Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə81/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   207

173

 

 



Berlandiyeri  x  Ripariya  hibridlərinin  sayı  çoxdur  və  onların  bir  qismi 

Macarıstan mənşəlidir. 

Berlandiyeri növü yüksək karbonatlı torpaqlarda yaxşı bitməsinə baxmaya raq 

kök  vermə  qabiliyyəti  nisbətən  zəifdir.  Ancaq  Berlandiyeri  Ripariya  ilə 

çarpazlaşdırıldıqdan sonra bir çox qiymətli calaqaltılar alınmışdır. Bunlar yüksək 

fillokseraya  davamlılığı,  nisbətən  yaxşı  kök  vermələri,  müxtəlif  torpaqlara 

uyğunlaşması,  əhəngə  çox  olan,  xüsusilə  təbaşirli  torpaqlara  uyğunlaşmaları  ilə 

fərqlənirlər. Avropa sortları ilə calaq tutması müxtəlif formalarda müxtəlifdir.Bu 

qrupun  bütün  formaları  mildiu  və  oidium  xəstəliklərinə,  bəziləri  isə  hətta 

antraknoza davamlıdır. Bu formalara calanan sortların məhsuldarlığı yüksək olur, 

ancaq məhsulun yetişməsi bir qədər ləngiyir. 

Berlandiyeri  x  Ripariya  hibridlərindən  aşağıdakıları  göstərmək  olar: 

Berlandiyeri  x  Ripariya  Kober  5BB,  420  A,  34-E,  157-11,  Teleki  8B,  R110, 

Rixter, 5 TSE Ravat, 5TSE Şabrol, 5 TSE Klavel, 5 TSE Somyur. 



Üçüncü  qrup  calaqaltılar  (avropa-amerikan  hibridləri).  Bu  qrupun 

calaqaltıları  avropa  üzümlərinin  (Vitis  vinifera)  fillokseraya  davamlı  amerika 

sortları  ilə  çarpazlaşdırılmasından  alınmışdır.  Aşağıdakı  sortlar  bu  qrupa  aiddir: 

Murvedr  x  Rupestris  1202,  Aramon  x  Rupestris  Qanzen  №  1,  Aramon  x 

Rupestris  Qanzen  №  9  və  Şasla  x  Berlandiyeri  41B.  Bu  calaqaltılar  avropa 

sortları  ilə  yaxşı  tutur,  kifayət  qədər  fillokseraya  davamlılıqları,  müxtəlif 

torpaqlarda yaxşı bitməsi ancaq kök sistemi şaxtaya az davamlı olduğuna görə az 

yayılmışlar. Ana kolları göbələk xəstəliklərinə davamlı deyildir. 

Dördüncü  qrup  calaqaltılar  (  filloksera  olmayan  şimal  rayonları  üçün).  Fil 

lokseradan  azad  şimal  rayonlarında  şaxtaya  davamlı  calaqaltılar  kimi  istifadə 

edilir. Bu calaqaltıların əksəriyyəti Miçurin sortlarıdır. Buytur, Korinka Miçurina, 

Arktik, eləcə də avropa-amur hibridləri dördüncü qrup calaqaltılara daxildir. 

 

 

 

 

 

 

 

 

 

 

9.3. Fillokseraya davamlı calaqaltı anaclıqların salınması 

Calaq  məqsədilə  becərilən  anaclıqdan  yüksək  keyfiyyətli  və  çox  məhsul 

(çubuq) almaq üçün torpaq tipinin və relyefin böyük əhəmiyyəti vardır. 



174

 

 



Fillokseraya davamlı anaclıqlar üçün mümkün qədər düz, günəş tutan və quru 

küləkdən  qorunan  olmalıdır.  Ucuz  başa  gələn,  az  vəsaitlə  yaxşı  yetişmiş  çox 

çubuq almaq üçün anaclığın tələbləri ödənməlidir. 

Torpaq  sahəsi  seçdikdə  sortların  xüsusiyyətini  də  nəzərdə  tutmaq  lazımdır. 

Ripariya  x  Rupestris  101-14  və  Ripariya  Qluar  kimi  sortlar  seçdikdə  torpaqda 

ümumi əhəng 20-25 %-dən çox olmamalıdır. Berlandiyeri x Ripariya Kober  

5  BB  və  Teleki  8  B  kimi  sortlar  50-60  %  ümumi  əhəngə  tab  gətirə  bilir. 

Calaqaltı  anaclıq  üçün  münbit,  strukturlu,  suyu  yaxşı  keçirən  və  yeraltı  suları 

dərində  yerləşən  torpaqlar  seçilməlidir.  Torpaq  qatı  su  keçirən  olduqda  kök 

sistemi yerləşən zonada təhlükəli duzlardan hesab edilən kalsium, maqnezium və 

natrium duzları suvarma suyu ilə dərin qatlara aparılır. Bu baxımdan calaqaltı və 

calaqla salınmış üzümlük üçün sahə seçdikdə kalsiumun ümumi miqdarını, eləcə 

də onun suda həll olunan formalarının miqdarını nəzərə almaq lazımdır. 

Əgər  geniş  ərazidə  anaclıq  salınacaqsa,  onda  həmin  sahədə  torpaq  tədqiqatı 

aparmalı və torpaq xəritəsi tərtib edilməlidir. 

Torpağın  tipi  və  iqlim  göstəricilərinin  də  calaqaltının  normal  inkişafında 

əhəmiyyəti  az  deyildir.  Fillokseraya  davamlı  calaqaltılar  uzun  vegetasiya 

müddətinə  malik  olduğu  üçün  onun  becərildiyi  ərazidə  də  vegetasiya  müddəti 

uzun olmalıdır. Ümumiyyətlə Azərbaycanda vegetasiya müddəti bütün növlərdən 

olan  üzüm  sortlarının  məhsulunun  yetişməsinə  imkan  verir.  Şəmkir  rayonunun 

Bitdili ( Kür çayı sahili) kəndində apardığımız təcrübələr göstərmişdir ki, ən uzun 

vegetasiya dövrünə malik olan Rupestris dyu Lonun zoğları normal yetişir. 

Vegetasiya  müddəti  qısa  olan  yerlərdə  Ripariya  x  Rupestris  kombinasiyalı 

hibridlərdən istifadə edilir.  

Ukraynada,  Moldovada,  Gürcüstanda  və  Krasnodarda  vegetasiya  müddəti 

qısa  olduğundan  təbii  yarpaq  tökülmə  olmur.  Avropa-Asiya  sortlarına  nisbətən 

fillokseraya davamlı anaclıqlarda tumurcuqlar tez açır, yarpaqlar da gec tökülür. 

Ona görə də bu rayonlarda gec yaz, tez payız şaxtalarından calaqaltı anaclıqlar da 

müəyyən qədər ziyan çəkir. Ancaq Azərbaycanda təcrübə apardığımız illərdə bir 

dəfə də olsun calaqaltılar şaxtadan ziyan çəkməmişdir. 

Elm və təcrübə ilə müəyyən edilmişdir ki, fillokseraya davamlı calaqaltıların 

zoğları yaxşı yetişdikdə nəinki hektardan çubuq çıxımı artır, həm də ondan alınan 

calaqlar  sağlam  bitki  verir.  Almaniyada  calaq  işi  üzrə  aparılan  müşahidələr 

göstərmişdir ki, yaxşı yetişməmiş, ancaq xarici görünüşünə görə standarta uyğun 

gələn çubuqlardan alınan calaq tinglərin əksəriyyəti 3-4-cü ilində məhv olmuşdur. 

Bu  göstəriciləri  nəzərə  alaraq  yadda  saxlamaq  lazımdır  ki,  seçilən  sahələr 

fillokseraya  davamlı  anaclıqda  yüksək  keyfiyyətli  və  çox  çubuq  çıxımını  təmin 

etməlidir. 

Avropa-Asiya  üzümlərində  olduğu  kimi  fillokseraya  davamlı  anaclıq 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə