Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə84/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   207

179

 

 



100  min  yarım  metrlik  çubuq  aldığı  halda  bizdə  120  mindən  çox  105  sm-lik 

çubuq alınır. Bu göstərici bir qədər inandırıcı görünməsə də reallıqdır. 

Yüksək  məhsuldarlıq  məsələsinə  sonralar  qayıdacağıq,  yəni  respublikamız 

şəraitində  üzüm  üçün  çox  böyük  potensial  imkanlar  vardır.  Bu  potensial 

imkanları  aşkar  etməyə  qadir  olan  elmi  konsepsiyamız  vardır.  Bizim  şəraitdə 

calaqaltı anaclıq üçün daha əlverişli dayaq seçilsə çubuq çıxımı artırıla bilər. 

Calaqaltı  anaclıqda  piramida  və  Bolqar  becərmə  sistemləri  mövcuddur.  Bu 

sistemlərdə bir kolun zoğlarının hamısı dəstə şəklində bir məftillə qaldırılır. Bir 

tənəkdə 8-10 zoğ olduqda bu sistemlər əlverişli olur. Bizim şəraitdə bir kolda 8-

10  zoğ  saxlandıqda  onların  çoxu  sulu  zoğlara  çevrilir.  Sulu  zoğların  miqdarını 

azaltmaq  məqsədilə  tənəyin  yükü  artırılmalıdır.  Artırılmış  sayda  olan  zoğlar 

həmin  sistemlərdə  çox  sıxlıq  yaradır.  Sıxlıq  şəraitində  yarpaqlar  nəinki  normal 

fəaliyyət göstərmir, hətta içəridəki yarpaqların hamısı vaxtından qabaq tökülür və 

nəticədə zoğların yetişməsi son dərəcə pisləşir.  

Bu  becərmə  sistemlərini  respublikamız  şəraitində  hər  tərəfli  yoxladıqdan 

sonra onların əlverişsizliyi sübut olunmuşdur. 

Calaqaltılarda  güclü  zoğların  alınması  və  onların  yaxşı  yetişməsini  təmin 

etmək  üçün  anaclıqda  aşağıdakı  təxirəsalınmaz  məsələlər  həll  edilməlidir: 

torpağın  düzgün  becərilməsi,  üzvi  və  mineral  kübrələrdən  istifadə  edilməsi,  , 

anaclıqda  kolların  normal  sıxlıqda  olması,  kolların  düzgün  kəsilməsi  və 

formalaşdırılması,  kollara  zoğlarla  yükün  düzgün  verilməsi,  daha  doğrusu  artıq 

zoğların  qoparılması  ilə  yükün  düzgün  verilməsi,  kolların  dayaqda  becərilməsi, 

yaşıl əməliyyata daxil olan iş növlərinin vaxtında və düzgün yerinə yetirilməsi. 

Başqa  ədəbiyyatda  fillokseraya  davamlı  calaqaltı  kolların  xəstəlik  və 

zərərvericilərinə  qarşı  mübarizə  məsələsi  göstərilir.  Respublikamız  şəraitində 

calaqaltılardan  yalnız  Şasla  x  Berlandiyeri  41  B  göbələk  xəstəliklərinə  zəif 

tutulur.  Fillokseranın  yarpaq  formasının  olmasına  baxmayaraq  ona  qarşı 

mübarizə keçmişdə aparılmayıb. Əlbəttə, fillokseranın yarpaq formasına qarşı hər 

hansı mübarizə üsulunun tətbiqi vacibdir. 

Calaqaltı  anaclıqda  tətbiq  edilən  yaşıl  əməliyyat.  Fillokseraya  davamlı 

anaclıqda  bütün  işlər  mümkün  qədər  çox  calaqaltı  çubuq  alınmasına  (calağa 

yararlı)  yönəldilməsidir.  Anaclıqda  tətbiq  edilən  aqro  və  fito  tədbirlər  bitkinin 

böyümə  gücünün  artmasını  və  zoğların  yaxşı  yetişməsini  təmin  etməlidir.  Bu 

tədbirlərin içərisində yaşıl əməliyyat xüsusi yer tutur.  

Çox  və  yüksək  keyfiyyətli  çubuq  alınması  üçün  kolun  yaşıl  hissələri  ilə 

aparılan  əməliyyatın,  yəni  kolun  yaşıl  orqanlarının  bir  qisminin  kəsilib 

atılmasının  böyük  əhəmiyyəti  vardır.  Hətta  anaclıqda  payız-qış  becərmələri  çox 

diqqətli aparılmış olsa, torpaq lazımi qaydada kübrələnmişsə, quru kəsmə düzgün 

aparılmışsa və s. Lakin yaşıl əməliyyat vaxtında və düzgün aparılmamışsa onda 




180

 

 



alınan calaq materialının keyfiyyət və kəmiyyəti aşağı olacaqdır. 

Yaşıl cərrahiyyə əməliyyatı müəyyən qanunauyğunluq əsasında aparılmalıdır. 

Belə ki, kolun böyümə gücü ilə onun məhsulvermə qabiliyyəti tam mütənasiblik 

təşkil etməlidir. 

Beləliklə,  həmişə  yadda  saxlamaq  lazımdır  ki,  yalnız  yaşıl  cərrahiyyə 

əməliyyatının  aparılma  texnologiyasını  mənimsəməklə  və  onu  düzgün  yerinə 

yetirməklə  çox  və  keyfiyyətli  calaq  materialı  almaq  və  kolun  ömrünü  uzatmaq 

mümkündür. 

Fillokseraya  davamlı  anaclıqda  yaşıl  əməliyyata  daxil  olan  iş  növləri 

aşağıdakılardır: kollara zoğlarla yükün verilməsi ( lazımsız zoğların qoparılması), 

yaşıl  bağlama,  bic  zoğlarının  qoparılması  və  zoğların  ucunun  vurulması 

(çekanka). 



Tənəyə  zoğlarla  yükün  verilməsi.  Adi  üzümlükdən  fərqli  olaraq  calaqaltı 

anaclıqda  quru  kəsmə  zamanı  tənəyin  yükünü  dəqiq  olaraq  gözcüklə  müəyyən 

etmək  olmur.  Bu  çətinlik  xüsusilə  başcıq  formasında  özünü  göstərir.  Digər 

formalarda isə mütləq fərqlə ortimal miqdara yaxınlaşdırmaq olar. Bu baxımdan 

calaqaltı  anaclıqda  kollara  dəqiq  yük  haramı  və  artıq  zoğların  nizamlanması  ilə 

verilir.  

Calaqaltı  kolların  yaşıl  zoğlardan  ibarət  yükünün  düzgün  təyin  edilməsi  ilə 

calağa yararlı, keyfiyyətli və çoxlu miqdarda calaq materialı almaq mümkündür. 

Düzgün  yük  dedikdə  qəbul  edilmiş  aqrotexnika  əsasında  tənək  onun  üstündə 

saxlanan  yaşıl  zoğların  güclü  böyüməsini  və  onların  yaxşı  yetişməsini  təmin 

etməsi  başa  düşülməlidir.  Calaqaltı  anaclıqda  yük  dedikdə  haramı  və  artıq 

zoğların  qoparılmasından  sonra  tənək  üzərində  saxlanan  yaşıl  zoğun  miqdarı 

nəzərdə  tutulur  və  bu  əsasən  aşağıdakılardan  asılıdır:  a)  kolların  qəbul  edilmiş 

becərilmə  sistemindən  və  formadan,  b)  sortların  bioloji  xüsusiyyətlərindən  ( 

əsasən sortun böyümə gücündən) və v) yerin torpaq-iqlim şəraitindən. Münbit və 

su ilə yaxşı təmin edilmiş torpaqlarda yük çox, qeyri-münbit, yüngül torpaqlarda 

və yamaclarda nisbətən az yük saxlanmalıdır. 

Kol  üzərində  normadan  çox  yük  saxlandıqda  zoğların  orta  uzunluğu  azalır, 

onların  diametri  calağın  tələbindən  az  olur,  yük  normadan  az  olduqda  zoğların 

diametri çox artıq olur və onların bir qismi calağa yararlı olmur. 

Fillokseraya  davamlı  calaqaltıların  kök  sistemi  daha  güclü  olduğundan 

onlarda gözcüklə qoyulan yükdən çox zoğ əmələ gəlir. 

Haramı  və  artıq  zoğların  qoparılması  işinə  erkən  başlamaq  lazımdır  ki, 

qoparılıb atılacaq zoğlar havayı qida almasın və kol zəifləməsin. Bu iş calaqaltı 

anaclıqlarda iki dəfə aparılmalıdır.  

Tədqiqat  apardığımız  ərazinin  (  Şəmkir  rayonunun  Kür  qəsəbəsi)  torpaqları 

meşə altından çıxmış torpaqlardır və çox münbit olduğuna görə burada anaclıqda 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə