Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə111/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   107   108   109   110   111   112   113   114   ...   197

 

 

 



368 

 

də,  bəĢəriyyət  lap  qədimdən  müxtəlif  adamların  psixi  xasiy-



yətinin  tipik  xüsusiyyətlərini  ayırmağa,  onların  ümumiləĢmiĢ 

portretlərini  tipologiyasını  verməyə  cəhd  göstərmiĢlər, 

temperament tiplərinin az sayını azaltmağa çalıĢmıĢdır. Bu cür 

tipologiya praktiki  olaraq faydalı idi, belə ki,  onun köməyi  ilə 

konkret  həyat  Ģəraitində  bu  və  ya  digər    insanın  davranıĢını 

qabaqcadan görmək  və nəzərə almaq olardı. Tarixən insanları 

bir-birindən fərqləndirən həmin  xüsusiyyətlərə «temperament» 

adı verilmiĢdir.  



Temperament  –  insanın  elə  bir  anadangəlmə  xüsu-

siyyətləridir  ki,  onlar  intensivliyin,  təsirə  cavabvermə  sürətinin 

dinamik  xarakteristikalarını,  emosional  qıcıqlanma  və  tarazlıq 

dərəcəsini, ətraf mühitə uyğunlaĢma xüsusiyyətlərini Ģərtləndirir. 

Temperament  latın  dilindən  «qarıĢıq,  mütənasiblik» 

deməkdir.  Temperament  haqqında  təlimin  yaradıcısı  qədim 

yunan  görkəmli    həkimi  Hippokrat  (e.ə.  təxminən  460-377  il-

lər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm Ģirəsi» 

nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. 

Bu,  «orqanizm  Ģirələrinin»  nisbəti  yunanca  «krasis»  sözü  ilə 

ifadə  olunurdu  ki,  sonralar  həmin  sözü  yunanca  tempe-

ramentum  –  «mütənasiblik»  sözü  ilə  əvəz  edildi.  Hippokratın 

təliminə əsaslanaraq digər tanınmıĢ antik dövr həkimi Klavdiy 

Qalen  (təxminən  130-200-ci  illər)  məĢhur  traktatı  «De  tem-

peramentum»  kitabında  Ģərh  etdiyi  temperamentlərin  tipolo-

giyasını iĢləyib hazırladı. 

Onun  təliminə  əsasən  temperamentin  tipi  orqanizimdə 

bu  Ģirələrdən  birinin  üstünlüyündən  asılıdır..  Temperamentin 

bu  4  tipinin  adı  həmin  Ģirələrin  adına  uyğun  verilmiĢ-

dir:sanqvinik  (latınca  sanqvius-qan),  fleqmatik  (yunanca 

fleqma-selik, bəlğəm),  xolerik (yunanca chole-öd), melanxolik 

(yunanca melian chole – qara öd). 

 

 



 

 

 



369 

 

V.15.2. Temperament haqqında təlimlər tarixindən 



 

 Ġnsanların  psixi  fəaliyətlərinin  dinamikliyinə  görə  

fərqlənmələri  hələ  qədim  zamanlardan  diqqəti  cəlb  etmiĢdir. 

Bu  cür  fərqlərin  yaranmasının  səbəbləri  müxtəlif  istiqamətdə 

öyrənilmiĢdir.  Müasir  dövrə  qədər  temperament  haqqında 

əsasən  üç  nəzəriyyə  geniĢ  yayılmıĢdır:  humoral  nəzəriyyə, 

somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi. 

Temperament  haqqında  humoral    nəzəriyyənin  banisi 

Hippokrat olmuĢdur. Bu nəzəriyyənin adı latınca humor (maye) 

sözündən  götürülmüĢdür.  Hippokrat  ilk  dəfə  olaraq  bu  nə-

zəriyyəni  əsaslandırmıĢ  və  onun  irəli  sürdüyü  dörd  tipin  adı 

müasir dövrdə də saxlanmıĢdır. Hippokratın nəzəriyyəsi tempe-

ramentin  öyrənilməsi  üçün əsaslı təkan  rolunu oynamıĢdır.  

Humoral  nəzəriyyənin  bəzi  müasir  tərəfdarları  gös-

tərirlər  ki,  orqanizm  daxilində  hormonların  nisbəti  və  balansı 

temperamentin  təzahürlərini  müəyyən  edir,  məsələn,  qalxana 

bənzər  vəzin  hormonlarının  çoxluğu  insanın  yüksək  əsəbililik 

və qıcıqlanması ilə Ģərtlənir. 

Sonrakı  əsrlərdə  tədqiqatçılar  davranıĢın  bədən  quru-

luĢundakı və fizioloji funksiyalardakı  fərqlərlə üst-üstə düĢən 

müxtəlifliyi  müĢahidə  edərək  bu  fərqləri  nizama  salmağa  və 

qruplaĢdırmağa  çalıĢıblar.  Nəticədə  temperamentin  çoxsaylı 

konsepsiyaları  və  tipologiyaları  meydana  çıxmıĢdır.  Bu  kon-

sepsiyaların  əsasında  Ģəxsiyyətin  ən  müxtəlif  Ģərtləri  qoyul-

muĢdu.  Bir  sıra  konsepsiyalarda  temperamentin  xüsusiyyətləri 

irsi  və  anadangəlmə  kimi  baĢa  düĢülür  və  bədən  quruluĢunun 

xüsusiyyətlərində  fərdi  fərqlərlə  əlaqələndirilirdi.  Belə  tipo-

logiyalar konstitusion tipologiya adını  alır.Bu tipologiya tem-

perament  haqqında  somatik  nəzəriyyənin  əsasını  qoymuĢdur. 

Burada  bədən  quruluĢu  temperament  tipi    üçün  əsas  kimi 

götürülmüĢdür.  Onların  sırasında  ən  geniĢ  yayılmıĢ  tipologiya 

1921-ci  ildə  öz  məĢhur  «Bədən  quruluĢu  və  xarakter»  əsərini 

nəĢr  etdirmiĢ  E.Kreçmerin  təklif  etdiyi  tipologiya  oldu.  Onun 



 

 

 



370 

 

baĢlıca  ideyasına  görə  müəyyən  bədən  quruluĢu  tipinə  malik 



olan insanlar müəyyən psixi xüsusiyyətlərə malikdir.  E. Kreç-

mer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu 

da  ona  4  konstitusional  tipini:    leptosomatik,  piknik,  atletik, 

displastik ayırmağa imkan verdi. 



1.

 

Leptosomatik – kövrək bədən quruluĢu, hündür boy

yastı  döĢ  qəfəsi,  dar  çiyinlər  uzun  və  arıq  aĢağı  ətraflarla 

xarakterizə edilir. 



2.

 

Piknik, – ifrat piy toxumu,  balaca və ya orta boyla, 

böyük  qarınlı,  qısa  boyunda  girdə  baĢlı,  ĢiĢkin  bədənlə 

xarakterizə edilir. 



3.

 

Atletik–inkiĢaf  etmiĢ  əzələləri,  möhkəm  bədən 

quruluĢu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır. 

4.

 

Displastik–formasız,    düzgün  olmayan  quruluĢa 

malik  adamdır.  Bu  tipdən  olan  fərqlər  bədən  quruluĢunun 

müxtəlif deformasiyaları ilə xarakterizə edilir. 

Bədən quruluĢunun adı  çəkilən tiplərinə Kreçmer onun 

Ģizotimik,  iksptimik  və  siklotimik  adlandırdığı  3  temperament 

tipini aid edir. 

ġizotimik  –  astenik  bədən  quruluĢuna  malikdir,  özünə 

qapanıb,  əhval-ruhiyyəsi  sıçrayır,  inadkardır,  ətrafındakılara 

çətinliklə uyğunlaĢır. 

Ondan  fərqli  olaraq  iksatimik  –  atletik  bədən  quru-

luĢuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək 

olmayan  elastik  düĢüncəli  həssas  olmayan,  çax  vaxt  xırdaca 

adamdır. Piknik bədən quruluĢuna siklotimikdə malikdir. Onun 

emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asan-

lıqla əlaqəyə girir, realist baxıĢlara malikdir. 

Kreçmerin  nəzəriyyəsi  Avropada  daha  geniĢ  yayıl-

mıĢdır  ABġ-da  XX  əsrin  40-cı  illərində  U.ġeldonun  tempe-

rament konsepsiyası  böyük populyarlıq qazanır. ġeldon  bədən 

quruluĢunun  əsas  tiplərinin  mövcudluğu  haqqında  fərziyyədən  

çıxıĢ  edirdi.  Bu  fərziyyəni    təsvir  edərkən  embriologiyadan 

götürülmüĢ terminlərdən  istifadə etməklə o, üç tipi  müəyyən 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə