da-
nışmırdılar. Hər ikisi düşünürdü. Culi yarımçıq qalmış eti-
rafı necə dilə gətirməyi, Mətin isə bu qızın da nə zamansa
Aygün kimi onunla davam edə bilməyəcəyini deyə bilməsi
ehtimalını düşünürdü. O, başa düşürdü ki, Culi artıq onun
üçün qiymətli idi. Ancaq sonrakı peşmançılıqdansa indi-
dən düzgün qərar verməyin daha doğru olacağına qərar
verdi. Culi hələ də onun haqqında tam məlumatlı deyildi.
Görəsən kimsəsiz olduğunu bilsə, ona nə cavab verəcək?
Nədənsə indiyə qədər onu itirmək qorxusunu bu qədər
aydın hiss etməmişdi.
Hər ikisi eyni vaxtda dilləndi:
– Bilirsən?
Hər ikisi güldü.
Culi oturmaq istədiyini bildirdi. Onlar yaxınlıqdakı ağa-
cın kölkəsinə çatanda Mətin ködəkçəsini yerə sərib, Culiyə
onun üstündə otura biləcəyini bildirdi. Onun bu jesti, Cu-
linin xoşuna gəldi. Ümumiyyətlə, o, Mətində ona xoş təsir
bağışlayan bəzi hərəkətlərə təsadüf etmişdi ki, buraların
insanları üçün bu qaydalar qəribə görsənirdi. O, avtobusda
birgə getdikləri vaxtlarda ayaq üstə gedən, yaşlı adamlara,
hamilə qadınlara və uşaqlara ayağa qalxaraq yer verirdi.
Hardasa bir yerdə kofe içəndə, yaxud yüngül qəlyanaltıya
oturanda heç zaman ona öz hesabını verməyə qoymamışdı.
Səbəbini onların adət-ənənələrində belə qəbul olunduğu ilə
izah edirdi. O, öz ölkəsində böyüyə-kiçiyə, xəstə adamlara
yer verməyənlərə pis baxdıqlarını ona başa salmışdı. Eləcə
də, hər hansı qadınla yemək yeyərkən hesabın kim tərəfin-
dən ödənəcəyini düşünməyə belə ehtiyac olmadığını, bu-
nun birmənalı olaraq mütləq masada oturan kişi tərəfindən
ediləcəyinin yazılmamış qanun olduğunu, əksinin isə kişiyə
təhqir olacağını ona artıq bir-neçə dəfə təkrar etmək zorun-
Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
109
da qalmışdı. Culi belə hesablaşmanın düzgün olmadığını
izah etməyə çalışsa da, Mətinin etirazı qarşısında güzəştə
getməli olmuşdu. O, hesab məsələsində razılaşmasa da, yer
vermək adətini rəğbətlə qarşılamış, kitablardan bu qədim
şərq mədəniyyəti haqqında oxuduğunu və bu adətin hələ
saxlanıldığını təəcüblə qarşılamışdı.
Yanaşı otursalar da, Culi Mətinin nə isə fikirləşdiyini
görüb onu fikirdən ayırdı:
– Hə indi de görüm, nəyi demək istəyirdin.
– Mən... məni deyirsən? Yəni nə deyəcəkdim? Hə, hə,
yadıma düşdü. Ancaq axı sən də nəsə deyirdin? Yaxşısı bu-
dur əvvəlcə sən de.
– Gördün ki, indi birinci sualı mən verdim, mister. Odur
ki, Miss Culi sizi eşidir, deyərək diqqətlə qulaq asdığını bil-
dirmək üçün, əlini onun dizinə qoyaraq ona sarı əyildi və :
– Bütün diqqətim səndədir.
– Yaxşı, Culi. Mənim deyəcəyim bilmirəm sənə maraqlı
olacaq, yoxsa yox. Sadəcə özüm barədə sənə bəzi şeyləri
demək istəyirdim. Hər necə olsaq dostuq, dostunu isə yax-
şı tanımalısan. Bizlərdə belə atalar məsəli var. Sən bilirsən
ki, mən digər əcnəbi tələbələr kimi, varlı ailədən deyiləm
və üzünü neçə ildir görmədiyim bacımdan başqa kimsəm
yoxdur. Kimsəm yoxdur deyən də ki, anam var ancaq...
Mətin hər şeyi danışıb qurtaranda sanki, sanki çiyinlə-
rindən ağır bir yük götürüldü. İçi rahatlamış oldu.
Culi hər zaman ondan ötrü özünü təhlükəyə atmağa
hazır olan bu insanın həyat hekayətini ürək ağrısı ilə din-
lədi. Qəhər onu boğurdu. Kənardan adi görünən, ancaq
yetərincə əziyyətlə böyümüş bu oğlanın niyə görə insan-
lara bacardığı qədər anlayışla yanaşmasını, kömək lazım
olduğu anda bunu fikirləşmədən etməsinin indi səbəbini
anlamış oldu. Bu yaxınlarda o Mətinin otaq yoldaşından
keçən il dənizdə çimərkən batan bir nəfəri onun necə xilas
etdiyini eşitmiş, sinəsi bir daha fəxrlə döyünmüşdü.
Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
110
Özünü ələ ala bildi. O, saatlarca oturub Mətinə qulaq
asardı. Təki o, danışsın. Mətin isə susurdu.
– Bilirsən mən Meyqerə həqiqəti demişdim, deyə Culi
onun gözlərinin içinə baxdı. Sanki, Meyqerin nə dediyini
onun gözlərindən oxumaq istəyirdi.
Mətin baxışlara tab gətirməyib, gözlərini qaçırdı. San-
ki bununla, onun fikirlərini oxumağa çalışan ekstrasensə
mane olacaqdı. Yarımçıq qalmış söhbəti xatırladı.
– Niyə birdən-birə onu yada saldın ki, deyə söhbətdən
yayınmaq istəsə də, Culi yenidən təkrarladı:
– Mən Meyqerə həqiqəti demişdim, eşidirsən, özü də
bunu ondan can qurtarmaq üçün deyil, həqiqətən səni
sevdiyim üçün demişdim. Artıq səbrim qalmadı.
Culi Mətindən gözlədiyi, ancaq artıq eşidə bilməyəcə-
yindən əndişə edən və özünün bir necə dəfə etiraf etmək
istədiyi sevgisini nəhayət ki, dilə gətirə bildi. Neçə vaxtdır
içində üsyan edib, uca səslə ona çatdırmaq istədiyi, məgər
səni dəlicəsinə sevdiyimi görmürsən, niyə mənə bu qədər
əziyyət verirsən?
Sözlərini olduğu kimi çatdıra bilməsə də, onu sevdi-
yini etiraf edə bildiyinə sevindi. Ona həmişə qəribə gəlirdi
ki, insan necə sevincindən ağlaya bilər? Bu hissi indi başa
düşürdü. Çünki, özü də istəmədən gözlərindən yaş süzü-
lür, içindəki hıçqırıqları boğa bilmirdi.
Mətin belə olacağını gözləmirdi. O da, hiss edirdi ki,
Culidən xoşu gəlir. Ancaq qərar verməyə tələsmirdi. Dü-
şünürdü ki, hər ikisi üçün hisslərinə tam əmin olmasına
müəyyən vaxt lazımdır. Bu onlarda ötəri hiss də ola bilərdi.
Ehtiyatla Culinin üzünə qapadığı incə əllərini tutub, onları
üzündən aralamağa çalışaraq:
– Cili səndən xahiş edirəm, ağlama. Bir qulaq as. Mən bi-
lirəm ki, sən mənə qarşı laqeyd deyilsən. Ancaq istəyirdim
ki, sən mənim haqqımda hər şeyi bilib, sonra qərar verəsən.
Sadəcə özüm haqda bu günə qədər sənə hər şeyi danışma-
Dostları ilə paylaş: |