Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə117/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   113   114   115   116   117   118   119   120   ...   197

 

 

 



387 

 

hesab  etmək,  yəni    psixopatiya  kimi    qiymətləndirmək  olar. 



A.E.Liçkonun fikrincə bu ilk əlamət atalar sözündə yaxĢı misal 

gətirilir  (Necə  gəlibsənsə  elə  də  gedəcəksən).  Ġkinci  əlamət  – 

xarakterin  ümumilik  əlamətidir;  psixopatlarda  xarakterin  eyni 

bir  xüsusiyyətinə  hər  yerdə  rast  gəlinir:  evdə,  iĢdə  istirahət 

edərkən və  tanıĢların da, özgələrinin  də arasında. Əgər insan 

evdə bir cür, adamlar arasında baĢqa cürdürsə o psixopat deyil. 

Nəhayət,  üçüncü,  demək  olar  ki,  psixopatiyanın  ən  güclü 

əlaməti – sosial uyğunsuzluqdur. 

        Bu  əlamət  ondan  ibarətdir  ki,  insan  daima  həyati  çətin-

liklərlə qarĢılaĢır. 

        Normal xarakterlərin son   variantları kimi xarakterin  ak-

sentuasiyasına gəldikdə isə, bu xarakterli insanlar üçün də bəzi 

problemlər  və  çətinliklər  xarakterikdir.  Buna  görə  də  həm 

terminin  özü,  həm  də  aksentuasiyalı  xarakterlərin  ilk  tətqi-

qatları  psixiatrların  əsərlərində  ilk  dəfə  iĢıq  üzü  görüb.  Hər 

halda  aksentuasiyalı    xarakterlərin  problemləri  bəlkə  də  daha 

çox ümumi psixologiyaya aiddir. 

        MəĢhur  alman  psixiatrı  K.Leonqardın  fikrincə,  20%-50% 

insanlarda  xarakterin  bəzi  əlamətləri  o  qədər  kəskinləĢir  ki, 

(diqqəti  cəlb  edir)  mübahisələrə  və  əsəb  pozuntusuna  gətirib 

çıxarır.  Xarakterin  aksentuasiyası  onun  ayrı-ayrı  xüsusiy-

yətlərinin, digərlərinin əksinə olaraq inkiĢafının ĢiĢirdilməsidir 

və  bunun  nəticəsində  də  ətrafdakı  adamlarla  qarĢılıqlı  əlaqəni 

çətinləĢdirir.Leonqard aksentuasiyanın 12 tipini ayırır.         

Xarakterin  aksentuasiyasına  daha  çox  yeniyetmə  və 

gənclərdə    rast  gəlinir  (50-80%).  Aksentuasiyanın  tiplərini  

xüsusi    psixoloji  testlərin  köməyi  ilə  müəyyən  etmək  olar. 

Leonqard  aksentuasiyanın  tiplərinin  aĢağıdakı  təsnifatını 

vermiĢdir.   

1)

 

Gipertim  tip  –  bu  tipə  mənsub  olan  adamlar 

həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika 

və  pantomimikaları,  çox  danıĢan,    azdanıĢan,  baĢladıqları 

söhbətdən spontan Ģəkildə uzaqlaĢmaları, həmiĢə birinci olaraq  




 

 

 



388 

 

konflikt  yaratmaları  ilə  fərqlənirlər.  Müsbət  cəhətlərinə 



gəldikdə  bu  cür  adamlar,  həmsöhbəti  cəlb  edən,  optimist, 

təĢəbbüskar olurlar. Onlar çətin iĢi, tənhalığı sevmirlər. 



2)

 

Distim  tip  –  onlar  üçün  zəif  təmas,  az  danıĢmaq, 

pessimist  əhval-ruhiyyənin  üstünlüyü  xarakterik  haldır. 

Konfliktə az girir, qapalı həyat keçirməyə meyllidirlər. Onlarla 

dostluq  edəni  sevir,  ona  tabe  olmağa  hazırdırlar.  Ciddiliyi, 

həqiqəti  sevirlər.  Passivlik,  lənglik,  fərdiyyətçilik  onlar  üçün  

xarakterik haldır.  



3)

 

Tsikloid tip – bunlara əhval-ruhiyyənin tez-tez dəyiĢ-

məsi xarakterikdir və bunun nəticəsində ətrafdakılarla ünsiyyət 

qaydaları  dəyiĢir,  əhvalları  yaxĢı  olduqda    ünsiyyətli,  pis 

olduqda qapalı olurlar; 



4)

 

Təsirlənən (qıcıqlanan) tip – ünsiyyətdə  təmasə az 

həvəsliliyə , mübahisələrə və söyüĢə meyillidir



5)

 

Ləngiyən  tip  –  orta  ünsiyyət,  öyüd-nəsihət  verməyə 

meyillilik,  azdanıĢan,  bəzən  həddən  artıq  özünə    güvənən, 

qısqanc,  Ģöhrətpərəst,  yaxınlarına  və  iĢçilərinə  ifrat  tələblər 

irəli sürəndir. 



6)

 

Pedant  (xırdaçı)  tip  –  münaqiĢəyə  çox  az  halda 

giriĢir,    mübahisələrdə    passiv  mövqe  tutur,  iĢdə  özünü 

bürokrat  kimi  aparır.  Səliqəli,  ciddi,  eyni  zamanda  konfliktə 

meyllilik xüsusiyyətlərinə malikdir. 



7)

 

Həyəcanlı tip – ünsiyyəti  sevmir, özünə inamsızlıq, 

qorxaqlıq  göstərir,  qəmgin  əhval-ruhiyyədə  olur,  az  halarda  

münaqiĢəyə  girirlər.  Dostluğa,  özünü  tənqidə,  iĢgüzarlığa 

meyllidirlər. 



8)

 

Emativ  tip  –  seçdiyi  çox  az  adamla  ünsiyyətdə 

olmağı  üstün  tutur,  nadir  hallarda  mübahisəyə  giriĢir,  həddən 

artıq həssas və ağlağandır; 

9)

 

NümayiĢkar  tip  –  ünsiyyətlidir,  liderliyə  can  atır, 

hakimiyyətə  və  tərifə  çox  həvəslidir.  Ġnsanlara  yüksək 

uyğunlaĢma  qabiliyyətini  və  bununla  birlikdə  xüdbinlik, 

ikiüzlülük, lovğalıq, intriqalara meylini nümayiĢ etdirir; 




 

 

 



389 

 

10)



 

CoĢğun tip  –  yüksək ünsiyyətlilik  bacarığı,  çox da-

nıĢan  (qeybətçil),  tez-tez  aĢiq  olmaq  onlar  üçün  xasdır.  Onlar 

alturistdirlər, 

ürəyi  yumĢaqdırlar,  yaxĢı  zövqləri  var, 

hisslərində səmimi və açıqdırlar, hay-küyçüdürlər

11)

 

Ekstravert  tip  –  ünsiyyətlidirlər,  onların    çoxlu 

dostları  var,  çox  danıĢandırlar,  hər  bir  məlumatı  müzakirə 

etməyi  xoĢlayırlar,  tez-tez  liderliyi  baĢqalarına  verirlər,  itaət 

etməyi  və  kölgədə  qalmağı  üstün  tuturlar,  tez  təsirə  düĢürlər, 

yüngülxasiyyətlidirlər, əyləncələrə, dedi-qodulara meyllidirlər

12)

 

Ġntrovert  tip  –  o  az  təmaslıdır,  qapalıdır,  xəyal-

pərvərdir,  filosofluğa  meyllidir.  Həmçinin  bu  insanlar  təkliyi 

sevirlər,  prinsipiallıq    və  təmkinlilik  kimi  cəzbedici 

xüsusiyyətlərə 

malikdirlər. 

XoĢagəlməz 

xüsusiyyətləri 

bunlardır:  inadkarlıq,  təfəkkürdə  lənglik,  öz  ideyalarını  (hətta 

səhv olsa belə) inadkarcasına müdafiə etmək. 

Sonralar  Yeniyetmələrdə  xarakterin    aksentuasiyasının 

təsnifatını A.E.Liçko (1983) vermiĢdir. Bunlar aĢağıdakılardır:  

1)

 

Gipertim  tip  –  hərəkətlidir,  ünsiyyətlidir,  Ģuluqluğa 

meyllidir;  Onların  əhvalı  həmiĢə  yaxĢı,  yüksək  olur.  Tez-tez 

konfliktə girirlər. Onlar çox Ģeyə həvəs göstərirlər, lakin axıra 

qədər çatdırmırlar. 



2)

 

Tsikloid  tip  –  tez  qıcıqlanır,  fəaliyyətsizliyə 

meyllilidir,  əhval-ruhiyyəsi  tez-tez  dəyiĢir.  Evdə  tək  qalmağa 

üstünlük verirlər. 

3)

 

Qərarsız  tip  -  əhval-ruhiyyəsi  həddən  artıq    tez-tez, 

həm də daha  çox gözlənilməz surətdə dəyiĢir; 



4)

 

Astenonevrotik tip – bu tip həddən artıq vasvasılığı, 

Ģıltağlığı, yoruculuğu və tündməcazlığı ilə xarakterizə olunur



5)

 

Senzitiv  tip  –  o  hər  Ģeyə  qarĢı  yüksək  həssaslıq 

göstərir.  Bu  yeniyetmələr  böyük  məclisləri  və  hərəkətli 

oyunları sevmirlər, onlar adətən utancaq və qorxaqdırlar; 

6)

 

Psixoastenik  tip  –  bu  tipli  yeniyetmələr  intellektin 

erkən  və  sürətli  inkiĢafı  ilə,  düĢüncə  və  xəyallara  dalmağa 

meylliliklə  xarakterizə  edilirlər.  Buna  baxmayaraq,  onlar  çox 





Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə