Psixologiya 1



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə110/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
#647
1   ...   106   107   108   109   110   111   112   113   ...   197

 

 

 



365 

 

axıra qədər icra etməkdir. ĠĢgüzarlıq, ardıcıllıq və icraçılıq bir-



birilə  sıx  vəhdət  təĢkil  edən  keyfiyyətlərdir.  Tənbəllik  – 

iĢgüzarlığın  əksi  hesab  olunan  xüsusiyyət  kimi  iradi  zəifliyin 

təzahür formasıdır. 

Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, 

göstəriĢ  olmadan  həyata  keçirmək  qabiliyyətidir.  O,  əsasən 

qərar qəbulunda və icra olunmuĢ iĢə görə cavabdehlikdə özünü 

göstərir.  Müstəqil  adam  məsuliyyət  hissinə,  tənqidi  ağıla, 

möhkəm  əqidəyə  və  dərin  inam  hissinə  malikdir.  Müstəqillik 

ən mühüm iradi keyfiyyət kimi iradi iĢin həm intellektual, həm 

də icra mərhələsində təzahür edir. BaĢqa iradi keyfiyyətlər ki-

mi, müstəqillik də sosial həyat Ģəraitindən, mühit və tərbiyədən 

asılı olaraq formalaĢan psixi xüsusiyyətdir. 

Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təĢkil 

edir.  Təqlid  baĢqalarının  davranıĢını  olduğu  kimi  yamsılamaq, 

təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən 

baĢqalarının təsiri altına düĢməkdir.  

Səbrlilik.  Psixologiyada  iradənin  təzahürü  haqqında 

danıĢdıqda, elə ilk növbədə səbirli olmaq baĢa düĢülür. Səbrli 

olmaq  –  iradi  güc,  təkidlilik,  özünü  ələ  almaq,  inam, 

dözümlülük  kimi  keyfiyyətlərlə  vəhdətdə  təzahür  edir. 

Azərbaycan  Ģer  kəhkəĢanının  ən  parlaq  və  sönməyən  ulduzu 

böyük Sabirin dediyi kimi: 

Hansı bir müĢküldü kim, səbr ilə asan olmasın? 

Patopsixologiyada  psixi  vəziyyət,  iradəsizlik,  fəaliyyətə 

həvəs  düĢkünlüyü  iradənin  patopsixologiyasıdır  və  buna  ab-

uliya deyilir (yunanca: abulia - qətiyyətsizlik) 

Zəif  iradəlilik  –  məqsədəuyğunluğun  və  yüksək 

niyyətlərin  yoxluğudur.  Zəif  iradəlilər  üçün  özlərinin  maraq 

dairələrini  geniĢləndlirmək  faydalıdır.  Ġradə  «lazımdır», 

iradəsizlik  isə  «istəyirəm»  motivi  ilə  hərəkətə  gəlir.  Bernard 

ġou  yazırdı:  «Ġradə  olmayan  yerdə  yol  da  yoxdur». 

Kibernetiklər  iradəni  həyati  mübarizəni  əks  etdirən  bir  oyun 

anlayıĢı  kimi  təyin  edirlər.  Qədim  romalılar  deyirdilər: 



 

 

 



366 

 

Cəsurlara tale kömək edir (audaces fortuna adjuvat) 



 

Özünü yoxlamaq üçün süal və tapĢırıqlar 

1.

 



Ġradə nəyə deyilir? 

2.

 



Ġradi iĢ zamanı insan hansı maneələri aradan 

qaldırır? Onları Ģərh edin. 

3.

 

Ġradi iĢin funksiyaları hansılardır? 



4.

 

Ġradi  iĢin  mərhələləri  və  strukturunu  Ģərh 



edin. 

5.

 



ġəxsiyyətin  iradi  keyfiyyətlərini  sayın  və 

onları səciyyələndirin. 

 

Referat, məruzə və müstəqil tədqiqatlar üçün mövzu-

lar 

 

1. Psixologiyada iradə problemi. 



2. Ġradi keyfiyyətlər və onların inkiĢaf etdirilməsi yolları. 

3. Ġradənin inkiĢafında oyunun rolu. 

 

Ədəbiyyat 

 

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəĢri 



- Bakı., 2002 

2.  Məhərrəmov M. Məktəblilərdə  iradəni  tərbiyə  etmək 

haqqında. – Bakı, 1958 

3.  Selivanov  V.S.  Məktəblidə  iradə  tərbiyəsi.  –  Bakı, 

AzərnəĢr. 1969 

4. Vladimir Levin. Fikir ardınca. -  Bakı., 1972. 

5. Ġlğin E.P. Psixoloqiə voli.- Piter., 2000. 

6.  Nemov  R.S. Psixoloqiə. Kn.1.-  Moskva. 1998,  s.424-

434 

7. RubinĢteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x t. – T 



II – M.,1989. s. 182-211 


 

 

 



367 

 

BEġĠNCĠ HISSƏ 



 

ġƏXSIYYƏTIN FƏRDI-PSIXOLOJI  XASSƏLƏRI 

 

1 5 - c i   F Ə S I L  

 

TEMPERAMENT 

 

Qısa xülasə 

 

Temperament  haqqında  anlayış.Temperament  Ģəxsiyyətin 

fərdi-psixi  xassəsi  kimi.  Temperament    insanını  psixi  fəaliyyətinin 

intensivliyini,  dinamikasını,  emosionallıq  və  müvazinətlilik  dərə-

cəsini Ģərtləndirən fərdi özünəməxsus xassələri kimi. 



Temperament haqqında təlimlər tarixindən. Ġnsanların psixi 

fəaliyyətlərinin  dinamikliyinə  hələ  qədim  zamanlardan  diqqəti  cəlb 

etməsi.  Temperament  haqqında  humoral  nəzəriyyənin  banisi  kimi 

hippokratın  xidmətləri.  Temperament  haqqında  somatik    və  sinir 

sistemi  nəzəriyyələrinin mahiyyəti. 

Temperamentin  tipləri.  Temperament  tipləri  və  onların  

xassələri  –  sanqvinik,  xolerik,  fleqmatik,  melanxolik  temperament 

tipləri  və  onları  fərqləndirən  xüsusiyyətlər.  Təmiz  temperament 

tipinin  olmaması,  insanların    əksəriyyətində  qarıĢıq  temperament 

tipinin  mövcudluğu.  

Temperamentin  fizioloji  əsasları.  Ġ.P.Pavlovun  ali  sinir 

fəaliyyətinin tipləri haqqında təlimi və temperamentin tipləri. 

 

V.15.1. Temperament haqqında anlayıĢ 

 

Adətən,  hər  hansı  bir  insan  qrupunda  müĢahidə  apar-

dıqda  qrupdakı  insanların  birinin  cəld,  digərinin  təmkinli, 

birinin  tez  özündən  çıxan,  digərinin  müvazinətli,  birinin  hər 

Ģeyə  tez  reaksiya  verən,  digərinin  ləng  olduğunu  görürük. 

Ġnsanların  bir-birlərindən  bu  cür  fərqli  xüsusiyyətə  malik 

olmaları  qədim  zamanlardan  diqqəti  cəlb  etmiĢdir.  Ona  görə 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə