Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə41/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
126
– Gözüm görə-görə ölümünə necə icazə verəydim?
–  Mənim  üçün  humanistlik  göstərmə  burda.  Cəhən-
nəmə ölsün, sən başa düşürsən, yoxsa yox? Sənə əməliyya-
ta girmək olmazdı. Niyə, o biri cərraha xəbər eləməmisən?
Elə bu vaxt foyedən içəri təpilən cərrah :
–  Mən  burdayam.  Şükür  olsun  ki,  gəlib  çatdım.  Mə-
nim bu gün işlərim yaman tərs gətirir. İki dəfə təkər də-
yişmişəm. Sonra da maşın söndü, piyada gəlib çatmışam. 
Yollar da bom-boş. Bu gecə nələr olur bilmirəm. Xəstə ne-
cədir? Əməliyyata başlaya bilərik, yoxsa –yox? 
– Daha ehtiyac qalmayıb. Gördüyün, amma bu gündən 
buralarda görə bilməyəcəyin bu hipokrat əməliyyatı özü 
edib. Ancaq mən sənin yanında deyirəm, əgər bu xəstə öl-
müş olsa and içirəm ki, bu hipokratın tutulması üçün əlim-
dən gələni edəcəyəm. 
Birinci əməliyyata girmiş cərrah əlində kofe stəkanı öz 
otağından çıxdı. O, söhbətləri otağından eşitmişdi. İndi isə, 
Mətinin haqlı olduğunu bildirmək üçün müdaxiləyə ehti-
yac olduğunu görüb koridora çıxmışdı. Mətinin xətrini çox 
istəyirdi. Belə baxanda o, fikirləşirdi ki, Mətin hər şeydən 
əvvəl bir insan olaraq düz hərəkət edib. 
– İndi vəziyyəti necədir, bilmirəm, ancaq indiyə gədər 
müdaxilə olmasaydı sizi əmin edirəm ki, hər ikisi öləcəkdi. 
Əgər o, buna imkan verməyibsə, məncə düz edib. 
Onun müdaxiləsinin xoşuna gəlmədiyini bildirmək üçün, 
sizdən soruşan yoxdur ki, onun düz edib – etmədiyinə qiymət 
verin. Qayda – qanun var və hər bir kəs buna əməl etməlidir. 
Yox, əgər məni buna görə təcili bura çağırıbsa, daha telefonda 
da soruşa bilərdi də. Bilirdi ki, icazə verməyəcəm. Ölür qoy 
ölsün. Ona sən cavabdehlik daşımırsan. Prosedur qaydaları 
heç kəsə pozmağa icazə verilmir, vəssalam. Buranın baş həki-
mi mənəm, mən sözümü dedim. 
Mətini qəhər boğurdu. Ancaq özünü ələ aldı:
– Xəstə sizin oğlunuz olsa belə? 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
127
Hamı bir-birinə baxdı. Şeffer hirslə:
– Axmaqlama. Özü də fərqi yoxdur mənim oğlumdur, 
ya başqasıdır, başa düşdün? İndi isə gedə bilərsən. 
Yaxşı, deyə Mətin asta addımlarla aralaşdı:
–  Ancaq  həqiqətən  əməliyyat  olan  sizin  oğlunuzdur. 
Mən  əlimdən  gələni  elədim.  Qalanı  sizlikdir.  Həbsxana 
gözətçilərinə məlumat verilməlidir ki, əməliyyat qurtarıb. 
Şeffer eşitdiklərinə inana bilmədi. Yox bu ola bilməzdi. 
Necə yəni mənim oğlumdur. Sanki ciyərini sökdülər. Bu nə 
danışır? Uca səslə:
– Onun ağlı yerindədir? Yəqin sayaqlayır. 
– Yox, ağlım yerindədir, arxayın olun. Xanımınıza deyə 
bilmədim, sizi ona görə təcili cağırtdırdım. 
Şeffer  şübhələr  içində  deyilənlərin  doğruluğuna  inan-
masa da, reanimasiya otağına qaçdı. Yeni gətirilmiş xəstənin 
həqiqətən Meyqer olduğunu görəndə bütün bədəni boşaldı. 
Dizlərində taqət qalmadığından yerə çökdü. Bu necə olmuş-
du, anlamırdı. Özünü güclə toparlayıb ayağa qalxdı, ona doğ-
ru gəldi. Meyqerin ağarmış bənizi həyat ələməti vermirdi. 
Şefferin gözləri az qalırdı böyüyüb hədəqəsindən çıxsın, an-
caq cihaza nə qədər diqqətlə baxsa da, heç nə görə bilmirdi. 
Meyqeri şillələyib ayıltmaq istəyəndə baş həkim özündə ol-
madığını başa düşən həkim bacıları güclə də olsa onu kənara 
çəkə bildilər. Bundan sonrası isə yadında deyil. Heç bayaq-
dan tez-tez döyünən ürəyinin də səsini artıq eşitmirdi. 
Culi Mətini belə vəıziyyətdə hələ görməmişdi. Elə yorğun 
görsənirdi ki, sanki o, Herkulesin yerinə kainatı çiyinlərində 
saxlamışdı. Rəngi qap-qara qaralmış, alnında qırışlar əmələ 
gəlmişdi. Bir günün içində sanki qocalmışdı. Gözü divarda-
kı saata ilişəndə onun vaxtından qabaq gəldiyini də anladı. 
Qapıdan içəri girmiş də olsa, sanki içəridə deyildi. O, həmişə 
gecə  növbəsindən  qayıdanda  nə  qədər  yorğun  olur-olsun, 
üzü gülər, əzizim, səndən ötrü darıxdım, deyər, onun yanaq-
larından öpərdi. Bu gün isə o, özündə deyildi. Culi nəyinsə 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
128
baş verdiyini onu görən kimi başa düşdü. Ancaq baş verən nə 
idisə ciddi olduğu göz qabağında idi. İçindəki həyacanı boğa-
raq özünü bacardıqca sakit tərzdə:
– Həyatım, nə başverdiyini desən məni təlaşdan qur-
tarmış olarsan. Nə olub axı? Rəngin qap-qaradır. Nəsə cid-
di bir şeydir? 
– Əzizim, onu dəqiq bilirəm ki, mən həkimlik karyera-
ma son qoydum. Bilirsən ki, araşdırma bitənə qədər mənə 
əməliyyata girmək olmazdı. Ancaq mən bunu elədim. 
Culi süzdüyü kofeni ona uzadıb sevinc hiss ilə :
–  Sənə  afərin.  Sən  ki,  sevinməlisən.  Düzdü  qanunu 
pozmusan, ancaq özünə qalib gəlməyi ki, bacardın. Ən çə-
tin də elə bu idi. Nə olsun ki, qanunu pozmusan. Elə buna 
görə belə qaralmısan? 
Mətin  bu  gecə  baş  verənlərin  hamısını  ona  danışdı. 
Culi eşidəndə ki, əməliyyat etdiyi məhz Meyqer olub, qu-
laqlarına inana bilmədi. Şefferin verdiyi reaksiyanı eşidən-
də hadisələrin ciddilyi ona aydın olmağa başladı. O, Mə-
tinin tək karyerasını deyil, hətta indidən sonrakı həyatını 
necə riskə atdığını tam ciddiyyəti ilə başa düşəndə ondan 
ötrü çox qorxdu. Sanki, Mətini elə indicə tutub aparacaqdı-
lar. Qeyri ixtiyari Mətinə sıxılıb onu qucaqladı. 
– Mən səni heç kimə vermərəm, eşidirsən, vermərəm. 
Elə  murdardan  ötrü,  həyatımızı  riskə  atdın.  Ancaq  mən 
səni  elə  insanlığına,  böyük  ürəyinə  görə  sevmişəm  və 
ömrü boyu da sevəcəyəm. Bəs əməliyyat necə keçdi? İndi 
necədir? Heç olmazsa ölməsin. Allahım, həyat nə qəribə-
dir. Vaxtı ilə allahdan tək istəyim o murdarın ölümü idi. Fi-
kirləşirdim ki, o ölsə idi canım qurtarardı. İndi isə əksinə, 
sənə yalvarıram, o ölməsin. 
Mətin onu sakitləşdirməyi bacardı. 
– Mənim çiçəyim, əsas odur ki, Tanrı bilir ki, mən insan-
lıq borcumu yerinə yetirmişəm. İndi onun da, vicdanımın da 
qarşısında rahatam. Bilirdim ki, sən məni başa düşəcəksən. 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə