437
Anadan olandan bir yaĢa qədər olan dövrü çox vaxt iki
yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və
körpəlik dövrü (2 aydan bir yaĢa qədər olan dövr). Bu dövrdə
sensor və hərəki funksiyalar, nitqə yiyələnməyə hazırlıq
böyüklərlə bilavasitə qarĢılıqlı təsir prosesində intensiv imkan-
ları əldə edir. Körpəlik dövründə böyüklərlə bilavasitə - emo-
sional ünsiyyət aparıcı fəaliyyət kimi özünü göstərir. Ana və
baĢqa yaĢlılarla bu cür ünsiyyət körpənin tələbatını ödəməklə
onun fiziki və psixi inkiĢafında mühüm rol oynayır.
Körpəlik dövründə uĢaqda hərəki fəallıq artır, hərəki
vərdiĢlər sürətlə formalaĢmağa baĢlayır. Bir il ərzində uĢağın
hərəkətlərinin inkiĢafında heyrətamiz dəyiĢikliklər baĢ verir.
Bu dövrdə uĢaqlarda hərəki vərdiĢlər, xüsusilə əlin və ayağın
mürəkkəb, tənzimlənmiĢ hərəkətləri sürətlə formalaĢır. Bu cür
hərəkətlər sonralar uĢağın idrak və əqli qabiliyyətlərinin
yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uĢaq
oturmağı, iməkləməyi, ayaq üstə durmağı və nəhayət
böyüklərin köməyi ilə yeriməyi öyrənir. Bütün bunların
sayəsində uĢağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə
etməsi asanlaĢır. Nəticədə körpədə xarici aləm haqqında
təsəvvürlər formalaĢmağa baĢlayır.
Körpəlik dövründə uĢaqda temperatur, lamisə, görmə,
iybilmə və dadbilmə duyğuları kompleks Ģəkildə inkiĢaf
etməyə baĢlayır. Bu, körpədə qavrayıĢın inkiĢafına imkan verir.
Yeni doğulmuĢ uĢaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-
dörd aya qədər onun görməsi nisbətən zəif olur.
Ġkinci aydan baĢlayaraq uĢaqda sadə rəngləri fərq-
ləndirmək qabiliyyəti özünü göstərməyə baĢlayır. Ġki-üç aylıq
körpə anasının gülümsəməsinə özünün gülümsəməsi və
hərəkətlərinin ümumi fəallaĢması ilə reaksiya verir. Bu can-
lanma kompleksi adlanır. Psixoloqlar belə bir qənaətə
gəlmiĢlər ki, yaĢlıların uĢaqla intensiv emosional ünsiyyəti
uĢağın psixi inkiĢafına müsbət təsir etdiyi halda, laqeyd,
ürəkdən gəlməyən ünsiyyət isə canlanma kompleksinin
438
inkiĢafına mane olur və ümumi psixi inkiĢafı ləngidə bilir.
UĢağın sifətindəki təbəssüm öz-özünə yaranmır. Buna
anasının, onu əhatə edənlərin mehriban müraciəti səbəb olur.
Ona görə də uĢaqla ünsiyyətdə olan adamların üzünün ifadəsi,
mimikası xoĢ, fərəhli, səsi isə cəlbedici, emosional xarakter
daĢımalıdır. Ġlk kompleks canlanma ünsürləri uĢağın həyatının
ikinci ayında özünü göstərir. Bu – susmaq, təbəssüm,
qığıldamaq Ģəklində baĢ verir. Üçüncü ayda bu ünsürlər bir sis-
tem halında birləĢir və eyni vaxtda baĢ verir.
Üçüncü-dördüncü ayda uĢaqlar öz davranıĢları ilə aydın
Ģəkildə göstərirlər ki, onlar yalnız tanıĢ adamları, adətən, ailə
üzvlərini görmək, eĢitmək və onlarla ünsiyyətdə olmağa
üstünlük verirlər.
Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır.
Birinci yaĢın sonunda uĢaq xeyli sözü baĢa düĢür, eyni zaman-
da tək-tək hecaları və sözləri tələffüz edə bilir.
Körpədə hafizənin təĢəkkülü Ģərti reflekslərin meydana
gəlməsi ilə əlaqədar baĢ verir. UĢaq ilk dəfə ancaq həyatında
mühüm rol oynayan, üzvü tələbatı ilə bağlı olan cisimləri
tanıyır. 5-6 aylıq uĢaqlar yaxın adamları tanımağa baĢlayırlar.
7-8 ayda isə adı çəkilən əĢyanı axtarırlar.
UĢaqlarda emosiyalar çox erkən müĢahidə olunur. Bu-
nunla yanaĢı körpə uĢaqlarda emosiyalar çox dəyiĢkən olur.
Erkən uĢaqlıq yaĢının xüsusiyyətləri. Erkən uĢaqlıq
dövrü 1 yaĢdan 3 yaĢa qədər olan dövrü əhatə edir. Bu dövrdə
uĢaqlar öz tələbatlarını əĢyavi-manipulyativ fəaliyyətin köməyi
ilə ödəyirlər. Erkən uĢaqlıq dövrü özünəməxsus xüsusiyyətləri
ilə fərqlənir. Bu dövrdə uĢaq nitqə yiyələnir və nəticədə
Ģəxsiyyətin və fəaliyyət subyektinin formalaĢması üçün zəmin
yaranır. Hələ körpəlik dövrünün sonunda (11-ci aydan) uĢaq
nitqin fonetik quruluĢuna, yiyələnməyə baĢlayır, getdikcə söz
ehtiyatı artır və üçüncü yaĢın axırında 300-400-ə çatır. 1 yaĢ 10
aylıqdan baĢlayaraq uĢaq ayrı-ayrı sözləri cümlədə
birləĢdirməyə baĢlayır. Nitqin inkiĢafı əsasında uĢaq əĢyaları ən
439
parlaq zahiri əlamətlərinə görə qruplaĢdırmağa baĢlayır. Bunu
ümumiləĢdirmənin ilkin mərhələsi kimi qeyd etmək
mümkündür. Bu dövrdə psixikanın əsas formaları olan hafizə
(tanıma Ģəklində), əyani-əməli təfəkkür, diqqət, qavrayıĢ fəal
Ģəkildə inkiĢaf etməyə baĢlayır. Ġkinci yaĢda uĢaq yaxın
adamları və obyektləri qavradıqdan bir neçə həftə, üçüncü
yaĢda bir neçə aydan sonra tanıya bilir. Tanıma ilə yanaĢı
qavranılmıĢ əĢyaların xatırlanması da inkiĢaf edir.
Erkən uĢaqlıq dövründə nitqin inkiĢafı ilə bağlı olaraq
təfəkkür, xüsusilə əyani-əməli təfəkkür də inkiĢaf edir. Lakin
bu dövrdə uĢaqlar öz fikirlərini sözlə ifadə edə bilsələr də,
onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub,
bu hərəkətlərdə təzahür edir. Bu dövrdə uĢaqların fikri
fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən
uĢaqlıq yaĢında diqqətin yeni xüsusiyyətləri özünü göstərir.
UĢağın böyüklərlə nitq ünsiyyəti burada mühüm rol oynayır.
Söz siqnalları uĢağın diqqətinin müəyyən obyektə yönəlmə-
sinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı
təsir göstərir. Böyüklərin tələbi ilə uĢaqlarda ixtiyari diqqətin
inkiĢafı üçün Ģərait yaranır.
Ünsiyyət prosesində uĢağın biliyi, təcrübəsi tədricən artır.
Nəticədə uĢaqda ixtiyari qavrayıĢın - müĢahidənin inkiĢafı
üçün Ģərait yaranır. Burada böyüklərin uĢağın qavrayıĢını təĢkil
etməsi əsas rol oynayır.
Erkən uĢaqlıq dövründə müstəqillik meylinin
formalaĢması. Erkən uĢaqlıq dövründə uĢaqlarda Ģəxsiyyətin
inkiĢafı üçün də zəmin yaranmıĢ olur. UĢaq özünü baĢqa
əĢyalardan, onu əhatə edən adamlardan ayırmağa baĢlayır. Bu
isə uĢaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə
səbəb olur. Üç yaĢında uĢaqda özü haqqında təsəvvür yaranır.
Nəticədə uĢaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri
ilə adlandırmağa baĢlayır. Bununla bağlı olaraq ilk yaĢ
“böhranı”, “üç yaĢın böhranı” özünü büruzə verir. UĢaq “mən”
kəlməsini iĢlətməklə özünün müstəqilliyə olan meylini büruzə
Dostları ilə paylaş: |