Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə123/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   119   120   121   122   123   124   125   126   ...   197

 

 

 



406 

 

 



                     

                             Ağıl yaĢı x100 

          ĠQ=----------------------------------------------    

                    UĢağın xronoloji yaĢı (faktik yaĢ) 

 

                    MA 



           ĠQ=---------.100 

                       CA 

Məsələn, əgər testlərlə aparılan yoxlama nəticəsində iki 

uĢağın (10yaĢ yarım və 14 yaĢ) hər ikisi eyni (120) xal toplasa 

və  beləliklə  də  onların  hər  birinin  ağıl  yaĢı    11,5  ilə  bərabər 

olsa,  onda  həmin  uĢaqların  əqli  istedad  əmsalını  bu  cür 

hesablamaq olar: 

                            11,5 

Birinci uĢaq ĠQ  =--------.100=109,5  

                             10,5 

 

                         11,5 

Ġkinci uĢaq ĠQ =--------.100=82,1 

                               14 

Beləliklə birinci uĢağın əqli istedad əmsalı 109,5, ikinci 

uĢağınkı isə 82,5 olur. Bu isə o deməkdir ki, birinci uĢaq əqli 

cəhətdən  ikinci  uĢağa  görə  daha  istedadlıdır  (testologiya 

təcrübəsində  ĠQ_130-a  bərabərdirsə  uĢaq  istedadlı,180  dan 

çoxdursa  ən  istedadlı  hesab  olunur.  Lakin  psixoloqların 

apardıqları  elmi  psixoloji  təhlil  bu  əqli  istedad  əmsalının  bir 

növ  fiksiya  olduğunu  göstərir.  Əslində  isə  yuxarıda  təsvir 

olunan  priyomların  cəmi  insanın  əqli  qabiliyyətlərini  deyil, 

onda bu və ya digər məlumat, bacarıq və vərdiĢlərin olduğunu 

göstərir 

ki, 


qabiliyyətlər 

onlarla 


qarıĢdırılmamalıdır. 

Qabiliyyətlərin  mahiyyətini  təĢkil  edən  bilik  və  bacarıqların 

qazanılması isə burada aydınlaĢdırılmamıĢ qalır. 

Heç  də  bütün  bu  deyilənlərdən  qabiliyyətlərin 




 

 

 



407 

 

kəmiyyətcə  xarakteristikasının  və  ölçülməsinin  mümkün 



olmadığı  və  müxtəlif  diaqnostik  metodlardan,  test  və 

yoxlamalardan  istifadənin  əvvəlcədən  arzuedilməz  olduğu 

haqda  nəticə  çıxarılmamalıdır.  Bir  çox  sahələrdə,  məsələn 

anadangəlmə  qüsurları nəticəsində zehni cəhətdən geridə qalan 

uĢaqların  müəyyənləĢdirilməsində,  yüksək  riyazi  qabiliyyətə 

malik  olan  uĢaqların  ixtisaslaĢmıĢ  məktəbdə  oxuması  üçün 

seçilməsində,  təyyarəçi  və  kosmanavtların  seçilməsində 

testləĢdirmə aktual bir məsələ kimi əhəmiyyətlidir. Bu mənada 

nə  qısa  yoxlamalar,  nə  də  onların  nəticələrinin  kəmiyyətcə 

təhlili heç bir etiraz doğurmur. 



 

V. 17. 3. Qabiliyyətlərin quruluĢu 

 

Əvvəlki  bölmədə  qeyd  olunduğu  kimi,  qabiliyyət 

insanın  hər  hansı  bir  fəaliyyət  sahəsi  üçün  daha  çox  yararlı 

olduğunu  ğöstərən  fərdi-psixi  xassəsidir.  Bu  baxımdan 

qabiliyyətlər  son  nəticədə  konkret  fəaliyyətin  tələbi  ilə 

Ģərtlənir.  Məhz  buna  görə  də  hər  bir  fəaliyyət  növü  müvafiq 

qabiliyyətlər  olmadan  müvəffəqiyyətlə  həyata  keçirilə  bilməz. 

Məsələn,  müəllimin  pedaqoji  qabiliyyətlərin  strukturuna 

pedaqoji  fəaliyyəti  müvəffəqiyyətlə    yerinə  yetirmək  üçün 

zəruri  olan  Ģəxsi  pedaqoji  qabiliyyətlər  (müĢahidəçilik, 

uĢaqlara  hüsn-rəğbət  bəsləmək,  dözümlülük,  özünə  sahib 

olmaq);  didaktik  qabiliyyətlər  (izah  edə  bilmək,  natiqlik, 

nəzəri);  təĢkilati-kommunikativ  qabiliyyətlər  (təĢkilatçılıq, 

avtoritar,  kommunikativ,  perseptiv,  pedaqoji  mərifət,  artistlik) 

və s. qabiliyyətlər daxil olur. Bunlardan bəziləri (uĢaqlara hüsn 

rəğbət  bəsləmək,  müĢahidəçilik,  pedaqoji  mərifət,  izah  edə 

bilmək, təĢkilatçılıq və s.) əsas,  aparıcı, digərləri isə (natiqlik, 

artistlik və s.) yardımçı qabiliyyətlər kimi pedaqoji qabiliyyətin 

strukturuna  daxil  olur,  təlim  və  tərbiyənin  müvəffəqiyyətlə 

həyata keçirilməsini təmin edir. 

Digər  fəaliyyət  növlərinin  müvəffəqiyyətlə  həyata 



 

 

 



408 

 

keçirilməsi üçün zəruri olan qabiliyyətlərin strukturunda da bu 



cür xüsusiyyəti müĢahidə etmək mümkün olur. Məsələn, ədəbi 

qabiliyyətlərin  strukturuna  estetik  hisslərin  inkiĢafı,  əyani 

hafizə surətlərinin (eydetik surətlərin) olması, nitqi hiss etmək, 

fantaziya  zənginliyi,  insan  psixologiyasını  dərindən  bilmək  və 

s. qabiliyyətlər özünəməxsus Ģəkildə birləĢir. 

Ümumi  və  xüsusi  qabiliyyətlər.  Adətən,  hər  Ģeydən 

əvvəl insan üçün spesifik olan qabiliyyətlərin ümumi və xüsusi 

olmaqla iki növünü qeyd edirlər.                                                                                                                                                            

Ümumi  qabiliyyətlərə  insanın  müxtəlif  fəaliyyət 

növlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün zəruri olan 

qabiliyyətləri  aid  edirlər.  Nitq    qabiliyyəti,  əqli  qabiliyyətlər, 

hafizə, müĢahidəçilik və s. qabiliyyətləri ümumi qabiliyyətlərə 

aid  etmək  olar.  Məsələn,  müĢahidəçilik  qabiliyyətini  Ģagird, 

müəllim,  yazıçı,  rəssam,  kəĢfiyatçı,  alim  və  baĢqa  fəaliyyət 

növlərini həyata keçirən insanlar üçün ümumi qabiliyyət hesab 

etmək olar. 

Xüsusi  qabiliyyətlərə  gəldikdə,  bu  cür  qabiliyyətlər 

insanın hər hansı bir spesifik fəaliyyət növünü müvəffəqiyyətlə 

yerinə  yetirməsi  üçün  zəruri  olan  qabiliyyətlərdir.  Bu  cür 

qabiliyyətlərə  musiqi,  riyazi,  linqvistik,  texniki,  ədəbi,  idman 

və s. qabiliyyətləri aid etmək olar. Adətən, xüsusi qabiliyyətlər 

insanda  müvafiq  təbii  imkanların  olması  zəruridir.  Adətən, 

ədəbi yaradıcılıq fəaliyyəti üçün poetik görmə, söz ehtiyatı və 

ifadəli nitq, söz assosiasiyalarının zənginliyi, obrazlı təfəkkür, 

surət hafizəsi, yaradıcı təxəyyül və s. xüsusi qabiliyyətlər kimi 

qeyd etmək olar. 

Həyati  faktlardan  məlum  olduğu  kimi,  hər  hansı  bir 

fəaliyyətin  müvəffəqiyyətlə  yerinə  yetirilməsi  üçün  insanda 

qabiliyyətlərin  həm  ümumi,  həm  də  xüsusi  növlərinin 

formalaĢması  zəruridir.  Əksər  tədqiqatçıların  fikrincə  ümumi 

və  xüsusi  qabiliyyətlər  bir-biri  ilə  ziddiyyət  təĢkil  etmirlər. 

Onlar birgə  mövcud  olmaqla  bir-birini  tamamlayır, fəaliyyətin 

müvəffəqiyyətini  təmin  edirlər.  Bəzi  mütəxəsislərin  fikrincə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə