Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə116/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   112   113   114   115   116   117   118   119   ...   197

 

 

 



384 

 

qeyd  edirdi.  Onun  funksiyası“Ali-mən”in  gücü  sərt  və  prin-



sipial  hərəkət  edən  insanın  iradəsinin  gücünü,  “Ali-mən”in 

zəifliyi isə öz hərəkətlərində qeyri-sabit olan insanın iradəsinin 

zəifliyini bildirməkdən ibarətdir. 

        Kettelə  görə  xarakter  –  insanın  müəyyən  münasibətlərdə 

davranıĢında özünü biruzə verən, Ģəxsiyyətin  əldə etdiyi daha 

sabit  zəruri  xüsusiyyətlərinin  fərdi  uyğunluğudur.      Bunlar 

aĢağıdakılardır: 

1.

 

Özünə  münasibət  (tələbkarlığın,  tənqidin,  özünəqiy-

mətləndirmənin dərəcəsi). 

2.

 

BaĢqalarına  münasibət  (fərdilik  və  ya  kollektivçilik, 

eqoizm  və  ya  alturizm,  qəddarlıq  və  ya  xeyirxahlıq, 

laqeydlik  və  ya  həssaslıq,  kobudluq  və  ya  nəzakət,  ya-

lançılıq və ya düzgünlük və s.). 

3.

 

TapĢırılan  iĢə  münasibət  (tənbəllik  və  ya  iĢgüzarlıq, 

səliqəlilik və ya pintilik, təĢəbbüskarlıq və ya passivlik, 

səbirlilik  və  ya  səbirsizlik,  məsuliyyət  və  ya    məs-

uliyyətsizlik, təĢkilarçılıq və s.). 

4.

 

Xarakterdə  iradi  keyfiyyətlər  də  öz  əksini  tapır:  çə-

tinlikləri,  mənəvi  və  fiziki  ağrıları  dəf  etməyə  hazır 

olmaq, sərbəstliyin, intizamın, inadkarlığın dərəcəsi. 

        Xarakterin ayrı-ayrı xüsusiyyətləri bir-birindən asılıdır və 

bir-birləri ilə sıx bağlıdır. Xarakterin əlamətləri (xüsusiyyətləri) 

dedikdə insan Ģəxsiyyətinin bu və ya baĢqa xüsusiyyətləri  baĢa 

düĢülür. Bu xüsusiyyətlər insanın müxtəlif fəaliyyət növlərində 

sistemli  Ģəkildə  özünü  biruzə  verir  və  bunlara  görə  müəyyən 

Ģəraitdə  Ģəxsiyyətin  etdiyi  hərəkətləri  qiymətləndirmək  olar. 

Əlamətlərin  birinci  qrupuna  Ģəxsiyyətin  istiqamətini  (meylini) 

ifadə  edən  xüsusiyyətlər  (sabit  ehtiyaclar,  maraqlar,  meyllər, 

ideallar,  məqsədlər),  ətraf  mühitə  münasibətlər  və  bu  mü-

nasibətləri  həyata  keçirmənin  fərdi-özünə  məxsus  vasitələrini 

təmsil edən sistem daxildir. Ġkinci qrupa xarakterin intelektual, 

iradi və emosional xüsusiyyətləri daxildir. 

        Xarakterin  tiplərinin  baĢqa  təsnifatları  da  var.  Məsələn, 



 

 

 



385 

 

insanın  həyata,  cəmiyyətə,  mənəvi  dəyərlərə  münasibəti  əsa-



sında  qurulmuĢ  xarakter  tipologiyası  çox  məĢhurdur.  Onun 

müəllifi  bu  tipologiyanı  xarakterin  sosial  tipologiyası  ad-

landıran  E.Frommdur.  E.Fromm  adamları  bir  Ģəxsiyyət  kimi 

dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha. 

        E.Fromun  fikrincə  mazoxist  tipə  malik  olan  adam  uğur-

suzluqlarla qarĢılaĢan adamdır. Bu uğursuzluqda o yalnız özü-

nü günahkar sayır. 

        Sadist  tip  öz  uğursuzluqlarının  səbəbini  özündə  deyil, 

baĢqa  adamlarda,  cəmiyyətdə  görür.  O,  adamları  və  dünyanı 

düĢmən  kimi  qavrayır  və  onları    məhv  etməyə  cəhd  göstərir. 

Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. 

        Konformist tip ümumi kütləyə qarıĢır, baĢqaları necədirsə 

onlar  kimi  olmağa,  onlardan  fərqlənməməyə  cəhd  edir.  O, 

həmiĢə mövcüd Ģəraitə uyğunlaĢır. 

        Tənha  tip  həmiĢə  mübarizədən,  cəmiyyətdən  uzaqlaĢır, 

situasiyadan kənar olmağa, ondan qaçmağa çalıĢır. 

        K.Yunq  tərəfindən  irəli  sürülmüĢ  ekstravert  və  introvert 

tipli  xarakterlərin  təsnifatı    geniĢ  yayılmıĢdır.  Ekstravertlərə 

coĢqunluq,  təĢəbbüskarlıq,  uyuĢqanlıq,  ünsiyyətlilik  xasdır. 

Ġntrovertlər  üçün  öz  daxili  aləmində  baĢ  verənlərdə  Ģəxsi 

maraqlarını  güdməsi,  ünsiyyətsiz,  qapalı,  özünü  təhlilə  meyl, 

uyğunlaĢmada  çətinlik  çəkmək  xarakterikdir.  Həmçinin 

xarakteri  konform  və  sərbəst,  hakim  və  itaətkar,  normativ  və 

anarxist tiplərə də ayırmaq olar. 

        Psixoloq  S.Məcidovanın  iĢləyib  hazırladığı  tipologiya 

“69”  adlanan  xarakterin  tipologiyası  da  maraq  doğurur.  Bu 

tipologiyanın  əsasında  Ģəxsiyyətin  özünü  dərk  etməsinin 

səviyyələri  durur.  Onun  tərəfindənm  insanın  inkiĢafının 

təkamül  mərhələlərini  ifadə  edən  özünüdərkin  3  səviyyəsi 

ayrılmıĢdır.  Özünüdərkin  birinci  səviyyəsinə  aid  olan  insanlar 

aĢağıdakı xüsusiyyətlərlə xarakterizə olunurlar: eqosentrizmlə, 

meyarlarından  birinin  –  “mənim  –  mənimki  –  olmayan”  

münasibətlər sistemi olan ətraf aləmin fərqli qəbul edilməsilə; 



 

 

 



386 

 

hər Ģeyə qarĢı istehlakçı, əĢyavi münasibətlə; mənəviyyat üzə-



rində bütün maddi olanın hakimliyi ilə. 

        Özünüdərkin  ikinci  səviyyəsində  olan  insanlar  onunla 

xarakterizə  olunurlar  ki,  soyuqluğun,  eqosentrizmin  yerinə 

birliyin  və  cəmiyyətin  müəyən  hissəsi  ilə  tamlığın  dərk  edil-

məsi gəlir. Köhnə, qalıq kimi saxlanan, ətraf mühitin “mənim” 

– “mənim olmayan”a ayrılmasına yeni fərqləndirmə geniĢlənir. 

ġəxsiyyətin zamanı “mən”im mövcudluğunun real zamanından 

kənara çıxaraq “biz”im mövcud  olduğu zamanına daxil olur. 

        Özünüdərkin  üçüncü  səviyyəsinin  əsas  xarakteristikası  – 

fərqləndirmənin  olmaması,  məkan-zaman  sonsuzluğu,  ətraf-

aləmə  qarĢılıqlı  münasibətlərin  dərk  edilməsi,  onun  birliyinin 

qəbul  edilməsi,  güclü  Ģəxsiyyətin  baĢqaları  ilə  konkret 

münasibətlərinin  olmaması,  ümumbəĢəri  mənəvi  prinsiplərə 

əməl etməkdir. 

        Demək  olar  ki,  tipologiyanın  bütün  müəllifləri  qeyd 

edirlər  ki,  xarakter  az  ya  çox  ifadə  edilə  bilər.  Əgər 

xarakterlərin  təzahürlərinin intensivliyini  göstərən ox təsəvvür 

etsək,  onda  aĢağıdakı  3  zonanı  qeyd  etmək  olar:  tamamilə 

“normal” xarakterlər zonası, seçilən  xarakterlər  zonası  (onlar 

aksentuasiyalı  xarakterlər  adını  alıb),  və  güclü  dəyiĢikliyə 

məruz qalmıĢ, yəni psixopatiyalı xarakterlər zonası. Birinci  və 

ikinci zonalar normaya uyğundur (geniĢ mənada), üçüncü zona 

isə xarakterin patalogiyasına aiddir. Müvafiq olaraq, xarakterin 

aksentuasiyasını  normanın  son  variantları  kimi  nəzərdən  ke-

çirirlər. Onlar da öz növbəsində aĢkar və gizli aksentuasiyalara 

bölünürlər.  Aksentuasiyalı  patoloji  və  normal  xarakterlər  ara-

sında  fərq  çox  ciddidir.Ġkinci  və  üçüncü  zonalara  ayıran 

əlamətlərin  bir  tərəfində  ümumi  psixologiyaya  məxsus  fərqlər 

durur. Əlbəttə, əlamət çox yığcam səslənir. Buna baxmayaraq, 

onu  xarakterin  intensivliyi  məhvərində  təxmini  olaraq  lokal-

laĢdırmağa imkan verən  meyarlar mövcuddur. 

        Bu  meyarlar  üçdür  və  onlar  QannuĢkin-Kerbikovun 

“psixopatiyanın meyarları” kimi məĢhurdur. Xarakteri patoloji 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə