Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə112/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   108   109   110   111   112   113   114   115   ...   197

 

 

 



371 

 

etmiĢdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf. 



ġeldona  görə  bədən  quruluĢunun  bu  tiplərinə  tempe-

ramentin  müəyyən  tipləri  müvafiqdir.  Müasir  psixologiya 

elmində  konstitusion  konsepsiyaların  əksəriyyəti  onlarda 

insanın  psixoloji  xüsusiyyətlərinin  formalaĢmasında  mühit  və 

sosial   Ģəraitin  rolunun tonu  qiymətləndirilməsinə görə kəskin 

təngidə məruz qalır. 

 

V.15.3   Temperamentin tipləri 

 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  müasir  psixologiyada 

temperamentin  dörd  tipi  əsas  götürülür:  sanqvinik,  xolerik, 

fleqmatik,  melanxolik.  Ġnsanları  temperamentlərinə  görə  fərq-

ləndirərkən  həmin  tiplərdən  istifadə  olunur.  Ġnsanların  hansı 

tipə  məxsus  olduqlarını  müəyyənləĢdirmək  üçün  müasir 

psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad 

edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir.  : 



Aktivlik.  Bu  xassə  altında  insanın  məqsədə  çatmaq 

üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarĢılaĢdığı 

maneələri necə aradan qaldırması  nəzərdə tutulur. 

Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən 

zəif  xarici  və  daxili  təsirləri  hiss  etmək  qabiliyyəti  baĢa  dü-

Ģülür.  Hər  cür  hiss  və  emosiyaların  əmələgəlmə,  cərəyanetmə 

və  kəsilməsi  xüsusiyyətləini  xarakterizə  edən  xassə  və  key-

fiyyətlər  emosionallığa  bağlıdır.  Psixologiyada  onun  əsas 

cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional  labilliyi 

fərqləndirirlər. 

Emosiyaların  gücü.    Burada  emosional  oyanmanın 

intensivliyi və modallığı əsas götürülür. 



Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında  

qorxulu  Ģəraitdə  özünü  göstərən  emosional  oyanıqlıq  baĢa 

düĢülür. 

Qeyri-ixtiyari 

hərəkətlərin  reaktivlik  dərəcəsi. 



 

 

 



372 

 

Plastiklik  və  onun  əksi  olan  rigidlik  keyfiyyəti.  Bu  xassəni 

insanın  xarici  təsirlərə  nə  qədərtez  uyğunlaĢmasından    (plas-

tiklik) və ya, əksinə, davranıĢ adət və mülahizələrinin nə qədər 

ətalətli, dəyiĢkən  olmamasından (rigid) bilmək olar. 

Qeyd  edilən  xassələrin  olub-olmadığını  nəzər  almaqla 

insanların  temperament  tiplərini  müəyyənləĢdirmək  müm-

kündür. 


Sanqvinik.  Bu  cür  adamlar  yüksək  reaktivliyə  malik 

olurlar.  Aktivliklə  reaktivlik  müvazinətdə  olur.  Diqqətini  cəlb 

edən  hər  Ģeyə  canlı  reaksiya  verir.    Mimikaları  və  hərəkətləri 

canlə  və  ifadəlidir.  Yüksək  fəallığa  malik  olduğuna  görə  çox 

iĢgüzar  olur,  hər  bir  yeni  iĢə  dərhal  giriĢir,  həmiĢə  birinci 

olmağa  çalıĢır,  yorulmadan  uzun  muddət  iĢləyə  bilir.  Sanq-

viniklər  həddindən  artıq  qayda-qanuna  əməl  edən  olurlar. 

Sürətli  hərəkətə,  çevik  təfəkkürə,  sürtli  nitq  tempinə  malik 

olurlar.  Onlarda  plastiklik  yüksək  olur.  Hissləri  asanlıqla  bir-

birini əvəz edə bilir. DüĢdüyü yeni Ģəraitə asanlıqla alıĢır. Rast 

gəldikləri  adamlarla  asanlıqla  ünsiyyətə  girə  bilir,  bir  iĢdən 

digərinə  asanlıqla  keçə  bilirlər.  Onlarda  ekstravertlik  yüksək 

olur. 

Xolerik.  Sanqviniklərdə  olduğu  kimi  xoleriklərdə  də 

senzitivlik aĢağı, reaktivlik  və aktivlik yüksək olur. Lakin xo-

leriklərdə reaktivlik aktivliyi üstünlük təĢkil edir.   Ona görə də 

xoleriklər  həddindən  artıq  hövsələsiz,  tez  özlərindən  çıxan 

olurlar.Onlarda  plastiklik  zəif,  rigidlik  yüksək  olur.  Bu  iĢi 

onlarda  öz  maraqlarını  həyata  keçirməyə  yüksək  cəhd,  inad-

karlıq,  dözümlülük  mövcud  olur.  BaĢladıqları  iĢi  axıra  qədər 

yerinə yetirməyə  meylli olurlar. Diqqətlərini keçirməkdə çətin-

lik  çəkirlər.  Sanqviniklərdə  olduğu  kimi  xoleriklərdə  də  eks-

travertlik yüksək olur. Müvazinətsiz olurlar. 



Fleqmatik.  Özlərini  hər  yerdə  sakit  aparırlar.  Həd-

dindən  artıq  soyuqqanlıdırlar,  qaradinməzdirlər.  Uğursuzluğa 

məruz  qaldıqda  buna  əhəmiyyət  vermirlər.  ĠĢə  dərhal  gi-

riĢmirlər,  lakin  baĢladıqları  iĢi  axıra  qədər  yerinə  yetirirlər. 




 

 

 



373 

 

Onlarda  plastiklik  aĢağı,  rigidlik  yüksək  olur.  Onların 



mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə 

keçirə  bilirlər,  yeni  Ģəraitə  çətinliklə  alıĢırlar.  Fleqmatiklərdə 

daxili  əksolunma  yüksək  olur.  Təkliyi  sevirlər.  VərdiĢ  və 

adətlərini  olduqca  ləng  dəyiĢə  bilirlər.    Bunlarla  yanaĢı 

fleqmatiklər  olduqca  iĢgüzar  olurlar.  Dözümlü  və  özlərini  ələ 

ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni 

adamlara çətin alıĢırlar. 

Melanxolik.  Onlarda  senzitivlik,  həssaslıq  həddindən 

artıq yüksək olur. Kiçicik bir iĢdən, hərəkətdən dərindən təsir-

lənirlər.  Hədsiz  dərəcədə    küsəyəndir.  Mimika  və  hərəkətləri 

dərindən  ifadəli  deyildir.  Səsləri  zəif,  hərəkətləri  süstdür.      

Onlarda  özlərinə  inam  hədsiz  dərəcədə  aĢağı  olur.  Kiçik 

uğursuzluq  onlarda  dərin,  bəzən  ciddi  əhval  pozğunluğu 

yaradır. HəmiĢə baĢqalarının onların   halına  yanmalarına  göz-

ləyirlər.  Həddindən  artıq    təklikliyə  qapılırlar.  O  tez  ruhdan 

düĢür,  bəzən  gücü  çatan  iĢi  belə  axıra  qədər  yerinə  yetirmir. 

Onlarda introvertlik yüksək olur. 

Nəzərə  almaq  lazımdır  ki,  temperamentin  təmiz    bir 

tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tip-

lərin  hamısının  əlamətlərinə  rast  gəlmək  mümkündür.  Lakin 

bunlardan  birinin  əlamətləri  üstünlük  təĢkil      etdikdə  adamı 

həmin tipə aid edirlər. 

Bütün  bunlarla  yanaĢı  olaraq  temperamentin  bu  tiplə-

rindən  birini  yaxĢı,  digərini  pis  adlandırmaq  olmaz.  Hər  tipin  

özünəməxsus   müsbət və mənfi cəhətləri vardır. 

 

V.15.4. Temperamentin fizioloji əsasları 

 

Əvvəlki bölmədə qeyd olduğu kimi, temperament haq-

qında  geniĢ  yayılmıĢ,    bütün  dünya  miqyasında    qəbul  edilən 

üçüncü  nəzəriyyə  sinir  sistemi  nəzəriyyəsidir.  Akademik  Ġ.P. 

Pavlov tərəfindən irəli  sürülmüĢ bu nəzəriyyə  ali sinir  fəaliy-

yəti  (ASF)  sahəsində  ən  əsaslı  kəĢflərdən  biri  olmuĢdur.  Ġ.P. 






Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə