Pərviz Nuri ayin o biRİ ÜZÜ (roman) Bakı “Təknur” 2014



Yüklə 24,33 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix30.12.2017
ölçüsü24,33 Kb.
#18606
növüYazı
1   ...   41   42   43   44   45   46   47   48   49

Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
145
özün üçün istirahət elə. 
Sorğu-sualdan bir şey çıxmadığını görən Polkovnik qa-
pının arxasındakı əsqərlərə onu yaxşıca əzişdirməyi, yola 
gəlib fikrini dəyişərsə, yanına gətirilməsini, əks təqdirdə 
aparıb içəridəki qoyun sürüsünə qatmağı tapşırdı. Özü də 
bunu elə jestlə etdi ki, sanki Mətinə böyük bir şans verirdi. 
Bədheybətin  lap  çiçəyi  çatlamışdı.  Neçə  gün  idi  ki, 
bu  anı  gözləyirdi.  Söhbət  işgəncə  verməkdən  gedirdisə, 
bu onun üçün toy bayram olurdu. İnsana əzab verib onu 
mənən sındırmaqdan ləzzət aldığı qədər bu həyatda zövq 
aldığı ikinci bir şey yox idi. Həbsxanada onun qədər qəd-
darı yox idi. Onun daxili elə xarici qədər bədheybət idi. O, 
iri  cüssəli  görünməyən,  şümal  və  sağlam  bədən  qurulu-
şuna malik, xarici görünüşcə xoş təsir bağışlayan, bu zərif 
görünüşlü  oğlanın  belə  möhkəm  iradəyə,  dözümə  sahib 
olacağına  inana  bilmirdi.  Onun  tapdığı  işgəncə  üsulları-
na dözən çox az olurdu. Onlardan biri də bu idi deyəsən. 
Tez-tez huşunu itirən, ağrıdan bütün əzələləri yığılmış bə-
dənin belə getsə tezliklə cəsədə çevriləcəyini heç kim də 
bilməsə o, çox gözəl bilirdi. Ancaq belə vəziyyətlərdə onla-
ra əlavə təlimat verilmişdi. Əsirdə olan məlumatı işgəncə 
yolu ilə əldə etmək mümkün olmazdısa, onu tez ölməsinə 
yol  verilməməli,  informatorların  (satqınların)  öhdəsinə 
buraxmalıydılar. 
Onu baraka elə vəziyyətdə gətirmişdilər ki, ancaq nəb-
zi ilə həyatda olmasını təyin etmək mümkün idi. İki gün-
dən sonra özünə gəlib danışa bilən Mətin burda olan in-
sanların necə ağır şəraitdə yaşadıqlarını görəndə, burada 
çox  yaşaya  bilməyəcəyini,  sonu  ölümlə  nəticələnsə  belə 
tezliklə buradan qaçaçağını dəqiqləşdirdi. Ona dedilər ki, 
burada kimsə hər hansı xəstəlik tapırdısa deməli ölümlə 
dostluq edirdi. Heç bir dava-dərmandan söhbət gedə bil-
məzdi. Ara – sıra monitorinqlər zamanı qırmızı xaç cəmiy-
yətinin verdiyi dərmanları isə onlar gedən kimi yığışdırılır, 


Pərviz Nuri
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
146
satışa göndərirdilər. Dan yeri ağarandan axşam qaranlığı-
na qədər sahələrdə qul kimi qamçı altında işlədilən əsirlər 
qurumuş  balaca  çörək  parçası  müqabilində  ağır  şərtlər 
altında saxlanılırdı. Kim isə qaçmağa cəhd göstərirdisə ye-
rindəcə güllələnirdi. Yay-qış fərqi olmadan ayda bir dəfə 
onlara çimməyə icazə verilirdi. O da ki, soyuq su ilə sabun-
suz. Barakda yorğan-döşək əvəzi yerə sərilmiş quru otdan 
istifadə edirdilər. Böyük barak cəmi bir lampa ilə işıqlanır-
dı. Qışda dözülən olsa da, yayda bu dözülməz olurdu. Kəs-
kin qoxu demək olar ki, baş gicəlləndirirdi. Pəncərələrdən 
bir dənəsini saxlamış qalanını daşla hörmüşdülər. Arxadan 
dəmir barmaqlıqlarla haşiyəyə alınmış həmin pəncərəni 
də, qəsdən açıq qoymağa icazə vermirdilər. Baraka rəhbər-
lik edən 55-60 yaşlarındakı kapitan rütbəli əsir idi, hamı 
da onu elə kapitan deyə çağırırdı. Axsaq olmasına baxma-
yaraq zirəng idi. Onun erməni dilini bilməsi (dediyinə görə 
ermənistanda  doğulub  böyümüşdü)  əsirlərin  çox  kömə-
yinə çatırdı. Düzdür rus dili ortaq dil idi. Demək olar ki, 
həm nəzarərçilər, həm də əsrlərin əksəriyyəti az olsa rus 
dilini başa düşürdülər. Ancaq nəzarətçilər öz dillərini daha 
üstün tutur, əsrlərin onlara erməni dilində müraciət etmə-
sinə üstünlük verirdilər. Bəzən içib sərxoş olmuş əsgərlər 
gecənin saatından asılı olmayaraq baraka girər gözlərinə 
xoş dəyməyəni o ki, var döyərdilər. Yan tərəfdə belə başqa 
bir barakda var idi ki, orada ancaq bir-neçə qadın və qız 
əsir saxlanırdı. Onları isə demək olar az-az hallarda gör-
mək olurdu. Qulluqçu işlərini yerinə yetirən bu binəvalar 
özlərinkinin gözlərinə görünməyə utanır, onlarla üzbəüz 
gəlməkdən  belə  qaçırdılar.  Onların  nə  çəkdiklərini  özlə-
rindən başqaları təsəvvür belə edə bilməzdi. Əvvəl sayları 
çox olsa da indi az qalmışdılar. Çoxu demək olar ki, güllə ilə 
gələn ölümü sevinərək qəbul etmişdi. 
Yavaş – yavaş şəraitə uyğunlaşan Mətin ətrafı öyrən-
məklə məşğul idi. O, ərazinin coğrafiyasını beyninə həkk 


Ayın o biri üzü
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
147
edir,  özü  üçün  qaçış  planını  hazırlayırdı.  Ətrafındakıla-
rı yaxşı tanımadığından fikrini kimsə ilə bölüşə bilmirdi. 
Özlüyündə ataların “ehtiyat igidin yaraşığıdır” məsəlinin 
hədər yerə deyilmədiyini düşünürdü. Hər halda, bu planı-
nı kiminləsə bölüşməsi ölüm-qalım məsələsi idi. Əsirlərin 
arasında ərazini yaxşı tanıyan bir neçə nəfər olsa da on-
lardan nəyi isə öyrənmək üçün bəzən bir-neçə gün itirir-
di. Hər şeyi elə tərzdə soruşmalıydı ki, şübhə yaratmasın. 
Öyrənəndə ki, 5-6 km-də sıx meşəlik var lap sevinmişdi. 
Meşəyə gedən yollar diqqətlə öyrənilməliydi. Əks təqdirdə 
əgər bəxti gətirib buradan uzaqlaşa bilsəydi, həmin cığır-
larda ölümdən yaxa qurtarması mümkünsüz idi. 
Gözlənilmədən gecənin bir yarısı onun dalınca bara-
ka gəldilər. Əslində belə gəlişlər gedənin geri dönüşünün 
ehtimalının çox az olmasından xəbər verirdi. Artıq bunu 
baraka son gəlməsinə baxmayaraq o da bilirdi. 
Heç  nə  demədən  qalxıb  üst-başını  düzəltdi.  Üstünə 
yapışmış ot hissələrini təmizləyərək qəddini düzəltdi. Ba-
rakda əksəriyyət yatsa da kapitan durub onu yola saldı. 
– Bax gör nə deyirlər. Ancaq dilini sakit saxla ki, başın 
salamat qalsın. Hərgah söyüşkən deyilsən ancaq çaşıb sö-
yüb-eləmə. Əksəriyyəti bizim söyüşləri yaxşı başa düşür-
lər. Get, yolunu gözləyirik. 
Ağlına min bir fikir gəldi. Elə indi yoldamı qaçsın? Yox-
sa daha uyğun zaman düşəcək?! Bəlkə bu son fürsətdir? 
Lənət  şeytana,  nə  olacaqsa  –olacaq  deyə  müşayətçilərin 
qənşərinə keçdi. 
Yenə həmin otaq, həmin tanış sifət. Hər dəfə bu insanla 
görüşdükdən sonra ən azı bir gün o hafizəsinin caynağın-
dan qurtula bilmirdi. Sonunda isə o, bu fikrə ayıq beynin 
sayıqlaması kimi, yəni illuziya kimi baxırdı. Ancaq o hə-
kim idi və sağlam dərrakənin hələ ki, onu tərk etmədiyini 
gözəl bilirdi. Dindirilmədə olduğu üç dəfənin hər birisində 
bəzən o, üzün müddət unuda bilməyəcəyi jestləri açıq – 


Yüklə 24,33 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə