Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə114/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   110   111   112   113   114   115   116   117   ...   197

 

 

 



378 

 

16-cı  FƏSĠL 



XARAKTER 

Qısa xülasə 

 

        Xarakter  haqqında  anlayış.  Xarakterin  tərifi.    Xarakter 

həyatda  qazanılmıĢ  davranıĢ  forması  kimi.    Xarakter  Ģəxsiy-

yətin  mühüm  və  davamlı  fərdi  psixi  xüsusiyyətlərinin 

məcmusu kimi. 

        Xarakterin  quruluşu.  Xarakter  əlamətləri  və  onların  qar-

Ģılıqlı əlaqəsi. Xarakter əlamətləri və Ģəxsiyyətin münasibətləri. 

Ġnsanın  baĢqa  adamlara,  özünə,  əməyə,  əĢyalara  münasibətini 

ifadə edən xarakter əlamətləri.  



        Xarakter haqqında təlimlər tarixindən.  Xarakter haqqın-

da  tədqiqatların  əsas  istiqamətləri.  Qədim  dünyada  xarakterin  

öyrənilməsi  cəhdləri.  XIX  əsrdə  xarakter  haqqında  elmin 

yaranması.  A.F.Lazurskinin  xarakter  haqqında  tipologiyası. 

Z.Freydin    və  müasir  psixoloanalitiklərin  xarakter  haqqında 

baxıĢları.  R.Kettel  Ģəxsiyyətin  əsas  amilləri  arasında  güc    və 

zəiflik  haqqında.  E.Frommun  irəli  sürdüyü  mazoxist,  sadist, 

konformist,  tənha  tiplər.  K.Yunqun  tipologiyası  (ekstrovert  və 

introvert tiplər). 

        Xarakterin  aksentuasiyası.  K.Leonqard  və  A.E.Liçkonun 

xarakterin aksentuasiyası  barədə konsepsiyaları). 

        Xarakter  və  şəxsiyyət.    Xarakter  və  Ģəxsiyyətin  əlaqəsi. 

Hər  bir  Ģəxsiyyətdə  xarakterin  ən  müxtəlif    əlamətlərinin 

inkiĢaf  edə  bilməsi.  ġəxsiyyətin  formalaĢmasına      yönəlmiĢ  

cəmiyyətin fəallığının fərdi xarakterlərdə  müxtəlif  qaydalarla 

rastlaĢması.  Xarakterin  təzahürünün  Ģəxsiyyətin  təzahürünə 

nisbətən  vasitəsiz  olması.  A.F.Lazurski  Ģəxsiyyət  və  xarakter 

haqqında. 

        Xarakterin formalaşması.Ġnsan xarakterinin formalaĢması 

Ģərtləri:  bioloji  və  sosial    Ģərtlər.  Xarakterin  formalaĢmasında 




 

 

 



379 

 

tərbiyə  və  özünütərbiyənin  rolu.  Xarakterin  formalaĢmasında 



mühitin, kollektivin, nümunənin rolu. 

 

 



V.16.1. Xarakter haqqında anlayıĢ 

  

        Xarakterin  tərifi.  Ġnsanları  bir-birlərindən  fərqləndirən 

Ģəxsiyyətin  davamlı  fərdi  psixi  xassələrindən  biri  də  xarak-

terdir. Adətən, insanları bir-birlərindən fərqləndirərkən  onların 

xasiyyətini,  xarakterini  ön  plana    çəkirlər.  Bu  baxımdan 

yunanca  “xarakter”  “möhür”,  “naxıĢ”  mənasini  bildirir. 

Xarakter  bir  növ  insanın    yalnız  özünəməxsus  davranıĢ 

formasını  əks  etdirir.  Onun  ən  mühüm  cəhəti  ondan  ibarətdir 

ki, xarakter Ģəxsiyyətin hər cür  xüsusiyyətlərini deyil, mühüm 

və  davamlı  fərdi  xüsusiyyətlərinin    məcmuunu  özündə  əks 

etdirir.  Digər tərəfdən  xarakteri bir psixi fenomen kimi fərq-

ləndirən baĢlıca cəhət ondan  ibarətdir ki, o həmiĢə fəaliyyət və 

ünsiyyət  prosesində,  insanın  onu  əhatə  edən  gerçək  aləmə  və 

insanlara  münasibətdə  təzahür  edir.  Xarakter  həyatda    qaza-

nılmıĢ  davranıĢ  formasıdır.  Heç  kim  anadan    tənbəl  və  ya 

iĢgüzar, gobud və ya mehriban, qəddar və ya humanist, səliqəli 

və  ya  pinti,  təvazökar  və  ya  xüdbin  doğulmur.  Bu  kimi 

keyfiyətləri  həyat  prosesində,  tipik  Ģəraitin,  təlim  və  tərbi-

yəsinin təsiri altında əldə edir. Həmin əlamətlər həmin insanın  

xarakterini təĢkil edən tipik  əlamətlər kimi  formalaĢır və tipik 

Ģəraitdə dərhal özünü göstərməyə baĢlayır. 

          Bütün  bunlarla  yanaĢı  olaraq  insan  xarakteri  onun  

dünyagörüĢ və əqidəsilə də sıx bağlıdır. Ġnsanın  münasibətlər 

sistemini təĢkil edən dünyagörüĢü və əqidəsi istər-istəməz onun 

xarakter  əlamətlərinin formalaĢmasına zəmin yaradır. Adətən, 

xarakter  formalaĢdıqdan  sonra  bu  və  ya  digər  davranıĢ  tərzini 

həyata keçirməyə təhrik edir. 

        Yuxarıda  qeyd  edilənlərə  əsasən  xarakterə  belə  tərif 



 

 

 



380 

 

vermək olar: 



        Konkret  şəsiyyət  üçün  tipik  olan  fəaliyət  və  ünsiyyət 

prosesində  formalaşan  və  təzahür  edən,  tipik  şəraitdə  üzə 

çıxan və şəxsiyyyətin bu şəraitə  olan münasibəti ilə müəyyən 

edilən  özünəməxsus  fərdi  psixoloji  xüsusiyyətlərinin 

məcmusuna  xarakter deyilir. 

        Psixoloqların  apardıqları  tədqiqatlar  belə  bir  qənaətə  gəl-

məyə  imkan  vermiĢdir  ki,  Ģəxsiyyətin  münasibətləri  xarakter 

əlamətlərinin  fərdi  özünə  məxsusluğunu    iki  cəhətdən  müəy-

yənləĢdirir.  Birinci,  insanın  düĢdüyü  hər  bir  tipik  Ģəraitdə 

emosional  həyəcanların  fərdi  özünəməxsusluğu  Ģəxsiyyətin 

münasibətlərindən  asılıdır.  Həyati  faktlar  xarakterin  hər  bir 

xüsusiyyətinin  məhz  bu  cür  tipik  Ģəraitdə  özünü  büruzə 

verdiyini  göstərir.  Ġkincisi,  hər  bir  tipik  Ģəraitdə  Ģəxsiyyətin  

təzahür  edən  davranıĢ  fomasının  özünəməxsus  fərdi    xüsusiy-

yətləri də onun münasibətindən asılıdır. 

 

V.16.2. Xarakterin quruluĢu 



 

Xarakter  əlamətlərinin  qarĢılıqlı  əlaqəsi.  Həyati 

faktlardan  göründüyü  kimi,  insan  xarakteri  çoxcəhətli 

xüsusiyyətə 

malikdir. 

Ġnsan 

xarakterində 



müxtəlif 

özünəməxsus  əlamətləri  müĢahidə  etmək  mümkündür.  Bu 

əlamətlər  bir-birindən  ayrı,  təcrid  olunmuĢ  Ģəkildə  deyil, 

vəhdət halında birləĢərək xarakterin vahid strukturunu yaradır.  

Xarakterin  strukturunda  olan  əlamətlər  bir-biri  ilə 

qanunauyğun  Ģəkildə  bağlıdır.  Təcrübə  göstərir  ki,  əgər  insan 



qorxaqdırsa o düĢünməyə belə bir əsas verir ki, həmin adam 

təĢəbbüskarlıq,  qətiyyətlilik  və  müstəqillik,  əliaçıqlıq 

keyfiyyətlərinə  malik  ola  bilməz.  Bununla  belə  xaraktercə 

qorxaq  olan  adamda  mütləq  sünilik  və  yaltaqlıq,  konformluq, 

acgözlük,  xəsislik,  satqınlığa  hazır  olmaq,  inamsızlıq  və  s. 

əlamətlər  özünü  göstərəcəkdir.  Lakin  bu  zaman  həmin 

əlamətlər arasında qorxaqlıq üstünlük təĢkil edəcəkdir. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə