Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə132/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   128   129   130   131   132   133   134   135   ...   197

 

 

 



437 

 

Anadan  olandan  bir  yaĢa  qədər  olan  dövrü  çox  vaxt  iki 



yarımdövrə bölürlər: çağalıq dövrü (iki aya qədər olan dövr) və 

körpəlik dövrü (2 aydan bir yaĢa qədər olan dövr). Bu dövrdə 

sensor  və  hərəki  funksiyalar,  nitqə  yiyələnməyə  hazırlıq 

böyüklərlə bilavasitə qarĢılıqlı təsir prosesində intensiv imkan-

ları əldə edir.  Körpəlik  dövründə böyüklərlə bilavasitə -  emo-

sional  ünsiyyət  aparıcı  fəaliyyət  kimi  özünü  göstərir.  Ana  və 

baĢqa  yaĢlılarla  bu  cür  ünsiyyət  körpənin  tələbatını  ödəməklə 

onun fiziki və psixi inkiĢafında mühüm rol oynayır. 

Körpəlik  dövründə  uĢaqda  hərəki  fəallıq  artır,  hərəki 

vərdiĢlər  sürətlə  formalaĢmağa  baĢlayır.  Bir  il  ərzində  uĢağın 

hərəkətlərinin  inkiĢafında  heyrətamiz  dəyiĢikliklər  baĢ  verir. 

Bu  dövrdə  uĢaqlarda  hərəki  vərdiĢlər,  xüsusilə  əlin  və  ayağın 

mürəkkəb, tənzimlənmiĢ hərəkətləri sürətlə formalaĢır. Bu cür 

hərəkətlər  sonralar  uĢağın  idrak  və  əqli  qabiliyyətlərinin 

yaranmasında olduqca mühüm rol oynayır. Bir il ərzində uĢaq 

oturmağı,  iməkləməyi,  ayaq  üstə  durmağı  və  nəhayət 

böyüklərin  köməyi  ilə  yeriməyi  öyrənir.  Bütün  bunların 

sayəsində uĢağın ətraf aləm haqqında müvafiq məlumatlar əldə 

etməsi  asanlaĢır.  Nəticədə  körpədə  xarici  aləm  haqqında 

təsəvvürlər formalaĢmağa baĢlayır. 

Körpəlik  dövründə  uĢaqda  temperatur,  lamisə,  görmə, 

iybilmə  və  dadbilmə  duyğuları  kompleks  Ģəkildə  inkiĢaf 

etməyə baĢlayır. Bu, körpədə qavrayıĢın inkiĢafına imkan verir. 

Yeni doğulmuĢ uĢaq gözü ilə obyektləri izləyə bilsə də hələ iki-

dörd aya qədər onun görməsi nisbətən zəif olur. 

Ġkinci  aydan  baĢlayaraq  uĢaqda  sadə  rəngləri  fərq-

ləndirmək  qabiliyyəti  özünü  göstərməyə  baĢlayır.  Ġki-üç  aylıq 

körpə  anasının  gülümsəməsinə  özünün  gülümsəməsi  və 

hərəkətlərinin  ümumi  fəallaĢması  ilə  reaksiya  verir.  Bu  can-

lanma  kompleksi  adlanır.  Psixoloqlar  belə  bir  qənaətə 

gəlmiĢlər  ki,  yaĢlıların  uĢaqla  intensiv  emosional  ünsiyyəti 

uĢağın  psixi  inkiĢafına  müsbət  təsir  etdiyi  halda,  laqeyd, 

ürəkdən  gəlməyən  ünsiyyət  isə  canlanma  kompleksinin 




 

 

 



438 

 

inkiĢafına mane olur və ümumi psixi inkiĢafı ləngidə bilir. 



UĢağın  sifətindəki  təbəssüm  öz-özünə  yaranmır.  Buna 

anasının,  onu  əhatə  edənlərin  mehriban  müraciəti  səbəb  olur. 

Ona  görə də uĢaqla ünsiyyətdə olan  adamların üzünün ifadəsi, 

mimikası  xoĢ,  fərəhli,  səsi  isə  cəlbedici,  emosional  xarakter 

daĢımalıdır. Ġlk kompleks canlanma ünsürləri uĢağın həyatının 

ikinci  ayında  özünü  göstərir.  Bu  –  susmaq,  təbəssüm, 

qığıldamaq Ģəklində baĢ verir. Üçüncü ayda bu ünsürlər bir sis-

tem halında birləĢir və eyni vaxtda baĢ verir. 

Üçüncü-dördüncü  ayda  uĢaqlar  öz  davranıĢları  ilə  aydın 

Ģəkildə  göstərirlər  ki,  onlar  yalnız  tanıĢ  adamları,  adətən,  ailə 

üzvlərini  görmək,  eĢitmək  və  onlarla  ünsiyyətdə  olmağa 

üstünlük verirlər.  

Körpəlik dövrü nitqə yiyələnməyə hazırlıq dövrü adlanır. 

Birinci yaĢın sonunda uĢaq xeyli sözü baĢa düĢür,  eyni zaman-

da tək-tək hecaları və sözləri tələffüz edə bilir. 

Körpədə  hafizənin  təĢəkkülü  Ģərti  reflekslərin  meydana 

gəlməsi  ilə  əlaqədar  baĢ  verir.  UĢaq  ilk  dəfə  ancaq  həyatında 

mühüm  rol  oynayan,  üzvü  tələbatı  ilə  bağlı  olan  cisimləri 

tanıyır.  5-6  aylıq  uĢaqlar  yaxın  adamları  tanımağa  baĢlayırlar. 

7-8 ayda isə adı çəkilən əĢyanı axtarırlar. 

UĢaqlarda  emosiyalar  çox  erkən  müĢahidə  olunur.  Bu-

nunla yanaĢı körpə uĢaqlarda emosiyalar çox dəyiĢkən olur. 



Erkən  uĢaqlıq  yaĢının  xüsusiyyətləri.  Erkən  uĢaqlıq 

dövrü 1 yaĢdan 3 yaĢa qədər olan dövrü əhatə edir. Bu dövrdə 

uĢaqlar öz tələbatlarını əĢyavi-manipulyativ fəaliyyətin köməyi 

ilə ödəyirlər. Erkən uĢaqlıq dövrü özünəməxsus xüsusiyyətləri 

ilə  fərqlənir.  Bu  dövrdə  uĢaq  nitqə  yiyələnir  və  nəticədə 

Ģəxsiyyətin və fəaliyyət  subyektinin formalaĢması üçün zəmin 

yaranır.  Hələ  körpəlik  dövrünün  sonunda  (11-ci  aydan)  uĢaq 

nitqin  fonetik  quruluĢuna,  yiyələnməyə  baĢlayır,  getdikcə  söz 

ehtiyatı artır və üçüncü yaĢın axırında 300-400-ə çatır. 1 yaĢ 10 

aylıqdan  baĢlayaraq  uĢaq  ayrı-ayrı  sözləri  cümlədə 

birləĢdirməyə baĢlayır. Nitqin inkiĢafı əsasında uĢaq əĢyaları ən 



 

 

 



439 

 

parlaq  zahiri  əlamətlərinə  görə  qruplaĢdırmağa  baĢlayır.  Bunu 



ümumiləĢdirmənin  ilkin  mərhələsi  kimi  qeyd  etmək 

mümkündür.  Bu  dövrdə  psixikanın  əsas  formaları  olan  hafizə 

(tanıma  Ģəklində),  əyani-əməli  təfəkkür,  diqqət,  qavrayıĢ  fəal 

Ģəkildə  inkiĢaf  etməyə  baĢlayır.  Ġkinci  yaĢda  uĢaq  yaxın 

adamları  və  obyektləri  qavradıqdan  bir  neçə  həftə,  üçüncü 

yaĢda  bir  neçə  aydan  sonra  tanıya  bilir.  Tanıma  ilə  yanaĢı 

qavranılmıĢ əĢyaların xatırlanması da inkiĢaf edir. 

Erkən  uĢaqlıq  dövründə  nitqin  inkiĢafı  ilə  bağlı  olaraq 



təfəkkür, xüsusilə əyani-əməli  təfəkkür də inkiĢaf edir.  Lakin 

bu  dövrdə  uĢaqlar  öz  fikirlərini  sözlə  ifadə  edə  bilsələr  də, 

onların təfəkkürləri müəyyən hərəkətlərlə daha çox bağlı olub, 

bu  hərəkətlərdə  təzahür  edir.  Bu  dövrdə  uĢaqların  fikri 

fəaliyyəti əsasən konkret cisim və hadisələrlə bağlı olur. Erkən 

uĢaqlıq  yaĢında  diqqətin  yeni  xüsusiyyətləri  özünü  göstərir. 

UĢağın  böyüklərlə  nitq  ünsiyyəti  burada  mühüm  rol  oynayır. 

Söz  siqnalları  uĢağın  diqqətinin  müəyyən  obyektə  yönəlmə-

sinə, qeyri-ixtiyari diqqətin davamlılığına və dəqiqliyinə əsaslı 

təsir  göstərir.  Böyüklərin  tələbi  ilə  uĢaqlarda  ixtiyari  diqqətin 

inkiĢafı üçün Ģərait yaranır. 

Ünsiyyət prosesində uĢağın biliyi, təcrübəsi tədricən artır. 

Nəticədə  uĢaqda  ixtiyari  qavrayıĢın  -  müĢahidənin  inkiĢafı 

üçün Ģərait yaranır. Burada böyüklərin uĢağın qavrayıĢını təĢkil 

etməsi əsas rol oynayır. 

Erkən  uĢaqlıq  dövründə  müstəqillik  meylinin 

formalaĢması.  Erkən  uĢaqlıq  dövründə  uĢaqlarda  Ģəxsiyyətin 

inkiĢafı  üçün  də  zəmin  yaranmıĢ  olur.  UĢaq  özünü  baĢqa 

əĢyalardan, onu əhatə edən adamlardan ayırmağa baĢlayır. Bu 

isə uĢaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə 

səbəb olur. Üç  yaĢında uĢaqda özü haqqında təsəvvür  yaranır. 

Nəticədə uĢaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri 

ilə  adlandırmağa  baĢlayır.  Bununla  bağlı  olaraq  ilk  yaĢ 

“böhranı”, “üç yaĢın böhranı” özünü büruzə verir. UĢaq “mən” 

kəlməsini iĢlətməklə özünün müstəqilliyə olan meylini büruzə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə