Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə115/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   111   112   113   114   115   116   117   118   ...   197

 

 

 



381 

 

Xarakter  əlamətləri  içərisində  bəziləri  əsas,  aparıcı 



əlamət  kimi  özünü  göstərəcək  və  bütün  kompleksin 

təzahürünün  inkiĢafına  istiqamət  verəcəkdir.  Bunlarla  yanaĢı 

olaraq  xarakterdə  ikinci  dərəcəli  əlamətlər  də  mövcud  olur  ki, 

onlar bir halda əsas əlamətlərə tabe olur, onlarla Ģərtlənir, digər 

halda əsas əlamətlərlə uyğunlaĢa bilmir. 

Xarakter  əlamətləri  və  Ģəxsiyyətin  münasibətləri. 

Xarakter  əlamətləri  Ģəxsiyyətin  müxtəlif  münasibətləri  ilə 

müəyyən  edilən  xassələr  sisteminə  malikdir.  Bu  münasibətlər 

eyni  zamanda  xarakterin  mühüm  əlamətlərini  təsnif  etmək 

üçün  əsas  rol  oynayır.  Bu  baxımdan  Ģəxsiyyətin  münasibətlər 

sistemini 

və  xarakter  əlamətlərini  aĢağıdakı  Ģəkildə 

qruplaĢdırmaq olar:   

       1.  Ġnsanın  baĢqa  adamlara:  doğma  və  yaxın  adamlara, 

təhsil  və  iĢ  yoldaĢlarına,  tanıdığı  və  az  tanıdığı  adamlara 

münasibətdə  ifadə  olunan  xarakter  əlamətləri.  Bunlara 

sədaqətlilik,  prinsipiallıq  və  prinsipialsızlıq,  ünsiyyətlilik  və 

qapalılıq,  doğruçuluq  və  yalançılıq,  mərifətlilik  və  kobudluq, 

qayğıkeĢlik və laqeydlik və s. aid etmək olar. 

        2.  Ġnsanın  özünün  özünə  münasibətini  bildirən  xarakter 

əlamətləri.  Bunlara  heysiyyət,  öz  gücünə  inam  və  inamsızlıq, 

Ģöhrətpərəstlik,  lovğalıq,  təvazökarlıq,  özü  haqqında  yüksək 

fikirdə olmaq və s. aid etmək olar.  

        3.  Əməyə  münasibətdə  özünü  göstərən  xarakter 

əlamətləri.  Bunlalara  vicdanlılıq,  əməksevərlik,  tənbəllik, 

təĢəbbüskarlıq,  iĢə  məsuliyyətli  və  məsuliyyətsiz    münasibət, 

ciddilik və s. aid etmək olar. 

        4.  Ġnsanın  əĢyalara  münasibətini  ifadə  edən  xarakter 

əlamətləri. Bunlara səliqəlilik və ya pintilik, əĢyalara qayğılı və 

qayğısız münasibət və s. aid etmək olar. 

 

 




 

 

 



382 

 

V.16.3. Xarakter haqqında təlimlər tarixindən 



 

        Xarakteri  tədqiq  etmək  cəhdləri  hələ  qədim  zamanlardan 

olmuĢdur.Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. 

O etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmıĢdır. 

Qədim  yunan  ədəbiyyatında  Afina  cəmiyyətində  yayılmıĢ 

xarakter  tipologiyasını  Teofrast  təsvir  etmiĢdir.  Xarakterin 

tədqiqatına  zahiri  görünüĢün  onun  müəyyən  Ģəxsiyyət  tipinə 

məxsusluğu  arasında  bağlılıq  haqqında  elm-fizioqnomika 

əhəmiyyətli dərəcədə təsir göstərmiĢdir.    

        XIX  əsrin  birinci  yarısında  xarakter  haqqında  elm  yaran-

mağa  baĢladı.  Frenologiyanın    yaradıcısı  Qall  insan  xarak-

terinin  təĢəkkül  tapdığı  27  elementar  psixi  xüsusiyyətləri 

sadalayır,  onların  arasında  artıq  –  törəmə  instinkti,  övlada 

məhəbbət,  bağlılıq,  dostluq,  dağıdıcı  instinkt,  mübarizəyə  və 

özünü müdafiəyə meyillilyi qeyd etmək olar. 

        XIX əsrin sonlarında xarakter problemləri üzrə ilk maraqlı 

əsərlər  kimi: F.Cordonun “Ġnsanın genealogiya və bədəni nöq-

teyi-nəzərdən  xarakter”  və  F.Polanın  “Xarakterin  psixolo-

giyası” kitabları meydana gəlir.  

        XX  əsrin  əvvələrində  A.F.Lazurski  ilk  dəfə  olaraq  təkcə 

insanın  subyektiv  xüsusiyyətlərini  deyil,  həm  də  onun  dünya 

görüĢünü, “ictimai baxıĢlarını” nəzərə alan xarakterin psixosial 

təsnifatını yaratmağı  təklif etdi. Lazurski insanın ətraf mühitə 

uyğunlaĢma  dərəcəsindən  və  ətraf  mühitin  insana  hansı 

dərəcədə təzyiq göstərməsindən asılı olaraq üç psixoloji səviy-

yə  ayırd  edirdi:  aşağı  səviyyə  –  kifayət  qədər  uyğunlaĢma 

qabiliyyəti  olmayan  insanlar;  orta  səviyyə  -  ətraf  mühitdə  öz 

yerini tapa bilən və ondan öz məqsədləri üçün istifadə edə bilən 

insanlar;  ali  səviyyə  -  yaradıcı  səviyyədir.  O  ətraf  mühiti 

dəyiĢdirməyə çalıĢan insandır. 

        Bu üç uyğunlaĢma və  üstünlük səviyyələrini nəzərə alma 

əsasında  Lazurski  xarakterin  aĢağıdakı  təsnifatını  təklif 




 

 

 



383 

 

etmiĢdir: 



        AĢağı  səviyyə:  1)  ağıllı  tip;  2)  affektiv  tip  (hərəkətli, 

hissiyatlı,  xəyalpərvər);  3) fəal  tip (impulsiv,  enerjili, itaətkar, 



fəal, inadkar). 

        Orta səviyyə:1) praktik olmayan nəzəriyyəçilər,idealistlər 

(alimlər,  rəssamlar,  dini  xəyalpərəstlər);  2)  praktiklər  – 

realistlər, alturistlər, ictimayətçilər, hökümlülər, evdarlar. 

        Ali  səviyyə:  Bu  insanlara  Ģüurluluq,  ruhi  duyğuların 

uzlaĢması, ali insani ideallar xasdır. Sonrakı tədqiqatlar xarak-

terin daha dəqiq anlaĢılmasına gətirib çıxardı.  

        Fərdi  xarakterlərin  tipologiyasını  təhlil  edən  Z.Freyd 

xarakterin  strukturu    ideyasını  əsas  götürərək  sübut  edir  ki, 

“müəyyən  əlamətlərdən  əsas  xarakterin  formalaĢdırılması 

formulunu  çıxartmaq    olar,  həm  də  nəzərə  almaq  lazımdır  ki, 

daimi əlamətlər ya dəyiĢilməyən ilkin impulsları, ya da onların 

sublimasiyasını  və  ya  onların  yaratdığı  reaktiv  törəmələrini 

təmsil edir”. 

        Erkən  uĢaqlığın  xüsusiyyətləri,  psixoseksual  mərhələnin 

inkiĢaf  etməsinin  spesifikası,  müəyyən  psixoseksual  mərhə-

lənin təsbit edilməsi insanın xarakterinin xüsusiyyətlərini Ģərt-

ləndirir.  Freyd  xarakteri  oral-passiv,    oral-təcavüzkar,  anal-

xarakterə, genital xarakterə ayırırdı. 

        Müasir  psixoanalitiklər    xüsusilə  A.Louenin  tipoloji  

modelində  xarakterin  aĢağıdakı  tiplərini  ayırırlar:  aral,  mazo-

xist, əsəbi, fallik-narsis, Ģizoid. 

.        A.Louen xarakter anlayıĢını yalnız pataloji hallarla məh-

dudlaĢdırmağı  təklif  edirdi.  Ġnsan  -  əgər  onun  tipik  davranıĢ 

vasitələri, yəni xarakteri yoxdursa o sağlamdır. Bu o deməkdir 

ki,  o  real  həyatda  Ģəraitin  müəyyən  tələblərinə  uyğunlaĢaraq 

özünü  çox  gözlənilməz  aparır.  Müasir  amerika  psixolo-

giyasında    xarakterin  iki  alternativ  tərifindən  istifadə  olunur: 

“Xarakter – Ģəxsiyyətin əxlaqi və mənəvi baxıĢıdır”; “Xarakter 

– Ģəxsiyyətin sübutlara nöqteyi-nəzəridir”. 

        R.Kettel Ģəxsiyyətin əsas  amilləri arasında güc və zəifliyi 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə