Psixologiya 1



Yüklə 4,67 Mb.

səhifə120/197
tarix20.09.2017
ölçüsü4,67 Mb.
1   ...   116   117   118   119   120   121   122   123   ...   197

 

 

 



396 

 

Ģərtlər də mövcuddur. Ġnadkarlıq, özündənrazılıq, lovğalıq kimi 



xüsusiyyətlər nümunənin təsirinə mane olur. 

               

                 Özünü yoxlamaq üçün sual və tapĢırıqlar 

       

1.

 



Xarakter nəyə deyilir? 

2.

 



Xarakter əlamətləri dedikdə nəyi baĢa düĢünüz? 

3.

 



Ġnsanın  baĢqalarına,  özünə,  əməyə,  əĢyalara 

münasibətdə  ifadə  olunan  xarakter  əlamətlərini 

sadalayın. 

4.

 



Xarakter haqqında təlimlər tarixindən danıĢın. 

5.

 



Xarakter və Ģəxsiyyətin əlaqəsini Ģərh edin. 

6.

 



Ġnsan xarakteri necə formalaĢır? 

  

 



Referat,məruzə və müstəqil tədqiqat üçün mövzular 

1.

 

Xarakter həyatda qazanılan davranıĢ forması kimi. 



2.

 

Əsas xarakter əlamətləri. 



3.

 

Xarakterin aksentüasiyası. 



4.

 

Xarakterin formalaĢmasına  təsir edən amillər.          

 

 

Ədəbiyyat 



 

Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.  Psixologiya.-  Bakı, 

2002,səh.465-477. 



Məhərrəmov  M.C.  Məktəblilərin  xarakterini  tərbiyə 

etmək haqqında.-Bakı,1967 



Kovalev  A.Q.  Psixoloqiə  liçnosti.  -  M.,  1970,  s.206-

233. 


Levitov N.D. Psixoloqiə xaraktera.- M.,1969. 

Liçko  E.N.  Psixopatii  i  aksentuaüii  xaraktera  u 

podrostkov. - L.,1983 

Psixoloqiə liçnosti. Tekstı. - M.,1982. 



 

 

 



397 

 

RubinĢteyn  S.L.  Osnovı  obĢey  psixoloqii.  V  2.t.-t.  II, 

M., 1989, s. 211-235.  



 

 

 



398 

 

  



17-ci  F Ə S Ġ L 

 

Q A B Ġ L Ġ Y Y Ə T L Ə R 

 

Q ı s a   x ü l a s ə 

 

Qabiliyyətlər  haqqında  anlayıĢ.  Qabiliyyətlər  və  onların 

insan həyatında rolu. Qabiliyyət insanın hər hansı bir fəaliyyət sahəsi 

üçün  daha  çox  yararlı  olduğunu  göstərən  fərdi-psixi  xassə  kimi. 

Qabiliyyətlərin bilik, bacarıq və vərdiĢlərlə vəhdəti. Qabiliyyət və is-

tedad.  


Qabiliyyətlərin  keyfiyyət  və  kəmiyyət  xarakteristikası. 

Qabiliyyətlərin  keyfiyyət  xarakteristikası,  onun  əsas  göstəriciləri. 

Qabiliyyətlərin  kəmiyyət  baxımından  xarakteristikası  və  ölçülməsi. 

Xronoloji yaĢ və ağıl yaĢı. 



Qabiliyyətlərin quruluĢu. Qabiliyyətlər və fəaliyyət. Ümu-

mi  və  xüsusi  qabiliyyətlər.  Talant  qabiliyyətlərin  yüksək  inkiĢaf 

mərhələsi kimi. Talant və dahilik. 

Qabiliyyət  və  talantın  təbii  Ģərtləri.  Təbii  imkanlar  və 

qabiliyyət. Qabiliyyətlər və irsiyyət. 



Qabiliyyətlərin formalaĢması və inkiĢafı. Qabiliyyətlər və 

təlim. Qabiliyyətlər və maraqlar. Qabiliyyətlərin inkiĢafı. 

 

 

V. 17.1Qabiliyyətlər haqqında anlayıĢ 



 

Həyatda biz tez-tez belə hallarla rastlaĢırıq: eyni yaĢda 

olan  və  eyni  sinifdə  oxuyan  uĢaqlara  eyni  bir  iĢin  icrası 

tapĢırılır.  Onlar  üçün  tam  eyni  olan  iĢ  Ģəraiti  yaradılır.  Buna 

baxmayaraq  onlardan  bəziləri  həmin  tapĢırığı  çətinlik 

çəkmədən  yerinə  yetirdiyi  halda,  baĢqaları  çətinlik  çəkir. 

Onların  həmin  iĢi  yerinə  yetirmələrindəki  bu  cür  fərqi  haqlı 

olaraq uĢaqların qabiliyyətləri ilə izah edirlər. Təcrübə göstərir 

ki, müvafiq qabiliyyətlərə malik olan insanlar bu sahədə zəruri 



 

 

 



399 

 

bilik, bacarıq və vərdiĢlərə asanlıqla  yiyələnir və əldə etdikləri 



nəticələrin səmərəliliyinə görə fərqlənirlər. Məhz buna görə də 

insanda  müvafiq  qabiliyyətlərin  olması  onun  həyat  və 

fəaliyyətində  mühüm  rol  oynayır,  onun  daha  çox  hansı 

fəaliyyət sahəsi üçün yararlı olduğunu söyləməyə imkan verir. 

Bu  cəhəti  nəzərə  alaraq  qabiliyyətə  belə  tərif  vermək 

mümkündür:  insanın    hər  hansı  bir  və  ya  bir  neçə  fəaliyyət 



sahəsi  üçün  daha  çox  yararlı  olduğunu  göstərən  fərdi  psixi 

xassəyə qabiliyyət  deyilir. 

Tərifdən göründüyü kimi, «qabiliyyət» anlayıĢı altında 

hər insanın hansı bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə 

icrası  üçün  Ģərt  olan  fərdi-psixi  xassəsi  baĢa  düĢülür.  Bu  cür 

yanaĢma  tərzi  psixologiyada  uzun  müddətdən  bəri  qəbul 

olunmuĢdur.  Bununla  belə  bu  cür  yanaĢma  tərzi  bir  çox 

müəlliflər  tərəfindən  müxtəlif  Ģəkildə  Ģərh  olunmuĢdur.  Bu 

sahədə  özünü  göstərən  yanaĢma  tərzlərinin  psixoloji 

ədəbiyyatda  üç  variantı  qeyd  olunur.  Birinci  halda  qabiliyyət 

anlayıĢı  altında  mümkün  olan  bütün  psixi  proses  və  halların 

məzmununu baĢa düĢürlər.  Bu  cür  yanaĢma tərzi  «qabiliyyət» 

anlayıĢının  ən  geniĢ  və  qədim  Ģərhindən  ibarətdir.  Hazırda  bu 

cür yanaĢma tərzindən demək olar ki, istifadə olunmur. 

Ġkinci  yanaĢma  tərzinə  görə  qabiliyyətlər  insanın 

müxtəlif  fəaliyyət  növlərinin  müvəffəqiyyətlə  icrasını  təmin 

edən  ümumi  və  xüsusi  bilik,  bacarıq  və  vərdiĢlərin  yüksək 

inkiĢaf səviyyəsindən ibarətdir.  Bu cür  yanaĢma  tərzi psixolo-

giyada  XVIII-XIX  əsrlərdə meydana  gəlmiĢ  və  müasir  dövrdə 

də özünü göstərir. 

Üçüncü  yanaĢma  tərzinə  gəldikdə,  bu  yanaĢma  tərzinə 

görə  qabiliyyətləri  bilik,  bacarıq  və  vərdiĢlərlə  eyniləĢdirmək 

olmaz.  O  (qabiliyyətlər)  həmin  bilik,  bacarıq  və  vərdiĢlərə 

surətlə    yiyələnməyi,  təcrübədə  onlardan  səmərəli  istifadə 

etməyi təmin edir. Üçüncü yanaĢma tərzi müasir psixologiyada 

ən  çox  yayılmıĢ  yanaĢma  tərzidir.  Bu  sahədə  görkəmli  rus 

psixoloqu B.M.Teplovun tədqiqatları xüsusilə diqqəti cəlb edir. 






Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   197


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə