Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə121/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   117   118   119   120   121   122   123   124   ...   197

 

 

 



400 

 

B.M.Teplov  «qabiliyyət»  anlayıĢının  üç  əsas  əlamətini  qeyd 



etmiĢdir.

1

 



B.M.Teplova  görə  qabiliyyətlər  altında,  birincisi, 

insanları 

bir-birlərindən 

fərqləndirən 

fərdi-psixoloji 

xüsusiyyətlər baĢa düĢülür. Ġkincisi, ümumiyyətlə hər cür fərdi 

xüsusiyyəti deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti 

müvəffəqiyyətlə  icra  etməyə  imkan  verən  fərdi  xüsusiyyəti 

qabiliyyət  adlandırmaq olar. 

Üçüncü,  «qabiliyyət»  anlayıĢını  hər  hansı  bir  insanda 

artıq yaranmıĢ olan bilik, vərdiĢ və bacarıqlarla  eyniləĢdirmək 

olmaz. 


A.V.Petrovskinin 

və  M.Q.YaroĢevskinin  fikrincə 

qabiliyyətlər və bilik, qabiliyyətlər və bacarıq, qabiliyyətlər və 

vərdiĢlər  eyniyyət  təĢkil  etmir.  Bilik,  bacarıq  və  vərdiĢlərə 

nisbətdə  qabiliyyətlər  bir  növ  imkan  kimi  çıxıĢ  edir.  Onların 

fikrincə  psixologiya  elmi  qabiliyyətlər  ilə  fəaliyyətin  mühüm 

komponentləri  olan  bilik,  bacarıq  və  vərdiĢlərin  eyni 

olmadıqlarını inkar etməklə yanaĢı, onların vəhdətini də xüsusi 

olaraq  göstərir.  Qabiliyyətlər  yalnız  fəaliyyətdə,  özü  də  həmin 

qabiliyyətlər  olmadan  icrası  mümkün  olmayan  fəaliyyətdə 

aĢkar olunur. 

Bəs qabiliyyətlərin bilik, bacarıq və vərdiĢlərlə vəhdəti 

nədə  ifadə  olunur?  Qabiliyyətlər  bilavasitə  bilik,  bacarıq  və 

vərdiĢlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün 

baĢqa Ģərtlər  eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik 

və bacarıqlara yiyələnmə prosesinin nə qədər tez, dərin, asan və 

möhkəm icra olunmasında təzahür edir. 

Qeyd  edilənlərdən  aydın  olur  ki,  qabiliyyətlər  Ģəx-

siyyətin  fərdi-psixoloji  xüsusiyyətləri  olub,  hər  hansı  bir 

fəaliyyətin  müvəffəqiyyətlə  icrasına  imkan  yaradır  və  həmin 

fəaliyyət  üçün  zəruri  sayılan  bilik,  bacarıq  və  vərdiĢlərə 

                                                 

1

 Теплов Б.М. Способность и одаренность. // Хрестоматия  по возрас-



тной и педагогической психологии. – М., 1981, с. 32-33. 


 

 

 



401 

 

yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır. 



 Qabiliyyət və istedad. Burada yeri gəlmiĢkən qabiliyyət və 

istedad  anlayıĢlarının  fərqləndirilməsinə  də  diqqət  yetirmək  lazım 

gəlir.  Psixoloji  ədəbiyyatı  nəzərdən  keçirdikdə  müasir 

psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsu-

si yer tutur. Psixoloqlar bunu hər Ģeydən əvvəl onunla bağlı hesab 

edirlər  ki,  qabiliyyətlərin  fəaliyyət  prosesində  qarĢılıqlı  əlaqəsinin 

təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik 

əhəmiyyəti  də  vardır.  Təcrübə  göstərir  ki,  insanın  hər  hansı  bir 

fəaliyyəti müvəffəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil, 

bir neçə qabiliyyət iĢtirak edir. Bu baxımdan qabiliyyətlərin bir və 



ya  bir  neçə  fəaliyyətin  müvəffəqiyyətli  icrası  üçün  şərt  olan 

özünəməxsus birliyi istedad adlanır. 

Professor  Ə.S.Bayramov  və  prof.  Ə.Ə.Əlizadənin  qeyd 

etdikləri kimi, əgər müĢahidəçilik, poetik görmə, surət, hiss və 

hərəkət  hafizəsi,  yaradıcı  təxəyyül,  obrazlı  təfəkkür,  lüğət 

ehtiyatının  zənginliyi  və  ifadəli  dil,  söz  assosiasiyalarının 

zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində 

üzvi  surətdə  birləĢib  onu  müvəffəqiyyətlə  icra  etməyə  imkan 

verirsə, bu ədəbi istedaddır. 

Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Bu-

raya  müĢahidəçilik,  didaktik,  komunikativ,  perseptiv,  pedaqoji 

təxəyyül,  yüksək nitq, suqqestik və s. qabiliyyətlərin məcmuu 

daxildir.  Bu  cür  istedada  malik  olan  müəllim  pedaqoji 

fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir. 

Ġstedadın uĢaqlıq, yeniyetməlik və gənclik yaĢı dövrləri 

üçün səciyyəvi olan aĢağıdakı növlərini qeyd etmək olar: 

 

                                          



                                    

                                                           

                                                         

 

Йарадыъы башланьыъ 



Академик истедад 

Бядии истедад 

Конструктив (техники) истедад 



 

 

 



402 

 

                                              



                                       

                                          

                  

                           ġəkil 17 

Ġstedadın növləri (Ə.Ə.Əlizadəyə görə) 

Professor  Ə.Ə.Əlizadə  haqlı  olaraq  istedadı  yaradıcılıq 

hadisəsi adlandırır. Onun hansı növü olursa olsun, ancaq və an-

caq    yaradıcılıq  kontekstində  nəinki  dəyərləndirilməlidir,  həm 

də öyrənilməlidir

1



Qabiliyyətlərin  mahiyyətini  dərk  etmək  üçün  onları 

keyfiyyət və kəmiyyət baxımından xarakterizə etmək zəruridir. 

  

V.12. 2. Qabiliyyətlərin keyfiyyət və  

kəmiyyət xarakteristikası 

 

Qabiliyyətlərin keyfiyyət xarakteristikası. Ġnsanın nəyə 

qabil  olması,  onun  yerinə  yetirdiyi  fəaliyyət  prosesində  hansı 

fərdi-psixoloji  xüsusiyyətlərin  müvəffəqiyyət  qazandırıcı 

imkanlar  kimi  iĢtirak  etməsi  onun  qabiliyyətlərinin  keyfiyyət 

xarakteristikası kimi özünü göstərir.         

Bu  sahədə  araĢdırma  aparmıĢ  psixoloqların  qeyd 

etdikləri  kimi,  qabiliyyətlər  onların  keyfiyyət  xüsusiyyətləri 

baxımından  fəaliyyətin  müvəffəqiyyətli  icrasını  təmin  edən 

mürəkkəb  psixoloji  xassələr  kompleksi,  müxtəlif  yollarla 

məqsədə  nail  olmağa  imkan  verən  dəyiĢən  «kəmiyyətlər» 

yığımı  kimi  özünü  göstərir.  Bunu  aparılmıĢ  tədqiqatların 

nəticələri də sübut etmiĢdir. 

                                                 

1

 Ялизадя Я.Я. Истедадлы ушаглар. Психоложи мясяляляр. Есселяр, етüдляр. – 



Бакы, 2005, сящ. 29 

Психомотор истедад 

Сосиал истедад 

Педагожи истедад 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə