Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
148
aydın görürdü. Əgər səs tonunu da tamlığı ilə yadına sala 
bilsəydi, bax, onda özünü dəli hesab edə bilərdi. Bunu o, 
həm istəyirdi, həm də yox. 
– Hə, həkim baba keç otur. Elə bildin ki, sən danışmasan 
səni öyrənə bilməyəcəyik? Bəlkə sən elə bilirsən sən ölkəni 
istila olmaqdan qurtara biləcəksən? Amma onu bilmirsən ki, 
biz uzun illərdir çox şeyə dözürük. Ona görə yox ki, qorxuruq. 
Yox, sadəcə hazırlaşırdıq. Uduzmamaq üçün. İndi sən tərslik 
edirsən, guya ki, sən deməsən biz bilməyəcəyik. 
Mətin indi başa düşdü ki, barakda həqiqətən bunlara 
işləyən var, çünki, o, həkim olması barədə cəmi üç nəfərə 
demişdi.  Ürəyində  sevindi  ki,  qaçmaq  planı  barədə  heç 
kimə heç nə deməyib. Bir anlıq məlumatın kim tərəfindən 
ötürülə  biləcəyini  düşünsə  də  heç  kimin  üstündə  qərar 
tuta bilmədi. 
Qulağının  dibində  polkovnikin  hüdürdən  qışqırması 
onu sanki ayıltmış oldu. 
– Ey səninləyəm. Eşidirsən, yoxsa yox? Lənət şeytana, bax 
gör sənə nə deyirəm. Bilirəm ki, həkimsən, özün də buralar-
dansan. Sənə sonuncu şans verirəm. Onu da bilirsən ki, belə 
gec bura gətirilirsənsə, deməli dönüşün yoxdur. Əgər bizimlə 
işləmək istəmirsənsə, onda öləcəksən. Əindəki silahı Mətinin 
başına dirədi, ona qədər sayacağını bildirdi:
– Bir, iki, üç... 
Mətin  indiyə  qədər  nədənsə  öləcəyinə  inanmamışdı. 
Ona elə gəlmişdi ki, möcüzə olacaq və o, sağ qalacaq. An-
caq indi başa düşdü ki, bu sondur. O, heç vaxt ölüm anında 
insanın hansı hisslər keçirdiyi barədə düşünməmişdi. Sən 
demə 1-dən 10-a qədər sayılan dəqiqə çox uzun bir zaman 
imiş. Bütün həyatı kino lenti kimi bir anda gözünün qaba-
ğından keçdi. O, bu anda nələri özü üçün analiz etmədi? 
Deməli bu sondur. Görəsən neçə illər nifrət etdiyim anam, 
bəxtsiz  bacım,  Culi  indi  neynirlər?  Yəqin  ki,  onlar  üçün 
ağır olacaq. Bəlkə hər şeyə razı olum? Ancaq bu fikri tez 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
149
də özündən uzaqlaşdırdı. Nə gəvələyirsən, axmaq? Onda 
indiyə qədər yaşadıqlarımın nə manası olardı ki? Əlvida, 
sevdiklərim, deyərək gözlərini tavana zillədi: Allahım, sən 
günahlarımdan keç, məni dərgahına qəbul et. 
– 9, 10... 
Tapançadan açılan atəşin səsi otaqda yayıldı. 
Əvvəlcə nəyin baş verdiyini anlamadı. Heç nə dəyişmədi 
axı. O, əvvəlki tək görür, anlayırdı. Ölmək beləmi olur?
Bir neçə saniyədən sonra qulağının dibində pıçıltı duyur:
Afərin sənə. Vətənini satmış olsaydın indi ölmüşdün. 
Burdan  sağ  qayıdan  satqın  olmayandır.  Get,  ancaq  heç 
kimə bir kəlmə də demə. 
Onu bağlayan iplər kəsilmişdi. Artıq azad idi. Bir anlıq 
baş verənlər Mətini heyrətə gətirdi. Əslində hadisələrin bu 
cür sonluğuna inana bilmirdi... 
Polkovnik astaca:
– Dedim ki, dur get. Heç kimə də bir kəlmə belə demirsən. 
Zaman-zaman  həyatın  onunla  oyun  oynadığını  artıq 
görmüşdü. Ancaq bu oynun şərtlərinin onun xeyrinə belə 
dəyişəcəyinə inanmağı gəlmirdi. Ayağa dursa da, düşündü 
ki, yəqin ki, oyun davam edir. O, qapıdan çıxdığı ana qədər 
olanlara inana bilmədi. 
İndi onu geri baraka qaytaran əli silahlı iki əsgər belə 
onun sağ buraxıldığına inan bilmirdilər. Biri o birisinə :
–  Hə,  axbercan,  yəqin  ağıllanıb.  Artıq  bizə  işləyəcək. 
Yoxsa ki, fikirləşirdim ki, indi gəl bunun meyidini maşına 
qədər sürü. Onların öz dillərində danışdıqlarını əlbəttə ki, 
o başa düşmürdü. Başa düşsəydi, o, mütləq geri qayıdar, 
sağ çıxdığı qapıdan ölü olaraq çıxmaq istərdi. Bircə onun 
satqın olduğunu düşünməyəydilər. 
Baraka girəndə, ayaq üstə gəzən ölü təsəvvürü bağış-
layırdı. Kapitan onun dönüşünə sevinsə də şübhəli tərzdə 
satqınlıq eləmədin ki? – deyə soruşsa da, heç bir cavab alma-
dı. Əslində o yox da desə, kapitanın ona inanıb-inanmayaca-


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
150
ğı sual altındaydı. Yerinə uzanıb, son saatda baş verənləri 
anliz eləsə də, bir yerə çıxa bilmədi. Niyə onu sağ buraxdı 
və niyə o sözləri dedi? Görəsən bu oyunda məqsəd nədir...? 
* * *
Son günlər cəbhədə döyüşlər daha da qızışmışdı. Vaxt 
uzandıqca isə Mətin vaxtın onun əleyhinə işlədiyini, qızgın 
döyüşlər  getsə  də,  cəbhə  xəttinin  getdikcə  uzaqlaşdığını 
hiss edir, bu onu daha da məyus edirdi. Tələsmək lazım ol-
duğunu yaxşı başa düşsə də, ehtiyatsızlıq etmək istəmirdi. 
İlk əlverişli fürsətdə qaçaçaqdı. Hərtərəfli hazırlığını artıq 
başa çatdırmışdı. 
Tezdən  durmuş  olsalar  da,  yağış  yağdığından  onla-
rı  işləməyə  aparmamışdılar.  Güclü  yağan  yağış  ildırımla 
müşayət olunurdu. Belə hava istər –istəməz insanı sıxır-
dı. Ancaq əsirlər buna sevinirdi. Çünki, allah taala təbiətə 
qəzəbini göstərmiş olmaqla onlara istirahət vermiş olur-
du. Binəvalar bu gurultunun günboyunca kəsməməsi üçün 
alqış edirdilər. Qaranlıq barakın qapısını açan bədheybət 
onun adını çağıraraq qışqırdı:
– Çıxışa. 
Son dirdirilməsindən artıq iki həftə keçmişdi. Görəsən 
indi niyə çağırır?
Görəsən yenəmi oyun oynayacaq. 
Onu  stula  bağlamaq  istəyən  əsgərlərə  çıxmalarını 
əmr  edən  polkovnik  ayağa  durub  pəncərəyə  yaxınlaşdı. 
Az  müddətə  dayanmış  yağış  yenidən  pəncərəni  döyəc-
ləməyə  başladı.  O,  necə  başlayacağını,  nədən  başlayaca-
ğını gecədən bəri düşünsə də hələ də qərar verə bilmə-
mişdi. Göndərdiyi gizli sorğuya aldığı cavab səhərə qədər 
onu yatmağa qoymamış, onu neçə dəfə fəxr etməyə, eyni 
vaxtda  məyus  olmağa  məcbur  etmişdi.  Onsuz  da  daimi 
özünə nəzarət, hisslərinə hakim kəsilmək, şübhəyə səbəb 
ola biləcək kiçik səhvə belə yol verməmək qədər xətasız 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə