192
4.Nekrotik toxumaların (ölü hüceyrələrin ) olması.
Qaynaq nə qədər yaxşı olarsa nekrotik ləkələr və qonur ləkələr (ölmüº
hüceyrələr) az olar. İngilis kopulirovka calağında belə nekrozlar tez-tez
müşahidə edilir.
Anatomik quruluşun bu məlumatları dəqiqləşdirilmiş və müəyyən əlavələr
edilmişdir.
Kopulyasiya kəsiklərinin birləşməsindən onlarda anatomik quruluşun tam
formalaşmasına qədər baş verən proseslərin dinamikasını cızmaqla calağın
qaynaq yerində toxumaların formalaşması üzrə təsəvvürləri aydınlaşdırmaq və
dərk etmək mümükündür.
Calağın qaynaq yerinin anatomik quruluşunun ümumi cizgiləri aşağıdakı
kimidir:
Yara qıcıqlanmalarının təsiri altında kəsiklərdə kallyus əmələ gəlir. Kallyusun
əmələ gəlməsində kambi və qabığın parenxim hüceyrələri iştirak edir. Tərkibi
92% sudan ibarət olan kallyus iri incə hüceyrələrdən ibarətdir və bu toxumaların
əmələ gəlməsinə az miqdarda üzvi maddələr sərf olunur.
Kəsiklər bir-birinə toxunmadıqda belə hər bir kəsikdə kallyus əmələ gələ
bilir. Kallyusun yaxşı və sürətlə əmələ gəlməsi, eləcə də onun möhkəm olması
üçün calaqaltının kambi qatı heç olmazsa bir yerdən calaqaltının kambisi ilə
görüşməlidir. Hər iki komponentin kambiləri görüşdükdən sonra onların
arasındakı izoləedici təbəqə sorulmağa başlayır. Bundan sonra az miqdarda ölmüş
hüceyrələrin qonur hissəsi qalmaqda davam edir. Calaq nə qədər təkmil olarsa
(səriştəli) qonur ləkənin sahəsi bir o qədər az olar. Yaşıl zoğlarda demək olar ki,
onlar görünmür (tam qaynaq).
Kallyus kütlələrinin birləşməsindən sonra aralıq qaynağın ortasında aralıq
kambisi əmələ gəlir və calaqaltı ilə calaqüstünün kambi qatlarının birləşməsindən
sonra aralıq kambisinin iştirakı ilə qaynaq yerindən aralıq oduncaq əmələ gəlir.
Bu andan etibarən hesab etmək olar ki, qaynaq alındı və bitişmə başladı (
kallyusun diferensasiyası).
Qaynaq yerində aralıq kambisindən əmələ gələn floyema və ksilema öz
quruluşuna görə calaqaltı və calaqüstü floyema və ksilemadan fərqlənir. Bunların
su boruları incə və müxtəlif bucaq altında əyilmiş olur.
Calağın fiziologiyası anatomiyasına nisbətən səthi öyrənilmişdir. Qaynaq
yerində toxumaların diferensasiyası zamanı calağın fiziologiyası haqqında
müfəssəl məlumatlar yoxdur.
Kallyusun əmələ gəlmə sürəti aşağıdakılardan asılıdır:
1.Müxtəlif sortlar kallyus əmələ gətirmə qabiliyyətinə görə fərqlənirlər.
2.Qohumluğun (affinitet) olmasının birləşmənin müvəffəqiyyətli və möhkəm
olmasına yüksək təsiri vardır.
193
Birləşmiş calaqüstü ilə calaqaltı ilk baxışda vahid orqanizmi xatırladır, daha
doğrusu elə bil ki, onların assosiasiyası yaranır.
Affinitet calaqüstü ilə calaqaltının sıx ittifaqı və harmoniyasıdır. Əgər
calaqüstü ilə calaqaltı bir-birinə uyğun gəlirsə, onda inkişaf harmoniklik təşkil
edir, başqa sözlə calaqüstü ilə calaqaltı arasında affinitetlik vardır. Calaqaltı ilə
calaqüstünün assosiasiyası müvəffəqiyyətli olacaqdır. Fransız üzümçüsü İerve
göstərir ki, ən böyük affinitetlik odur ki, kol (calaqaltı +calaqüstü) özünü öz kökü
üstündə bitən kimi aparır. Bu vəziyyətə yaxınlıq nə qədər çox olsa affinitetlik
daha yaxşı olar.
Qohumluq olmayan yerdə calağın müvəffəqiyyətindən danışmaq əbəsdir.
Təcrübədə avropa üzümləri ilə istifadə olan calaqaltılar arasında qohumluq
kifayət dərəcədədir və calanan tənəklərdə uzunmüddətli məhsulu, məsələn, 30-50
il müddətində təmin etmək qabiliyyətindədir.
Ancaq affinitetlik orta və pis ola bilər və bu halda kol tezliklə quruyur.
Avropa üzümləri V.Ripariyaya nisbətən çox yoğunlaşır. Orta və pis affinitetliyin
səbəbləri az öyrənilmişdir. Bu sahədə mövcud nəzəri baxışlardan aşağıdakıları
göstərmək olar:
Calaqaltı ilə calaqüstünün təsirindən şirə hərəkətinin çətinləşməsi, calaq
səviyyəsində sulu boruların azlığı (yarımçıq qaynaq) və yaxud sulu boruların
kirəclənməsi.
Calaqüstü antigen adlı maddə ifraz edir, bu maddə calaqaltına daxil olaraq
calaq yerində nişasta əmələ gətirmək qabiliyyəti olan «presipitin» əmələ gətirir.
Bu fəaliyyət mallin turşusunun hidrarizidinin fəaliyyətinə uyğun gəlir.
Əslində bu proses tənəffüs enerjisinin azalması nəticəsində hüceyrələrin
bölünməsi, yarpaqlarda şəkər və nişasta toplanmasının dayanması nəticəsində
bitkidə inkişaf zəifləyir.
İ.V.Miçurinə görə hazırki calaqaltına calanan calaqüstünün də qohumluğa
təsiri vardır, belə ki, əvvəlki və hazırki calaqaltılar eyni olduqda iş
müvəffəqiyyətli olur.
3. Tənək nə qədər cavan olsa bir o qədər də kallyus əmələ gəlmə qabiliyyəti
yüksək olar.
4. İki komponentin yaralarının görüşməsi güclü yara qıcıqlanmaları əmələ
gətirir. Bu baxımdan yaralar hamar və sığallı olmaqla yanaşı onlar bütün səth
boyu görüşməlidir.
5. Qütblük kallyus əmələ gəlməsini tezləşdirir.
6. Dorziventrallıq da kallyus əmələ gəlməsinə təsir göstərir. Əvvəlcə kallyus
çubuğun qarın tərəfində, sonra bel və sonra digər tərəflərdə əmələ gəlir.
7. Zoğ oduncağının yaxşı yetişməsi və ehtiyat qida maddələrinin çoxluğu da
kallyus əmələ gəlməsini və calaq yerində birləşməni sürətləndirir.