Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə130/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   126   127   128   129   130   131   132   133   ...   197

 

 

 



430 

 

bölmələri  vardır.  Pedaqoji  psixologiyanın  həmin  bölmələrinə 



tərbiyə  psixologiyasını,  təlim  psixologiyasını,  pedaqoji 

fəaliyyət və müəllim şəxsiyyəti psixologiyasını aid etmək olar. 

Bununla  yanaĢı  psixoloji  ədəbiyyatın  bir  çoxunda  anoma



uşaqlarla  təlim,  tərbiyənin  psixologiyasını  da  pedaqoji 

psixologiyanın Ģöbələrindən biri kimi qeyd edirlər. 



Tərbiyə  psixologiyası  Ģəxsiyyətin  formalaĢmasının 

psixoloji  mexanizmlərini,  tərbiyə  iĢinin    metodları  və 

formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji 

cəhətdən 

əsaslandırılmasını, 

Ģagird 


kollektivinin 

psixologiyasını, özünütərbiyənin psixoloji əsaslarını, tərbiyənin 

idarəolünması problemini, «çətin» uĢaqlar, onların davranıĢının 

korreksiyası  məsələlərini  öyrənir.  Bunların  hamısı  vahid  bir 

vəzifəni - Ģəxsiyyətin formalaĢdırılması vəzifəsini yerinə yetir-

məyə yönəlmiĢ olur. 



Təlim  psixologiyası  təlimin  mahiyyəti  və  psixoloji 

qanunauyğunluqlarını,  didaktikanın,  xüsusi  metodikaların, 

problemli  təlimin,  proqramlaĢdırılmıĢ  təlimin,  əqli  əməliy-

yatların formalaĢmasının psixoloji əsaslarını, təlim və inkiĢafın 

qarĢılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir 

texniki  vəsaitlərdən  istifadənin  psixoloji  əsaslarını  və  s. 

məsələləri tədqiq edib öyrənir. 

Pedaqoji  fəaliyyət  və  müəllim  şəxsiyyəti  psixologiyası 

pedaqoji  fəaliyyətin  psixoloji  strukturunu,  müəllim  Ģəxsiyyəti 

və  onun  peĢə-psixoloji  istiqamətini,  pedaqoji  funksiyasının, 

pedaqoji  bacarıq,  vərdiĢ  və  qabiliyyətlərin  psixoloji  əsaslarını, 

pedaqoji 

mərifət 


və 

pedaqoji 

ünsiyyətin 

psixoloji 

xüsusiyyətlərini və s. öyrənir. 

 



VI.18.5. YaĢ və pedaqoji  psixologiyasının tədqiqat 

metodları 

 

Yaş  psixologiyasında  istifadə  olunan  tədqiqat 




 

 

 



431 

 

metodları kompleksi bir neçə blokdan ibarətdir. Bu metodların 

bir  qismi  ümumi  psixologiyadan,  digər  qismi  differensial 

psixologiyadan,  üçüncü  qismi  sosial  psixologiyadan  götü-

rülmüĢdür. 

UĢaqlarda 

idrak 

proseslərinin 



və 

Ģəxsiyyətin 

öyrənilməsi üçün tətbiq olunan bütün metodlar ümumi psixolo-

giyadan  götürülmüĢdür.  Bu  metodlar  uĢaqların  yaĢına  uy-

ğunlaĢdırılmaqla ayrı-ayrı yaĢ dövrlərində qavrayıĢın, diqqətin, 

hafizənin,  təxəyyülün,  təfəkkürün  və  nitqin  inkiĢaf 

xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmiĢdir. 

Differensial  psixologiya  yaĢ  psixologiyasını  uĢaqların 

fərdi  və  yaĢ  xüsusiyyətlərini  öyrənmək  üçün  zəruri  olan 

metodlarla  təmin  etmiĢdir.  Bu  metodlar  içərisində  əkizlər 

metodu xüsusi yer tutur. 

Sosial psixologiyadan götürülmüĢ metodlardan müxtəlif 

uĢaq  qruplarında  Ģəxsiyyətlərarası  münasibətləri,  eləcə  də 

uĢaqlarla  yaĢlı  adamlar  arasındakı  qarĢılıqlı  münasibətləri 

öyrənmək  üçün  istifadə  olunur.  Həmin  metodlar  uĢaqların 

yaĢına  uyğunlaĢdırılmıĢ  olur.  Bunlara  müşahidə,  sorğu,  in-



tervyu,  sosiometrik  metodu,  sosial-psixoloji  eksperimenti  aid 

etmək olar. 

Qeyd 

olunan 


metodların 

bəzilərinin 

tətbiqi 

xüsusiyyətlərinə nəzər salaq. 



Müşahidə  metodunun  müxtəlif  variantlarından  istifadə 

olunması uĢaq haqqında kifayət qədər əsaslandırılmıĢ məlumat 

əldə etməyə imkan verir. Hər cür müĢahidəni məqsədəyönəlmiĢ 

və müvafiq proqrama, plana uyğun Ģəkildə aparmaq lazımdır.  

Müvafiq nəticə əldə etmək üçün müĢahidəni müntəzəm 

aparmaq  tələb  olunur.  UĢaqlar  çox  sürətlə  inkiĢaf  edirlər. 

Onların psixologiyası və davranıĢı sürətlə dəyiĢir. Ona görə də 

uĢağın  yaĢından  asılı  olaraq  müĢahidələr  arasındakı  fasilə  də-

yiĢməli  olacaqdır.  Məsələn,  yeni  doğulmuĢ  uĢaq  üzərində  hər 

gün,  2-3  aylıqdan  bir  yaĢa  qədər  dövrdə  hər  həftə,  1-3  yaĢlı 

uĢaqlarda hər ay, bağça yaĢlı uĢaqlarda ildə ən azı iki dəfə və s. 



 

 

 



432 

 

müĢahidə  aparmaq  lazım  gəlir.  UĢaqlar  üzərində  müĢahidənin 



gizli  təĢkil  edilməsi,  uĢağın  bunu  hiss  etməməsi  daha  dəqiq 

nəticə əldə etməyə imkan verir. 

MüĢahidənin  bir  növü  kimi  "ana  gündəlikləri”ndən 

istifadə də səmərəli nəticə verir. 

Çox  vaxt  uĢaqlarla  aparılan  Ģifahi  və  yazılı  sorğu 

zamanı bir sıra çətinliklərlə rastlaĢmaq olur. Bəzən uĢaqlar ona 

verilmiĢ sualı o qədər də düzgün baĢa düĢmürlər. Ona görə də 

sorğu  zamanı  uĢağın  ona  verilən  sualı  nə  qədər  düzgün  baĢa 

düĢdüyünü müəyyənləĢdirmək lazımdır. 

UĢaqlarla  aparılan  tədqiqat  iĢində  uĢağın  psixologiyası 

və davranıĢı barədə daha düzgün məlumatlar əldə etmək üçün 

eksperiment  daha  səmərəli  metodlardan  biri  hesab  olunur. 

Eksperimentlərin  daha  səmərəli  olması  üçün  onların  təbii  Ģə-

raitdə,  oyun  və  təlim  fəaliyyətində  aparılması  zəruridir.  Bu 

zaman  uĢaqları  eksperimentin  gediĢinə  maraqlandırmaq 

lazımdır. 

Testləşdirmənin  tətbiqi  zamanı  da  uĢaqların  bu  iĢdə 

iĢtirakının stimullaĢdırılması zəruridir. Bunun üçün Kettelin və 

Vekselerin testlərinin uĢaq variantlarından və sosiometrik testin 

bəzi  formalarından  istifadə  olunması  daha  yaxĢı  nəticə  verə 

bilər. 

Pedaqoji  psixologiyanın  tədqiqat  metodlarına  gəldikdə 

ümumi psixologiyada,  yaĢ psixologiyasında və psixologiyanın 

digər  sahələrində  istifadə  olunan  tədqiqat  metodlarından 

pedaqoji  psixologiyada  da  istifadə  olunur.  Bu  metodlara 

müĢahidə,  Ģifahi  və  yazılı  sorğu,  eksperiment,  fəaliyyət 

məhsullarının təhlili, anketlər, testləĢdirmə və s. aid etmək olar. 

Pedaqoji  psixologiyada  bu  metodlardan  istifadə  edərkən 

uĢaqların  yaĢ  xüsusiyyəti,  psixoloji-pedaqoji  problemin 

xüsusiyyətləri,  onların  köməyi  ilə  uĢaqların  tərbiyəlilik  və 

hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların 

psixologiyası  və  davranıĢında  baĢ  verən  dəyiĢiklikləri  aĢkara 

çıxarmaq  imkanları  nəzərə  alınaraq  müvafiq  dəyiĢikliklər 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə