Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
108
doğru irəliləyəndə insan əli ilə mübarizədə vəhşi təbiətin 
qalib gəldiyi daha aydın hiss olunurdu. 
Onlar xırda addımlarla birgə yeriyir, ancaq heç nə da-
nışmırdılar. Hər ikisi düşünürdü. Culi yarımçıq qalmış eti-
rafı necə dilə gətirməyi, Mətin isə bu qızın da nə zamansa 
Aygün kimi onunla davam edə bilməyəcəyini deyə bilməsi 
ehtimalını düşünürdü. O, başa düşürdü ki, Culi artıq onun 
üçün qiymətli idi. Ancaq sonrakı peşmançılıqdansa indi-
dən düzgün qərar verməyin daha doğru olacağına qərar 
verdi. Culi hələ də onun haqqında tam məlumatlı deyildi. 
Görəsən  kimsəsiz olduğunu bilsə, ona nə cavab verəcək? 
Nədənsə  indiyə  qədər  onu  itirmək  qorxusunu  bu  qədər 
aydın hiss etməmişdi. 
Hər ikisi eyni vaxtda dilləndi:
– Bilirsən?
Hər ikisi güldü. 
Culi oturmaq istədiyini bildirdi. Onlar yaxınlıqdakı ağa-
cın kölkəsinə çatanda Mətin ködəkçəsini yerə sərib, Culiyə 
onun üstündə otura biləcəyini bildirdi. Onun bu jesti, Cu-
linin xoşuna gəldi. Ümumiyyətlə, o, Mətində ona xoş təsir 
bağışlayan  bəzi  hərəkətlərə  təsadüf  etmişdi  ki,  buraların 
insanları üçün bu qaydalar qəribə görsənirdi. O, avtobusda 
birgə getdikləri vaxtlarda ayaq üstə gedən, yaşlı adamlara, 
hamilə  qadınlara  və  uşaqlara  ayağa  qalxaraq  yer  verirdi. 
Hardasa bir yerdə kofe içəndə, yaxud yüngül qəlyanaltıya 
oturanda heç zaman ona öz hesabını verməyə qoymamışdı. 
Səbəbini onların adət-ənənələrində belə qəbul olunduğu ilə 
izah edirdi. O, öz ölkəsində böyüyə-kiçiyə, xəstə adamlara 
yer verməyənlərə pis baxdıqlarını ona başa salmışdı. Eləcə 
də, hər hansı qadınla yemək yeyərkən hesabın kim tərəfin-
dən  ödənəcəyini  düşünməyə  belə  ehtiyac  olmadığını,  bu-
nun birmənalı olaraq mütləq masada oturan kişi tərəfindən 
ediləcəyinin yazılmamış qanun olduğunu, əksinin isə kişiyə 
təhqir olacağını ona artıq bir-neçə dəfə təkrar etmək zorun-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
109
da qalmışdı. Culi  belə hesablaşmanın düzgün olmadığını 
izah etməyə çalışsa da, Mətinin etirazı qarşısında güzəştə 
getməli olmuşdu. O, hesab məsələsində razılaşmasa da, yer 
vermək adətini rəğbətlə qarşılamış, kitablardan bu qədim 
şərq mədəniyyəti haqqında oxuduğunu və bu adətin hələ 
saxlanıldığını təəcüblə qarşılamışdı. 
Yanaşı otursalar da, Culi Mətinin nə isə fikirləşdiyini 
görüb onu fikirdən ayırdı:
Hə indi de görüm, nəyi demək istəyirdin. 
– Mən... məni deyirsən? Yəni nə deyəcəkdim? Hə, hə, 
yadıma düşdü. Ancaq axı sən də nəsə deyirdin? Yaxşısı bu-
dur əvvəlcə sən de. 
– Gördün ki, indi birinci sualı mən verdim, mister. Odur 
ki, Miss Culi sizi eşidir, deyərək diqqətlə qulaq asdığını bil-
dirmək üçün, əlini onun dizinə qoyaraq ona sarı əyildi və :
– Bütün diqqətim səndədir. 
– Yaxşı, Culi. Mənim deyəcəyim bilmirəm sənə maraqlı 
olacaq, yoxsa yox. Sadəcə özüm barədə sənə bəzi şeyləri 
demək istəyirdim. Hər necə olsaq dostuq, dostunu isə yax-
şı tanımalısan. Bizlərdə belə atalar məsəli var. Sən bilirsən 
ki, mən digər əcnəbi tələbələr kimi, varlı ailədən deyiləm 
və üzünü neçə ildir görmədiyim bacımdan başqa kimsəm 
yoxdur. Kimsəm yoxdur deyən də ki, anam var ancaq... 
Mətin hər şeyi danışıb qurtaranda sanki, sanki çiyinlə-
rindən ağır bir yük götürüldü. İçi rahatlamış oldu. 
Culi hər zaman ondan ötrü özünü təhlükəyə atmağa 
hazır olan bu insanın həyat hekayətini ürək ağrısı ilə din-
lədi.  Qəhər  onu  boğurdu.  Kənardan  adi  görünən,  ancaq 
yetərincə əziyyətlə böyümüş bu oğlanın niyə görə insan-
lara bacardığı qədər anlayışla yanaşmasını, kömək lazım 
olduğu anda bunu fikirləşmədən etməsinin indi səbəbini 
anlamış oldu. Bu yaxınlarda o Mətinin otaq yoldaşından 
keçən il dənizdə çimərkən batan bir nəfəri onun necə xilas 
etdiyini eşitmiş, sinəsi bir daha fəxrlə döyünmüşdü. 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
110
Özünü ələ ala bildi. O, saatlarca oturub Mətinə qulaq 
asardı. Təki o, danışsın. Mətin  isə susurdu. 
– Bilirsən mən Meyqerə həqiqəti demişdim, deyə Culi 
onun gözlərinin içinə baxdı. Sanki, Meyqerin nə dediyini 
onun gözlərindən oxumaq istəyirdi. 
Mətin baxışlara tab gətirməyib, gözlərini qaçırdı. San-
ki bununla, onun fikirlərini oxumağa çalışan ekstrasensə 
mane olacaqdı. Yarımçıq qalmış söhbəti xatırladı. 
– Niyə birdən-birə onu yada saldın ki, deyə söhbətdən 
yayınmaq istəsə də, Culi yenidən təkrarladı:
– Mən Meyqerə həqiqəti demişdim, eşidirsən, özü də 
bunu  ondan  can  qurtarmaq  üçün  deyil,  həqiqətən  səni 
sevdiyim üçün demişdim. Artıq səbrim qalmadı. 
Culi Mətindən gözlədiyi, ancaq artıq eşidə bilməyəcə-
yindən əndişə edən və özünün bir necə dəfə etiraf etmək 
istədiyi sevgisini nəhayət ki, dilə gətirə bildi. Neçə vaxtdır 
içində üsyan edib, uca səslə ona çatdırmaq istədiyi, məgər 
səni dəlicəsinə sevdiyimi görmürsən, niyə mənə bu qədər 
əziyyət verirsən?
 Sözlərini olduğu kimi çatdıra bilməsə də, onu sevdi-
yini etiraf edə bildiyinə sevindi. Ona həmişə qəribə gəlirdi 
ki, insan necə sevincindən ağlaya bilər? Bu hissi  indi başa 
düşürdü. Çünki, özü də istəmədən gözlərindən yaş süzü-
lür, içindəki hıçqırıqları boğa bilmirdi. 
Mətin belə olacağını gözləmirdi. O da, hiss edirdi ki, 
Culidən xoşu gəlir. Ancaq qərar verməyə tələsmirdi. Dü-
şünürdü ki, hər ikisi üçün hisslərinə tam əmin olmasına 
müəyyən vaxt lazımdır. Bu onlarda ötəri hiss də ola bilərdi. 
Ehtiyatla Culinin üzünə qapadığı incə əllərini tutub, onları 
üzündən aralamağa çalışaraq: 
– Cili səndən xahiş edirəm, ağlama. Bir qulaq as. Mən bi-
lirəm ki, sən mənə qarşı laqeyd deyilsən. Ancaq istəyirdim 
ki, sən mənim haqqımda hər şeyi bilib, sonra qərar verəsən. 
Sadəcə özüm haqda bu günə qədər sənə hər şeyi danışma-


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə