Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə109/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   105   106   107   108   109   110   111   112   ...   197

 

 

 



362 

 

iradi iĢ adlandırmaq olar.  



Mürəkkəb  iradi  iĢdə  isə  vəziyyət  tamamilə  dəyiĢir.  Bu 

zaman  qərarın  qəbulu  və  icrası  bir  sıra  mərhələlərdən  keçir. 

Burada məqsəd, motivlər, qərar qəbulu, onun icrası üçün yol və 

vasitələrin  axtarılması,  qərarın  icrası  və  s.  mərhələlərdən 

keçmək zəruri olur. Belə bir misala nəzər salaq.  Fərz edək ki, 

XI  sinif  Ģagirdi  ali  məktəbə  daxil  olmaq  məqsədini  qarĢısına 

qoyur.  Bu  zaman  hansı  ixtisası,  hansı  universiteti  seçmək 

məsələsi ortaya çıxır. ġagirdi ingilis dili ixtisası maraqlandırır. 

Valideynləri isə onun həkim olmasını istəyirlər. Keçən il həmin 

məktəbi bitirən yoldaĢlarından Dillər Universitetinə daxil olan-

lar ona bu ixtisası seçməyi məsləhət bilirlər. Bütün bu motivlər 

arasında mübarizə gedir. Nəhayət o, ingilis dili üzrə mütəxəssis 

olmaq  qərarına  gəlir.  Bundan  sonra  yeni  mərhələ  baĢlayır. 

ġagird  bunun  üçün  yol  və  vasitələr  arayır.  Müəllimlərindən 

məsləhət  alır.  Xüsusi  hazırlıq  kurslarına  gedir.  Ciddi  Ģəkildə 

sınaq imtahanlarında iĢtirak edir. Nəhayət qəbul haqqında elan-

lar  çıxdıqdan  sonra  sənədlərini  həmin  ixtsas  üzrə  təqdim  edir. 

Bundan  sonra  test  imtahanlarına  gedir.  Son  mərhələdə 

məqsədinə necə nail olduğunu qiymətləndirir. 

 

 



IV.14.3. ġəxsiyyətin iradi keyfiyyətləri 

 

ġəxsiyyətin  iradi  keyfiyyətləri  elə  iradi  iĢ  prosesində 

təzahür edir və formalaĢır. Ġradi keyfiyyətlər – mürəkkəb psixi 

xüsusiyyətlər  kimi  insanın  həyatı  prosesində  formalaĢır,  psix-

oloji səciyyəsinə  görə  vasitəli xarakter  daĢıyır.  Tərbiyə  Ģəraiti, 

sosial  mühit  eləcə  də,  sinir  tipi  iradi  keyfiyyətlərin 

formalaĢmasında mühüm rol oynayır. 

ġəxsiyyətin  iradi  keyfiyyətlərini  3  qrupda  birləĢdirmək 

olar: 

1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik. 




 

 

 



363 

 

2.  Törəmə  iradi  keyfiyyətlər  –  qətiyyətlilik,  cəsarət, 



özünü ələ almaq, inam. 

3. 


Üçüncü  iradi  keyfiyyətlər  –  məsuliyyətlilik, 

intizamlılıq, iĢgüzarlıq, təĢəbbüskarlıq. 

Ġradi  keyfiyyətləri  mənfi  və  müsbət  olmaqla  iki  qrupa 

bölmək  olar.  Müsbət  iradi  keyfiyyətlərə  təkidlilik,  qətiyyət, 



cəsarət,  özünü  ələ  almaq,  məsuliyyətlilik,  intizamlılıq,  müs-

təqillik,  səbrlilik  və  s.  aid  edirlər.  Bunların  hər  birinin  əksini 

mənfi  iradi  keyfiyyətlər  təĢkil  edir.  Mənfi  iradi  keyfiyyətlərə 

iradi  nöqsan  kimi  təqlidçilik,  təlqinə  qapılmaq,  neqativizm, 

tərsliyi də aid etmək olar. 

Təkidlilik  –  qəbul  edilmiĢ  qərarın  icrası  zamanı  qarĢıya 

çıxan çətinlik və maneələrə qarĢı mübarizə aparıb, onlara qalib 

gəlmək  və  mütləq  məqsədə  çatmaq  əzmində  təzahür  edir. 

Tərslik  –  isə  iradi  nöqsan  kimi  real  Ģəraiti  düzgün  qavrayıb 

qiymətləndirə  bilməmək  və  dəyiĢmiĢ  Ģəraitə  çevik  münasibət 

bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən 

öz inadından dönməməkdə özünü göstərir. 



Qətiyyət  –  hər  hansı  məsələ  ilə  bağlı  heç  bir  tərəddüd 

etmədən, vaxtında düĢünülmüĢ qərar qəbul etməkdə ifadə olu-

nur.  Qətiyyət  –  iradi  keyfiyyət  kimi  iradi  iĢin  bütün 

mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı 

və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini 

qətiyyətsizlik təĢkil edir. Qətiyyətsiz adam üçün iradi iĢin bütün 

mərhələləri  uzun  və  üzücü  prosesə  çevrilir.  Qətiyyətsizlik–

inamsızlıq,  zəiflik,  qorxaqlıq  və  məqsədin  aydın  dərk 

olunmaması və s. səbəblərlə bağlı olur. 



Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi iĢin 

icra  mərhələsində  özünü  göstərən  psixi  xüsusiyyətdir.  Qəbul 

edilmiĢ  qərarın  icrası  zamanı,  tapĢırığın,  iĢin  müvəffəqiyyətli 

həllindən  ötrü  qorxu  hissinə  qalib  gəlmək,  təhlükəyə  qarĢı 

getməkdə,  risq  etməkdə  təzahür  edir.  Cəsarət  iradəni 

qüvvətləndirir  və  Ģəxsiyyətin  hörmət  və  nüfuzunu  artırır. 

Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır. 



 

 

 



364 

 

Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik, hünərpərvərlik, müba-



rizlik  cəsarətliliklə  sinonim  sözlər  kimi  iĢlədilir.  Cəsarətə  əks 

olan  keyfiyyət  qorxaqlıqdır.  Qorxaqlıq  –  insanın  motivasiya 

sahəsi  ilə  bağlı  olub,  sosial  keyfiyyət  kimi,  ətraf  aləmdə  baĢ 

verən  hadisələrə  münasibətdə  özünü  göstərir.  Qorxaqlıq  – 

inamsızlıqla, 

cəsarətliliklə, 

qətiyyətsizliklə 

çulğalaĢan 

keyfiyyətdir.  Qorxu  həm  də  orqanizmin  bioloji  müdafiə 

reaksiyasıdır.  



Özünü  ələ  ala  bilmək  əsasən  Ģəxsin  iradi  iĢ  zamanı 

özünü  ələ  ala  bilməsində,  bütün  fəaliyyətini  qarĢıya  qoyulan 

məqsədin  yerinə  yetirilməsinə  səfərbər  etməsində,  qorxuya 

üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırılmasında 

ifadə olunur. Ġradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin 

situasiyada 

insan 

dözümlüyündə, 



soyuqqanlılıq 

və 


təmkinliyində ifadə olunur. 

Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, 

Ģəxsin  yerinə  yetirdiyi fəaliyyət, davranıĢ və rəftarı qarĢısında 

daĢıdığı  cavabdehlik  hissi  ilə  sıx  bağlıdır.  Məsuliyyətliliyin 

əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkiĢafı ilə 

bağlı  olması,  sosial-mənəvi-psixoloji  yetkinliyin  göstəricisi 

kimi qəbul edilir.  



İntizamlılıq  –  Ģəxsin  qəbul  edilmiĢ  qayda  və  qanunlara 

əməl  etməsi  ilə  xarakterizə  olunan  keyfiyyətdir.  Ġnsanın 

fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, eta-

lonlara və s. hörmətlə yanaĢması, Ģəxsin intizamlı olmasını bil-

dirir. Görkəmli alman filosofu Ġ.Kant – nizam-intizamın insan-

da  vəhĢiliyi  ləğvetmə  vasitəsi  olduğunu  göstərmiĢdir. 

Ġnsanların qrup və kollektiv Ģəraitdə birgə fəaliyyət göstərməsi, 

baĢqa  səbəblərlə  paralel  olaraq  intizamlılıq  keyfiyyətinin  dərk 

olunması  ilə  bağlıdır.  Ġntizamlılıq  –  Ģəxsiyyətin  iĢgüzarlığı  və 

sosiallığının  göstəricisidir.  Ġntizamlılıq  həm  də  əxlaqi 

qiymətdir. 

İşgüzarlıq  –  mühüm  iradi  keyfiyyətlərdən  biri  olub, 

baĢlanan  hər  hansı  bir  iĢi,  fəaliyyəti  tədriclə,  ardıcıl  olaraq, 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə