Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
132
nin kökündə ölüm halının olması və bunun məhz həmin hə-
kiminn səhvi ucundan baş verməsini səsləndirdilər. Ölümün 
birbaşa aparılmış cərrahiyə əməliyyatının uğursuzluğundan 
deyil, məhz səhv müalicə nəticəsində ölməsi əsas götürüldü-
yündən, onun həbsinə deyil, həkimlik fəaliyyətinə xitam ve-
rilməsi ilə məsələnin həlli irəli sürülürdü. 
Artıq məsələnin necə həllini tapacağı gün kimi aydın 
idi. Mətin buna hazır idi. Onun sakit oturuşu, laqeyd baxış-
ları ona dikilmiş nəzərləri heyrətləndirməyə bilməzdi. 
Niyə bu qədər sakitdir? Niyə böyük əziyyətlər bahasına 
əldə etdiyini itirməyinə görə heç həyacanlanmır? Bu təm-
kin üçün yetərincə yetkin yaşda olmasına rəğmən görəsən 
onun bu təmkini özündə nəyi ehtiva edir, deyə düşünənlər 
çox intizarda qalmadılar. Çünki, ona söz verilmişdi. O, otur-
duğu yerdən qalxaraq ətrafına baxmadan birbaşa kürsüyə 
qalxdı. Buradan hər şey aydın görünürdü. O, Culinin ağla-
maqdan şişmiş cöhrəsini, yanında dayanan cərrah dostu-
nu, ciddi-cəhdlə onu müdafiyə etməyə çalışan bir-neçə ta-
nıdığı proffessor-müəlimini, ona böyük ümidlər bəsləyən 
keçmiş elmi rəhbərinin qəmli sifətini və üzü gülən Şefferi 
aydın görürdü. O, çox danışmadı. Az sözlə kifayətləndi:
– Mən özümü mənə böyük ümidlər bəsləyən müəllim-
lərimin etimadını doğrultmadığıma və mənim diqqətsiz-
liyim ucbatından həyatını itirmiş insanın yaxınları qarşı-
sında günahkar hesab edirəm. Mənə verilən cəzaya layiq 
olduğumu bilirəm. 
–  Yox,  sən  buna  layiq  deyilsən  deyə,  qışqıran  qadın 
kürsüyə tərəf irəlilədi. 
O, kollegiya heyətinə yaxınlaşaraq özünü təqdim edib, 
söz verilməsini xahiş edərək kürsüyə yaxınlaşdı. 
–  Yox,  bir  daha  deyirəm  sən  buna  layiq  deyilsən.  O, 
üzünü  zaldakılara  tutaraq  hündür  səslə  danışmağa  baş-
ladı: “Mən Klavdiya Müller, bu həkimin çalışdığı xəstəxa-
nanın baş həkimi Seffer Müllerin həyat yoldaşıyam. Bilin 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
133
ki, ən başlıcası mən bir anayam. Bəli, gördüyünüz bu gənc 
həkimin  ona  icazə  verilmədiyi  halda  həyatını  qurtardığı 
övladın anasıyam. 
Geniş zalda uğultu qopdu. 
– Özü də indiyə qədər burdakılardan heç birinizin bil-
mədiyi bir faktı deyim. Mənim oğlum cinayətkardır. Mənim 
üçün bu nə qədər ağır da olsa mən bunu etiraf etməliyəm. 
İndi o, cəzasını çəkir. Ancaq onu da bilməyinizi istərdim ki, 
oğlum məhz bu həkimin həyat yoldaşını bıçaqladığı və onun 
özünü də öldürməyə cəhdlə günahlandırılaraq həbs olunub. 
Qarşınızda gördüyünüz bu insan bildiyi halda ki, cərrahiyə 
əməliyyatından sonra oğlum yaşamasa intiqam zəminində 
bütün ömrünü həbsxanada keçirə bilər, oğlumun ona etdik-
lərinə  rəğmən  həyatını,  karyerasını  riskə  atıb.  İndi  oğlum 
yaşayır, həyatdadır. Buna görə mən bu şəxsə borcluyam. O, 
əməliyyat aparmasaydı, oğlumun həyatda olmayacağını mən 
yaxşı bilirəm. Bu gün sizin həkimliyinə xitam vermək istədi-
yiniz bu şəxs həmin gecə tək həkimlik borcunu deyil, həm 
də çoxlarına dərs ola biləcək insanlıq borcunu yerinə yetirib. 
Mən bir ana olaraq onun insanlığı önündə baş əyirəm. Etiraf 
etmək istəyirəm ki, oğlumun həyatını qurtardığı o gecəyə 
qədər, ona nifrət eləmişəm. Ərimin ondan qisas almağı fik-
rinə şərik olmuşam. Əslində ölümündə günahlandırılan pa-
sientin ölməsinə səbəb heç də onun diqqətsizliyi deyil. 
O, heç nədə səhv etməyib. O, yazıb masasına qoydu-
ğu kağızı səhər tezdən incələməyi düşündüyündən tələsik 
olaraq  onu  gözləyən  əməliyyata  girmiş,  sonra  da  kağızı 
başqa  sənədlərlə  seyfinə  qoymuşdu.  Onun  əməliyyatda 
olmasından istifadə edən ərim Şeffer həmin kağızda bəzi 
dəyişikliklər etmişdi. 
Qadının bu sözləri nəhəng salonda hamını bir-birinə 
qatdı. Şeffer aradan çıxmaq istəsə də buna macal tapma-
dı. O, Klavdiyanın çıxışını həyacanla izləsə də, sonda onun 
cinayətinin  üstünü  açacağına  inanmamışdı.  Axı  cinayəti 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
134
bilib, xəbər verməməklə özü də günahlandırılacağını Po-
lisləri yanında görəndə artıq gec olduğunu anladı. 
* * *
İki həftə sonra aldığı məktubda bu sözlər yazılmlşdı. 
Hörmətli cənab, Mətin, 
Ümid edirik ki, sizə verilən fəxri - doktor adının təq-
dim edilməsi üçün bir həftə sonra – 03 fevral tarixində re-
gional həkim kollegiyasının növbəti toplantısında iştirak 
edəscəksiniz. 
Dərin hörmətlə, Regional Elmi araşdırmalar Mərkəzi. 
Məktubun  gəlişinə  Mətindən  çox  Culi  sevinirdi.  Hər 
şey birdən – birə düzənindən çıxdığı anda, gözlənilmədən 
yenidən fələk xöşbəxtliyini ona geri qaytardı. Sonrakı gün 
daha bir məktub gəldi. Məktub Klinikanın rəhbərliyi tərə-
findən göndərilmişdi. Baş vermiş hadisələrlə bağlı əmək 
fəaliyyətindən müvəqqəti kənarlaşdırılması üçün verilmiş 
qərarın ləğv edildiyini və yenidən işə başlaya biləcəyi xə-
bəri verilən məktubda onu ən yaxın zamanda klinikanın 
rəbərliyi ilə görüşə dəvət ediləcəyini yazırdılar. 
Onun  xəstəxanaya  dönüşünü  hamı  sevinclə  qarşıla-
dı.  Qalmaqallı  məsələ  onu  yetərincə  tanıtmışdı.  Bütün 
xəstəxana heyyəti onu təbrik edir, eyni yerdə çalışdıqları-
na görə fəxr etdiklərini gizlətmirdilər. Heç iki gün keçmədi 
ki, onunla görüş keçirən rəhbərlik, onu klinikanın baş hə-
kimi təyin etdi. Bu Mətin üçün böyük yüksəliş idi. Cavan ol-
masına baxmayaraq, belə böyük klinikaya baş həkim təyin 
olunması ona göstərilən böyük etimaddan xəbər verirdi. 
Bir-neçə gün sonra isə ona təqdim edilən fəxri-doktor adı 
özünün dediyi kimi, onun özünə deyil əməlinə görə Tanrı 
tərəfindən verilən mükafat idi. Baş həkim kimi işə başla-
yan günü ilk işi növbədə olan həkimə qadağanın götürül-
məsi  məsələsi  oldu.  Yekdilliklə  həkimlərin  ali  kollegiya-
sına təqdim edilən dəyişiklik müsbət həllini tapmış oldu. 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə