Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə78/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   207

166

 

 



fillokseraya davamlı calaqaltılara calanmış əkin materialı ilə salmaq istəyir və bu 

işdə  müəyyən  çətinliklərlə  üzləşirlər.  Calaq  istehsal  edən  müəssisələr  tamamilə 

dağılmış və fillokseraya davamlı calaqaltılar məhv olmuşdur. 

Bizim fikrimizcə gec-tez respublikada bu işlərə qayıdılacaq, ancaq yaxşı olar 

ki, fillokseraya davamlı calaqaltı anaclıqların salınmasına indidən başlansın. 

Amerikan  tənəklərinin  calaqaltı  kimi  istifadə  edilməsinin  təşəbbüskarı 

amerikalı Rayli olmuşdur. 

Sonralar bu fikri fransız Lyaliman müdafiə etmişdir. O, müşahidə etmişdir ki, 

1850-1860-cı  illərdə  Amerikadan  Fransaya  gətirilən  tənəklər  fillokseranın 

təsirindən  məhv  olmuş  yerli  tənəklər  yanında  salamat  qalmışdır.  Bu  baxımdan 

1869-cu  ildə  Lyalimanda  belə  bir  fikir  yaranmışdır  ki,  yerli  sortları  amerikan 

sortlarına  calamaq  lazımdır.  Bu  fikir  Planşonun  amerikan  üzümlərini  hərtərəfli 

öyrənməsindən  sonra  daha  da  inkişaf  etdirilmişdir.  Məşhur  fransız  üzümçüləri 

Millyarde, Viala, Ravaz, Kuderk və başqalarının 1878-ci ildən sonra yaratdıqları 

fillokseraya davamlı calaqaltı sortlar calaq işində böyük rol oynamışdır. 

Amerikan  tənəklərinin  fillokseraya  davamlılığı  haqqında  bir  çox  hipotezlər 

vardır.  Bu  sahədə  aparılan  dəqiq  tədqiqatlara  qədər  belə  hesab  edilirdi  ki, 

amerikan tənəklərinin yeraltı və yerüstü hissələri  o qədər güclüdür ki, filloksera 

onu (kökü) yeyib çatdıra bilmir, daha doğrusu, fillokseranın zədəsini bitki tezliklə 

bərpa edir. Bu izahat üzümçüləri razı sala bilməzdi. Təcrübələr göstərirdi ki, zəif 

gücə  malik  amerikan  tənəklərinin  bəzi  sortları  filloksera  olan  yerdə  normal 

böyüməkdə  davam  edir.  Əksinə,  bəzi  hallarda  güclü  böyüyən  yerli  tənəklər 

fillokseranın zədəsindən tezliklə sıradan çıxır. 

Sonralar  yeni  hipotezlər  meydana  gəldi.  Buten  fillokseraya  davamlılığı  belə 

izah edir ki, amerikan tənəklərinin kökündə xüsusi plastik maddələr davamlılığı 

artırır. 

Krimmer  amerikan  tənəklərinin  fillokseraya  davamlılığını  kökün  uducu 

zonasının quruluşu ilə izah edir. O, qeyd edir ki, həmin hissədə interkutis amerika 

tənəklərində iki qatlı, avropa tənəklərində bir qatlıdır. 

Foeksə görə avropa tənəklərindən fərqli olaraq amerikan tənəklərinin kökləri 

yüksək  oduncaqlaşma  qabiliyyətinə  malikdir,  qabığı  nazik,  özək  şüaları  düz  və 

çoxsaylıdır. 

Milliardeyə  görə  amerikan  tənəklərində  köklərin  regenerasiya  qabiliyyəti 

yüksəkdir. Kökün zədəli hissəsində mantar hüceyrələrindən ibarət qatın tez əmələ 

gəlməsi daxili toxumaları çürüməkdən qoruyur.  

Berner  və  Zodinner  belə  hesab  edir  ki,  qida  ixtisaslaşmasına  görə  filloksera 

avropa tənəklərini xoşlayır. 

İtaliya  alimi  Tsanottinin  tədqiqatlarına  görə  qohumluq  calaqaltı  ilə 

calaqüstündə  az  və  ya  çox  dərəcədə  mövcud  olan  anatomik  quruluşu,  proto 



167

 

 



plazmatik təbiəti və fizioloji fəaliyyətinin hormonluq dərəcəsidir. 

Alman üzümçülərindən K. Kryomer və V. Mooq belə hesab edirlər ki, calaq 

vasitəsilə bir-birinə birləşdirilmiş bitki fizioloji cəhətdən bir-birinə uyğun gələrsə, 

onda belə bitki hətta üzüm üçün az yararlı torpaqlarda bitər və məhsul verər. 

L.Riv  müxtəlif  üzüm  sortlarının  çubuqlarından  nümunələr  götürüb  analiz 

etmiş  və  kimyəvi  tərkiblə  affinitetlik  arasındakı  əlaqəyə  diqqət  yetirmişdir  və 

müəyyən etmişdir ki, pis tutan calaqlarda kalium duzları və fosfor turşusu azdır. 

Məşhur fransız alimi P. Qale belə hesab edir ki, eyni vegetasiya gücünə malik 

olan kombinasiyalar calandıqda yaxşı tutur. Məsələn, əgər məhsulun yetişməsinin 

tezləşdirilməsi  nəzərdə  tutularsa,  onda  belə  sortları  qısa  vegetasiya  müddətinə 

malik olan calaqaltılarına calamaq lazımdır. 

Argentina alimi A. Sluaqa affinitentlik məsələsini İtaliya alimi A. M. Tsanot 

tinin əksinə olaraq anatomik quruluşa görə yox ( gövdənin yoğunlaşması), kombi 

nasiyaların  uzun  ömürlü  və  onların  məhsuldarlığı  ilə  izah  edir.İspan  alimi 

Dalmasso affinitetliyin iki növünün mövcud olmasını qeyd edir: 

1.Morfoloji (calaqaltında və calaqüstündə gövdənin nazik və yoğun olması). 

2.  Fizioloji  (hər  iki  komponentdə  maddələrin  kimyəvi  tərkibcə  bir-birinə 

yaxınlığı). 

O,  ikincini  əsas  götürür  və  komponentlərin  məhsuldarlığı  və  uzun 

ömürlülüyünü bu növ affinitetlikdən asılı edir. Bu nəzəriyyəni təsdiq etmək üçün 

Amerikanın  Mendoz  İnstitutunda  5  sort  60  kombinasiyada  12  calaqaltına  calan 

mışdır.  Üç  il  müddətində  calaqaltının  və  calaqüstünün  diametri  ölçülmüşdür. 

Riyazi  olaraq  müəyyən  edilmişdir  ki,  gövdənin  aşağıda  və  yuxarıda 

yoğunlaşmasının məhsuldarlığa heç bir təsiri olmamışdır.  

İ.V.Miçurin  göstərmişdir  ki,  calağın  tutması  və  ya  pis  tutması  calaqaltı  ilə 

calaqüstündə qida maddələrinin xarakterindən asılıdır. 

Moldova  alimləri  V.S.Selin,  L.M.Maltabar  və  L.V.Kolesnikin  tədqiqatları 

nəticəsində  müəyyən  edilmişdir,  üzümdə  calaq  işinin  müvəffəqiyyətsizliyi 

qidalanmanın uyğunsuzluğu ilə əlaqədardır. Onlar nişanlanmış fosfordan istifadə 

etmişlər.  L.V.Kolesnik  affinitetliyi  calaqaltı  ilə  calaqüstünün  tərkibindəki 

maddələrin kimyəvi tərkibcə uyğunluğu kimi izah edir. 

50-60  il  öncə  fransız  alimlərindən  Y.Şankren  və  X.Lonqun  fikrincə 

affinitetlik  calanan  bitkilər  arasında  sıx  əlaqə  və  ahəngdarlıqdır.  Bunlar  elə 

olmalıdır  ki,  calaq  nəticəsində  alınmış  yeni  bitki  gələcəkdə  calağın  təsirindən 

zərər çəkməsin. 

Ən  yaxşı  qohumluq  ondan  ibarətdir  ki,  calanmış  bitki  (calaqaltı  +calaqüstü) 

özünü  

öz kökü üstündə bitən bitki kimi aparır. Əgər qohumluq yoxdursa, onda calaq 



heç vaxt müvəffəqiyyətli ola bilməz. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə