409
ümumi qabiliyyətlər xüsusi qabiliyyətlərin inkiĢafı üçün baza
rolunu oynayırlar. Xüsusi qabiliyyətlər, alimlərin fikirincə,
«ancaq və ancaq bir yolla - ümumi qabiliyyətlərin fəaliyyət
prosesində xüsusi qabiliyyətlərə modifikasiya yolu ilə» əmələ
gəlir
1
. Bu cür modifikasiyanın gediĢini prof. Ə.Ə. Əlizadə belə
Ģərh edir:
«QavrayıĢ ədəbi yaradıcılıqda poetik görmə, texniki-
konstruktiv yaradıcılıqda məkan qavrayışı kimi formalaĢmağa
baĢlayır. Hafizənin xüsusi qabiliyyət kimi modifikasiya prosesi
belə gedir: surət, hiss və hərəkət hafizəsi (ədəbi yaradıcılıq),
məkan təsəvvürləri (texniki-konstruktiv yaradıcılıq). Təxəyyül
ədəbi yaradıcılıqda bədii (təsviri) təxəyyül, texniki-konstruktiv
yaradıcılıqda fəza təxəyyülü kimi inkiĢaf edir. Təfəkkür ədəbi
yaradıcılıqda
obrazlı
təfəkkürə,
texniki-konstruktiv
yaradıcılıqda texniki təfəkkürə çevrilir…
Bu proses qabiliyyətlərin «ixtisaslaĢması» prosesidir»
1
.
Nəzərə almaq lazımdır ki, hər hansı bir fəaliyyəti mü-
vəffəqiyyətlə icra etmək üçün həm ümumi, həm də xüsusi
qabiliyyətlərin qarĢılıqlı əlaqəsi və qarĢılıqlı təsiri zəruridir.
Fəaliyyət prosesində onlardan hər birinin öz funksiyası vardır.
Həmin funksiyadan asılı olaraq, fəaliyyətin bir mərhələsində,
tutaq ki, poetik qavrayıĢ əsas rol oynadığı halda, baĢqa bir
mərhələdə obrazlı təfəkkür daha mühüm əhəmiyyət kəsb edə
bilər.
Talant qabiliyyətlərin inkiĢaf mərhələsi kimi. Əksər
psixoloji ədəbiyyatda talant qabiliyyətlərin ən yüksək inkiĢaf
mərhələsi kimi qeyd olunur. Talant qabiliyyətlərin elə birliyidir
ki, o, insana hər hansı bir mürəkkəb fəaliyyəti müvəffəqiyyətlə,
müstəqil və orijinal Ģəkildə yerinə yetirmək imkanı verir. Ta-
lant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan
1
Ялизадя Я.Я.
Истедадлы ушаглар. Психпедагожи мясяляляр. Есселяр,
етüдляр. – Бакы, 2005, с.83
1
Ялизадя Я.Я. Йеня орада. Сящ.83
410
verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkiĢaf
mərhələsidir.
Qabiliyyətlərdə olduğu kimi talant da yaradıcılıqda
yüksək ustalıq və əsaslı müvəffəqiyyət əldə etmək üçün yalnız
imkan rolunu oynayır. Lakin potensial imkan kimi talantla
onun həyata keçirilməsi və müvafiq maddi və mənəvi
məhsulun əldə edilməsi arasında bərabərlik iĢarəsi qoymaq ol-
maz. Bu sahədə tədqiqat aparmıĢ psixoloqların (A.V. Petro-
viski, M.Q. YaroĢevski) fikrincə özünün tam dəyərli inkiĢafı
üçün hansı istedadın daha əlveriĢli Ģərait əldə etməsi dövrün
tələbatından və dövlət qarĢısında duran konkret məsələlərin
xüsusiyyətlərindən asılıdır. Müharibə dövründə sərkərdəlik
talantı, dinc dövrdə mühəndis, konstruktor və s. talantı daha
sürətlə inkiĢaf edir.
Talantın strukturuna gəldikdə, o, qabiliyyətlər
kompleksindən, onların məcmuundan ibarətdir. Əgər ən yüksək
inkiĢaf səviyyəsinə çatsa, nə qədər parlaq təzahür etsə belə,
ayrıca götürülmüĢ qabiliyyətləri talantın analoqu kimi
götürmək olmaz. Bunu həyatı faktlar və aparılmıĢ tədqiqatlar
da təsdiq etmiĢdir.
Talant və dahilik. Qabiliyyətlərin yüksək inkiĢaf pilləsi
talantla məhdudlaĢmır. Bəzi adamlar öz istedadlarının yüksək
səviyyəsi ilə də fərqlənir, onların yaradıcı nailiyyətləri
cəmiyyətin həyatında, mədəniyyətin inkiĢafında tam bir dövrü,
epoxanı əhatə edir. Ġnsanda qabiliyyətin bu cür inkiĢaf
səviyyəsi dahilik adlanır. Dahilik Ģəxsiyyətin elə bir ali
yaradıcılıq səviyyəsidir ki, həmin səviyyəyə yüksələn insan
cəmiyyətin həyatında ağlagəlməz yüksək rol oynayır. Dahi in-
san, obrazlı Ģəkildə demiĢ olsaq, öz fəaliyyəti sahəsində yeni
dövr yaradır. Dahi üçün fövqəlada yaradıcı məhsuldarlıq,
keçmiĢin mədəni miraslarına yiyələnmək və bununla yanaĢı
köhnəlmiĢ norma və ənənələri aradan qaldırmaq xarakterik
haldır. Dahi Ģəxsiyyət öz yaradıcı fəaliyyəti ilə cəmiyyətin pro-
qressiv inkiĢafına təsir göstərir. Dahi Ģəxsiyyət hadisələrin
411
gələcəyini qabaqcadan görə bilir və öz fəaliyyətini buna uyğun
qurmağa çalıĢır. Dahi insanlar olduqca azdır. Belə hesab edirlər
ki, sivilizasiyanın beĢ min illik tarixində bu cür adamların sayı
400-dən artıq olmamıĢdır. Dahini xarakterizə edən yüksək iste-
dad səviyyəsi fəaliyyətin müxtəlif sahələrinin qeyri adiliyi ilə
əlaqədar olur. Tarixən bu cür universallığa malik olan
dahilərdən
Aristotelin,
Leonarda
da
Vinçinin,
M.V.Lomonosovun, Nizami Gəncəvinin, Tusinin və b. adını
çəkmək olar. Məsələn, Tusi müxtəlif bilik sahələrində öz
əvəzolunmaz nailiyyətləri ilə fərqlənmiĢdir. Lakin bu o demək
deyildir ki, dahi adamlarda bütün fərdi keyfiyyətlər eyni
dərəcədə inkiĢaf etmiĢ olur. Adətən, dahilik öz «profilinə» ma-
lik olur. Onun fərdi keyfiyyətlərindən hansısa üstünlük,
dominantlıq təĢkil edir, qabiliyyətlərindən hansısa daha aydın
təzahür edir.
V. 17. 4. Qabiliyyət və talantın təbii Ģərtləri
Təbii imkanlar və qabiliyyət. Qabiliyyətlərin insanda
necə yaranması mubahisəli bir məsələ kimi daima diqqəti cəlb
etmiĢdir. Artıq psixologiyada belə bir fikir əsaslandırılmıĢdır
ki, Ģəxsiyyətin bütün baĢqa fərdi-psixi xassələri kimi
qabiliyyətlər də insan tərəfindən hazır Ģəkildə, təbiətin ona ver-
diyi fitri, anadangəlmə bir Ģey kimi əldə edilmir, həyat və
fəaliyyətdə formalaĢır. Bununla belə qabiliyyətlərin fitriliyini
inkar etmək hec də mütləq səciyyə daĢımır. Psixologiyada belə
bir müddəa əsas götürülür ki, insan hər hansı bir fəaliyyət
sahəsində müvafiq qabiliyyətlərə yiyələnmək üçün zəruri olan
təbii imkanlarla doğulur. Bu imkanlar qabiliyyətlərin
inkiĢafının təbii ilkin Ģərtləri kimi özünü göstərir. Onlar beyin
qurluĢunun, hiss və hərəkət üzvlərinin morfoloji və funksional
xüsusiyyətlərindən ibarətdir. Onlar hələ qabiliyyət deyil, təbii
Dostları ilə paylaş: |