Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
142
du ki, raket atəşləri başlarının üstündən uçur, top mərmiləri 
yaxınlıqda yerə düşür, səsdən qulaqlar tutulurdu. Ölüm sa-
çan silahların səsləri bir müddət alışana qədər insanda elə 
vahimə yaradır ki, mütləq indicə nəyinsə baş verəcəyini göz-
ləyirsən. O, bir-iki davamlı döyüşlərdən sonra artıq bu gurul-
tu və şaqqıltıya öyrəşdi. Yaralılar çox olurdu. Nizamsız, lazımı 
hərbi biliyi olmayan, ancaq rəşadətlə sinəsini sipər edən igid 
vətən oğulları qəhrəmancasına son nəfəsinə qədər düşmə-
nin qabağında duruş gətirirdilər. Çoxu yarası ağır olmasına 
baxmayaraq döyüşdən ayrılmırdı. Mətin və bir neçə könüllü 
bəzən səngərləri gəzir, onların sarğılarını elə orda dəyişir-
dilər. Onun bacarıqlı cərrah olması çoxlarını ölümün cəngin-
dən qurtarmış oldu. Burada hamı onun xətrini çox istəyirdi. 
Onun tez-tez yerini dəyişən hərbi hisəsi Mətini allahın onlara 
şəfqət üçün göndərdiyi mələyi kimi baxırdılar. Çox vaxt əmə-
liyyatları güllə yağışının altında, tank və raket mərmilərinin 
ətrafa yaydığı tükürpədən, qorxunc səslərinin müşayəti ilə 
həyata keçirirdi. 
Əsir düşdüyü gün o, komandirin əmri ilə meşənin daha 
dərinliyində qurulmuş yaralı çadırında əməliyyatda idi. Son 
beş günü burada məskən salmışdılar. Boş vaxtlarında insan 
övladının meşəni lərzəyə salan gurultu səslərinə baxmaya-
raq budaqlarda oturub oxuyan quşların cəh-cəh nəğmələri-
ni dinləyər, doğma torpağının zəngin florasını seyr edərdi. 
Hətta  iki  gün  öncə  yaxınlıqda  gördüyü  maralın  gözəlliyini, 
ürkək baxışlarını görəndə bu yerlərə valeh olmamağın müm-
künsüzlüyünü dərk etmişdi. Əsrlər boyu müxtəlif əsərlərdə 
gözəlliyinin vəsf olunduğu bu Topçü meşəsinin həqiqətən də 
təsvir olunduğu qədər gözəl olduğunun şahidi olduğuna se-
vinmişdi. Düşünürdü ki, yəqin ki, bu gözəlliyi görüb, ondan əl 
çəkmək istəməyən mənfur düşmənlərini bu yerlərə göz dik-
məyə vadar edən elə bu gözəllikdir. 
Təsadüfdənmi,  yoxsa  necə  olmuşdusa  buranın  yeri-
ni  öyrənmiş,  zəif  qorunduğunu  bilən  düşmən  yaraqlıla-


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
143
rı  gözlənilmədən  hər  tərəfdən  başlarının  üstünü  aldılar. 
Qaçmağın mümkün olmayacağını görüb, əynindəki həkim 
xələtini soyunub kənara atdı. Elə təzəcə əyilib silahı götür-
müşdü ki, avtomatın soyuq lüləsini gicgahında hiss etdi. 
Çıxış yolu yox idi. 
Onunla  bərabər  özləri  bir  nəfəri  də  sağ  götürdülər. 
Çadırda olan beş yaralını və gözətçilərdən birini yerində 
güllələmişdilər. Üst-başının təmiz olması, əynindəki zabit 
forması  onu  ölümdən  qurtarmış  oldu.  Öz  aralarında  er-
məni dilində nə isə danışan yaraqlılar, hər ikisinin əl-qo-
lunu bağladılar. Sir-sifəti deyil, kürəyinə dəymiş avtomat 
qundağının yeri yaman incidirdi. Bayaq gicgahına dirən-
miş avtomat lüləsindən yayınıb dirsəyi ilə başının üstünü 
kəsdirmiş əsgərin qasığına zərbə endirməyə nail olsa da 
kürəyinə dəyən dəmir qundağın zərbəsi onu yerə sərmiş-
di.  Vaxtında  yetişən  digər  əsgər  onu  yerə  sərə  bilmişdi. 
Handan-hana  özünə  gələn  zərbə  yemiş  əsgər  isə  ondan 
heyfini artıqlaması ilə çıxmışdı. Əslində öldürmək istəyir-
di, ancaq qoymadılar. 
Ara-sıra  rus  dilində  söylədiklərindən  başa  düşdü  ki, 
onlar girov götürüblər, dindirilməyə aparacaqlar. 
* * *
Hə, bütün olub keçənləri beləcə nöqtə vergülünə qə-
dər yaxşı xatırlayırdı. Ona verilmiş zaman sabah tamam 
olacaqdı. Ona qədər yaxşıca yatıb dincəlmək olardı. Onsuz 
da sonra işgəncələr başlayacaqdı. Butün bunların baş verə 
biləcəyini yolun başlağıcında gözə almışdı. Hələ ki, öldür-
məyiblər,  deməli  hələ  yaşayır.  Yaşayırsa,  deməli  hələ  ki, 
şanşı var. Sadəcə yeri və zamanı düzgün seçməlidir. Onun 
hesabına görə cəbhə xəttindən çox da uzaq deyildi buralar. 
Verilmiş vaxt bitmişdi. Qıfılı açan bədheybəti səsindən 
tanıdı.  Ürəyində  bircə  şeyi  çox  arzuladı.  Kaş  indi  bu  əc-
lafla təkbətək qalaydı. Deyərdilər ki, kim güclüdür özünü 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
144
sübut eləsin. İki-üç gün bundan əvvəl bədheybətin vurdu-
ğu zərbələrin ağrısı hələ də canından çıxmamışdı. Heç bir 
şey demədən onun qabağına düşüb ayağını çəkərək özünü 
axsayırmış kimi göstərərək xırda addımlarla irəlilədi. Qə-
rar gəlmişdi ki, buradan qaçan ana qədər özünü axsayan 
göstərməlidir ki, onun qaçacağına inanmasınlar. Deyəsən 
bədheybət onun asta yerişinə hirsləndi. Arxadan ona bir 
təpik atdı. Qəzəbli səslə üstündən söyüş də yağdırdı. 
Yenə həmin üz, həmin ifadə. Öz-özünə:
– Lənət şeytana. Bu iblis niyə mənə bu qədər tanış gə-
lir. Yəni insan həqiqətənmi bu qədər oxşar ola bilir? 
Onu gülə-gülə qarşılayan polkovnik masasının üstündə 
olan alman şnabsından qədəhinə süzüb tamını yoxlayırmış 
kimi dodaqlarına toxundurdu. Bəlkə könlün çəkir? Utanma, 
hə nə deyirsən, süzüm? Yoxsa sən əsl müsalmanlardansan, 
içki içmirsən? Amma sən hardan biləsən bu nədir, ay yazıq. 
Sizdə bir misal var, eşşək nə bilir zəfəran nədir? İndi, sən nə 
biləsən bu nədir? Elit yaşam tərzindən, dünya mədəniyyətin-
dən sənin hardan xəbərin olsun, ay bədbəxt?
Mətin gözucu şüşəyə baxdı. Almanların pivədən sonra ən 
çox sevdikləri likyor sayılan şnabsın dadını gözəl bilirdi. Heç 
demək fikri yox idi, əgər sonuncu cümləsi olmasaydı. 
– Düzdür, sizdə mədəniyyətin artıq ən yüksək pilləsi-
dir. Bunu dinc əhaliyə qarşı etdikləriniz sübut edir. Mən 
tam əminliklə deyə bilərəm ki, Marks mədəniyyət haqda 
dediyi məhşur kəlamı sizlər üçün deyib. 
Polkovnik  deyəsən  hərtərəfli  adam  idi.  O,  Markısın 
“Mədəniyyətin  ən  yüksək  zirvəsi  vəhşilikdir”  –  kəlamını 
nəzərdə tutduğunu həmən anladı. 
– Görürəm, özünə lazım olanda dil-dil ötürsən, Mark-
sdan sitat gətirirsən. Elə bilirsən nə demək istədiyini başa 
düşmürəm?  Boş-boş  çərənləməkdənsə,  yaxşı  olar  ki,  öz 
gününə ağlayasan. Nə deyirsən, köməyinizə gələcək dəstə 
hansı  marşurutla  gələcək?  Marşurutu  de,  sonra  da  get 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə