179
100 min yarım metrlik çubuq aldığı halda bizdə 120 mindən çox 105 sm-lik
çubuq alınır. Bu göstərici bir qədər inandırıcı görünməsə də reallıqdır.
Yüksək məhsuldarlıq məsələsinə sonralar qayıdacağıq, yəni respublikamız
şəraitində üzüm üçün çox böyük potensial imkanlar vardır. Bu potensial
imkanları aşkar etməyə qadir olan elmi konsepsiyamız vardır. Bizim şəraitdə
calaqaltı anaclıq üçün daha əlverişli dayaq seçilsə çubuq çıxımı artırıla bilər.
Calaqaltı anaclıqda piramida və Bolqar becərmə sistemləri mövcuddur. Bu
sistemlərdə bir kolun zoğlarının hamısı dəstə şəklində bir məftillə qaldırılır. Bir
tənəkdə 8-10 zoğ olduqda bu sistemlər əlverişli olur. Bizim şəraitdə bir kolda 8-
10 zoğ saxlandıqda onların çoxu sulu zoğlara çevrilir. Sulu zoğların miqdarını
azaltmaq məqsədilə tənəyin yükü artırılmalıdır. Artırılmış sayda olan zoğlar
həmin sistemlərdə çox sıxlıq yaradır. Sıxlıq şəraitində yarpaqlar nəinki normal
fəaliyyət göstərmir, hətta içəridəki yarpaqların hamısı vaxtından qabaq tökülür və
nəticədə zoğların yetişməsi son dərəcə pisləşir.
Bu becərmə sistemlərini respublikamız şəraitində hər tərəfli yoxladıqdan
sonra onların əlverişsizliyi sübut olunmuşdur.
Calaqaltılarda güclü zoğların alınması və onların yaxşı yetişməsini təmin
etmək üçün anaclıqda aşağıdakı təxirəsalınmaz məsələlər həll edilməlidir:
torpağın düzgün becərilməsi, üzvi və mineral kübrələrdən istifadə edilməsi, ,
anaclıqda kolların normal sıxlıqda olması, kolların düzgün kəsilməsi və
formalaşdırılması, kollara zoğlarla yükün düzgün verilməsi, daha doğrusu artıq
zoğların qoparılması ilə yükün düzgün verilməsi, kolların dayaqda becərilməsi,
yaşıl əməliyyata daxil olan iş növlərinin vaxtında və düzgün yerinə yetirilməsi.
Başqa ədəbiyyatda fillokseraya davamlı calaqaltı kolların xəstəlik və
zərərvericilərinə qarşı mübarizə məsələsi göstərilir. Respublikamız şəraitində
calaqaltılardan yalnız Şasla x Berlandiyeri 41 B göbələk xəstəliklərinə zəif
tutulur. Fillokseranın yarpaq formasının olmasına baxmayaraq ona qarşı
mübarizə keçmişdə aparılmayıb. Əlbəttə, fillokseranın yarpaq formasına qarşı hər
hansı mübarizə üsulunun tətbiqi vacibdir.
Calaqaltı anaclıqda tətbiq edilən yaşıl əməliyyat. Fillokseraya davamlı
anaclıqda bütün işlər mümkün qədər çox calaqaltı çubuq alınmasına (calağa
yararlı) yönəldilməsidir. Anaclıqda tətbiq edilən aqro və fito tədbirlər bitkinin
böyümə gücünün artmasını və zoğların yaxşı yetişməsini təmin etməlidir. Bu
tədbirlərin içərisində yaşıl əməliyyat xüsusi yer tutur.
Çox və yüksək keyfiyyətli çubuq alınması üçün kolun yaşıl hissələri ilə
aparılan əməliyyatın, yəni kolun yaşıl orqanlarının bir qisminin kəsilib
atılmasının böyük əhəmiyyəti vardır. Hətta anaclıqda payız-qış becərmələri çox
diqqətli aparılmış olsa, torpaq lazımi qaydada kübrələnmişsə, quru kəsmə düzgün
aparılmışsa və s. Lakin yaşıl əməliyyat vaxtında və düzgün aparılmamışsa onda
180
alınan calaq materialının keyfiyyət və kəmiyyəti aşağı olacaqdır.
Yaşıl cərrahiyyə əməliyyatı müəyyən qanunauyğunluq əsasında aparılmalıdır.
Belə ki, kolun böyümə gücü ilə onun məhsulvermə qabiliyyəti tam mütənasiblik
təşkil etməlidir.
Beləliklə, həmişə yadda saxlamaq lazımdır ki, yalnız yaşıl cərrahiyyə
əməliyyatının aparılma texnologiyasını mənimsəməklə və onu düzgün yerinə
yetirməklə çox və keyfiyyətli calaq materialı almaq və kolun ömrünü uzatmaq
mümkündür.
Fillokseraya davamlı anaclıqda yaşıl əməliyyata daxil olan iş növləri
aşağıdakılardır: kollara zoğlarla yükün verilməsi ( lazımsız zoğların qoparılması),
yaşıl bağlama, bic zoğlarının qoparılması və zoğların ucunun vurulması
(çekanka).
Tənəyə zoğlarla yükün verilməsi. Adi üzümlükdən fərqli olaraq calaqaltı
anaclıqda quru kəsmə zamanı tənəyin yükünü dəqiq olaraq gözcüklə müəyyən
etmək olmur. Bu çətinlik xüsusilə başcıq formasında özünü göstərir. Digər
formalarda isə mütləq fərqlə ortimal miqdara yaxınlaşdırmaq olar. Bu baxımdan
calaqaltı anaclıqda kollara dəqiq yük haramı və artıq zoğların nizamlanması ilə
verilir.
Calaqaltı kolların yaşıl zoğlardan ibarət yükünün düzgün təyin edilməsi ilə
calağa yararlı, keyfiyyətli və çoxlu miqdarda calaq materialı almaq mümkündür.
Düzgün yük dedikdə qəbul edilmiş aqrotexnika əsasında tənək onun üstündə
saxlanan yaşıl zoğların güclü böyüməsini və onların yaxşı yetişməsini təmin
etməsi başa düşülməlidir. Calaqaltı anaclıqda yük dedikdə haramı və artıq
zoğların qoparılmasından sonra tənək üzərində saxlanan yaşıl zoğun miqdarı
nəzərdə tutulur və bu əsasən aşağıdakılardan asılıdır: a) kolların qəbul edilmiş
becərilmə sistemindən və formadan, b) sortların bioloji xüsusiyyətlərindən (
əsasən sortun böyümə gücündən) və v) yerin torpaq-iqlim şəraitindən. Münbit və
su ilə yaxşı təmin edilmiş torpaqlarda yük çox, qeyri-münbit, yüngül torpaqlarda
və yamaclarda nisbətən az yük saxlanmalıdır.
Kol üzərində normadan çox yük saxlandıqda zoğların orta uzunluğu azalır,
onların diametri calağın tələbindən az olur, yük normadan az olduqda zoğların
diametri çox artıq olur və onların bir qismi calağa yararlı olmur.
Fillokseraya davamlı calaqaltıların kök sistemi daha güclü olduğundan
onlarda gözcüklə qoyulan yükdən çox zoğ əmələ gəlir.
Haramı və artıq zoğların qoparılması işinə erkən başlamaq lazımdır ki,
qoparılıb atılacaq zoğlar havayı qida almasın və kol zəifləməsin. Bu iş calaqaltı
anaclıqlarda iki dəfə aparılmalıdır.
Tədqiqat apardığımız ərazinin ( Şəmkir rayonunun Kür qəsəbəsi) torpaqları
meşə altından çıxmış torpaqlardır və çox münbit olduğuna görə burada anaclıqda