440
verir; onda mənlik Ģüurunun ibtidai forması müĢahidə olunur.
Bununla da uĢaq böyüklərdən asılı olsa da müstəqil hərəkət
etməyə, “mən özüm” - deyə Ģəxsi fəallıq göstərməyə baĢlayır.
UĢağın psixi inkiĢafında ilk “yaĢ böhranı” böyüklərlə
qarĢılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi
neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. UĢağın müstəqil
olaraq öz tələbatını ödəmək cəhdi, özünü baĢqa adamlarla mü-
qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması
və hərəkətlərindəki sərbəstliyi “üç yaĢın böhranı” haqqında
aydın təsəvvür yaradır.
Əgər yaĢlılar uĢağın müstəqilliyi və sərbəstliyini lazımi
Ģəkildə tənzim və təĢkil edərsə yaĢ böhranı tədricən aradan
qaldırıla bilər.
VI.19.2. Bağça yaĢı dövrünün psixoloji xüsusiyyətləri
Bağça yaĢı dövründə uĢaqların ümumi inkiĢafı.
Məktəbəqədər yaĢ dövrü uĢağın həm fiziki, həm psixofizioloji,
həm də Ģəxsiyyət sahəsində inkiĢafının keyfiyyətcə dönüĢ
dövrüdür. Bu dövrdə uĢağın fiziki inkiĢafı birinci növbədə
diqqəti cəlb edir. 3-6 yaĢlı uĢağın boyunun, çəkisinin
artmasında nəzərə çarpacaq dəyiĢiklik baĢ verir. Buna bax-
mayaraq həmin dövrdə uĢağın əzələ və sümük sistemi xeyli
inkiĢaf etmiĢ olsa da onun əl və ayaq əzələlərində hələ
sümüklənməmiĢ qığırdaqlar qalır. UĢağın skeleti əsasən
qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə
əməl olunmadıqda uĢağın qaməti düzgün inkiĢaf etmir.
Bununla yanaĢı olaraq nitqin, böyüklərlə və həmyaĢıdları
ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın
təsiri altında uĢaqda yeni keyfiyyət dəyiĢmələri baĢ verir.
Bütün bunlar uĢağın sosial Ģəraitə və həyatın tələblərinə
uyğunlaĢmasına imkan verir.
441
Məktəbəqədər dövr uĢağın fəaliyyətin subyekti kimi
formalaĢmasının ilkin mərəhələsi kimi özünü göstərir.
MəqsədəyönəliĢliyin
əsası
qoyulur.
Böyüklərin
qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaĢının so-
nunda uĢaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss
etməyə baĢlayırlar. Bununla əlaqədar təqlid obyektləri
dəqiqləĢməyə baĢlayır. Məktəbəqədər yaĢ dövründə həm
ümumi, həm də xüsusi qabiliyyətlərin formalaĢması imkanları
yaranır və özünü göstərməyə baĢlayır.
UĢağın psixi inkiĢafında oyunun rolu. Bağça yaĢı
dövründə oyun uĢaqların əsas fəaliyyəti olur. Bu yaĢ dövründə
uĢaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaĢ dövrünü üç yarımdövrə
ayırırlar: kiçik bağça yaĢı dövrü (3-4 yaĢ), orta bağça yaĢı
dövrü (4-5 yaĢ) və böyük bağça yaĢı dövrü (5-6 yaĢ).
Kiçik bağça yaĢlı uĢaqlar, adətən, hələ təklikdə
oynayırlar. ƏĢyavi və quraĢdırma oyunlarında onlarda
qavrayıĢ, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər
inkiĢaf edir.
Tədricən orta bağça yaĢı dövründə uĢaqlar birgə oyuna
keçməyə baĢlayırlar, oyunlarda daha çox uĢaq iĢtirak edir.
Üç-altı yaĢ ərzində uĢaq oyunları əĢyavi-manipulyativ və
simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər
inkiĢaf yolu keçir. Bütün bunlar uĢağın həyatında mühüm rol
oynamaqla, onun tələbatını ödəməklə yanaĢı, yaĢlılarla ünsiy-
yət saxlamaq, həyatı baĢa düĢmək, ətrafdakıları təqlid etmək,
bu yolla bir növ gələcək həyata hazırlaĢmaq iĢində mühüm
vasitəyə çevrilir. Oyun fəaliyyəti uĢağın psixi inkiĢafında əsaslı
dəyiĢikliklə gətirib çıxarır. Oyun Ģəraitində və onun köməyi ilə
uĢaqlarda diqqət, qavrayıĢ, xüsusilə müĢahidəçilik, hafizə,
təfəkkür və təxəyyülün inkiĢafı üçün əlveriĢli Ģərait yaranmıĢ
olur. Bununla yanaĢı olaraq didaktik oyunlardan istifadə
edilməsi uĢaqlarda nitqin inkiĢafı, nitq qüsurlarının aradan
qaldırılması iĢində də əsaslı rol oynayır.
442
Orta və böyük bağça yaĢı dövründə uĢaqlar rollu-qaydalı
oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar
özlərinin mövzularına, qaydalarının müxtəlifliyinə görə kiçik
bağça yaĢı dövründə istifadə olunan oyunlardan fərqlənirlər.
Burada kiçik bağça yaĢı dövründən fərqli olaraq oyunda təbii
Ģəkildə istifadə olunan əĢyalar Ģərti olaraq dəyiĢdirilir, nəticədə
simvolik oyun xarakteri alır.
Rollu-qaydalı oyunlardan istifadə edilməsi uĢaqlarda
iradənin inkiĢafına güclü təsir göstərir. Adi Ģəraitdə bir yerdə
dura bilməyən uĢaq bu cür oyunlar zamanı öz rolunu axıra
qədər yerinə yetirməyə, qaydaya əməl etməyə məcbur olur.
Oyun prosesində uĢaqlar qarĢılıqlı münasibətlərin hə- yata ke-
çirilməsinə əməl etməyə alıĢırlar. Rollu oyun prosesində ilk
dəfə olaraq uĢaqda liderlik özünü göstərir, təĢkilatçılıq bacarıq
və vərdiĢləri inkiĢaf etməyə baĢlayır. Oyun eyni zamanda
uĢaqlarda bir sıra qabiliyyətlərin aĢkara çıxmasına imkan verir.
Bütün bunlarla yanaĢı olaraq uĢaqlar sadə əmək tapĢırıqlarını
icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla
bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər.
Ġdrak prosesləri və nitqin inkiĢafı. Məktəbəqədər yaĢ
dövründə uĢaqlarda idrak prosesləri və nitqin inkiĢafında əsaslı
dəyiĢiklik baĢ verir.
Məktəbəqədər dövrdə uĢaqların qavrayışının ixtiyari
növünün inkiĢafı üçün Ģərait yaranır. Burada oyunun rolu
böyükdür.
UĢaqlar cismin formasını, ölçüsünü, tutduğu yeri
qavramağa alıĢırlar. Bu onlarda məkan qavrayıĢının inkiĢafı
kimi özünü göstərir. Məktəbəqədər yaĢlı uĢaqlar ilk vaxtlar ən
çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni
zamanda obyektlərin böyüklüyünü qavrama bacarığı da özünü
göstərir. Bağça yaĢının sonunda uĢaqlar onları maraqlandıran
obyektlərin xassələrini daha tez müəyyənləĢdirmək, bir əĢyanı
baĢqasından fərqləndirmək, onların arasında mövcud olan
əlaqə və münasibətləri aĢkara çıxarmaq imkanı əldə edirlər.
Dostları ilə paylaş: |