208
mütəxəssislər öz sahələri üzrə tədqiqat və təhlillər aparır və həmin məlumatı
komissiyanın sədrinə təqdim edirlər.
Üzümlük üçün sahə seçilməsi məsələləri yeni üzümçülük regionlarında daha
mürəkkəbdir. Belə ki, burada sənaye əsasında üzümçülüyün inkişaf etdirilməsinin
mümükünlüyü, təsərrüfatın üzümçülük üzrə ixtisaslaşdırılması, rayonun təbii-
iqlim şəraitinə uyğun sortlar və onların aqrotexnikası hələ məlum deyildir.
Yeni rayonda sənaye üzümçülüyünün müvəfəqiyyətlə inkişaf etdirmək üçün
oranın tarixi öyrənilməli və üzümçülüyün olub-olmaması öyrənilir. Regionda
torpaq və təbii-iqlim şəraiti öyrənilənə qədər bir neçə kiçik sahədə müxtəlif üzüm
sortlarindan ibarət ―pioner‖ təcrübə sahələri salinsa daha yaxşi olar. Bu
üzümlüklərin məlumatlarından gələcək sənaye üzümlüklərinin salınmasında və
becərilməsində istifadə oluna bilər.
Yeni üzümlük üçün ayrılan sahə təsərrüfatın ümumi planı ilə
uyğunlaşdırılmalıdır ki, gələcəkdə təsərrüfatdan ayrılmış vəziyyətdə olmasın.
Üzümlük üçün ayrılan ərazidə əkindən qabaq oradakı mövcud maneəliklər
aradan qaldırılmalıdır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
1) yol şəbəkəsinin düzəldilməsi;
2) sahədəki bataqlıq və gölməçələrin qurudulması (altdan daş, üztdən çınqıl,
daha sonra isə torpaq tökülməlidir);
3) yerüstü axar suların nizamlanması;
4) dərə, yarğan və uçurumların hamarlanması;
5) ana yol və tarla düşərgələrinə gedən yollara asfalt döşənməlidir ki,
nəqliyyatla yük daşınmaları asanlaşdırılsın;
6) dağ yerlərində traktor və aqreqatların hərəkətini asanlaşdırmaq, eləcə də
torpaq eroziyasının qarşısının alınması məqsədilə səkilər düzəldilməlidir;
7) dərman preparatlarının hazırlanması və fəhlələrin işməli su ilə təchiz
edilməsi məqsədilə borular çəkilməli və estakadalar tikilməlidir;
8) axan qumların bərkidilməsi;
9) meşə zolaqlarının və küləkqırıcı xətlərin düzəldilməsi;
10) kübrə anbarının düzəldilməsi;
11) sahənin iri daşlardan, ağac kötüklərindən və çoxillik alaq otlarının
qaıqlarından təmizlənməsi;
12) filliksfera, mərmər böcəyi və məftil qurduna qarşı üzüm salınmasından
qabaq mübarizə aparılması.
Üzümlükdə təbii şəraitdən səmərəli istifadə etmək üçün sortların düzgün
seçilməsinə, onların böyüməsinə və məhsul verməsinə təsir göstərən tədbirlərin
həyata keçirilməsinə diqqət yetirilməlidir. Üzüm sortları seçildikdə ərazidəki
müxtəliflik (torpağın tipləri, rəngi, hündürlük və çökəklik və s.) nəzərə
alınmalıdır.
209
Üzümçülüyün inkişaf etdirilməsində iqlimin əhəmiyyətini daha çox
qiymətləndirmək lazımdır.
Torpaq sahəsinin iqlim, şəraitinin üzüm bitkisi üçün yararlığına iqlim
göstəricilərini xarakterizə edər, aşağıdakı meteroloji məlumatların nəzərə
alınması vacibdir:
-
aylar və il üzrə günün işıqlı saatlarının miqdarı;
-
orta illik temperatur;
-
vegetasiya müddəti;
-
vegetasiya müddətində orta temperatur
-
gec yaz, tez payız şaxtalarının orta tarixi və onların davam etmə müddəti;
-
şaxtasız günlərin miqdar.;
-
may, iyun, iyul, avqust və sentyabr aylarında dekadalar üzrə temperaturun
dəyişməsi;
-
vegetasiya dövründə mütləq maksimum temperatur;
- qış aylarında mütləq minimum temperatur;
10) müxtəlif dərinliklərdə aylar üzrə torpağın temperaturu;
11) yağıntıların orta aylıq və illik miqdarı;
12) payız, qış, yaz və yay mövsümləri üzrə yağıntıların orta miqdarı;
13) vegetasiya dövrü ərzində yağıntıların orta miqdarı;
14) aylar üzrə yağmurlu günlərin miqdarı;
15) qar örtüyü, onun davamlılıq və ərimə tezliyi;
16) aylar üzrə şehin düşmə tezliyi;
17) dolunun düşmə tezliyi, vaxtı və dolu buludunun ən çox gəlmə istiqaməti;
18) aylar və il üzrə havanın orta nisbi nəmliyi;
19) iyun, iyul və avqust aylarında havanın nisbi nəmliyi;
20) aylar üzrə küləklər, onların istiqaməti və gücü.
Üzümlük sahəsinin yerləşdiyi yerin-dəniz səviyyəsindən hündürlük, relyefin
xarakteri və su hövzələrinə yaxınlığın əhəmiyyətini nəzərdən qaçırmaq olmaz.
Dəniz səviyyəsindən yuxarı qalzdıqca havanın temperaturu müəyyən
ardıcıllıqla dəyişir. Bu məsələdə belə bir qanunauyğunluluq vardır ki, Yuxarıya
doğru hər 100 metr qalxdıqca temperatur 0,4-0,6° aşağı düşür. Ərazinin
nəmliyində də bu məsələ özünü göstərir, məs; Krımda dağa doğru hər 100 metr
qalxdıqca nəmlik 14-15% artır. Dəniz səviyyəsindən hündürlük üzüm sortlarının
yetişmə dinamikasına (yuxarıya doğru hər 100 metrdə şəkər 0,8-1,0 % azalır,
turşuluq 0,9% artır) əhəmiyyətli dərəcədə təsir göstərir və emal məhsullarının
istiqamətini müəyyən edir, məsələn, Cənubi Krımın dəniz sahillərində yüksək
keyfiyyətli ətirli çərəz şərablar, orta hissədə tünd şərablar, yuxarı hissədə isə (450
-550m hündürlükdə) süfrə şərabları alınır.
Torpaq səthində müəyyən səbəblərdən meteoroloji şəraitin dəyişməsinə səthin
210
formalarının təsiri vardır. Su ayrıcılarının, yamaclar və vadilərin meteoroloji
şəraiti eyni deyildir. Su ayrıcılarında torpaq qatı dərin və münbit, yağıntılar
bərabər olur və eroziyaya məruz qalmır. Üzümlükləri yüksək və sabit məhsuldar
olur, az hallarda yaz şaxtalarından ziyan çəkir.
Dağ yerlərində yamaclar müdafiə hasarı rolunu oynayır. Yamacın cəthindən
və dikliyindən (müəyyən dərəcəli bucaq altında olması) asılı olaraq müxtəlif
xüsusiyyətlərə malikdir. Yamaclarda üzüm kolları ən yaxşı işıqlanma və
havalanma şəraitində yerləşir. Bu baxımdan yamacda yerləşən kollar yaz
şaxtalarından və göbələk xəstəliklərindən az ziyan çəkir.
Cəhətlərdən cənub yamacı daha çox işıqlı və isti olur. Burada vegetasiya
dövrü üzun olur, ancaq mənfi tərəfi odur ki, burada kollar tez payız və gec yaz
şaxtalarına daha tez-tez məruz qalır.
Yamacın şimal cəhəti günəşdən az işıq və istilik alır. Kolun böyümə gücü və
məhsuldarlığı burada yüksək olmasına baxmayaraq gilənin yetişməsi ləng gedir,
şəkər az, turşuluq çoxdur.
Üzümlüklər vadilərdə də becərilə bilir. Bunlar geniş çay vadiləri və dağ
çaylarının yaratdığı ensiz vdilər ola bilər. Geniş çay vadilərinin torpaqları daha
münbit, havası isə nəmli olur. Düzən və yamaclara nisbətən buranın torpağı
nəmlidir, tez-tez yaz şaxtaları ilə və şehlə müşaiyət olunur.
Su hövzələri böyük olduqca onun təsiri də böyükdür: qışda isti, yazda
sərindir. Sutka ərzində gecə ilə gündüzün temperatur ampilitudasını azaldır.
Yazda böyük su hövzələri yanında havanın soyması nəticəsində birinci iki faza
ləngiyir, payızda su hövzəsi havanı isitdiyindən, vegetasiya müddəti nisbətən
uzanır, burada üzümlük quraqlıqlardan az ziyan çəkir, gilənin şirə ilə dolması
yaxşılaşır və yetişmə bərabər gedir.
Dərin Ģumun aparılması. Dərin şum torpağın müəyyən qatının
yumşaldılmasından ibarətdir. Şumun dərinliyi torpaq və iqlim şəraitindən asılıdır.
Dəmyə şəraitdə plantaj şumu suvarılan şəraitə nisbətən bir qədər dərin aparılır.
Ümumiyyətlə plantaj şumunun dərinliyi 50-100 metr qəbul edilir. Lakin
Abşeronun üzüm bitən qumlu torpaqlarında humus qatı (münbit) 1,2-1,5 metr
dərinliyində yerləşdiyindən burada torpağın üst qatı çevrilmədən həmin
dərinlikdə yumşaldılır.
Uzun illərin müşahidələri göstərmişdir ki, tənəyin kök sistemi yerləşən qat nə
qədər yumşaq və havalı olsa bir o qədər güclü böyüyür və çoxlu qida almaq
qabiliyyətinə malik olur.
V.Y.Tairov adına Ukrayna Elmi-tədqiqat üzümçülük və şərabçılıq İnstitutu
plantaj şumu üzrə aparılan tədqiqat işlərini yekunlaşdıraraq aşağıdakı nəticəyə
gəlmişdir.
1. Üzüm bitkisində kök sisteminin inkişafı plantaj şumunun keyfiyyətindən
Dostları ilə paylaş: |