Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə126/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   122   123   124   125   126   127   128   129   ...   197

 

 

 



415 

 

mühüm  rol  oynayır.  Xüsusi  maraqlar  dedikdə,  psixologiyada 



insan fəaliyyətinn müəyyən sahəsinin məzmununa aid olan, bu 

fəaliyyət növü ilə əsaslı məĢğül olmaq meylinə çevrilən maraq-

lar  nəzərdə  tutulur.  Bu  baxımdan  insada  yaranan  idrak 

maraqları  onu  müvafiq  fəaliyyətin  üsullarına  yiyələnməyə 

təhrik  edir.  Nəticədə  idrak  maraqlarının  təsiri  altında 

fəaliyyətin mənimsənilməsi baĢ verir, insanın həmin fəaliyyəti 

müvəffiqiyyətlə icra etməsi üçün lazım olan imkanları təzahür 

edir.  Deməli,  hər  hansı  bir  fəaliyyət  sahəsinə  idrak 

maraqlarının  meydana  gəlməsi  bu  sahədə  qabiliyyətlərin 

oyanması ilə sıx bağlıdır. 

Bütün  yaĢ  dövrlərində  bu  cür  xüsusi  maraqların 

təzahürünü  müĢahidə  etmək  mümkündür.  Lakin  təcrübə 

göstərir  ki,  bu  cür  maraqlar  heç  də  həmiĢə  davamli  xarakter 

daĢımır.  Belə  olduqda  həmin  maraqlar  qabiliyyətlərin 

formalaĢmasına lazımi təsir göstərə bilmir. 

Qabiliyyətlərin  inkiĢafı.  Qabiliyyətlərin  digər  psixi 

hadisələrdən fərqləndirici xüsusiyyəti onun təbii imkanlarla sıx 

bağlı olmasından ibarətdir. Lakin nəzərə almaq lazımdır ki, hər 

bir  təbii  imkanın  qabiliyyətə  çevrilməsi  böyük  inkiĢaf  yolu 

keçməli olur. Həyati faktlar göstərir ki, insan qabiliyyətlərinin 

bir çoxunda bu inkiĢaf həyatın ilk günlərindən baĢlayır, müva-

fiq qabiliyyətlər dayanmadan inkiĢaf edir. Qabiyyətlərin inkiĢaf 

prosesini  bir  neçə  mərhələyə  ayırmaq  mümkündür.  Bu 

mərhələlərin bəzilərində gələcək qabiliyyətin anatomik-fizioliji 

əsasına hazırlıq baĢ verir, digər mərhələdə isə təbii imkanların 

qeyri bioloji planda formalaĢması, üçüncü mərhələdə isə zəruri 

qabiliyyət  müvafiq  səviyyəyə  çatması  baĢ  verir.  Bütün  bu 

proseslər paralel Ģəkildə çərəyan edə, bu və digər Ģəkildə bir bi-

rinin üzərinə düĢə, bir-birini tamamlaya bilər. 

AparılmıĢ  tədqiqatlar  göstərmiĢdirki,  elementar  Ģəkildə 

olsa  da,  əsasında  aydın  ifadə  olunan  anatomik  fizioloji 

imkanları hiss olunan qabiliyyətlərin ilkin inkiĢaf mərhələsində 

belə zəruri üzvü strukturun və ya onların əsasında zəruri  funk-




 

 

 



416 

 

sional  üzvlərin  formalaĢması  tələb  olunur.  Bu,  adətən,  anadan 



olandan 6-7yaĢa qədər olan dövrü  əhatə edir.  Bu zaman bütün 

analizatorların  təkmilləĢməsi  beyinin  ayrı-ayrı  sahələrinin, 

bünlarla bağlı olaraq hərərət orqanlarının, xüsusilə əlin inkiĢafı 

tələb  olunur.  Bütün  bunlar  uĢaqda  ümumi  qabiliyyətlərin 

formalaĢması və inkiĢafı  üçün səmərəli Ģərait yaradır ki, bu da 

xüsusi qabiliyyətlərin inkiĢafı üçün zəmin rolunu oynayır. 

Xüsusi  qabiliyyətlərin  fəal  Ģəkildə  yaranması,  özünü 

göstərməsi məktəbəqədər dövrdə müĢahidə olunur, kiçik və or-

ta  məktəb  yaĢı  dövründə  inkiĢaf  tempi  daha  da  yüksəlir.  Ġlk 

dövrlər  bu  inkiĢafa  uĢaqların  müxtəlif tipli  oyunları,  sonra  isə 

təlim və əmək fəaliyyəti əsaslı təsir göstərir. 

Psixoloji 

tədqiqatlar  göstərmiĢdir  ki,  uĢaqlarda 

qabiliyyətlərin  inkiĢafında  kompleks  Ģəkildə  aparılan  iĢlər, 

baĢqa  sözlə  eyni  vaxtda  bir-birini  tamamlayan  bir  neçə 

qabiliyyətin inkiĢaf etdirilməsi daha səmərəli nəticə verir. 

Çoxplanlı  və  müxtəlif  fəaliyyət  növlərindən  istifadə 

edən  insanda  qabiliyyətlərin  kompleks  Ģəkildə  inkiĢafı  üçün 

Ģərait yaranmıĢ olur. 

Təcrübə  göstərir  ki,  əgər  uĢağın  fəaliyyəti  yaradıcı  xa-

rakter daĢıyırsa, o daima uĢağı fikirləĢməyə məcbur edir, onun 

üçün  cəzbedici  olur,  öz  qabiliyyətini  yoxlamaq  və  inkiĢaf 

etdirmək vasitəsinə çevrilir. 

Əgər  yerinə  yetirilən  fəaliyyət  optimal  çətinlik 

zonasında,  daha  doğrusu  onun  imkanları  səviyyəsində  olarsa, 

bu  həmin  sahədə  uĢağın  qabiliyyətinin  inkiĢafını  da  öz 

arxasınca  aparacaqdır.  Bu  zonadan  kənarda  olan  fəaliyyət 

qabiliyyətin inkiĢafına lazim təsir göstərə bilməyəcəkdir. Əgər 

həmin  fəaliyyət  həddindən  artıq  sadə  olarsa,  o  sadəcə  olaraq 

yiyələndiyi  qabiliyyəti  həyata  keçirməyə  imkan  verəcəkdir. 

Əgər  yerinə  yetirilməli  olan  fəaliyyət  həddindən  artıq 

mürəkkəb  olarsa,  onda  həmin  fəaliyyət  optimal  çətinlik 

zonasını aĢdığına görə yerinə yetirilə bilməyəcək, nəticədə yeni 

bacarıq və vərdiĢlərin formalaĢmasına səbəb olmayacaqdır. 




 

 

 



417 

 

             



Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

 

1.  Siz  qabiliyyət  haqqında  nə  bilirsiniz?  Onun  tərifini 

verin. 

2. B.M.Teplov qabiliyyətləri necə xarakterizə etmiĢdir? 



3.  Qabiliyyətlərin  bilik,  basarıq  və  vərdiĢlərlə  vəhdəti 

nədən ibarətdir

4. Ġstedad nəyə deyilir? 

5.  Ġstedadın  uĢaqlıq,  yeniyetməlik  və  gənclik  dövrü 

üçün xarakterik olan    hansı növləri vardır?                  

6. Qabiliyyətləri keyfiyyət baxımından necə xarakterizə 

etmək olar? 

7.  Qabiliyyətlərin  kompensasiya  imkanları  haqqında 

danıĢın. 

8.    Xronoloji  və  ağıl  yaĢları  bir-birindən  nə  ilə 

fərqlənir? 

9. Əqli istedad əmsalı hansı düsturla hesablanır? 

10.Qabiliyyətlərin quruluĢunu Ģərh edin. 

11.Ümumi və xüsusi qabiliyyətləri xarakterizə edin. 

12.Talant və dahilik haqqında danıĢın. 

13.Təbii imkanlar qabiliyyətdə nə kimi rol oynayır? 

14.Ünsiyyətin qabiliyyətdə yeri nədən ibarətdir? 

15.Qabiliyyətlərin  formalaĢmasından  danıĢın.  Ona  təsir 

edən amillər hansılardır? 

 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular 



 

1. Qabiliyyətlər və onların quruluĢu. 

2. ġagirdlərdə qabiliyətlərin inkiĢafı. 

3. Ġnsan qabiliyyətlərinin sürətli inkiĢafı Ģərtləri. 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə