Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə133/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   129   130   131   132   133   134   135   136   ...   197

 

 

 



440 

 

verir;  onda  mənlik  Ģüurunun  ibtidai  forması  müĢahidə  olunur. 



Bununla  da  uĢaq  böyüklərdən  asılı  olsa  da  müstəqil  hərəkət 

etməyə, “mən özüm” - deyə Ģəxsi fəallıq göstərməyə baĢlayır. 

UĢağın  psixi  inkiĢafında  ilk  “yaĢ  böhranı”  böyüklərlə 

qarĢılıqlı  münasibət  zamanı  tərslik,  inadkarlıq,  höcətlik  kimi 

neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. UĢağın müstəqil 

olaraq öz tələbatını ödəmək cəhdi, özünü baĢqa adamlarla mü-

qayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması 

və  hərəkətlərindəki  sərbəstliyi  “üç  yaĢın  böhranı”  haqqında 

aydın təsəvvür yaradır. 

Əgər  yaĢlılar  uĢağın  müstəqilliyi  və  sərbəstliyini  lazımi 

Ģəkildə  tənzim  və  təĢkil  edərsə  yaĢ  böhranı  tədricən  aradan 

qaldırıla bilər. 



 

VI.19.2. Bağça yaĢı dövrünün psixoloji xüsusiyyətləri 

 

Bağça  yaĢı  dövründə  uĢaqların  ümumi  inkiĢafı. 

Məktəbəqədər yaĢ dövrü uĢağın həm fiziki, həm psixofizioloji, 

həm  də  Ģəxsiyyət  sahəsində  inkiĢafının  keyfiyyətcə  dönüĢ 

dövrüdür.  Bu  dövrdə  uĢağın  fiziki  inkiĢafı  birinci  növbədə 

diqqəti  cəlb  edir.  3-6  yaĢlı  uĢağın  boyunun,  çəkisinin 

artmasında  nəzərə  çarpacaq  dəyiĢiklik  baĢ  verir.  Buna  bax-

mayaraq  həmin  dövrdə  uĢağın  əzələ  və  sümük  sistemi  xeyli 

inkiĢaf  etmiĢ  olsa  da  onun  əl  və  ayaq  əzələlərində  hələ 

sümüklənməmiĢ  qığırdaqlar  qalır.  UĢağın  skeleti  əsasən 

qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə 

əməl olunmadıqda uĢağın qaməti düzgün inkiĢaf etmir.  

 

Bununla yanaĢı olaraq nitqin, böyüklərlə və həmyaĢıdları 



ilə  ünsiyyətin  və  müxtəlif  fəaliyyət  növlərinə  cəlb  olunmanın 

təsiri  altında  uĢaqda  yeni  keyfiyyət  dəyiĢmələri  baĢ  verir. 

Bütün  bunlar  uĢağın  sosial  Ģəraitə  və  həyatın  tələblərinə 

uyğunlaĢmasına imkan verir. 




 

 

 



441 

 

Məktəbəqədər  dövr  uĢağın  fəaliyyətin  subyekti  kimi 



formalaĢmasının  ilkin  mərəhələsi  kimi  özünü  göstərir. 

MəqsədəyönəliĢliyin 

əsası 

qoyulur. 



Böyüklərin 

qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaĢının so-

nunda  uĢaqlar  öz  hərəkət  və  fəaliyyətlərindəki  qüsurları  hiss 

etməyə  baĢlayırlar.  Bununla  əlaqədar  təqlid  obyektləri 

dəqiqləĢməyə  baĢlayır.  Məktəbəqədər  yaĢ  dövründə  həm 

ümumi, həm də xüsusi qabiliyyətlərin  formalaĢması imkanları 

yaranır və özünü göstərməyə baĢlayır. 

UĢağın  psixi  inkiĢafında  oyunun  rolu.  Bağça  yaĢı 

dövründə oyun uĢaqların əsas fəaliyyəti olur. Bu yaĢ dövründə 

uĢaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.  

Adətən,  məktəbəqədər  yaĢ  dövrünü  üç  yarımdövrə 

ayırırlar:  kiçik  bağça  yaĢı  dövrü  (3-4  yaĢ),  orta  bağça  yaĢı 

dövrü (4-5 yaĢ) və böyük bağça yaĢı dövrü (5-6 yaĢ). 

Kiçik  bağça  yaĢlı  uĢaqlar,  adətən,  hələ  təklikdə 

oynayırlar.  ƏĢyavi  və  quraĢdırma  oyunlarında  onlarda 

qavrayıĢ,  hafizə,  təxəyyül,  təfəkkür  və  hərəki  qabiliyyətlər 

inkiĢaf edir.  

Tədricən  orta  bağça  yaĢı  dövründə  uĢaqlar  birgə  oyuna 

keçməyə baĢlayırlar, oyunlarda daha çox uĢaq iĢtirak edir.  

Üç-altı yaĢ ərzində uĢaq oyunları əĢyavi-manipulyativ və 

simvolik  xarakterdən  süjetli-rollu  qaydalı  oyunlara  qədər 

inkiĢaf  yolu  keçir.  Bütün  bunlar  uĢağın  həyatında  mühüm  rol 

oynamaqla,  onun  tələbatını  ödəməklə  yanaĢı,  yaĢlılarla  ünsiy-

yət  saxlamaq,  həyatı  baĢa  düĢmək,  ətrafdakıları  təqlid  etmək, 

bu  yolla  bir  növ  gələcək  həyata  hazırlaĢmaq  iĢində  mühüm 

vasitəyə çevrilir. Oyun fəaliyyəti uĢağın psixi inkiĢafında əsaslı 

dəyiĢikliklə gətirib çıxarır. Oyun Ģəraitində və onun köməyi ilə 

uĢaqlarda  diqqət,  qavrayıĢ,  xüsusilə  müĢahidəçilik,  hafizə, 

təfəkkür  və  təxəyyülün  inkiĢafı  üçün  əlveriĢli  Ģərait  yaranmıĢ 

olur.  Bununla  yanaĢı  olaraq  didaktik  oyunlardan  istifadə 

edilməsi  uĢaqlarda  nitqin  inkiĢafı,  nitq  qüsurlarının  aradan 

qaldırılması iĢində də əsaslı rol oynayır. 



 

 

 



442 

 

Orta və böyük bağça yaĢı dövründə uĢaqlar rollu-qaydalı 



oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar 

özlərinin  mövzularına,  qaydalarının  müxtəlifliyinə  görə  kiçik 

bağça  yaĢı  dövründə  istifadə  olunan  oyunlardan  fərqlənirlər. 

Burada  kiçik  bağça  yaĢı  dövründən  fərqli  olaraq  oyunda  təbii 

Ģəkildə istifadə olunan əĢyalar Ģərti olaraq dəyiĢdirilir, nəticədə 

simvolik oyun xarakteri alır.  

Rollu-qaydalı  oyunlardan  istifadə  edilməsi  uĢaqlarda 

iradənin  inkiĢafına  güclü  təsir  göstərir.  Adi  Ģəraitdə  bir  yerdə 

dura  bilməyən  uĢaq  bu  cür  oyunlar  zamanı  öz  rolunu  axıra 

qədər  yerinə  yetirməyə,  qaydaya  əməl  etməyə  məcbur  olur. 

Oyun prosesində uĢaqlar qarĢılıqlı münasibətlərin hə-  yata ke-

çirilməsinə  əməl  etməyə  alıĢırlar.  Rollu  oyun  prosesində  ilk 

dəfə olaraq uĢaqda liderlik özünü göstərir, təĢkilatçılıq bacarıq 

və  vərdiĢləri  inkiĢaf  etməyə  baĢlayır.  Oyun  eyni  zamanda 

uĢaqlarda bir sıra qabiliyyətlərin aĢkara çıxmasına imkan verir. 

Bütün  bunlarla  yanaĢı  olaraq  uĢaqlar  sadə  əmək  tapĢırıqlarını 

icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla 

bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər. 



Ġdrak  prosesləri  və  nitqin  inkiĢafı.  Məktəbəqədər  yaĢ 

dövründə uĢaqlarda idrak prosesləri və nitqin inkiĢafında əsaslı 

dəyiĢiklik baĢ verir. 

Məktəbəqədər  dövrdə  uĢaqların  qavrayışının  ixtiyari 

növünün  inkiĢafı  üçün  Ģərait  yaranır.  Burada  oyunun  rolu 

böyükdür. 

UĢaqlar  cismin  formasını,  ölçüsünü,  tutduğu  yeri 

qavramağa  alıĢırlar.  Bu  onlarda  məkan  qavrayıĢının  inkiĢafı 

kimi özünü göstərir. Məktəbəqədər  yaĢlı uĢaqlar  ilk vaxtlar ən 

çox formanı ayırmaqla onları qavramağa cəhd göstərirlər. Eyni 

zamanda  obyektlərin  böyüklüyünü  qavrama  bacarığı  da  özünü 

göstərir.  Bağça  yaĢının  sonunda  uĢaqlar  onları  maraqlandıran 

obyektlərin xassələrini daha tez müəyyənləĢdirmək, bir əĢyanı 

baĢqasından  fərqləndirmək,  onların  arasında  mövcud  olan 

əlaqə  və  münasibətləri  aĢkara  çıxarmaq  imkanı  əldə  edirlər. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə