Prof. ġərifov Famil Həsən



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə76/207
tarix30.04.2018
ölçüsü4,4 Mb.
#40643
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   207

162

 

 



çıxarılmalıdır.  Çıxarıldıqdan  sonra  tinglər  çeşidlərinə  ayrılır.  Çeşidlər  I  sort,  II 

sort və çıxdaşdan ibarətdir. 

I sortun tələbləri: azı üç əsas kök olmalıdır. Əsas köklərin diametri 1mm və 

daha  çox  olur.  Əsas  köklər  kök  gövdəsi  ətrafında  simmetrik  yerləşməlidir. 

Yerüstü hissədə olan bir ədəd zoğun azı 25 sm-i yetişmiş olmalıdır.  

II  sortun  tələbləri:  köklər  və  zoğ  zəif  olur.Əgər  tingdə  olan  3-4  əsas  köklər 

kök  gövdəsi  ətrafında  simmetrik  yerləşmirsə,  onda  həmin  tinglər  II  sorta  daxil 

edilir. 


II  sorta  daxil  olan  tinglər  satılmır  və  üzümlük  salınması  işində  istifadə 

edilmir. Onlar növbəti ildə təkrar olaraq tingliyə əkilir. 

Çıxdaşa daxil edilən bitkilər ting yox, qurumuş çöp adlanır. 

Tinglikdə becərmə işləri elə təşkil edilməlidir ki,  II sort tinglər və  çıxdaşlar 

azlıq təşkil etsin. 

Calaq  tingi  becərilən  tinglik.  Calaq  iki  canlı  komponentin  bioloji  qarşılıqlı 

birləşməsini təmin edən əməliyyatdır. Bu komponentlərdən biri calaqüstü adlanır 

və bir ədəd gözcükdən zoğ verir, digəri calaqaltıdır ki, o da kök sistemini əmələ 

gətirir. 

Üzümçülükdə  calaq  çox  qədim  vaxtlardan  məlumdur.  Ancaq  IX  əsrin 

axırlarında  Fransada  və  Avropanın  digər  ölkələrində  geniş  miqyasda  yayılmağa 

başlamışdır.  Calağın  geniş  miqyasda  tətbiq  edilməsi  üzüm  bitkisinin  ən  qəddar 

zərərvericisi hesab edilən fillokseranın üzümlüklərə vurduğu ziyanla bağlıdır. 

Məlumdur ki, fillokseranın vətəni Şimali Amerikadır. 

Filloksera  Avropaya  XIX  əsrin  60-cı  illərində  Amerikan  sortlarından  olan 

əkin materialı ilə gətirilmişdir. Fillokseranın üzüm bitkisinə vurduğu zədə 1863-

cü ildə  Fransada müşahidə edilmişdir. Artıq  1868-ci  ildə  Fransanın  Voklyuz  və 

Buş  departamentlərində,  eləcə  də  Fransanın  cənub-qərbində  geniş  üzümlük 

sahələrində qeydə alınmışdır. 

Tezliklə  filloksera  başqa  ölkələrə  də  yayılmışdır.  1872-ci  ildə  Avstriya, 

İsveçrə  və  Macarıstanda,  1874-cü  ildə  İspaniya  və  Portuqaliyada,  1877-ci  ildə 

İtaliyada,  1883-cü  ildə  Türkiyədə,  1884-cü  ildə  Bolqarıstan  və  Rumıniyada 

yayılmışdır. 

1868-ci  ildən  etibarən  üzümlüklərin  fillokseradan  məhv  olması  kütləvi 

xarakter almağa başlamışdır. O illərdə fillokseranın hərəkət sürəti ildə 20-25 km 

idi.  1872-ci  ilə  qədər,  yəni  fillokseranın  ilk  müşahidə  edilməsindən  9  il  sonra 

Fransada  100  min  hektar  üzümlük  filloksera  ilə  sirayətlənmişdir,  artıq  1879-cu 

ildə belə üzümlüklərin sahəsi 974520 hektara çatmışdır.1895-ci ildə filloksera ilə 

sirayətlənmiş  üzümlüklərin  sahəsi  2164500  hektara  və  yaxud  ümumi  üzüm 

lüklərin 90, 2 %-ni təşkil etmişdir. 

Fransada  üzümlüklərin  fillokseradan  məhvi  təbii  fəlakət  xarakteri  almışdır. 




163

 

 



Filloksera  nə  qədər  dağıdıcı  xarakter  daşısa  da  Fpansız  əkinçisi  üzümdən  əl 

çəkmirdi və iqtisadiyyata o qədər möhkəm daxil olmuşdur ki, onu başqa sahə ilə 

əvəz  etmək  istəmirdilər.  Fransada  üzüm  bitkisini  «qızıl  yumurtlayan  toyuq» 

adlandırırdılar.Bu  baxımdan  filloksera  ilə  mübarizə  işləri  Fransada  başlamışdır. 

1874-cü  ildə  Parij  Elmlər  Akademiyası  fillokseranı  məhv  edən,  ancaq  üzüm 

bitkisinə  ziyan  vurmayan  səmərəli  mübarizə  tədbirləri  üçün  300000  frank 

məbləğində  mükafat  təsis  etmişdir.  Bu  günə  kimi  800-ə  yaxın  proyekt  və  təklif 

irəli sürülməsinə baxmayaraq həmin mükafat alınmamış qalır. 

XX  əsrin  axırlarında  filloksera  dünyanın  digər  ölkələrinə  də  yayılmışdır. 

1880-ci  ildə  Avstraliya,  1885-1886-cı  illərdə  Afrikaya,  1895-ci  ildə  Cənubi 

Afrikaya, daha sonra Asiyaya (Hindistana, Çinə, Cənubi Koreyadan Mançuriyaya 

qədər) yayılmışdır. 

Üzüm bitkisinin fövqəladə təhlükəli zərərvericisi kimi məşhur Ukrayna alimi 

V.Y.Tairov  fillokseranı  belə  qiymətləndirir:  «Mədəni  bitkilərin  filloksera  kimi 

qorxunc və dəyanətli zərərvericisini dünya tanımır; torpaq altında üzüm bitkisinin 

kökündə yaşayaraq bu mikroskopik mənənə öz dağıdıcı işini inadkarlıqla yerinə 

yetirir,  koldan-kola,  üzümlükdən-üzümlüyə,  ölkədən-ölkəyə  keçərək  hər  yerdə 

viranəlik  və  fəlakət  törədir.  Heç  bir  kənd  təsərrüfatı  böhranı  yer  kürəsində  heç 

vaxt filloksera böhranı qədər dəyanətli və davamlı olmamışdır». 

Rusiyada filloksera ilk dəfə 1880-ci ildə Krımın cənub sahillərində Yalta ilə 

Balaklava  arasında  «  Tessel»  təsərrüfatında  aşkar  edilmişdir.  1881-ci  ildə 

Suxumidə, 1889-cu ildə Kutaisidə filloksera müşahidə edilmişdir. 

Filloksera Kutaisidən tədricən Gürcüstanın  hər  yerinə və Azərbaycanın  qərb 

zonasına yayılmışdır. 

1925-ci  ildə  filloksera  Qazax  rayonunda  qeydə  alınmışdır.  Bir  neçə  il  sonra 

filloksera Tovuza, Şəmkirə, Gəncəyə və Göygölə yayılmışdır. 

Bu  sahədə  «Konkordiya»  kooperativinin  entemologiya  kabinetinin  müdiri 

U.İ.Printsin  dəqiq  tədqiqatları  olmuşdur.  Sonrakı  illərdə  fillokseraya  qarşı 

mübarizə  məqsədilə  Y.İ.Printsin  kimyəvi  və  aqrotexniki  mübarizə  tədbirlərinə 

dair  dəyərli  tövsiyələri  olmuşdur.  1932-ci  ildə  Fransanın  Marsel  əyalətindən  26 

calaqaltı  hibrid  və  sort  gətirilib  Gəncəbasarda  calaqaltı  anaclıq  təşkil  etməsi 

fillokseraya qarşı əsaslı mübarizə işinə parlaq misaldır. 

Yuxarıda qeyd edildiyi kimi filloksera zərərvericisinə qarşı mübarizə işi üzrə 

çoxsaylı təklif və proyektlər irəli sürülmüşdür. İndiyə kimi bunların heç biri əsaslı 

mübarizə üsulu kimi  qəbul  edilməmişdir. Əsaslı mübarizə o deməkdir ki,  üzüm 

bitkisinə heç bir ziyan dəymir, ancaq filloksera məhv olur. 

İrəli  sürülən  proyekt  və  təkliflərdən  ancaq  altısı  dünya  üzümçülüyündə  bir 

qədər səmərəli üsul kimi qəbul edilmişdir. Bunlar aşağıdakılardır: 



Karantin  tədbirlər.  XIX  əsrin  70-ci  illərindən  sonra  Avropada  fillokseranın 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə